Məhkəmə qərarları › İş №2(005)-3106/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3106/2024

06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3106/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddiada İddiaçı cavabdehin ondan məhkəmə iclasında üzr istəməsi səbəbindən, ilkin iddianın baxılmamış saxlanılmasını xahiş etdi. Qarşılıqlı iddiada iddiaçı Cavabdeh məhkəmə iclasında ərizə verərək qarşılıqlı iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iş üzrə tərəflər ilkin və qarşılıqlı iddia ərizələrinin qaytarılması barəsində ərizə verdiklərindən ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalı, eyni zamanda iddia ərizəsinə və qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Eyni Məcəllənin 260.5 və 260.6-cı maddələrinə uyğun olaraq, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Eyni Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalı, eyni zamanda iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Dövlət rüsumu kimi ödənilmiş pul rüsum ödəyicilərinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.6, 259.0.11, 259.0.12, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk; Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları baxılmamış saxlanılsın. İlk və qarşılıqlı iddia ərizələrinə əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı və Cavabdeh geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 51 manat məbləğində pul (qəbzin nömrəsi: **********) rüsum ödəyicisi İddiaçı geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul (qəbzin nömrəsi: **********) rüsum ödəyicisi Cavabdeh geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar