Məhkəmə qərarları › İş №2(005)-3000/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3000/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3000/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə (qarşı “hərrac yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərrac yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən ümumi sahəsi, 142,7 kv.m olan 3 otaqlı 4956 saylı evə dair hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi və həmin protokol əsasında "xxxx" İKB (Yelobank ASC) ASC-nin mülkiyyət hüququnun qeydə alınmasına dair - qeydiyyat nömrəsi ********** saylı, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC (Nikoyl" İKB) "kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, evdən istifadə hüququnun itirilmiş hesab olunmaqla evdən çıxarılma və mənzilin boşaldılmasına dair mərhum həyat yoldaşı X2 qarşı iddia tələbi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB-nın "kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, evdən istifadə hüququnun itirilmiş hesab olunmaqla evdən çıxarılma və mənzilin boşaldılmasına dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh mərhum həyat yoldaşı X3 ilə bağlanmış 21 avqust 2014-cü il tarixli, 4-.M-1-0-910-K saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixədək ödənilməmiş 32772 ABŞ dolları əsas borc, 7882 ABŞ dolları faiz borcu və 831 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 41485 ABŞ dolları məbləğində borc, iddia ərizəsinin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlar X3 və X4 iddiaçı "xxxx" İKB-nın xeyrinə tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.nı. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiymətinin 60.000 manat müəyyən olunmaqla, açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunacaq məbləğin iddiaçı "xxxx" İKB-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evə dair cavabdeh X1 istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsindən 07 aprel 2016-cı il tarixdə mərhum həyat yoldaşı X3 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən, təmin edilmiş və iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi faiz cərimə borcunun tutulması və ipoteka predmeti olan evin dəyərinə dair hissədə dəyişdirilməsi, cavabdeh X1 hüquqi varisi İddiaçı və X4 32.772 ABŞ dolları əsas borc, 4449.79 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 37321,79 ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizənin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı məbləğində pul alınaraq iddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinə (hazırda "xxxx" ASC) ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı, 0,12 ha torpaq sahəsi olan 4956 saylı evin hərracda ilkin satış qiymətinin 144.000 min manat müəyyən edilməsi qət edilmişdir. Həmin işə baxılan zaman, mərhum həyat yoldaşı X3 17 dekabr 2017-ci il tarixdə vəfat etmiş və bu barədə "Sumqayıt Asan Xidmət" Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 23 dekabr 2017-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Bundan sonra iddiaçı hüquqi varisi qismində tanınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8962/2015 saylı, 21 oktyabr 2015 tarixli icra sənədinə əsasən Sumqayıt şəhəri üzrə icra idarəsi hərracın keçirilməsinə dair sifariş verilmişdir, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m, olan 3 otaqlı, 0,12 ha torpaq sahəsi olan 4936 saylı evin hərracı "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən keçirilmiş, ipoteka predmeti olan 4956 saylı fərdi yaşayış evi onların xəbəri və məlumatı olmadan hərracdan "xxxx" ASC-yə satılmışdır. Həmin hərracın təşkili və keçirilməsi qanunsuz və əsassızdır. Çünki hərrac "borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, evdən istifadə hüququnun itirilmiş hesab olunmaqla evdən çıxarılma və mənzilin boşaldılması" tələblərinə dair mübahisəyə Sumqayıt Apellyasiya Məhkəməsində baxılan zaman həyata keçirilmişdir. "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən keçirilmiş açıq hərrac üzrə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı, 0,12 ha torpaq sahəsi olan 4956 saylı evin ilkin satış qiyməti isə 51.000 manat (60.000-15%-51000) müəyyən olunaraq hərrac keçirilmişdir. Belə ki, ilkin hərrac 11 may 2016-cı il, təkrar hərrac isə 16 iyun 2016-cı il tarixdə keçirilmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi, yəni verilmiş apellyasiya şikayətinin nəticəsi gözlənilmədən icra sənədi icra edilmişdir. Bundan əlavə olaraq, verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin, 2(105)- 1/2021 nömrəli qətnaməsindən göründüyü kimi, iş üzrə 21 oktyabr 2015-ci il tarixli, 2(060)- 8962/2015 nömrəli icra sənədi ləğv edilmişdir, ipoteka predmenti olan əmlakın hərracda likvid dəyəri 60000 manat deyil, 115.000 manat, faiz borcu isə 7882 ABŞ dolları deyil 4449.79 ABŞ dolları, cərimə borcu isə 831 ABŞ dolları deyil 100 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, ipoteka predmeti olan, həmçinin mübahisə predmenti olan əmlakın qiymətləndirilməsinə dair məhkəmə mübahisələri hərracın keçirilməsi müəyyən olunan tarixdən sonra da davam edir, iş üzrə məhkəmə mübahisələri yekunlaşmadan, icraatda olan iş üzrə hərracın keçirilməsi qanunsuz və əsassız hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8962/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh X3 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixədək ödənilməmiş 32772 ABŞ dolları əsas borc, 7882 ABŞ dolları faiz borcu və 831 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 41485 ABŞ dolları məbləğində borc, iddia ərizəsinin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlər X3 və X4 iddiaçı "xxxx" İKB-nin xeyrinə tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhər, Novxanı Bağ massivində yerləşən ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiyməti 60000 manat müəyyən olunmaqla, açıq hərrac vasitəsilə satılsın və satışdan əldə olunacaq məbləğ iddiaçı "xxxx" İKB-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı 4956 saylı evə dair cavabdeh X1 istifadə hüququ itirilmiş hesab edilsin və o, həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8962/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh X3 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixədək ödənilməmiş 32772 ABŞ dolları əsas borc, 7882 ABŞ dolları faiz borcu və 831 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 41485 ABŞ dolları məbləğində borc, iddia ərizəsinin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlər X3 və X4 iddiaçı "xxxx" İKB-nin xeyrinə tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhər, Novxanı Bağ massivində yerləşən ümumi sahəsi 142,7 kv.m olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiyməti 60000 manat müəyyən olunmaqla, açıq hərrac vasitəsilə satılsın və satışdan əldə olunacaq məbləğ iddiaçı "xxxx" İKB-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı 4956 saylı evə dair cavabdeh X1 istifadə hüququ itirilmiş hesab edilsin və o, həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Qətnamə xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almış və icra vərəqəsi müvafiq icra şöbəsinə xx.xx.2015-ci il tarixdə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsin tərəfindən "xxxx" MMC-yə ünvanladığı 13K/34 nömrəli xx.xx.2016-cı il tarixli sifarış məktubundan görünür ki, X1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı Bağ massivində yerləşən 3 otaqlı 4956 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 60000 manat olaraq qəbul edilərək əmlaka dair hərracın təşkil edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş 01 nömrəli xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, X1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı Bağ massivində yerləşən 3 otaqlı 4956 saylı fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixdə saat 12:00-da ünvan 2 ünvanında ilkin satış qiyməti 60000 manat olmaqla hərracın keçiriləcəyi barədə məlumat (01 nömrəli bildiriş) göndərilmişdir. İş materiallarına əlavə edilmiş 01 nömrəli xx.xx.2016-cı il tarixli bildirişinin göndərilməsi barədə zərfin üzərində aparılmış xx.xx.2016-cı il tarixli F-20 nömrəli qeyddən görünür ki, "xxxx" MMC tərəfindən X2 ünvan 3 ünvanına göndərilmiş 01 nömrəli xx.xx.2016-cı il tarixli bildiriş, “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş 01/2 nömrəli xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, X1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı Bağ massivində yerləşən 3 otaqlı 4956 saylı fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixdə saat 12:00-da ünvan 2 ünvanında 60000 manat olmaqla hərracın keçiriləcəyi barədə məlumat (01/2 nömrəli bildiriş) göndərilmişdir. İş materiallarına əlavə edilmiş 01/2 nömrəli xx.xx.2016-cı il tarixli bildirişinin göndərilməsi barədə zərfin üzərində aparılmış xx.xx.2016-cı il tarixli F-20 nömrəli qeyddən görünür ki, "xxxx" MMC tərəfindən X2 ünvan 3 ünvanına göndərilmiş 01/2 nömrəli xx.xx.2016-cı il tarixli bildiriş, “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş 02 nömrəli xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, X1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı Bağ massivində yerləşən 3 otaqlı 4956 saylı fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixdə saat 12:00-da ünvan 2 ünvanında ilkin satış qiyməti 60000 manat -15% azaldılaraq 51000 manat olmaqla hərracın keçiriləcəyi barədə məlumat (02 nömrəli bildiriş) göndərilmişdir. İş materiallarına əlavə edilmiş 02 nömrəli xx.xx.2016-cı il tarixli bildirişinin göndərilməsi barədə zərfin üzərində aparılmış xx.xx.2016-cı il tarixli F-20 nömrəli qeyddən görünür ki, "xxxx" MMC tərəfindən X2 ünvan 3 ünvanına göndərilmiş 02 nömrəli xx.xx.2016-cı il tarixli bildiriş, “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş 02/2 nömrəli xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, X1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı Bağ massivində yerləşən 3 otaqlı 4956 saylı fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixdə saat 12:00-da ünvan 2 ünvanında 60000 manat olmaqla hərracın keçiriləcəyi barədə məlumat (02/2 nömrəli bildiriş) göndərilmişdir. İş materiallarına əlavə edilmiş 02/2 nömrəli xx.xx.2016-cı il tarixli bildirişinin göndərilməsi barədə zərfin üzərində aparılmış xx.xx.2016-cı il tarixli F-20 nömrəli qeyddən görünür ki, "xxxx" MMC tərəfindən X2 ünvan 3 ünvanına göndərilmiş 02/2 nömrəli xx.xx.2016-cı il tarixli bildiriş, “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilməsi, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi faiz cərimə borcunun tutulması və ipoteka predmeti olan evin dəyərinə dair hissədə dəyişdirilərək, cavabdehlər X1 hüquqi varisi İddiaçı və X4 32772 ABŞ dolları əsas borc, 4449.79 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 37321,79 ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizənin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmış 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı məbləğində pul alınaraq iddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinə (hazırda "Yelo Bank” ASC) ödənilməsi, İpoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m, olan 3 otaqlı, 0,12 ha torpaq sahəsi olan 4956 saylı evin hərracda ilkin satış qiyməti 144 min manat müəyyən edilərək, Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6103/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı "Yelo Bank” ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi «əmlakın ilkin satış qiyməti 144.000 (yüz qırx dörd min) manat məbləğində müəyyən edilməsi» hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi və cavabdeh X1 hüquqi varisi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-476/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiymətinin 60.000 manat müəyyən olunması hissəsində dəyişdirilsin. İpoteka predmeti Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m olan 3 otaqlı 4956 saylı evin likvid dəyəri 115000 (yüz on beş min) manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4275/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh X1 prosessual hüquq varisi İddiaçı kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-476/2022 nömrəli, 5 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Repsublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********42 nömrəli cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən 4956 saylı bağ evinin rejiminə dair məlumatın verilməsi barədə məktubunuza “Daşınmaz Əmlakın Dövlət və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmış və Bununla bağlı bildirirk ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən saylı bağ evi torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixli çıxarış, plan və ölçü və eskiz lahiyə əsasında X1 adına qeydiyyata alınaraq xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat konotrunun təsdiq etdiyi xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında sözügedən daşınmaz əmlak üzərində “Nikoyl" İKB-nin xeyrinə ipoteka yüklülüyünün qeydiyyatı aparılmış və xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli yüklülük çıxarışı verilmişdir. Sonradan bankın xx.xx.2015-ci il tarixli, 5334/15 nömrəli məktubu əsasında bağ evi üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı alınmışdır. "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli, 33/04 nömrəli Hərracın yekunları barədə protokolu, xx.xx.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında sözügedən bağ evi üzərində "xxxx" İKB-nin mülkiyyət hüququ qeydiyyata xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və hal-hazırda "xxxx" İKB-nin mülkiyyətindədir. Məhkəmə araşdrıması müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8962/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi cavabdeh X3 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixədək ödənilməmiş 32772 ABŞ dolları əsas borc, 7882 ABŞ dolları faiz borcu və 831 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 41485 ABŞ dolları məbləğində borc, iddia ərizəsinin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlər X3 və X4 iddiaçı "xxxx" İKB-nin xeyrinə tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhər, Novxanı Bağ massivində yerləşən ümumi sahəsi 142,7 kv.m olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiyməti 60000 manat müəyyən olunmaqla, açıq hərrac vasitəsilə satılsın və satışdan əldə olunacaq məbləğ iddiaçı "xxxx" İKB-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı 4956 saylı evə dair cavabdeh X1 istifadə hüququ itirilmiş hesab edilsin və o, həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8962/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Daha sonra X1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı Bağ massivində yerləşən 3 otaqlı 4956 saylı fərdi yaşayış evinə dair əmlakın açıq hərracda satılması ilə bağlı cavabdeh tərəfindən müvafiq hərəkətlər edilərək, yekunda qeyd olunan fərdi yaşayış evi xx.xx.2016-cı il tarix "xxxx" İKB mülkiyyətinə keçmişdir. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi faiz cərimə borcunun tutulması və ipoteka predmeti olan evin dəyərinə dair hissədə dəyişdirilərək, cavabdehlər X1 hüquqi varisi İddiaçı və X4 32772 ABŞ dolları əsas borc, 4449.79 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 37321,79 ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizənin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmış 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı məbləğində pul alınaraq iddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinə (hazırda "Yelo Bank” ASC) ödənilməsi, İpoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m, olan 3 otaqlı, 0,12 ha torpaq sahəsi olan 4956 saylı evin hərracda ilkin satış qiyməti 144 min manat müəyyən edilərək, Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd olunan qətnamədən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6103/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 1/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi «əmlakın ilkin satış qiyməti 144.000 (yüz qırx dörd min) manat məbləğində müəyyən edilməsi» hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi və cavabdeh X1 hüquqi varisi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunan hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi nəticəsində işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-476/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiymətinin 60.000 manat müəyyən olunması hissəsində dəyişdirilsin. İpoteka predmeti Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m olan 3 otaqlı 4956 saylı evin likvid dəyəri 115000 (yüz on beş min) manat müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4275/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh X1 prosessual hüquq varisi İddiaçı kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-476/2022 nömrəli, 5 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8962/2015 nömrəli icra vərəqəsi üzrə ipoteka predmeti olan X1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı Bağ massivində yerləşən 3 otaqlı 4956 saylı fərdi yaşayış evinə dair keçirilmiş açıq hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və onun nəticlərinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə araşdırması zamanı aşkar edilmiş hallar üzrə məhkəmə qeyd edir ki, hərrac təşkilatı tərəfindən ipoteka predmeti olan əmlak üzrə keçirilmiş açıq hərraclar qanunsuz olaraq keçirilmişdir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8962/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi qəbul edilməsinə baxmayaraq, həmin qətnamə verilmiş apelyasiya və kassasiya şikayətləri ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 8962/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi qismən dəyişdirilmişdir. İpoteka predmeti olan Sumqayıt şəhər, Novxanı Bağ massivində yerləşən ümumi sahəsi 142,7 kv.m olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiyməti Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8962/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi 60000 manat müəyyən olunmuş hissədə dəyişdirilərək 115000 (yüz on beş min) manat müəyyən edilmişdir. Qeyd olunan qətnamə qismən dəyişdirildiyi halda həmin qətnamə üzrə verilmiş xx.xx.2015-ci il tarixli icra vərəqəsinə dair hər-hansı icra hərəkətinin aparılması qanunsuzdur. Belə olan halda Sumqayıt şəhəri üzrə İcra idarəsinin hərrac təşkilatına ünvanladığı xx.xx.2016-cı il tarixli sifariş məktubu əsasında "xxxx" MMC-də aparılmış hərracın qanunsuz olaraq keçrilməsini təsdiq edir. Belə ki, qeyd olunan sifariş məktubu üzrə aparılmış hərrac xx.xx.2016-cı il tarixli, 33/04 nömrəli Hərracın yekunları barədə protokolu, xx.xx.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin bağlanması ilə nəticələnərək, iddiaçının hüquqlarını kobud şəkildə pozulmasına səbəb olmuşdur. İşin hallarına əsasən məhkəmə aktının qanuni qüvvəsini almasına dair qanunvericliklə müəyyən edilmiş maddi hüquq normaları ilk növbədə tərəflərin hüquqlarının tam bərabər təmin edilməsinə yönəlmişdir. Məhkəmədə işlərə çəkişmə prinsipi əsasında baxılması müəyyən edilmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək qətnamdən razı qalmayan tərəfə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi çəkişmə prinsipinin gözlənilməsi nəinki məhkəmə aktı qəbul edilənədək gedən proseslərdə, hətta məhkəmə aktı qanuni qüvvəsini alanadək və hətta ondan sonrakı prosesləri ümumilikdə əhatə edir. Odur ki, qeyd olunan proseslərin hər-hansı hissəsində tərəflərdən birinin hüquqlarının pozulması daha sonra edilməsi zəruri olan prosesin qanuniliyini şübhə altına almaqdadır. Eyni zamanda məhkəmə aktının qanuni qüvvəsini alması hadisəsinin baş verməsi, baxılmış mübahisəyə dair tərəflərin bir sıra hüquqlarının məhdudlaşdırılmasına və ya əksinə əlavə hüquqlarının əmələ gəlməsinin hüquqi keçidi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında və 234.2.2-ci maddəsinə əsasən məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda qeyd olunan maddi hüquq normasının imperativ tələbindən göründüyü kimi, qətnamənin qanuni qüvvəsini almasına dair müddəalar qətidir. Qeyd olunan hüquqi qiymətləndirmə iddiaçının tələbinin hüquqi əsasını təşkil edən əsas meyyar hesab edilməlidir. Belə ki, iddia tələbindən mübahisələndirilən ipoteka predmeti olan Sumqayıt şəhər, Novxanı Bağ massivində yerləşən ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiyməti 60000 manat müəyyən olunmaqla keçirilən hərracların və "xxxx" MMC ilə "xxxx" İKB arasında imzalanmış xx.xx.2016-cı il tarixli, 33/04 nömrəli Hərracın yekunları barədə protokolu, xx.xx.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi Sumqayıt şəhər Məhkəməsinin qanuni qüvvəsini almamış 2(060)-8962/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrasını təmin etmək üçün icra məmuru tərəfindən edilmiş qanunsuz sifariş və həmin sifariş əsasında qanunsuz keçirilmiş hərracların hüquqi nəticələri olaraq qiymtələndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İşə əlavə edilmiş sübutlardan göründüyü kimi hərrac təşkilatı tərəfindən əmlaka dair xx.xx.2016-cı il və ikinci xx.xx.2016-cı il tarixli hərraclar keçirildikdən sonra "xxxx" MMC tərəfindən xx.xx.2016-cı il tarixli, 33/04 nömrəli Hərracın yekunları barədə protokolu, tərtib edildikdən sonra "xxxx" MMC ilə "xxxx" ASC arasında ipoteka predmeti olan Sumqayıt şəhər, Novxanı Bağ massivində yerləşən ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı 4956 saylı fərdi yaşayış evinin "xxxx" İKB-yə satılması barədə xx.xx.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi imzalanmışdır. Hazırda məhkəmə araşdırması zamanı keçirilmiş hərracın hüquqi qiymətləndirilməsini nəticəsi olaraq "xxxx" MMC ilə "xxxx" İKB arasında bağlanmış müqavilənin etibarsız əqd olaraq hər-hansı hüquqi nəticəyə malik olmaması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə uyğun olaraq əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3 maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Həmin Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 351.4-cü maddəsinə əsasən əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Bundan başqa qanunverici tərəflər arasında bağlanmış etibarsız əqd üzrə tərəflərin həmin əqdi bağladıqları zamana olduqları vəziyyətə gətirilməsini, yəni əqdin şərtləri üzrə yerinə yetirilmiş öhdəliklərin qaytarılmasını nəzərdə tutmuşdur. Belə olan halda əgər əqdin etibarsızlığı tərəflər arasında müəyyən olunmuşsa qeyd olunan hal onların qarşılıqlı razılığı ilə həll olunmalıdır. Əgər həmin əqdin etibarsızlığı məhkəmədə təsdiq edilmişdirsə qeyd olunan əqd üzrə tərəflərin əqdin bağlandığı andan olduqları vəziyyətə gətirilmələri üçün məhkəmə tərəfindən müvafiq hərəkətlər icra edilməlidir. Belə olan halda tələbin “protokol əsasında "xxxx" İKB (Yelobank ASC) ASC-nin mülkiyyət hüququnun qeydə alınmasına dair - qeydiyyat nömrəsi ********** saylı, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, göründüyü kimi tələbin bu hissiəsi bilavasitə iddia tələbinin birinci hissəsi üzrə məhkəmənin gəldiyi hüquqi nəticəyə bağlıdır. Hazırda tələbin ipoteka predmeti olan Sumqayıt şəhər, Novxanı Bağ massivində yerləşən ümumi sahəsi 142.7 kv.m olan 3 otaqlı 4956 saylı fərdi yaşayış evi üzərində "xxxx" İKB-nin mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi hissəsində mübahisələndirilən mülkiyyət sənədi məhkəmə tərəfindən etibarsız hesab edilmiş hərrac təşkilatının Hərracın yekunları barədə xx.xx.2016-cı il tarixli, 33/04 nömrəli Hərracın yekunları barədə protokolu, həmin protokol əsasında "xxxx" MMC ilə "xxxx" İKB arasında xx.xx.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi Müqavilə əsasında rəsmiləşdirildiyindən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən ümumi sahəsi, 142,7 kv.m olan 3 otaqlı 4956 saylı evə dair hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməli və "xxxx" İKB (Yelobank ASC) ASC-nin mülkiyyət hüququnun qeydə alınmasına dair - qeydiyyat nömrəsi ********** saylı, qeydiyyat tarixi xx.xx.2016-cı il olan daşınmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin Cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən ümumi sahəsi, 142,7 kv.m olan 3 otaqlı 4956 saylı evə dair hərracın yekunları barədə protokolunun etibarsız hesab edilsin. "xxxx" İKB (Yelobank ASC) ASC-nin mülkiyyət hüququnun qeydə alınmasına dair qeydiyyat nömrəsi ********** saylı, qeydiyyat tarixi xx.xx.2016-cı il olan daşınmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən aparılmış qeydiyyat ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar