Məhkəmə qərarları › İş №2(005)-3037/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3037/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3037/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X15, Cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta məbləğinin və hesablanmış dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta məbləğinin və hesablanmış dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 36.286,32 (otuz altı min iki yüz səksən altı manat otuz iki qəpik) manat məbləğində sığorta ödənişi və 39.726,60 (otuz doqquz min yeddi yüz iyirmi altı manat altmış qəpik) manat dəbbə pulu olmaqla, cəmi 76.012,92 (yetmiş altı min on iki manat doxsan iki qəpik) manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilələrə əsasən müvafiq şəxsi minik avtomobilləri (AK0393/12 nömrəli sığorta polisinə əsasən sığorta müddəti xx xxxxxx 2012-xx xxxx 2013-cü ili əhatə edən və 6.400 (altı min dörd yüz) manat sığorta məbləği hesablanmış 7.200 (yeddi min iki yüz) manat dəyərində olan 1997-ci il buraxılışlı **-EG-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 180” markalı, MS13000008 nömrəli sığorta polisinə əsasən sığorta müddəti xx xxxxxx 2013-xx xxxxx 2014-cü ili əhatə edən və 5.900 (beş min doqquz yüz) manat sığorta məbləği hesablanmış 7.850 (yeddi min səkkiz yüz əlli) manat dəyərində olan 1999-cu il buraxılışlı **-EG-*** dövlət qeydiyyat nişanlı “BMW 523” markalı, MS13000012 nömrəli sığorta polisinə əsasən sığorta müddəti xx xxxxxx 2013-xx xxxxx 2014-cü ili əhatə edən və 6.200 (altı min iki yüz) manat sığorta məbləği hesablanmış 7.850 (yeddi min səkkiz yüz əlli) manat dəyərində olan 2007-ci il buraxılışlı **-VA-*** dövlət qeydiyyat nişanlı “Suzuki Swift” markalı, AK0363/12 nömrəli sığorta polisinə əsasən sığorta müddəti xx xxxxxx 2012-xx xxxxxx 2014-cü ili əhatə edən və 7.100 (yeddi min bir yüz) manat sığorta məbləği hesablanmış 7.840 (yeddi min səkkiz yüz qırx) manat dəyərində olan 2001-ci il buraxılışlı **-KF-*** dövlət qeydiyyat nişanlı “Peugeot 406” markalı, AK0357/12 nömrəli sığorta polisinə əsasən sığorta müddəti xx xxxxxxx 2012-xx xxxxxx 2014-cü ili əhatə edən və 7.300 (yeddi min üç yüz) manat sığorta məbləği hesablanmış 10.000 (on min) manat dəyərində olan 2003-cü il buraxılışlı **-NN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C240” markalı, AK0392/12 nömrəli sığorta polisinə əsasən sığorta müddəti xx xxxxxx 2012-xx xxxx 2014-cü ili əhatə edən və 6.000 (altı min) manat sığorta məbləği hesablanmış 6.700 (altı min yeddi yüz) manat dəyərində olan 2002-ci il buraxılışlı **-CU-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı, AK0356/12 nömrəli sığorta polisinə əsasən sığorta müddəti xx xxxxxxx 2012-xx xxxxxx 2014-cü ili əhatə edən və 6.500 (altı min beş yüz) manat sığorta məbləği hesablanmış 7.000 (yeddi min) manat dəyərində olan 2005-ci il buraxılışlı **-UD-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı və AK0352/12 nömrəli sığorta polisinə əsasən sığorta müddəti xx xxxxxxx 2012-xx xxxxxx 2014-cü ili əhatə edən və 7.500 (yeddi min beş yüz) manat sığorta məbləği hesablanmış 12.500 (on iki min beş yüz) manat dəyərində olan 2000-ci il buraxılışlı **-BC-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E320” markalı avtomobillər) kasko növü üzrə sığorta edilmişdir. Sığorta müqaviləsinə əsasən cavabdeh sığorta şirkəti tərəfindən avtomobillər üçüncü şəxslərin qanuna zidd hərəkətlərindən sığorta edilmiş, franşiza isə 15% təşkil etmişdir. Yuxarıda qeyd edilən avtomobillər üzrə sığorta hadisəsi baş vermişdir. Belə ki, onun xəbəri və iradəsi olmadan “Peugeot 406” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adına, “Mersedes Benz C240” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 adına, “Opel Astra” markalı **- CU-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 adına, digər avomobillər isə digər şəxslərin adlarına keçirilmiş, bununla da onun həmin avtomobillər üzərində mülkiyyət hüquqları pozulmuşdur. Bu isə son nəticədə üçüncü şəxslərin qanuna zidd hərəkətləri deməkdir. Sığorta şəhadətnamələrinə əsasən avtomobillərə hesablanmış natamam sığorta və franşiza məbləğləri müvafiq qaydada hesablanmalıdır (“Mercedes Benz 180” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 4.835,61 (dörd min səkkiz yüz otuz beş manat altmış bir qəpik) manat (6.400x11,11%=711,04 manat məbləğ sığorta məbləğindən çıxıldıqda yaranan 5.688,96 manat hesablanmış zərərin məbləğindən 853,34 manat franşiza məbləği hesablandıqdan sonra yaranan ödəniləcək məbləğ), “BMW 523” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 3.769,27 (üç min yeddi yüz altmış doqquz manat iyirmi yeddi qəpik) manat (5.900x24,84%=1.465,56 manat məbləğ sığorta məbləğindən çıxıldıqda yaranan 4.434,44 manat hesablanmış zərərin məbləğindən 665,16 manat franşiza məbləği hesablandıqdan sonra yaranan ödəniləcək məbləğ), “Suzuki Swift” markalı, **- VA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 4.163,30 (dörd min bir yüz altmış üç manat otuz qəpik) manat (6.200x21%=1.302 manat məbləğ sığorta məbləğindən çıxıldıqda yaranan 4.898 manat hesablanmış zərərin məbləğindən 734,70 manat franşiza məbləği hesablandıqdan sonra yaranan ödəniləcək məbləğ), “Peugeot 406” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 5.465,43 (beş min dörd yüz altmış beş manat qırx üç qəpik) manat (7.100x9,43%=669,53 manat məbləğ sığorta məbləğindən çıxıldıqda yaranan 6.430,47 manat hesablanmış zərərin məbləğindən 964,57 manat franşiza məbləği hesablandıqdan sonra yaranan ödəniləcək məbləğ), “Mercedes Benz C240” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 4.529,65 (dörd min beş yüz iyirmi doqquz manat altmış beş qəpik) manat (7.300x27%=1.971 manat məbləğ sığorta məbləğindən çıxıldıqda yaranan 5.329 manat hesablanmış zərərin məbləğindən 799,35 manat franşiza məbləği hesablandıqdan sonra yaranan ödəniləcək məbləğ), “Opel Astra” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 4.567,56 (dörd min beş yüz altmış yeddi manat əlli altı qəpik) manat (6.000x10,44%=626,40 manat məbləğ sığorta məbləğindən çıxıldıqda yaranan 5.373,60 manat hesablanmış zərərin məbləğindən 806,04 manat franşiza məbləği hesablandıqdan sonra yaranan ödəniləcək məbləğ), “Hyundai Sonata” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 5.130,51 (beş min bir yüz otuz manat əlli bir qəpik) manat (6.500x7,14%=464,10 manat məbləğ sığorta məbləğindən çıxıldıqda yaranan 6.035,90 manat hesablanmış zərərin məbləğindən 905,38 manat franşiza məbləği hesablandıqdan sonra yaranan ödəniləcək məbləğ) və “Mercedes Benz E320” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 3.825 (üç min səkkiz yüz iyirmi beş) manat (7.500x40%=3.000 manat məbləğ sığorta məbləğindən çıxıldıqda yaranan 4.500 manat hesablanmış zərərin məbləğindən 675 manat franşiza məbləği hesablandıqdan sonra yaranan ödəniləcək məbləğ)). Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq natamam sığorta və 15% franşiza məbləği çıxılmaqla, qalan 36.286,32 (otuz altı min iki yüz səksən altı manat otuz iki qəpik) manat (4.835,60 + 3.769,27 + 4.163,30 + 5.465,43 + 4.529,64 + 4.567,56 + 5.130,51 + 3.825) sığorta məbləğləri ona ödənilməli idi. Bununla əlaqədar cavabdeh sığorta şirkətinə xx xxxxxx 2013-cü il tarixində və xx xxxxxx 2013-cü il tarixində rəsmi qaydada müraciət etsə də, sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim edilməmişdir. Üçüncü şəxslərin qanuna zidd hərəkətləri nəticəsində yuxarıda sadalanan avtomobillərin onun mülkiyyətindən çıxması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tam təsdiq olunmuşdur. Cavabdeh tərəfindən vaxtında ödənilməyən sığorta ödənişinə görə son üç ilə dəbbə pulu 39.726,60 (otuz doqquz min yeddi yüz iyirmi altı manat altmış qəpik) manat məbləğində təşkil etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X21 iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, iddia ərizəsində “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” növü üzrə müvafiq cəmiyyətdə sığortalanmış adları qeyd olunmuş avtomobillərin sənədlərinin saxtalaşdırılaraq başqa şəxslərin adlarına rəsmiləşdirildiyi və İddiaçı mülkiyyət hüquqlarının pozulması nəticəsində “üçüncü şəxsin qanunazidd hərəkətləri riski” üzrə sığorta ödənişi almaq hüququnun mövcud olduğu qeyd edilmişdir. Qeyd edilən əsaslara görə iddia əsassız hesab edilməli və onun rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsində xx xxxxxx 2013-cü il və xx xxxxxx 2013-cü il tarixlərdə cəmiyyətə sığorta tələbi ilə müraciət etdiyini, lakin “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun müraciətinə cavab olaraq ya sığorta ödənişinin, ya da əsaslandırılmış imtinanın verilmədiyini bildirmişdir. Qeyd edilməlidir ki, həmin sığorta tələbinə cavab olaraq qeyd olunan hadisə ilə bağlı səlahiyyətli dövlət orqanına məlumat verilməsini təsdiq edən sənədlərin təqdim edilməsi üçün xx xxxxxx 2013-cü il tarixli 1258/13 nömrəli və xx xxxxxx 2014-cü il tarixli 1380/14 nömrəli məktublarla İddiaçı, həmçinin həmin hadisənin qeydiyyata alınması və hadisə üzrə aparılmış istintaq hərəkətləri barədə məlumat verilməsi üçün xx xxxxxx 2014-cü il tarixli 1381/14 nömrəli xx xxxxxx 2015-ci il tarixli 39- 1/15 İDT nömrəli və xx xxxxxx 2015-ci il tarixli 95-12/15 İDT nömrəli məktublarla Bakı şəhəri Baş Polis İdarəsinə müraciət edilmiş, lakin müraciətlərə rəsmi cavab verilməmişdir. Nəticədə, cəmiyyət tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 924.1-ci (Sığortaçı sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən sənədləri sığortalıdan tələb etmək hüququna malikdir)və 933.1-ci (Sığorta ödənişi səlahiyyətli dövlət orqanının hadisə barədə təqdim etdiyi miivafıq sənəd olduğu halda həyata keçirilir)maddələri rəhbər tutularaq xx xxxxxx 2015-ci il tarixli 87-12/15 İDT nömrəli məktubla İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 müraciət olunaraq səlahiyyətli dövlət orqanının hadisə barədə təqdim etdiyi müvafiq sənədin alınmasında köməklik göstərməyi xahiş edilmiş, əks halda, tələb olunan sənədlər təqdim olunmadığı təqdirdə sığorta tələbi ilə bağlı icraatın dayandırılacağı barədə məlumat verilmişdir. Lakin nə iddiaçı tərəf, nə də Bakı şəhər Baş Polis İdarəsi tərəfindən müvafiq məktublara cavab verilmədiyindən sığorta tələbi ilə bağlı icraat dayandırılmışdır.İddia ərizəsində həmçinin qeyd olunan avtomobiİlərin üçüncü şəxslərin qanunazidd hərəkətləri nəticəsində İddiaçı mülkiyyətindən çıxması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olduğu qeyd edilmişdir. Lakin iddia ərizəsinə əlavə olunan xx xxxxxx 2019-cu il tarixli 2(103)-13574/2019 nömrəli Bakı Apelyasiya Məhkəməsinin qərarından da aydın olduğu kimi, İddiaçı həmin məhkəmə qərarında adı belə hallanmır.Bakı Apelyasiya Məhkəməsinin qərarında zərərçəkən olaraq X37 tanınmışdır.Bundan başqa, qeyd edilən məhkəmə qərarında sənədləri saxtalaşdırılmış avtomobillər sırasında iddia ərizəsində göstərilən və müvafiq cəmiyyətdə sığortalanmış yalnız iki avtomobilin - “Mercedes Benz E320” markalı **- BC-*** dövlət nömrə nişanlı və “Mercedes Benz C240” markalı **-NN-*** dövlət nömrə nişanlı avtomobillərin adları sadalanır. Digər tərəfdən, həmin məhkəmə qərarından aydın olur ki, təqsirləndirilən şəxslərin əməlləri külli miqdarda zərər vurmaya səbəb olmuş dələduzluq faktı kimi tövsif edilmiş və cinayətkarlar barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəlindən hökm çıxarılmışdır. Qeyd edilməlidir ki, “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” şəhadətnamələrində isə dələduzluqsığorta təminatına daxil edilməmişdir. Belə ki, “AXA MBASK” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi plenumunun xx xxxxxx 2019-cu il tarixli qərarı ilə dələduzluq “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” şəhadətnaməsində sığorta riski kimi göstərilmədiyinə və sığorta təminatına daxil olunmadığına görə dələduzluq halının baş verməsi sığorta hadisəsi hesab edilməmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2019cu il tarixli qərarı bu iş üzrə preyudisiya mahiyyəti daşıyır və hüquq münasibətlərinin iştirakçıları arasında hüquqi müəyyənlik və aydınlıq yaradır. Hüquqi müəyyənlikisə res judicataprinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Digər tərəfdən isə, “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” qaydalarına əsasən isə üçüncü şəxslərin qanunazidd əməlləridedikdə, avtonəqliyyat vasitələrinə fiziki olaraq vurulmuş zərərdən söhbət gedir (məsələn: avtomobilin şüşələrinin sındırılması, iti əşya ilə cızılması və s.) Belə olmasaydı, sığorta təminatı kimi göstərilən oğurluq, quldurluq, soyğunçuluq da ayrıca qeyd olunmazdı. Yəni, hüququn inkar nəzəriyyəsindən də yanaşsaq, əgər üçüncü şəxsin qanunazidd əməlləri dedikdə, bütün maddi zərərlər nəzərdə tutulsaydı, oğurluq, soyğunçuluq və quldurluğun əlavə olaraq vurğulanmasına ehtiyac qalmazdı. İddiaçı iddia ərizəsində istinad etdiyi hal isə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan RespublikasıQanununun 14.3.2.6-1-ci maddəsində qeydolunan “Titulsığortası” növüüzrə sığorta təminatına uyğundur (digər şəxslərin hər hansı bir əmlaka mülkiyyət hüququnun mübahisələtıdirilməsi ilə əlaqədar qaldırdıqları iddiaları əsasında həmin əmlaka mülkiyyət hüququnun itirilməsi ilə əlaqədar sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsi). İddia ərizəsində, həmçinin, sığorta ödənişinin vaxtında ödənilmədiyi əsas gətirilərək 39.726,60 (otuz doqquz min yeddi yüz iyirmi altı manat altmış qəpik) manat məbləğində dəbbə pulunun ödənilməsi iddiaçı tərəfindən tələb edilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir”. Qeyd olunan müddəadan da aydın olduğu kimi, səlahiyyətli dövlət orqanının baş vermiş hadisənin təfərrüatlarını əks etdirən müvafiq qərarı sığorta tələbi ilə bağlı iş materiallarında olmadığından və bu günə qədər də onlara təqdim edilmədiyindən sığorta tələbi ilə bağlı icraat dayandırılmış və bu səbəbdən də qeyd olunan iş üzrə icraat yekunlaşmamışdır. Yəni, sığorta tələbi ilə bağlı yekun qərarın verilməməsi sığortaçıdan qaynaqlanan səbəb deyil və birbaşa olaraq yekun qərarın verilməsi üçün tələb olunan sənədlərin tamamlanmamasından irəli gəlir. Qeyd edilənlərə əsasən, İddiaçı cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin alınması” tələbi ilə bağlı iddia tələbinin rədd edilməsi barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: AK0393/12 nömrəli sığorta polisinin məzmunundan görünür ki, sığorta müddəti xx xxxxxx 2012-xx xxxx 2013-cü ili əhatə edən və 6.400 (altı min dörd yüz) manat sığorta məbləği hesablanmış 7.200 (yeddi min iki yüz) manat dəyərində olan 1997-ci il buraxılışlı **-EG-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 180” markalı avtomobilin “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır; MS13000008 nömrəli sığorta polisinin məzmunundan görünür ki, sığorta müddəti xx xxxxxx 2013-xx xxxxx 2014-cü ili əhatə edən və 5.900 (beş min doqquz yüz) manat sığorta məbləği hesablanmış 7.850 (yeddi min səkkiz yüz əlli) manat dəyərində olan 1999-cu il buraxılışlı **-EG- *** dövlət qeydiyyat nişanlı “BMW 523” markalı avtomobilin “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır; MS13000012 nömrəli sığorta polisinin məzmunundan görünür ki, sığorta müddəti xx xxxxxx 2013-xx xxxxx 2014-cü ili əhatə edən və 6.200 (altı min iki yüz) manat sığorta məbləği hesablanmış 7.850 (yeddi min səkkiz yüz əlli) manat dəyərində olan 2007-ci il buraxılışlı **-VA-*** dövlət qeydiyyat nişanlı “Suzuki Swift” markalı avtomobilin “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır; AK0363/12 nömrəli sığorta polisinin məzmunundan görünür ki, sığorta müddəti xx xxxxxx 2012-xx xxxxxx 2014-cü ili əhatə edən və 7.100 (yeddi min bir yüz) manat sığorta məbləği hesablanmış 7.840 (yeddi min səkkiz yüz qırx) manat dəyərində olan 2001-ci il buraxılışlı **-KF- *** dövlət qeydiyyat nişanlı “Peugeot 406” markalı avtomobilin “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır; AK0357/12 nömrəli sığorta polisinin məzmunundan görünür ki, sığorta müddəti xx xxxxxxx 2012-xx xxxxxx 2014-cü ili əhatə edən və 7.300 (yeddi min üç yüz) manat sığorta məbləği hesablanmış 10.000 (on min) manat dəyərində olan 2003-cü il buraxılışlı **-NN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C240” markalı avtomobilin “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır; AK0392/12 nömrəli sığorta polisinin məzmunundan görünür ki, sığorta müddəti xx xxxxxx 2012-xx xxxx 2014-cü ili əhatə edən və 6.000 (altı min) manat sığorta məbləği hesablanmış 6.700 (altı min yeddi yüz) manat dəyərində olan 2002-ci il buraxılışlı **-CU-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır; AK0356/12 nömrəli sığorta polisinin məzmunundan görünür ki, sığorta müddəti xx xxxxxxx 2012-xx xxxxxx 2014-cü ili əhatə edən və 6.500 (altı min beş yüz) manat sığorta məbləği hesablanmış 7.000 (yeddi min) manat dəyərində olan 2005-ci il buraxılışlı **-UD-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilin “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır; AK0352/12 nömrəli sığorta polisinin məzmunundan görünür ki, sığorta müddəti xx xxxxxxx 2012-xx xxxxxx 2014-cü ili əhatə edən və 7.500 (yeddi min beş yüz) manat sığorta məbləği hesablanmış 12.500 (on iki min beş yüz) manat dəyərində olan 2000-ci il buraxılışlı **-BC-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E320” markalı avtomobilin “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli 4(011)-585/2013 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, Bakı Şəhər Baş X27 və Təhqiqat İdarəsinin baş müstəntiqi X5 vəsatəti əsasında Bakı şəhər porkurorunun müavini baş ədliyyə müşaviri Fazil Həsənəliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs X16 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılaraq müvafiq vəsatət qismən təmin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs – xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, alitəhsilli, işləməyən, ünvan 1 mənzil 17 ünvanında qeydiyyatda olan X16 barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin xx xxxxxx 2014-cü il tarixinədək müəyyən edilməsi, həbsdə olma müddətinin əvvəlinin xx xxxxxxx 2013-cü il tarixdən hesablanması, elan edilmiş qərarın surətinin X12 təqdim edilməsi, X1 üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, qərarın icrasının Bakı şəhər Baş Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır; İddiaçı nümayəndəsi X9 tərəfindən “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2013-cü il və xx xxxxxx 2013-cü il tarixli ərizələrin surətlərindən və məzmunlarından görünür ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə digər sığorta hadisələri və ona ödənilməli olan məbləğlərin ödənişinin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir; Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-724/2014 nömrəli xx xxxxxx 2014-cü il tarixli hökmünün surətindən və məzmunundan görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2-ci və 320.1 -ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci və 178.3.2-ci maddələri ilə 07 (yeddi) ii 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının əvvəlinin xx xxxx 2013-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkrnə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi; X33 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178,3.1, 178.3.2-ci və 320.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci və 178.3.2-ci maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının əvvəlinin xx xxxx 2013-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkrnə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, zərərçəkrniş şəxslər X34 və X17 mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqlarının izah edilməsi, məhkəmə istintaqı zamanı X7 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 2 nömrəli hüquq məsləhətxanasının vəkili X18 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri 2 nömrəli hüquq məsləhətxanasının nəfinə 160 (bir yüz altmış) manat miqdarında pul vəsaitinin ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri 147 (bir yüz qırx yeddi) manat məbləğində pul vəsaitinin X3 və X19 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 1(102)-1335/2016 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X30 barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarından məhkum X30 tərəfindən verilmiş kassasiya şikayəti müvafiq qərar ilə təmin edilməyərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X30 barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarının dəyişdirilməsi, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2 və 320.1-ci maddələri ilə təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzanın hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1ci maddəsi ilə təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla, X20 üzərində qəti olaraq, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, apelyasiya məhkəməsinin qərarının məhkum X22 aid qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 13574/2019 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, iddiaçı X31 cavabdehlər X23, X24, X22 və X25 qarşı “cinayət yolu ilə vurulmuş maddi zərərin, itirilmiş gəlirin və mənəvi zərərə görə təzminatın tutulması” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(001)-6524/2018 nömrəli qətnaməsi ilə qismən təmin edilərək, cavabdeh X14 273.814 (iki yüz yetmiş üç min səkkiz yüz on dörd) manat məbləğində maddi ziyanın və məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı X34 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh X30 tərəfindən verilmiş apelyasiya şikayəti müvafiq qətnamə ilə qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018ci il tarixli 2(001)-6524/2018 nömrəli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələblərinin qismən təmin edilməsi, cavabdeh X14 vurduğu maddi zərərin əvəzi qismində 273.814 (iki yüz yetmiş üç min səkkiz yüz on dörd) manat məbləğində maddi ziyanın və məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı X34 verilməsi, iddia tələbinin qalan hissələrdə təmin olunmaması müəyyən edilmişdir; Məhkəmə tərəfindən müəyyən edilmişdir ki,İddiaçı ilə cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilələrə əsasən müvafiq şəxsi minik avtomobilləri kasko növü üzrə sığorta edilmişdir. Sığorta müqaviləsinə əsasən cavabdeh sığorta şirkəti tərəfindən avtomobillər üçüncü şəxslərin qanuna zidd hərəkətlərindən sığorta edilmiş, franşiza isə 15% təşkil etmişdir. Qeyd edilən avtomobillər üzrə sığorta hadisəsi baş vermişdir. Belə ki, iddiaçının xəbəri və iradəsi olmadan mülkiyyətində olan müvafiq avomobillər müxtəlif şəxslərin adlarına keçirilmiş, bununla da onun həmin avtomobillər üzərində mülkiyyət hüquqları pozulmuşdur. Bu isə nəticə etibarilə üçüncü şəxslərin qanuna zidd hərəkətləri deməkdir. Sığorta şəhadətnamələrinə əsasən avtomobillərə hesablanmış natamam sığorta və franşiza məbləğləri müvafiq qaydada hesablanaraq, 36.286,32 (otuz altı min iki yüz səksən altı manat otuz iki qəpik) manat məbləğində sığorta ödənişi və cavabdeh sığorta şirkəti tərəfindən vaxtında ödənilməyən sığorta ödənişinə görə son üç ilə dəbbə pulu 39.726,60 (otuz doqquz min yeddi yüz iyirmi altı manat altmış qəpik) manat məbləğində pul vəsaiti iddiaçı şəxs tərəfindən cavabdeh şirkətdən tələb olunur. Qeyd edilən sığorta ödənişi ilə əlaqədar cavabdeh sığorta şirkətinə xx xxxxxx 2013cü il tarixində və xx xxxxxx 2013-cü il tarixində rəsmi qaydada müraciət etmiş, ona sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim edilməmişdir. Üçüncü şəxslərin qanuna zidd hərəkətləri nəticəsində yuxarıda sadalanan avtomobillərdən “Mercedes E320” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı və “Mercedes C240” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 1(102)-1335/2016 nömrəli qərarında, “Mercedes C240” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı və “BMW 523” markalı **- EG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 724/2014 nömrəli xx xxxxxx 2014-cü il tarixli hökmündə iddiaçı şəxsin mülkiyyətindən çıxması tam olaraq öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir; 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiasının sığorta ödənişinin tutulması hissəsi qismən əsaslıdır, iddiaçı iddia tələbinin müvafiq hissəsini qeyd edilən üç avtomobildə əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi tələb olunan sığorta ödənişi hissəsində qismən təmin edilməli, “Mercedes E320” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı (3.825 manat məbləğində sığorta ödənişi), “Mercedes C240” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı (4.529,65 manat məbləğində sığorta ödənişi) və “BMW 523” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin (3.769,27 manat məbləğində sığorta ödənişi) üçüncü şəxslərin qanuna zidd hərəkətləri nəticəsində iddiaçı şəxsin mülkiyyətindən çıxması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə öz təsdiqini tapdığından, həmin avtomobillər üzrə müvafiq qaydada hesablanmış ödəniləcək sığorta məbləğləri cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsinin sığorta ödənişinin tutulması qalan hissədə öz hüquqi təsdiqi tapmadığından təmin edilməməlidir. Məhkəmə iddia ərizəsinin “cavabdeh şirkət tərəfindən vaxtında ödənilməyən sığorta ödənişinə görə son üç ilə dəbbə pulu qismində 39.726,60 (otuz doqquz min yeddi yüz iyirmi altı manat altmış qəpik) manat məbləğində pul vəsaitinin tutulması” hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış sığorta müqavilələri üzrə müvafiq qaydada sığorta ödənişinin verilməsi gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmadığından iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətindən 12.123,92 (on iki min bir yüz iyirmi üç manat doxsan iki qəpik) manat məbləğində sığorta ödənişi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar