Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3045/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 fevral 2008-ci il təvəllüdlü X1 və 15 dekabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, 01 mart 2023-cü il tarixdən hesablanmaqla hər uşağa görə 500 (beş yüz) manat müəyyən etməklə aylıq 1000 (bir min) manat alimentin və ödənilmiş 50 (əlli) manat Mediasiya xərcinin tutularaq İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 19 dekabr 2006-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında akt qeydləri kitabında 4408 saylı rəsmi qeydiyyatdan keçərək nikaha daxil olmuşlar. Birgə nikahdan 03 fevral 2008-ci i! təvəllüdlü X7 və 15 dekabr 2009-cu il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. Daha sonra nikahları Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-10606/16 nömrəli qətmanəsi ilə aralarında olan nikah pozulmuş və uşaqlar onun himayəsinə verilmişdir. Cavabdehin üzərinə iddiaçının xeyrinə əmək haqqının və başqa gəlirlərinin 1/3 həcmində aliment ödəməsi öhdəliyi qoyulmuşdur. Nikahın pozulması barədə iddiaçıya Qeydiyyat Şöbəsi tərəfindən Şəhadətnamə verilmişdir. Cavabdeh son günlərə kimi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində Baş müşavir vəzifəsində işləyirdi. Bu səbəbdən də aliment onun əmək haqqına yönəldilmişdir və iddiaçıya hər ay iki uşağa görə 735 (yeddi yüz otuz beş) AZN aliment ödəyirdi. Bir müddət əvvəl o iş yerindən öz hesabına məzuniyyətə çıxmış və X4 biznes fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Hazırda o hər ay azı bir dəfə X5 səfər edir və hər səfərdə (uçuşda) təkcə avia biletə 1500 ABŞ Dolları və ya 2500 (iki min beş yüz) AZN xərcləyir. Bu faktı Azal şirkətinə sorğu etməklə asanlıqla sübut etmək mümkündür. Cavabdehin ABŞ-da gündəlik qalması və qidalanması xərci bir günə 150 ABŞ Dollar edir. Lakin cavabdeh imkanlı adam olmasına baxmayaraq alimenti sonuncu dəfə 2023-cü ilin fevral ayı üzrə əmək haqqından və başqa gəlirlərindən 969 (doqquz yüz altmış doqquz) AZN alimenti iddiçıya ödəmişdir. Belə yüksək əmək haqqı almasına və əlavə gəlirlərinin olmasına baxmayaraq, cavabdeh 2023cü ilin mart ayından övladları ilə maraqlanmır, valideyin kimi üzərinə düşən vəzifə və öhdəlikləri yetərincə yerinə yetirmir aliment ödəməkdən yayınır. Halbuki, işlədiyi vəzifəni və dövlətdən aldığı əmək haqqını bəyənmədiyindən, mükəmməl əlaqələrini və xarici dil bacarıqları olduğundan, öz xahişi ilə işdən çıxaraq ABŞ-da şərikləri ilə böyük bizneslə məşğul olur. Cavabdeh ''Mediasiya haqqında"' Azərbaycan Respublikası Qanunun tələblərinə də məhəl qoymayaraq xx.xx.2023-cü il tarixinə təyin olunan X6 iştirak etməmiş bu mübahisəni məhkəmədən kənar qaydada həllinə nail olmamışdır. İddiaçı tərəfindən 50 AZN ilkin Mediasiya xərci aparılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ İ № 301488 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 135 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(005)-10606/2016 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı və cavabdehin birgə nikahından doğulmuş 03 fevral 2008-ci il təvəllüdlü X1 və 15 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 02 dekabr 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ 405772 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ 197504 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli X6 (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, mediasiya sessiyasında iştirak edən tərəf İddiaçı, iştirak etməyən tərəf isə Cavabdehdur. Beləliklə, məhkəmədə iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)- 10606/16 nömrəli qətmanəsi ilə tərəflərin nikahı pozulmuş və uşaqlar onun himayəsinə verilmişdir. Cavabdehin üzərinə iddiaçının xeyrinə əmək haqqının və başqa gəlirlərinin 1/3 həcmində aliment ödəməsi öhdəliyi qoyulmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını nəzərə alaraq, aliment tələbinin qismən təmin edilməsini, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulmasını ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə iddiaçı məhkəmə iclasında əvvəlki 3 il müddətinə alınmamış alimentin nəzərə alınması ilə bağlı qeyd edir ki, iddiaçı alimentin əvvəlki üç illik müddət üçün cavabdehin ödəməkdən boyun qaçırmasını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı bu hallar sübuta yetməmişdir. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 18 iyul 2023-cü il tarixindən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3045/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3045/2023
19.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver