Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2979/2023 27.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Şirinova Fatima Ağamehdi qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “öhdəliyin pozulması nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkilinin vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “öhdəliyin pozulması nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət xahiş etmişdir. İddiaçı məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə hazırlıq iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi EMİS vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan 2(005)-2979/2023 saylı mülki işin həmin məhkəmənin icraatında olan 2(005)-2475/2023 saylı mülki işə birləşdirilərək, bir icraatda baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil vəsatətin əsassız olduğunu bildirərək, hazırki iddia tələbinin ümumiyyətlə irəli sürülməsinin heç bir hüquqi əsasının olmadığını, eyni zamanda işlərin bir icraatda birləşdirilməsi barədə vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə ərizəni araşdırıb hesab edir ki, məhkəmənin icraatında olan 2(005)- 2979/2023 saylı mülki iş həmin məhkəmənin icraatında olan 2(005)-2475/2023 saylı mülki işlə bir icraatda birləşdirilməli və bir icraatda baxılmalıdır. Belə ki, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(005)-2979/2023 nömrəli mülki iş həmin Məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcə də eyni tərəflərin bir-birinə qarşı eyni predmet üzrə iki tələbi olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, 2(005)-2979/2023 iş həmin Məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcə də eyni iddiaçının, eyni cavabdehə qarşı eyni predmet üzrə iki tələbi olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməli, hər iki mülki işə 2(005)-2475/2023 nömrəli mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cüvə 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin Cavabdeh qarşı “öhdəliyin pozulması nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-2979/2023 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin Məhkəmənin icraatında olan 2(005)-2475/2023 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilsin. Birləşdirilmiş iş üzrə 2(005)-2475/2023 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2979/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2979/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver