Məhkəmə qərarları › İş №2(005)-3102/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3102/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3102/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh ASC, Maraqlı şəxs1MMC, AR ƏMDK yanında DƏDRX-in X16rşı müqavilənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh ASC, Maraqlı şəxs1MMC, AR ƏMDK yanında DƏDRX-in X16rşı müqavilənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin X22 tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Mingəçevir şəhəri Nizami küçəsi 5 saylı evin 42 saylı mənzili xx.xx.2007-ci il tarixdə tam mülkiyyət hüququ üzrə onun, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində qeydiyyata alınmışdır. Üç övladı var. X7 azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda cəza çəkir. Üç nəfər uşağa tək ana kimi validenlərinin köməkliyi ilə baxır. Yeganə əmlakı Mingəçevir şəhəri Nizami küçəsi 5 saylı evin 42 saylı mənzilidir. Qohumu (qaynı) X2 fəaliyyəti ilə məşğuldur. X15 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. X7 on bildirmişdir ki, Etibar Əliyev Cavabdeh ASC-dən kredit götürür mülkiyyətində olan daşınmaz əmlakları yetərli deyil, bu səbəbdən o, da mülkiyyətində olan Mingəçevir şəhəri Nizami küçəsi 5 saylı evin 42 saylı mənzilini onun kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoysun, heç bir problem olmaz, krediti vaxtı-vaxtında ödəyəcəkdir, bundan başqa onsuz da o, öz əmlaklarını ipotekaya qoymuşdur. Öz əmlaklarını satsa, kredit borcunu artıqlaması ilə ödəyəcəkdir. İddiaçı da razılaşmış, fikirləşmişdir ki, həqiqətən X10 istədiyi qaydada kredit verilsə, yaxşı sahibkardır, vaxtı-vaxtında da krediti ödəyəcəkdir. Həqiqətən də o, xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsi imzalayaraq mülkiyyətimdə olan, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 45.64 m2 olan mənzili kredit müqaviləsinin təminatı kimi Cavabdeh ASC-niıı qarşısında yüklü edilməsinə razılıq vermişdir. X4 həqiqətən də kredit götürməsini və yaxud da hansı məbləğdə kredit verilməsindən məlumatı olmamışdır. Mənzilinin veriləcək pulun təminatı olaraq xx xxx 2012-ci il tarixdək Cavabdeh ASC- ilə öhdəlik qarşısında yüklü olacağını bilmişdir. Müqavilələr bağlandıqdan iki il sonra X15 avtomobil qəzasında vəfat etmiş, eşitdiyinə görə onun sahibkarlıq fəaliyyəti dayanmışdır. Fəaliyyətini arvadı X17 «xxxxxx» MMC-nin direktoru kimi davam etdirmişdir. X3 borcunun olub-olmaması və yaxud da kreditin tam ödənilib-ödənilməınisindən məlumatı olmayıb. 2013-cü ilin oktyabr ayının əvvəllərinə ona Mingəçevir Şəhər Məhkəməsindən bildiriş və iddia ərizəsi gəlmişdir. Bundan sonra uzun-uzadı məhkəmə çəkişmələri başlamışdır. İddiaçı Cavabdeh ASC cavabdehlər «xxxxxx» MMC-yə, İddiaçı, X11 qarşı «kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etdi. Əri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X14 isə cavabdehlər Cavabdeh ASC-yə, «xxxxxx» MMC-yə və ona İddiaçı qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yüklülüyünün ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanuni qüvvəsini almış Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-15/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin Mingəçevir filialı ilə «xxxxxx» MMC-nin direktoru X15 arasında xx.xx.2007-ci il tarixdə 90 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, X1 Kömək Milli Fondunun xətti ilə un və un məmulatlarının istehsalı və yeni tipli un dəyirmanının tikintisi məqsədi ilə 60 ay müddətinə, illik 7 % olmaqla 150.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2007-ci il tarixdə və xx.xx.2007-ci il tarixində ipoteka müqavilələri bağlanaraq, X11 tam mülkiyyət hüququ üzrə məxsus Mingəçevir şəhəri Yaşar Muradov küçəsində yerləşən 27 saylı yaşayış binası, X10 tam mülkiyyət hüququ üzrə məxsus ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və İddiaçı qızma tam mülkiyyət hüququ üzrə məxsus Mingəçevir şəhəri Nizami küçəsi bina 5 mənzil 42 ipoteka ilə yüklənmişdir. Bunlardan əlavə verilmiş kreditin təminatı kimi xx xxx 2007-ci il tarixdə girov müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən PXS çörəkbişirmək üçün 10 tonluq soba girov qoyulmuşdur. Sonradan xx.xx.2009-cu il tarixdə X15 rəhmətə getmiş və əmrlə MMC-nin işlərini rəhbər kimi X17 aparmşdır. X5 və sonradan «xxxxxx» MMC-nin icraçı direktoru olan X17 xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin müddəalarını pozaraq, kredit borcunu və ona hesablanmış faizləri ödəməmişdir. İddiaçı tərəfindən bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi də cavabdeh borcunu ödəməmişdir. Cavabdeh «xxxxxx» MMC-nin icraçı direktorunun xx.xx.2011-ci il tarixli 03 saylı ərizəsinə əsasən kreditə hesablanmış faizlər dayandırılmışdır. Buna baxmayaraq, «xxxxxx» MMC borcunu bağlamamışdır. Belə ki, xx.xx.2013-cü il tarixli maliyyə arayışına əsasən «xxxxxx» MMC-nin Cavabdeh ASC-nin Mingəçevir filialına əsas və gecikmə borcu 73.977 manat 15 qəpik təşkil edir. Bundan başqa ipoteka predmetinə tutmanın yönəldilməsi barədə DƏDRX-yə ərizə ilə müraciət olunmuşdur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.Cavabdeh «xxxxxx» MMC-nin direktoru X17 məhkəmə iclasında Cavabdeh ASC-nin iddiasını və müstəqil tələb irəli sürən 3-cü şəxs Əliyev-Rəhman Balakişi oğlunun iddiasını qəbul etməyərək, məhkəmədən iddiaların rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, həmin 150000 manat kreditin onun da baş mühasib olduğu müəssisəyə köçürülməsindən onun xəbəri olmamışdır. Əri vəfat etdikdən sonra müəssisənin direktoru kimi bank işçiləri ona hədə qorxu gəldiklərindən pul ödəməyə başlamışdır. Ancaq başa düşməmişdir ki, həmin pul əslində müəssisəyə köçürülməmişdir. Təkrar ekspertiza zamanı iddiaçı məxaric orderini təqdim etmədiyindən təkrar ekspertiza keçirilə bilməmişdir. Hazırki vaxtadək də bank məxaric orderini təqdim edə bilmir. Çünki əslində həmin kredit müəssisəyə verilməmişdir. O, da məhkəmə iclasında Cavabdeh ASC-nin iddiasının təmin edilməməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsi iddia tələblərini tam sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verdi və 2(051)-15/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər «xxxxxx» MMC-yə, İddiaçı, X11 qarşı kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-eü şəxs X9 cavabdehlər Cavabdeh ASC-və, «xxxxxx» MMC -yə və İddiaçı qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yükliilüyünün ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh ASC-nin ödədiyi dövlət rüsumunun iddiaçı Cavabdeh ASC-yə aid edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X9 ödədiyi dövlət rüsumu 3-eü şəxs X12 aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 80 manat 3-cü şəxs X6 alınaraq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi, 656 manat məbləğində qiymətləndirmə xərcinin X13 və İddiaçı müştərək qaydada tutularaq təqdim olunmuş hesab üzrə Azərbaycan Respublikası OMDK-nm yanında DƏDRX-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh «xxxxxx» MMC-nin direktoru X13 tutularaq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh ASC apellyasiya və kassasiya şikayətləri verdi. Sonda Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 15/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi qüvvəsində saxlanılmışdır. Bütün bu proseslərdən Cavabdeh ASC-nin «xxxxxx» MMC-yə kredit borcu verməsi sübut olunmamaışdır. Belə məlum olur ki, onun mülkiyyətində olan Mingəçevir şəhəri Nizami küçəsi 5 saylı evin 42 savlı mənzili verilməyən kreditin təminatı kimi ipotekaya qoyulmuşdur. Qətnamənin qanuni qüvvəsini almağından dörd il müddət keçməsinə baxmayaraq Cavabdeh ASC onun mənzilini özünə qaytarmaq istəmir. Mülkiyyət hüquqlarını pozur. Qətnamədə göstərilən ekspertiza xərclərini uşaqlarının boğazından kəsərək ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh ASC ilə onun, yəni İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 45.64 m2 olan mənzilinə aid ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh ASC-nin xeyrinə yüklü edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrimdən verilmiş Seriya MH ******* №-li Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Eynin zamanda xx.xx.2020-ci i tarixli məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatılarını nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-15/2016 saylı qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər «xxxxxx» MMC-yə, İddiaçı, X11 qarşı kredit borcıı və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predınetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X9 cavabdehlər Cavabdeh ASCvə, «xxxxxx» MMC-yə və İddiaçı qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yüklülüyünün ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh ASC-nin ödədiyi dövlət rüsumu iddiaçı Cavabdeh ASC-yə aid edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3cü şəxs X9 ödədiyi dövlət rüsumunun 3-cü şəxs X12 aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 80 manatın 3-cü şəxs X6 alınaraq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi, 656 manat məbləğində qiymətləndirmə xərcinin X13 və İddiaçı müştərək qaydada tutularaq təqdim olunmuş hesab üzrə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh «xxxxxx» MMC-nin direktoru X13 tutularaq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamənin məzmunundan görünüdüyü kimi, xx.xx.2007-ci il tarixli 90 saylı kredit müqaviləsi üzrə «xxxxxx» MMC-nə mədaxil edilməsini təsdiq edən kassa məxaric orderi bank tərəfindən təqdim edilə bilmədiyindən məhkəmə belə qənaətə gəlmişdir ki, pulun tutulmasına dair iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-881/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)- 15/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-6161/2017 saylı Qərarından görünür ki, iddiaçı Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-881/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilk iddia hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-284/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)- 15/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-5402/2018 saylı Qərarından görünür ki, iddiaçı Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2018-ci il tarixli 2(107)-284/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan X15 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli 90 saylı kredit müqaviləsinə əsasən X1 Kömək Milli Fondunun vəsaiti hesabına illik 7% olmaqla, 5 il müddətinə, 150.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan X15, İddiaçı və Cavabdeh ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 45.64 m2 olan mənzili İddiaçı tərəfindən öhdəliklərinin icrasının təmini üçün ipotekaya qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, İddiaçı məxsus olan Mingəçevir şəhəri, Nizami küçəsi, bina 5, mənzil 42 Cavabdeh ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində xx.xx.2007–ci il tarixdə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 10.1–ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Qanunun 48.1-ci maddəsindən göründüyü kimi, ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-15/2016 saylı qətnaməsi və onun qüvvədə saxlanılması barədə apelyasiya və kassasiya instansiyaları məhkəmələrinin qərarlarından göründüyü kimi, son nəticədə Cavabdeh ASC-nin hazırki iş üzrə iddiaçı və digər cavabdehlərə qarşı kreditin qaytarılması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə iddiası təmin edilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, ipoteka- öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Məhkəmə hesab edir ki, əsas öhdəliyin icra edilməsi barədə iddia məhkəmə tərəfindən rədd edildiyindən, onun icrasının təmin edilməsi üsulu olaraq ipoteka əsas məqsədini itirmişdir və daşınmaz əmlak yüklülükdən azad edilməlidir. Qeyd edilənlənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh ASC-nin xeyrinə yüklü edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrimdən verilmiş Seriya MH ******* №-li Çıxarış ləğv edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC ilə onun, yəni İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh ASC-nin xeyrinə yüklü edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrimdən verilmiş Seriya MH ******* №-li Çıxarış ləğv edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar