Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3049/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən öz xeyrinə hər ay 05 noyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 400 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 25 dekabr 2007-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan bir övladları - 05 noyabr 2008-cü il təvəllüdlü X4 doğulmuşdur. Cavabdeh ilə aralarındakı nikah Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(005)-1845/2011 nömrəli qətnaməsi ilə pozulmuş və uşağın anası İddiaçı yanında saxlanması qət edilmişdir. Aliment tələbi barədə ərizəyə ayrıca icraatda baxılmışdır. Aliment tələbi barədə məhkəmə qərarı icra şöbəsinə göndərildikdən sonra İddiaçı cavabdehin onu hədələyərək, aliment tələb etdiyi təqdirdə uşağın ölkədən çıxarılmasına razılıq barədə ərizə verməyəcəyini bildirmişdir. İddiaçı məcburiyyət qarşısında qalıb onun tələb etdiyi ərizəni icra məmuruna vermişdir və bununla da cavabdeh 1 ay belə aliment ödəməmiş olmuşdur. İddiaçı bu faktın icra məmuru tərəfindən də təsdiq edilə biləcəyini bildirmişdir. Həmin vaxt cavabdeh iddiaçıya bir də demişdir ki, onun banklara da borcu var. İddiaçı həmin icra sənədlərinə görə icra məmuru cavabdehi çağıranda zəng edib getməyə bilir, ödəniş etməyə bilir, amma aliment barədə tələb olduqda hər çağırışa getdiyini bildirmişdir. İddiaçı nəticədə cavabdehin həmin vaxt iddiaçının göstərdiyi ərizəni verməyəcəyi ilə hədələyərək aliment ödəməkdən yayındığını bildirmişdir. Cavabdeh keçən il 22 iyun 2021 -ci il tarixdə özünə kreditə maşın götürərək iddiaçını xahiş edərək zamin yazdırmışdır. İddiaçı bu razılığı uşağına görə məcbur olub verdiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Lakin cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, alimentin ödənilməsini əmək haqqının 1/4 hissəsi miqdarına yönəldilməsini xahiş etmişdir. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi mövcuddur. Cavabdeh həmin iddia ərizəsinə qarşılıq olaraq bildirir ki, o övladına aliment ödəməkdən heç vaxt imtina etməyib və heç vaxt da imtina etməyəcək. Lakin ,o, iddia ərizəsində yazılan bir çox məqamların yalan və böhtan xarakterli olduğunu bildirir. Cavabdeh nikah müqaviləsinin 2011-ci il tarixdə pozulsa da, faktiki olaraq ötən ilədək ərarvad münasibətlərində yaşayıblar. Evin, həmçinin, uşağın xərclərinin tərəfindən qarşılandığını bildirir. Aliment təyin olunması ilə bağlı bildirir ki, Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment 1 uşaq üçün aylıq qazancın 1/4 miqdarında təyin olunur. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZ-İ №391294 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah qeydi xx.xx.2011-ci il tarixdə pozulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2011-ci il tarixli 2(005)- 1845/2011 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış və 25 dekabr 2007-ci il tarixdə 4777 nömrə ilə Bakı şəhəri Nərimanov rayonu qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması qət edilmişdir. Bakı 6 saylı X1 Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı vəkili ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan xx.xx.2008-cı il təvəllüdlü X4 doğulmuşdur və tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, xx.xx.2008-cı il təvəllüdlü X4 anasının yanında qalır və onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını və cavabdehin ərizəsini nəzərə alaraq, aliment tələbinin qismən təmin edilməsini, 05 noyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutulmasını ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Cavabdeh 50 manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, 05 noyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3049/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3049/2022
01.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver