Məhkəmə qərarları › İş №2(005)-3019/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3019/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3019/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Xətai rayon icra şöbəsinə qarşı ("xxxx" ASC, X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Xətai rayon icra şöbəsinə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-154/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı, 13301,65 ABŞ dolları əsas borc 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqının ondan tutulması, habelə tələbin onun mülkiyyətində olan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin ,17 saylı mənzilinə yönəldilməlidir. İcra haqqında qanuna əsasən tələbin könüllü icrası üçün icra məmuru borclunu məlumatlandırmalı olsa da, bunu etməmişdir.Nəticə etibarilə ona məxsus mənzilin hərrac yolu ilə satışı üçün sifariş verilmişdir.Buna görədə ona məxsus Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 17 saylı mənzilin hərrac yolu ilə satışını sifariş etmiş, cavabdeh Xətai rayon İcra şöbəsi və həmin hərracı həyata keçirmiş, “həmin ev boşaldılaraq açıq hərracda satılmalıdır, satışdan əldə olan məbləğdən "xxxx" ASC-yə olan borcun əvəzi ödənilməlidir. "xxxx" MMC onu keçirilmiş hərrac haqqında məlumatlandırmadan Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 17 saylı mənzili hərrac satışı baş tutmaması ilə əlaqədar aşağı qiymətə, yəni 44625 manat dəyərində tələbkar banka təklif edilmiş və tələbkar bank həmin mənzili qanunsuz olaraq ələ keçirmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borclular öz üzərilərinə düşən öhdəlikləri kredit müqaviləsi ilə razılaşdırılmış qaydada icra etmədiyindən, Xətai Rayon Məhkəməsinə müraciət olunmuş, müraciətin nəticəsində İddiaçı, 13301,65 ABŞ dolları əsas borc 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqının ondan tutulması, habelə tələbin onun mülkiyyətində olan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin ,17 saylı mənzilinə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Sözügedən qətnamənin qəbul edilməsinə baxmayaraq, borclular, o cümlədən, hazırki iş üzrə iddiaçıtərəfindən kredit öhdəliyinin ödənilməklə bağlanması istiqamətində hər hansısa tədbir görülməmişdir. İcra hərərkətlərini dayandırmaq üçün 1-ci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya, kassasiya şikayətləri verilmişdir. Bundan əlavə, bütün icra prosesi müddətində müxtəlif bəhanələrlə ödəniş etmək üçün vaxt almış, lakin heç bir nəticəsi olmamışdır. İddiaçı həm məhkəmə, həm də icra mərhələsində aparılmış bütün proseslərdən ətraflı məlumatı olmuşdur. Bundan əlavə, iddiaçı iddia ərizəsində göstərir ki, hərrac barədə bildirişlər guya onun yaşamadğı ünvana göndərilmişdir. Halbuki, iddiaçının qalmadığı ünvan kimi təqdim etdiyi ünvan 1nvanda qeydiyyatdadır. Hərrac təşkilatı tərəfindən də hərrac barədə bildirişlər də həmin ünvana göndərilmişdir. Bütün yuxarıda qeyd olunanlar bir daha sübut edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilənlərin heç bir əsası yoxdur, tələbinin əsasları barədə də heç bir sübutu yoxdur. Digər tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli 2(011)-154/2019 saylı icra vərəqəsinin surətinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı 12193,25 (on iki min yüz doxsan üç dollar, iyirmi beş sent) ABŞ dolları əsas borc, 708,40 (yeddi yüz səkkiz dollar qırx sent) ABŞ dolları məbləğində faiz borcu, 400 (dörd yüz) ABŞ dolları məbləğində cərimə olmaqla və 30 manat dövlət rüsumu və xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi göstərilmişdir.Tələbin İddiaçı mülkiyyətində olan ünvan 3 evin, 17 saylı mənzilinə yönəldilməsi, cari əmlakın 70000 (yetmiş min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 13301,65 (on üç min üç yüz bir dollar altmış beş sent) ABŞ dolları məbləğində və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və xidmət haqqı iddiaçı "xxxx" ASC-yə ödənilməsi göstərilmişdir.ünvan 3 evin, 17 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra İddiaçı mənzildən çıxarılaraq, mənzil boşaldılması qeyd edilmişdir. Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən xx.xx.2019-cu il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə borclu İddiaçı qarşı 12193,25 (on iki min yüz doxsan üç dollar, iyirmi beş sent) ABŞ dolları əsas borc, 708,40 (yeddi yüz səkkiz dollar qırx sent) ABŞ dolları məbləğində faiz borcu, 400 (dörd yüz) ABŞ dolları məbləğində cərimə olmaqla və 30 manat dövlət rüsumu və xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi göstərilmişdir. xx.xx.2021-ci il tarixli Bildiriş-Xəbərdarlıqdan görünür ki, borclu İddiaçı tələbin 10 gün müddətində könüllü icrası xahiş olunmuş, əks təqdirdə tələbin məcburi icraya yönəldiləcəyi bildirilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2020-ci il tarixli, 0/466 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə və Hərracın yekunları barədə protokoluna əsasən ipoteka predmetini təşkil edən ünvan 3 evin, 17 saylı mənzilin satışı üçün hərracın xx.xx.2020-ci il tarixdə saat 11:00-da ünvan 2 ünvanında keçiriləcəyi barədə İddiaçı və məlumat üçün "xxxx" ASC-yə və Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir; “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2021-ci il tarixli, hərracın yekunları barədə protokolunun surətinə əsasən ipoteka predmetini təşkil edən ünvan 3 evin, 17 saylı mənzilin satış qiyməti 70.000 manat, ipoteka predmetinin təkrar hərracdakı satış qiymətinin 59.500 , ipoteka predmetinin “İpoteka Haqqında” AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 44625,00 (qırx dörd min altı yüz iyirmi beş) manat qiymətlə tələbkar "xxxx" ASC əldə etmişdir.; “Birja yenilikləri” qəzetinin 01-07 dekabr 2020-ci il tarixə buraxılışlarından görünür ki, qeyd olunan mənzilin hərraca çıxarılmasına dair elanlar yerləşdirilmişdir; Bakı şəhəri 52 saylı dövlət kontorunun dövlət notariusu E.S.Zeynalov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin surətinə əsasən "xxxx" ASC satıcı olaraq ünvan 3 evin, 17 saylı ünvanda yerləşən ümumi sahəsi 47,61 kv.m, olan mənzili 84 000 manata alıcı X1; xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən qaldırılmış iddia üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Məhkəmə iddia tələbinin “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı iddia ərizəsinə və iş materiallarına istinadən qeyd edir ki, iddiaçı hərrac barədə məlumatlı olmadığını, habelə hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu bildirir. Eyni zamanda, iddiaçı tərəf onun qeydiyyatda olduğu yer üzrə hərrac bildirişlərinin göndərilmədiyini qeyd edir. Halbuki hərracın keçirilməsi ilə bağlı bildirişlər mənzilin mülkiyyətçisi İddiaçı qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, hərrac təşkilatı ünvan 3 evin, 17 saylı mənzilə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın onlardan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən mənzilin mülkiyyətçisinin ünvanı üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın onlardan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə vurğulayır ki, həmin bildirişlərin faktiki ünvanı üzrə göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu və ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçının həmin əmlakı almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, məhkəmə baxışı zamanı, ipoteka predmeti olmuş sözügedən əmlakın artıq hərraca çıxarıldığı və "xxxx" ASC-nin mülkiyyətinə keçdikdən sonrakı mərhələdə, 3-cü şəxs X2 müəyyən olunmuşdur; bu hal isə, hazırkı iddia tələbinin təmin edilməməsinə əsas yaradan növbəti faktdır. Belə ki, yüklü edilmiş əşyaya, xüsusən də ipoteka predmetinə mülkiyyət hüququna xitam verilmə “İpoteka haqqında” qanunla tənzimlənir. Buna görə də, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Bu o deməkdir ki, məhkəmə qətnaməsi əsasında əmlaka tutma yönəldilmiş iddiaçı həmin əmlaklar hərrac nəticəsində tələbkarın mülkiyyətinə verildikdən sonra artıq mülkiyyət hüquqlarını itirmişlər və onların hüquqları mülkiyyətçi hüquqları kimi qoruna bilməz. Başqa sözlə, iddia qaldırarkən iddiaçının güdmüş olduqları məqsədin, yəni hərracın yenidən həyata keçirilməsi artıq faktiki olaraq mümkün deyildir, çünkü hərrac keçirilərək əmlakın yeni mülkiyyətçisi (X6) müəyyən olunmuş, hazırkı iddia tələbi isə həmin mülkiyyətçiyə yönəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçınun cavabdeh "xxxx" MMC-yə və Xətai Rayon İcra və probasiya şöbəsinə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Xətai rayon icra şöbəsinə qarşı ("xxxx" ASC, X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar