Məhkəmə qərarları › İş №2(005)-297/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-297/2021

05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-297/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı “mənzildən başqasına məxsus daşınar əşyaların çıxarılaraq mənzilin boşaldılması” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “mənzildən başqasına məxsus daşınar əşyaların çıxarılaraq mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məhkəmə araşdırması apararaq Cavabdeh məxsus, onun cehiz gətirdiyi yuxarıda göstərilən əmlakların və geyim paltarlarının məcburi qaydada mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsindəki 36 saylı evin 21 saylı mənzilindən çıxarılaraq həmin mənzilinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları xx xxxxxxxx 2018-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Onunla ailə qurarkən el adəti ilə iddiaçının mənzilinə cehiz əmlakları yəni, mebel, qab-qacaq və digər ev avadanlıqları gətirmişdir. Həmin əmlaklardan bəziləri cavabdehlə yaşadıqları 12 il ərzində işlənilmiş, xarab olmuşdur. Cavabdeh ilə nikahları pozulduqdan sonra iki ilə yaxın bir müddətdir ki, ona məxsus olan və hazırkı iddia ərizəsində aşağıda göstərəcəyi əmlakların çıxarmasını, qanuni mülkiyyətində olan mənzili boşaldılmasını dəfələrlə tələb və xahiş etməyinə, axırıncı dəfə xx.xx.2020-ci il tarixdə rəsmi teleqramla xahiş etməyinə baxmayaraq, o, yalnız bir dəfə polis sahə müvəkkilinin iştirakı ilə mənzilə gələrək bəzi cehiz əmlaklarını, geyim paltarlarını, qab-qaşığı, oturacaq stullarını, cehiz xalçalarını, hətta iddiaçı tərəfindən birgə nikahları dövründə alınmış bəzi ev avadanlıqlarını, xalçaları könüllü olaraq aparsa da digər cehiz əmlaklarını mənzildən çıxartmaqdan heç bir səbəb gətirmədən imtina edir. Bununla da Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə planlaşdırdığı təmir-abadlıq işlərinə başlamağına maneçilik törədir, mülkiyyətçi kimi öz mənzilindən öz mülahizəsinə görə istədiyi kimi istifadə etmək kimi hüququnu pozmaqda davam edir. Məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçı hazırkı iddiası ilə cavabdehin heç bir hüququnu pozmur, əksinə onun tərəfindən pozulmuş mənzil, mülkiyyət hüququ kimi konstitusiyon hüquqlarının bərpasını tələb edirəm, mülkiyyətçi hüququndan sui-istifadə etmir. Çünki, cavabdeh ilə artıq ayrı-ayrı adamlardılar, onunla bir ailənin üzvləri deyil, mülkiyyətində olan mənzildən cavabdehin öz əmlaklarını çıxartmaması mənzil-məişət şəraitini darısqallaşdırır və mənzilində yuxarda qeyd etdiyi kimi təmir-abadlıq işləri başlamağını, mümkünsüz edir, öz mənzilində istədiyi kimi yaşayışını çətinləşdirir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmasını tələb etdiyi cehiz əmlakları aşağıdakılardır: Mebel dəstləri: Yataq mebel dəsti:1) İki nəfərlik yumşaq taxt-1 ədəd: 2) Altı qapılı paltar şkafı- 1 ədəd; 3) Üç siyirməli tumbuçka- 2 ədəd; 4) Dörd siyirməli güzgülü trimə-1 ədəd; Qonaq mebel dəsti: 1) Televizoraltı şkaf-1 ədəd; 2)Güzgülü kamot- 1 ədəd; 3) İki şüşə qapılı divar şkafı- 1 ədəd; 4) Bir şüşə qapılı divar şkafı- 1 ədəd; 5) Qabaq stolu- 1 ədəd; 6) Bir qapılı tumba- 1 ədəd; Qab-qacaq və servislor: 1)Göy vaza-1 ədəd; 2)Çəngəl-qaşıq-bıçaq dəsti (çamadanda- 3 siyirməli qara çamadan)- 1 dəst; 3) güllü boşqab dəsti- servis( 12 ədəd böyük, 4 ədəd kiçik, 6 ədəd dərin boşqablar; 4) Göy rəngli nəlbəki tipli boşqab- 4 ədəd; 5) Qara rəndə kofe servisi- 1 dəst (6 ədəd fincan, 6) 4 ədəd nəlbəki); 6) Qara rəngli gümüşü işlənmiş qadın heykəlciyi(suvenir)- 2 ədəd; 7) Göy rənfli böyük uzunsov boşqab-2 ədəd; 8) Göy rəngli kiçik uzunsov ölçülü boşqab-1 ədəd; 9) Beş gözlü çərəz qabı( böyük, ağ gəngdə, qəhvəyi güllü rəngdə)-1 ədəd; 10) Dərin kiçik boşqabf ağ rəngli, beş güllü)- 4 ədəd; 11 .Nəlbəki tipli kiçik ölçülü dərin boşqab( içərisi ağ, kənarları mavi haşiyəli)4 ədəd; 12) Aypara şəkilli salat qabı(ağ rəngli, üç güllü)-4 ədəd; 13) Kaşı(çölü qəhvəyi, içərisi fil dişi rəngli)- 3 ədəd; 14) Eyni rəngli kaşının kül qabısı- 1 ədəd; 15) Kiçik ölçülü ədviyyat qabı-(içərisi ağ, ortasında çəhrayı rəngli gül, çölü qızılı haşiyəli)- 2ədəd; 16) Eyni ədviyyat qabının duz qabısı- 1 ədəd; 17) Dərin şəkər qabı(ağ rəngli, çölü göy haşiyəli)- 1 ədəd; 18) Boşqab(ağ rəngli, yaşıl güllü, kənarları oval tipli, çıxıntılı)- 2 ədəd; 19) Boşqab( dördbucaqlı, ağ rəngli, qızılı güllü , uzunsov , dayaz)- 1 ədəd; 20) Xrustal qədədh dəsti- 12 ədəd (6 ədəd böyük+ 6 ədəd nisbətən kiçik ölçülü); 21) Gümüşü rəngli qəndqabı- 1 ədəd; 22) Kiçik ölçülü kofe çayniki- 1 ədəd: 23) Həmin çaynikin kiçik ölçülü şəkər tozu qabı- 1 ədəd, nəlbəkisi - 2 ədəd, fincanı-2 ədəd; 24) Pas rəngli kiçik çay qaşığı-6 ədəd; 25) pişik heykəlciyi (fil dişi rəngli, iki başlı, kiçik ölçülü souvenir- 1 ədəd; 26) Baqema (göy rəngli, kiçik ölçülü, kənarı qızılı haşiyəli.irin qabı) – 2 ədəd; 27) Gecə lampası- 1 ədəd; 28) Ağ göy rəngli fincan dəsti- 1 dəst( 24 ədəd)- böyük fincan- 6 ədəd, nisbətən kiçik fincan- 6 ədəd, böyük nəlbəki- 6 ədəd, nisbətən kiçik nəlbəki- 6 ədəd); 29) Gül qabı(şüşədən)- 1 ədəd; 30) Üç ayaqlı meyvə qabı(dairəvi formada, pas gəngli,şüşüə materialdan)- 2 ədəd; 31 .Gülqabı(şüşə materialdan, pas rəngli) 1 ədəd; 32) Boşqab(kvadarat formalı, içi dairəvi dayaz, ağ rəngli, çəhrayı güllü)-3 ədəd; 33) Eyni boşqabın dərin formalısı- 2ədəd; 34) Çay qaşığı( gümüşü rəngli, balaca)- 6 ədəd; 35) Boşqablar (göv rəngli, ortası güllü bəzəkli)-24 ədəd (böyük, dayaz - 6 ədəd, kiçik dayaz-12 ədəd, kiçik dərin-4 ədəd, daha kiçik dərin-2 ədəd); 36) Kiçikboşqab(ağ rəngli,ortasında beş ədəd çəhrayı gül)- 8 ədəd; 37) Boşqab(uzunsov, dördbucaqlı, küncləri dairəvi, dayaz, ağ rəngli, qəhvəyi güllü)-2 ədəd; 38) Boşqab (Eyni formalı ağ rəngli,çəhrayı güllü, dayaz)-2 ədəd; 39) Boşqab(oval formalı, firuzəyi və qəhvə ədəd: 40) Boşqab(oval formalı,ağ rəngli, çəhrayı güllü, dərin)-2 ədəd; 41) Boşqab(göy rəngli və ağ rəngli, qızılı işlənmiş, ortası güllüformalı, dərin)- -12 ədəd; 42) Boşqab(eyni tipli, daha dərin)- 2 ədəd; 43) Boşqab(ağ rəngli, mavi haşiyəli, dərin)-2 ədəd; 44) Boşqab( ağ rəngli, beş ədəd çəhrayı güllü, kiçik ölçülü, dayaz formalı)- 12 ədəd; 45) Konfet qabı (qayıq formalı, gümüşü rənli)- 2ədəd; 46) Tort qabı(plaşmas şüşəli, ortası halqalı)- 1 ədəd; 47) Şüşə padnos(dayaz)- 1 ədəd; 48) Qulplu su qabı(şüşo materialdan)-1 ədəd; 49.Su qabı(şüşə materialdan, qulpsuz, armudvari)-1 ədəd; 50) Qədəh(xrustal, kiçik öıçülü)- 6 ədəd; 51) Meyvə qabı (göy rəngli, dərin, kənarları sünbülvari formada)-2 ədəd; 52) Meyvə qabı (kiçik, şüşədən, kənarları dalğavari)-1 ədəd; 53) Boşqab(kənarları mavi haşiyəli, ortası ağ rəngli, böyük, dayaz)- 6 ədəd: 54) Boşqab(eyni tipli, kiçik)-5 ədəd; 55) Xörək qabı( göy rəngli sulu yemək üçün(supnik)- lodəd; 56) Böyük bulud( eyni materialdan)-1 ədəd; 57) Kiçik bulud (eyni materialdan)-1 ədəd; 58) Eyni materialdan böyük oval dayaz boşqab-2 ədəd; 59) Eyni materialdan kiçik oval dayaz boşqab- 6 ədəd; 60) Gəlinlik güzgüsü-1 ədəd: 61) Vaza(şüşə materialdan, sarı işlənmiş formada, orta ölçülü)- 2 ədəd; 62) Dayaz boşqab (göy rəngli, ortası güllü,orta ölçülü)-6 ədəd; 63) Eyni rəngli kiçik ölçülü dayaz boşqab-6 ədəd; 64) Kaşı(eyni rəngli və eyni materialdan)-2 ədəd; 65) Eyni rəngli və eyni materialdan dərin böyük kaşı-2 ədəd; 66) Eyni rəngli və eyni materialdan çıraq- 1 ədəd; 67) Çay dəsti(servis)-1 dəst (göy, ağ və qızılı rəngli işlənmişuzun çaynik-1 ədəd, yumru çaynik-1 ədəd, oval boşqab-4 ədəd,kiçik yumru formalı qapaqlı şəkər tozu qabı- 2 ədəd, kiçik ölçülü ağzı ördəkvari şəkər tozu qabı-2 ədəd. q) Geyim paltarları: 1) .Geyilmiş köhə ayaqqabı, boğazlı ayaqqabı (sapaşki), idman ayaqqabısı və pasanoşka- 16 cüt; 2) Geyilmiş köhnə paltarlar(qırmızı qısa parça kurtka-1 ədə, boz uzun papaqlı parça jaket-1 ədəd, çəhrayı qısa parça mont-1 ədəd, yaşıl qolsuz uzun jilet-1 ədəd, qara palto(parçadan)- 1 ədəd, qara parçadan plaş-2 ədəd, fıldişi rəngli parça plaş-1 ədəd, qalın qolsuz papaqlı qısa qara rəngli jaket-1 ədəd, çiyin çantası-5 ədəd,köynək-3 ədəd,boyunşarfı-14 ədəd,yubka (parçadan)-1 İ ədəd, don-8 ədəd, kofta-39 ədəd,pencək qısa qol- 1 ədəd, şalvar-11 ədəd, pinjama şalvarı-9 ədəd, nazik jaket- 1 ədəd, pinjama koftası-2 ədəd, pinjama dəsti-1 dəst, mayka-8 ədəd, hamam xalatı-1 ədəd, gecə paltarı- 2 ədəd, qolsu pencək- 1 ədəd, pencəkli don-1 ədəd, qolsuz jaket-1 ədəd, bodi-2 ədəd, pencək-1 ədəd. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Seriya MA № ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1598 nömrəli reyestr kitabının 146308 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ № 301607 nömrəli, xx.xx.2018-ci il tarixli Nikahın pozulması haqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 və X3 ilə olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 317 № nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4149/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh Bakı şəhəri 21 saylı notariat ofisinə qarşı (İddiaçı və AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “barışıq sazişinin etibarsız hesab edilməsi tələbi”nə dair iddiası rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4149/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin iş materialalrına əlavə edilmiş xx xxxxxxx 2018-ci il tarixli barışıq sazişinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı və X3 ünvan 2 A ünvanında qeydiyyatda olan mülki iş üzrə İddiaçı və həmin mülki iş üzrə cavabdeh ünvan 3 ünvanında qeydiyyatda olan X3 öz aralarında aşağıdakı məzmunda müqavilə bağlayaraq razılığa gəlirlər. X3 qeyd edir ki, İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri əmlakların hər birinin həmin dövrdə kimin adına alınmışdırsa onun adında qalmasına və ona qarşı onun adına olan əmlaklarla bağlı heç bir tələb və iddia qaldırmayacağını öz öhdəsinə götürür. Belə ki, İddiaçı adına qeydiyyatda olan, birgə nikah dövründə birgə mülkiyyət kimi əldə etdikləri Xaçmaz rayonu, Əzizbəyli kəndində yerləşən 0.66 ha torpaq sahəsinin, ünvan 1 və onun adına qeydiyyatda olan HYUNDAİ SANTA FE minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilə görə iddiaçı tərəfindən verilmiş iddiadan imtina etməsi qarşılığında həmin əmlakların iddiaçı olan İddiaçı mülkiyyətində qalmasına və ona qarşı həmin əmlaklarla əlaqədar gələcəkdə də heç bir iddia və tələb qaldırmayacağını öz öhdəsinə götürür. İddiaçı mövcud mülki mübahisə üzrə hazırki cavabdeh X3 ilə birgə nikah dövründə əldə etdikləri əmlakların hər birinin həmin dövrdə kimin adına alınmışdırsa onun adında qalmasına və ona qarşı onun adına olan əmlaklarla bağlı heç bir tələb və iddia qaldırmayacağını öz öhdəsinə götürdüyü qarşılığında qaldırdığı iddiadan imtina edir və onun adına olan əmlaklarla bağlı heç bir iddia və tələb qaldırmayacağını öz öhdəsinə götürür. Belə ki, X2 adına olan Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsindəki 179 saylı evin 13 saylı mənzili və Bakı şəhəri, M.Topçubaşov küçəsindəki, 21 saylı evin 121 saylı mənzillərin onun adında qalmasına və həmin əmlaklara qarşı heç bir iddia və tələb qaldırmayacağını öz öhdəsinə götürür. Barışıq razılaşması onların niyyətini ifadə edir və onu imza etdikləri andan qüvvəyə minir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Seriya MA № ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1598 nömrəli reyestr kitabının 146308 nömrəli vərəqində qeydiyyata alınmışdır. AZ-İ № 301607 nömrəli, xx.xx.2018-ci il tarixli Nikahın pozulması haqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 və X3 ilə olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018ci il tarixdə 317 № nömrəli qeydiyyat aparılmışdır. xx xxxxxxx 2018-ci il tarixli barışıq sazişinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı və X3 ünvan 2 A ünvanında qeydiyyatda olan mülki iş üzrə İddiaçı və həmin mülki iş üzrə cavabdeh ünvan 3 ünvanında qeydiyyatda olan X3 öz aralarında aşağıdakı məzmunda müqavilə bağlayaraq razılığa gəlirlər. X3 qeyd edir ki, İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri əmlakların hər birinin həmin dövrdə kimin adına alınmışdırsa onun adında qalmasına və ona qarşı onun adına olan əmlaklarla bağlı heç bir tələb və iddia qaldırmayacağını öz öhdəsinə götürür. Belə ki, İddiaçı adına qeydiyyatda olan, birgə nikah dövründə birgə mülkiyyət kimi əldə etdikləri Xaçmaz rayonu, Əzizbəyli kəndində yerləşən 0.66 ha torpaq sahəsinin, ünvan 1 və onun adına qeydiyyatda olan HYUNDAİ SANTA FE minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilə görə iddiaçı tərəfindən verilmiş iddiadan imtina etməsi qarşılığında həmin əmlakların iddiaçı olan İddiaçı mülkiyyətində qalmasına və ona qarşı həmin əmlaklarla əlaqədar gələcəkdə də heç bir iddia və tələb qaldırmayacağını öz öhdəsinə götürür. İddiaçı mövcud mülki mübahisə üzrə hazırki cavabdeh X3 ilə birgə nikah dövründə əldə etdikləri əmlakların hər birinin həmin dövrdə kimin adına alınmışdırsa onun adında qalmasına və ona qarşı onun adına olan əmlaklarla bağlı heç bir tələb və iddia qaldırmayacağını öz öhdəsinə götürdüyü qarşılığında qaldırdığı iddiadan imtina edir və onun adına olan əmlaklarla bağlı heç bir iddia və tələb qaldırmayacağını öz öhdəsinə götürür. Belə ki, X2 adına olan Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsindəki 179 saylı evin 13 saylı mənzili və Bakı şəhəri, M.Topçubaşov küçəsindəki, 21 saylı evin 121 saylı mənzillərin onun adında qalmasına və həmin əmlaklara qarşı heç bir iddia və tələb qaldırmayacağını öz öhdəsinə götürür. Barışıq razılaşması onların niyyətini ifadə edir və onu imza etdikləri andan qüvvəyə minir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4149/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh Bakı şəhəri 21 saylı notariat ofisinə qarşı (İddiaçı və AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “barışıq sazişinin etibarsız hesab edilməsi tələbi” tələblərinə dair iddia tələbi rədd edilərək, hazırki barışıq sazişinə məhkəmə aktı ilə hüquqi qiymət verilmişdir. Həmin barışıq sazişinin əsasən mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzildə hər hansı hüquqi əsas olmadan Cavabdeh məxsus yuxarıda adları qeyd olunan cehiz əşyaları vardır. İddia mülkiyyətçi olsa da, iddiaçı həmin mənzildə təmir-abadlıq işləri apara bilmir, bu məsələdə mülkiyyətçi maneə ilə üzləşmişdir. Mülkiyyətçi, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmiş və bununla da onun konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh cehiz əşyalarını iddiaçıya məxsus mənzildən çıxarmayaraq hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən mülkiyyət hüququnun qorunması və mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehə məxsus cehiz əşyaları çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus əmlaklar: Mebel dəstləri: Yataq mebel dəsti:1) İki nəfərlik yumşaq taxt-1 ədəd: 2) Altı qapılı paltar şkafı- 1 ədəd; 3) Üç siyirməli tumbuçka- 2 ədəd; 4) Dörd siyirməli güzgülü trimə-1 ədəd; Qonaq mebel dəsti: 1) Televizoraltı şkaf-1 ədəd; 2)Güzgülü kamot- 1 ədəd; 3) İki şüşə qapılı divar şkafı- 1 ədəd; 4) Bir şüşə qapılı divar şkafı- 1 ədəd; 5) Qabaq stolu- 1 ədəd; 6) Bir qapılı tumba- 1 ədəd; Qab-qacaq və servislor: 1)Göy vaza-1 ədəd; 2)Çəngəl-qaşıqbıçaq dəsti (çamadanda- 3 siyirməli qara çamadan)- 1 dəst; 3) güllü boşqab dəsti- servis( 12 ədəd böyük, 4 ədəd kiçik, 6 ədəd dərin boşqablar; 4) Göy rəngli nəlbəki tipli boşqab- 4 ədəd; 5) Qara rəndə kofe servisi- 1 dəst (6 ədəd fincan, 6) 4 ədəd nəlbəki); 6) Qara rəngli gümüşü işlənmiş qadın heykəlciyi(suvenir)- 2 ədəd; 7) Göy rənfli böyük uzunsov boşqab-2 ədəd; 8) Göy rəngli kiçik uzunsov ölçülü boşqab-1 ədəd; 9) Beş gözlü çərəz qabı( böyük, ağ gəngdə, qəhvəyi güllü rəngdə)-1 ədəd; 10) Dərin kiçik boşqabf ağ rəngli, beş güllü)- 4 ədəd; 11 .Nəlbəki tipli kiçik ölçülü dərin boşqab( içərisi ağ, kənarları mavi haşiyəli)4 ədəd; 12) Aypara şəkilli salat qabı(ağ rəngli, üç güllü)-4 ədəd; 13) Kaşı(çölü qəhvəyi, içərisi fil dişi rəngli)- 3 ədəd; 14) Eyni rəngli kaşının kül qabısı- 1 ədəd; 15) Kiçik ölçülü ədviyyat qabı-(içərisi ağ, ortasında çəhrayı rəngli gül, çölü qızılı haşiyəli)- 2ədəd; 16) Eyni ədviyyat qabının duz qabısı- 1 ədəd; 17) Dərin şəkər qabı(ağ rəngli, çölü göy haşiyəli)- 1 ədəd; 18) Boşqab(ağ rəngli, yaşıl güllü, kənarları oval tipli, çıxıntılı)- 2 ədəd; 19) Boşqab( dördbucaqlı, ağ rəngli, qızılı güllü , uzunsov , dayaz)- 1 ədəd; 20) Xrustal qədədh dəsti- 12 ədəd (6 ədəd böyük+ 6 ədəd nisbətən kiçik ölçülü); 21) Gümüşü rəngli qəndqabı- 1 ədəd; 22) Kiçik ölçülü kofe çayniki- 1 ədəd: 23) Həmin çaynikin kiçik ölçülü şəkər tozu qabı- 1 ədəd, nəlbəkisi - 2 ədəd, fincanı-2 ədəd; 24) Pas rəngli kiçik çay qaşığı-6 ədəd; 25) pişik heykəlciyi (fil dişi rəngli, iki başlı, kiçik ölçülü souvenir- 1 ədəd; 26) Baqema (göy rəngli, kiçik ölçülü, kənarı qızılı haşiyəli.irin qabı) – 2 ədəd; 27) Gecə lampası- 1 ədəd; 28) Ağ göy rəngli fincan dəsti- 1 dəst( 24 ədəd)- böyük fincan- 6 ədəd, nisbətən kiçik fincan- 6 ədəd, böyük nəlbəki- 6 ədəd, nisbətən kiçik nəlbəki- 6 ədəd); 29) Gül qabı(şüşədən)- 1 ədəd; 30) Üç ayaqlı meyvə qabı(dairəvi formada, pas gəngli,şüşüə materialdan)- 2 ədəd; 31 .Gülqabı(şüşə materialdan, pas rəngli) 1 ədəd; 32) Boşqab(kvadarat formalı, içi dairəvi dayaz, ağ rəngli, çəhrayı güllü)-3 ədəd; 33) Eyni boşqabın dərin formalısı- 2ədəd; 34) Çay qaşığı( gümüşü rəngli, balaca)- 6 ədəd; 35) Boşqablar (göv rəngli, ortası güllü bəzəkli)-24 ədəd (böyük, dayaz - 6 ədəd, kiçik dayaz-12 ədəd, kiçik dərin-4 ədəd, daha kiçik dərin-2 ədəd); 36) Kiçikboşqab(ağ rəngli,ortasında beş ədəd çəhrayı gül)- 8 ədəd; 37) Boşqab(uzunsov, dördbucaqlı, küncləri dairəvi, dayaz, ağ rəngli, qəhvəyi güllü)-2 ədəd; 38) Boşqab (Eyni formalı ağ rəngli,çəhrayı güllü, dayaz)-2 ədəd; 39) Boşqab(oval formalı, firuzəyi və qəhvə ədəd: 40) Boşqab(oval formalı,ağ rəngli, çəhrayı güllü, dərin)-2 ədəd; 41) Boşqab(göy rəngli və ağ rəngli, qızılı işlənmiş, ortası güllüformalı, dərin)- -12 ədəd; 42) Boşqab(eyni tipli, daha dərin)- 2 ədəd; 43) Boşqab(ağ rəngli, mavi haşiyəli, dərin)-2 ədəd; 44) Boşqab( ağ rəngli, beş ədəd çəhrayı güllü, kiçik ölçülü, dayaz formalı)- 12 ədəd; 45) Konfet qabı (qayıq formalı, gümüşü rənli)- 2ədəd; 46) Tort qabı(plaşmas şüşəli, ortası halqalı)- 1 ədəd; 47) Şüşə padnos(dayaz)- 1 ədəd; 48) Qulplu su qabı(şüşo materialdan)-1 ədəd; 49.Su qabı(şüşə materialdan, qulpsuz, armudvari)-1 ədəd; 50) Qədəh(xrustal, kiçik öıçülü)- 6 ədəd; 51) Meyvə qabı (göy rəngli, dərin, kənarları sünbülvari formada)-2 ədəd; 52) Meyvə qabı (kiçik, şüşədən, kənarları dalğavari)-1 ədəd; 53) Boşqab(kənarları mavi haşiyəli, ortası ağ rəngli, böyük, dayaz)- 6 ədəd: 54) Boşqab(eyni tipli, kiçik)-5 ədəd; 55) Xörək qabı( göy rəngli sulu yemək üçün(supnik)- lodəd; 56) Böyük bulud( eyni materialdan)-1 ədəd; 57) Kiçik bulud(eyni materialdan)-1 ədəd; 58) Eyni materialdan böyük oval dayaz boşqab-2 ədəd; 59) Eyni materialdan kiçik oval dayaz boşqab- 6 ədəd; 60) Gəlinlik güzgüsü-1 ədəd: 61) Vaza(şüşə materialdan, sarı işlənmiş formada, orta ölçülü)- 2 ədəd; 62) Dayaz boşqab (göy rəngli, ortası güllü,orta ölçülü)-6 ədəd; 63) Eyni rəngli kiçik ölçülü dayaz boşqab-6 ədəd; 64) Kaşı(eyni rəngli və eyni materialdan)-2 ədəd; 65) Eyni rəngli və eyni materialdan dərin böyük kaşı- 2 ədəd; 66) Eyni rəngli və eyni materialdan çıraq- 1 ədəd; 67) Çay dəsti(servis)-1 dəst (göy, ağ və qızılı rəngli işlənmişuzun çaynik-1 ədəd, yumru çaynik-1 ədəd, oval boşqab-4 ədəd,kiçik yumru formalı qapaqlı şəkər tozu qabı- 2 ədəd, kiçik ölçülü ağzı ördəkvari şəkər tozu qabı-2 ədəd. q)Geyinı paltarları: 1) .Geyilmiş köhə ayaqqabı, boğazlı ayaqqabı (sapaşki), idman ayaqqabısı və pasanoşka- 16 cüt; 2) Geyilmiş köhnə paltarlar(qırmızı qısa parça kurtka-1 ədə, boz uzun papaqlı parça jaket-1 ədəd, çəhrayı qısa parça mont-1 ədəd, yaşıl qolsuz uzun jilet-1 ədəd, qara palto(parçadan)- 1 ədəd, qara parçadan plaş-2 ədəd, fıldişi rəngli parça plaş-1 ədəd, qalın qolsuz papaqlı qısa qara rəngli jaket-1 ədəd, çiyin çantası-5 ədəd,köynək-3 ədəd,boyunşarfı-14 ədəd,yubka (parçadan)-1 İ ədəd, don-8 ədəd, kofta-39 ədəd,pencək qısa qol- 1 ədəd, şalvar-11 ədəd, pinjama şalvarı-9 ədəd, nazik jaket- 1 ədəd, pinjama koftası-2 ədəd, pinjama dəsti-1 dəst, mayka-8 ədəd, hamam xalatı-1 ədəd, gecə paltarı- 2 ədəd, qolsu pencək- 1 ədəd, pencəkli don-1 ədəd, qolsuz jaket-1 ədəd, bodi-2 ədəd, pencək-1 ədəd, iddiaçı \İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın və mənzil boşaldılsın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar