Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3044/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahibv qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə birgə nikahdan doğulmuş 01.12.2013-cü il təvəllüdlü X3 və 18.02.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi məbləğində alimcnlin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 08.09.2012-ci il tarixdən rəsmi nikah münasibətindədirlər. Həmin nikahdan tərəflərin 2 (iki) uşağı 01.12.2013-cü il təvəllüdlü X3 və 18.02.2017-ci il təvəllüdlü X4 doğulmuşdur. Cavabdeh A.Təhməlzi İddiaçı uşalarının saxlanılması üçün maddi yardım göstərmir. İddiaçı özü uşaqların məsrəflərini qarşılayır və uşaqların artan xərcləri ödəmək onun üçün olduqca çətindir. İddiaçı və azyaşlı uşaqları hal-hazırda maddi cəhətdən çətinlik çəkirlər. Cavabdeh A.X7 MMC-də dizel yanacaq bazası və texniki xidmət üzrə superintendent vəzifəsində işləyir. Bos Shelf MMC-nin 18.05.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən cavabdehib orta aylıq əmək haqqı 5584.28 manat manat təşkil edir. Ona görə də, İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin ediməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bos Şelf MMC-nin vəkil sorğusuna 18.05.2021-ci il tarixli cavab məktubundan görünür ki, Sizin 3-011/173 nömrəli 19.04.2021-ci il tarixli sorğu məktubunuza cavab olaraq bildiririk ki, Cavabdeh BOS Şelf MMC-də Dizel yanacaq bazası və texniki xidmət üzrə superintendent vəzifəsində işləyir və onun orta aylıq əmək haqqı 5584.28 (beş min beş yüz səksən dörd manat iyirmi səkkiz qəpik) manat təşkil edir. Belə ki, iş materiallarında olan 08.09.2012-ci il tarixli, AZ-İ 791094 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08.09.2012-ci ildə 1295 № ilə qeyd edilmişdir. İş materiallarında olan 18.12.2013-cü il tarixli, AZ-İİİ № 227486 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 01 dekabr 2013-cü ildə doğulmuş, bu barədə akt qeydləri kitabında 18.12.2013-cü ildə 3340 № ilə qeyd edilmişdir. İş materiallarında olan 16.03.2017-ci il tarixli, AZ-İİİ № 921193 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 18 fevral 2017-ci ildə doğulmuş, bu barədə akt qeydləri kitabında 16.03.2017-ci ildə 1502 № ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 08.09.2012-ci ildə nikaha daxil olmuş, onların birgə nikahından 01.12.2013-cü il təvəllüdlü X3 və 18.02.2017-ci il təvəllüdlü X4 doğulmuşdur. Hazırda uşaqların məsrəfini iddiaçı qarşılamaqda çətinlik çəkdiyindən, habelə cavabdehin əmək haqqının yüksək olmasına baxmayaraq uşaqlara hər hansı maddi dəstək olmadığından cavabdehdən aliment tələb edir. Məhkəmə alimentin tutulması ilə bağlı isə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən məhkəmə 2 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tuta bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdehin daimi iş yeri olduğundan və əmək haqqı aldığından aliment Ailə Məcəlləsinin 76-cı maddəsinə tələblərinə uyğun olaraq aylıq qazancından tutulmalıdır. İş materiallarında olan Bos Şelf MMC-nin vəkil sorğusuna 18.05.2021-ci il tarixli cavab məktubuna əsasən Cavabdeh BOS Şelf MMC-də Dizel yanacaq bazası və texniki xidmət üzrə superintendent vəzifəsində işləyir və onun orta aylıq əmək haqqı 5584.28 (beş min beş yüz səksən dörd manat iyirmi səkkiz qəpik) manat təşkil edir. Məhkəmə işin hallarını nəzərə alaraq Cavabdeh 01.12.2013-cü il təvəllüdlü X1 və 18.02.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçının xeyrinə alimentin tutulmasını ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 24.05.2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 10 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 24.05.2021-ci il tarixdən başlayaraq, 01.12.2013-cü il təvəllüdlü X1 və 18.02.2017-ci il təvəllüdlü X2 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamənin alimentin tutulması hissəsindən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3044/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3044/2021
25.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver