Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-311/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakdan payların müəyyən edilməsi və qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Baku Electronics" MMC ilə bağlanmış BL480293 nömrəli xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı tərəfindən ödənilmiş 196 manatın ½ hissəsi olan 98 manatın Cavabdeh Səadət qızından tutularaq idddiaçı İddiaçı xeyrinə ödənilməsi; “Unibank KB" ASC-nin Nərimanov filialı ilə bağlanmış 1927nkNAR/20 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 558 manatın ½ hissəsi olan 279 manatın Cavabdeh Səadət qızından tutularaq idddiaçı İddiaçı xeyrinə ödənilməsi ; "xxxx" ASC -nin Nərimanov filialı ilə bağlanmış 996nkNAR/22 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 801 manat 88 qəpiyin ½ hissəsi olan 400 manat 94 qəpik pul vəsaitinin Cavabdeh Səadət qızından tutularaq, idddiaçı İddiaçı xeyrinə ödənilməsi; İddiaçı məxsus 1 qızıl sep və 2 qızıl kişi üzüklərinin Cavabdeh Səadət qızından alınaraq İddiaçı qaytarılmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar və bu nikah həmin tarixdə 1484 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. 23 sentyabr 2022-ci ildən sonra İddiaçı və Cavabdeh Səadət qızı faktiki ayrı yaşamağa başlamışlar. Həmin günlərdə Cavabdeh Səadət qızı boşanma üçün Mediasiya Təşkilatına müraciət etmişdir. Nərimanov rayon məhkəməsinin 2(005)- 466/2023 saylı, xx.xx.2023-cü il qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X5 Cavabdeh Səadət qızının yanında saxlanılmışdır. Birgə nikah dövründə xx.xx.2020-ci ildə İddiaçı “Baku Electronics'' MMC -dən BL480293 nömrəli müqaviləyə əsasən qiyməti 1409 AZN olan Telefon Samsung N770 128GB RED markalı mobil cihazı nisyə satış yolu ilə əldə etmişdir. Hazırda borc məbləği tamamilə ödənilmişdir. Telefon Samsung N770 128GB RED markalı mobil cihazı hazırda Cavabdeh Səadət qızının istifadəsindədir. 23 sentyabr 2022-ci ildən sonra İddiaçı müqavilə üzrə 196 manat borc məbləğini təkbaşına ödəmişdir. Bundan başqa, birgə nikah dövründə xx.xx.2020-ci ildə iddiaçı Mirabov X3 KB ASC-nin Nərimanov filialından 1927nkNAR/20 nömrəli və 7853sNAR/20 nömrəli kredit müqavilələri əsasında kredit götürmüşdür. Bu müqavilələr üzrə əldə edilmiş borc məbləği ailə ehtiyaclarını ödəmək məqsədilə istifadə edilmişdir. 1927nkNAR/20 nömrəli müqavilə üzrə nəzərdə tutulan borc məbləğinin də 558 manatı təkbaşına İddiaçı tərəfindən ödənilmiş və kredit bağlanmışdır. 7853sNAR/20 nömrəli kredit müqaviləsi ilə əlaqədar olaraq birgə nikahda olduqları dövrdə xx.xx.2020-ci ildə İddiaçıTofıq oğlu Unibank KB ASC-nin Nərimanov filialından 996nkNAR/22 saylı kredit müqaviləsi əsasında kredit götürmüşdür. Müqavilənin 1.3-cü bəndi ilə nəzərdə tutulmuşdur ki, kredit alan yəni hazırki iddiaçı kreditdən bankın Nərimanov filialı ilə imzalanmış xx.xx.2020-ci il tarixli 7853sNAR/20 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün istifadə edəcəkdir. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə üzrə 801.88 məbləğində güzəştli kredit verilmişdir. 23 sentyabr 2022-ci ildən sonra borcun geriyə qalan məbləği, yəni 867 manat 58 qəpik İddiaçı tərəfindən ödənilmiş, kredit bağlanmışdır. Eyni zamanda, İddiaçı məxsus olan nikahdan əvvəl anası Firəngiz Mirabova tərəfindən bağışlanmış 1 qızıl sep və 1 qızıl kişi üzüyü İddiaçı və Cavabdehnm birgə yaşadıqları evdə qalmışdır. Həmçinin, Cavabdehnm nişanda İddiaçı aldığı qızıl kişi üzüyü də həmin evdə qalmışdır. İddiaçı tərəfindən Bakı 9 saylı Mediasiya təşkilatına müraciət olunmuşdur. 9 saylı mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Baku Electronics" MMC ilə bağlanmış BL480293 nömrəli xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı tərəfindən ödənilmiş 383 manatın ½ hissəsi olan 191.5 manatın Cavabdeh Səadət qızından tutularaq idddiaçı İddiaçı xeyrinə ödənilməsi və müqavilə üzrə qalıq borc olan 260 manat pulun yarı bölünməsi; “Unibank KB" ASC-nin Nərimanov filialı ilə bağlanmış 1927nkNAR/20 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 558 manatın ½ hissəsi olan 279 manatın Cavabdeh Səadət qızından tutularaq idddiaçı İddiaçı xeyrinə ödənilməsi; "xxxx" ASC -nin Nərimanov filialı ilə bağlanmış 996nkNAR/22 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 801 manat 88 qəpiyin ½ hissəsi olan 400 manat 94 qəpik pul vəsaitinin Cavabdeh Səadət qızından tutularaq, idddiaçı İddiaçı xeyrinə ödənilməsi; İddiaçı məxsus dəyəri 900 manat olan 11 qram 583 əyarlı qızıl sep, dəyəri 900 manat olan 5 brilyant qaşlı 750 əyarlı qızıl üzüyün, dəyəri 650 manat olan 3 brilyant qaşlı 583 əyarlı qızıl üzüyün Cavabdeh Səadət qızından alınaraq İddiaçı qaytarılması, bu mümkün olmadıqda isə həmin əşyaların cəmi dəyəri olan 2450 manat pulun Cavabdeh Səadət qızından İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək etirazında bildirmişdir ki, iddia ərizəsində göstərilən birgə nikah dövründə alınmış “Samsung” markalı telefon İddiaçı tərəfindən Cavabdeh hədiyyə olaraq alınmışdır. İddiaçı kreditləri uşaqların məktəb bazarlığı və evin kirayə haqqının ödənilməsi məqsədilə almışdır. İddia ərizəsində qeyd olunan qızıl sepi iddiaçı 2014-cü ildə böyük uşaqları Nərgizə hədiyyə edib. Bunun baş verməsi səbəbi isə həmin zaman iddiaçı ilə cavabdehin birinci dəfə boşanmasından sonra barışmaları olmuşdur. Yəni, tərəflərin barışması münasibətilə iddiaçı qızıl sepi böyük qızına bağışlamışdır. 2 ədəd kişi üzüyünü iddiaçı evdən gedərkən şəxsi əşyaları ilə aparıb. İddiaçı məhkəməyə saxta sübutlar təqdim etməkdən çəkinməyib. Onun xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqdim etdiyi fotoşəkillərdən cavabdehin fotosu olan guya iddia tələbinə aid “qızıl sep” əslində qızıl deyil və Cavabdeh hələ nikahdan əvvəl subay vaxtında taxdığı sadə bijuteriyadır. Qaşlı kişi üzüyü olan fotoşəkilin isə iddiaçıya heç bir aidiyəti yoxdur və onun belə bir üzüyü olmayıb. 2012-ci ildə Cavabdeh 2 qiymətli qızıl-zinət əşyası iddiaçı (və ya onun ailə üzvləri) tərəfindən götürülüb. Belə ki, həmin vaxt baş vermiş mübahisə səbəbindən evdən gedən cavabdeh, qayıtdıqdan sonra siyirmədə saxladığı bir ədəd 6-7 qramlıq qızıl sepini və 8 ədəd brilliyant qaşlı qızıl üzüyünü orada görməmişdir... Bundan başqa, 2022-ci ilin avqust ayında İddiaçı Cavabdeh qardaşının adına faizə 500 manat pul götürmüşdür. iddiaçı həmin borcdan cəmi 2 ay ödəniş etmişdir. Tərəflərin münasibəti pozulduqdan sonra isə İddiaçı pul verməmiş, məbləğ faizi ilə artdığı üçün 1000 manatadan artıq vəsaiti cavabdehin qardaşı özü ödəmək məcburiyyətində qalmışdır. İddiaçı həqiqətə uyğunolmayan və tamamilə əsassız iddia ərizəsi heç bir mötəbər sübuta söykənmir. Buna görə də hesab edirik ki, onun iddiası rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, cavabdehlə telefon danışığı zamanı cavabdeh ona sepi 600 manata satdığını, üzüklərin isə lombardda olduğunu bildirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, iddiaçının hazırda “Baku Electronics" MMC-yə heç bir borcu qalmamışdır. İddia tələbində qeyd olunan və birgə nikah dövründə yaranmış öhdəliklərin iddiaçı tərəfindən icra edilmişdir. İddia tələbində qeyd edilən qızıl sep iddiaçıya məxsus olsa da, nikahdan sonra cavabdeh tərəfindən istifadə edilmişdir. Tərəflərin 2022-ci ilin sentyabr ayında nikahlarının pozulmasından sonra hazırki tələblə indi müraciət etməsinin səbəbi cavabdehin iddiaçıya qarşı alimentin artırılması tələbi və yığılmış aliment borcunun olmasıdır. Sonda izahatının çıxış kimi qəbul olunmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 zinət əşyalarının cavabdehə məxsus olmasını təsdiq edən hər hansı sübutun olmadığını, təqdim edilmiş fotoşəkillərdən cavabdehin taxdığı sepin həqiqətən iddiaçıya məxsus olmasının müəyyən edilməməsi və qızıl üzüyə dair fotoşəkildəki üzüyün isə iddiaçıya məxsus olmadığı, iddiaçının özünün də hazırki tələbi məhz aliment tələbinə qarşı iddiaya cavab olaraq qaldığını bildirərək iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-466/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 19 aprel 2019-cu il tarixdə Qusar Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış və 33 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; 19 sentyabr 2021-ci il təvəllüdlü X1 iddiaçı (anası) Cavabdeh yanında saxlanılması; 19 sentyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 193 manat məbləğində aliment, xx.xx.2023-cü il tarixdən isə hər ay 220 manat məbləğində alimentin cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh ödənilməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət olunmuşdur. Kreditor “X4” ASC və borcalan İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 1927nkNAR/20 saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, kreditor 36 ay müddətinə xx.xx.2023-cü il tarixədək, illik 29% ödəmək şərti ilə 1000 manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin krediti təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditor “X4” ASC və borcalan İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 7853sNAR/20 saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, kreditor xx.xx.2025-ci il tarixədək, illik 29% ödəmək şərti ilə 500 manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin krediti təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditor “X4” ASC və borcalan İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 996nkNAR/22 saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, kreditor xx.xx.2027-ci il tarixədək, illik 25% ödəmək şərti ilə 807 manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin krediti təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təyinatı xx.xx.2020-ci il tarixli 7853sNAR/20 nömrəli müqavilə üzrə kreditin bağlanması təşkil edir. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə yenidən verilmiş maliyyə arayışında qeyd olunur ki, İddiaçı 1927nkNAR/20 saylı kredit müqaviləsi üzrə kredit borcu yoxdur. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışda qeyd olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-dən 1409 manat dəyərində Samsung N770 128GB RED markalı telefonu almışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1308/2022 saylı qətnaməsinə əsasən İddiaçı “X4” ASC ilə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 856,68 manat əsas, 76,88 manat faiz borcu, 1,93 manat cərimə borcu olmaqla, cəmi 935,49 manat məbləğində pul “X4” ASC-nin xeyrinə tutulmalıdır. "xxxx" MMC tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən 583 əyarlı 10-11 qram çəkisi olan 1 ədəd qızıl sepin dəyəri 880 manat, 750 əyarlı 0.10 sot briliant qaşlı 7-8 qram çəkisi olan 1 ədəd 5 brilyant qaşlı qızıl üzüyün dəyəri 900 manat, 583 yarlı 0.6 sot 3 brilyant qaşlı 1 ədəd qızıl üzüyün dəyəri 630 manat təşkil edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər 19 aprel 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflər arasındakı nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-466/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahda olduqları dövrdə “X4” ASC ilə bağlanmış iki fərqli kredit müqaviləsi əsasında bankdan 1000 manat və 500 manat məbləğində kredit borcu götürülmüş, "xxxx" MMC-dən isə 1409 manat dəyərində mobil telefon alınmışdır. Mobil telefon cavabdehin faktiki sahibliyində və istifadəsində olmuşdur. Cavabdeh iddiaçıya məxsus qızıl sepin mövcudluğu qəbul etmiş, lakin bu qızıl sepin iddiaçı tərəfindən qızına bağışlandığını, fotoşəkildə olan sepin isə cavabdehin nikahdan əvvəl istifadə etdiyi sadə bijuteriya olduğunu bildirmişdir. Üzüklərə münasibətdə isə cavabdeh iddiaçıya məxsus 2 qızıl kişi üzüyünün iddiaçının özündə olduğunu bildirmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə qızıl-zinət əşyalarına münasibətdə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1.-ci maddəsində nəzərdə tutulduğu kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir; 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü qızıl əşyalarının mövcud olmasını sübut etməsidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçıya məxsus qızıl sepin və 2 qızıl kişi üzüyünün həmin əşyaların mövcudluğunun cavabdeh tərəfindən qəbul edilməsi əks tərəfi bu halı sübut etmə vəzifəsindən azad edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf qeyd edilən qızıl zinət əşyalarını cavabdehdən tələb etsə də, həmin əşyaların cavabdehdə olması barədə hər hansı sübutu məhkəməyə təqdim edilməmişdir. Cavabdeh qızıl zinət əşyalarının mövcudluğunu qismən (1 sepin qızıl olmadığı qeyd etməklə) qəbul etsə də, bu əşyaların cavabdehdə olmadığını bildirmişdir. Əşyaların cavabdehdə olmasını sübut etmək vəzifəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü ilkin iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğu iş materialları ilə sübuta yetirilmir. Bu səbəbdən də iddia qızıl-zinət əşyalarının qaytarılması hissəsində iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən təmin edilməməlidir. Məhkəmə birgə nikah dövründə əldə edilmiş öhdəliklərin bölgüsü hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini ifadə edir. Yəni mülki hüquqda əmlak anlayışı şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Mülki Məcəllənin 391-ci maddəsində də tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilənin etibarsızlığı ilə bağlı müddəasında əmlak sözü məhz bu mənanı ifadə edir. Həmçinin Mülki Məcəllənin 6.1.3-cü maddəsində mülki qanunvericiliyin prinsipləri içərisində xüsusi qeyd olunan mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsipində də əmlak ifadəsi bu mənada istifadə olunmuşdur. Mülki Məcəllənin qeyd edilən maddəsində nəzərdə tutulan bu prinsiplə hər bir şəxsin (subyektin) digər şəxslərdən ayrı və müstəqil olaraq iqtisadi varlığa malik olduğu, bir subyekt olaraq ayrı və müstəqil şəkildə mülki hüquq və öhdəliklərin tərəfi (subyekti) olduğu vurğulanır. Bunun məntiqi nəticəsi olaraq Mülki Məcəllənin 1151.1-ci maddəsində vəfat edən fiziki şəxsdən qalan əmlakı ifadə edən miras əmlak müddəası da məhz bu mənada istifadə olunmuşdur. Beləliklə, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qismini, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qismini təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 12 iyul 2017-ci tarixli Qərarında qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Məhkəmə qeyd edir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Hazırki iddia tələbindən müəyyən edilir ki, iddiaçı 3 fərqli müqavilə üzrə edilmiş ödənişlərin ½ hissəsinin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə “Unibank KB" ASC-nin Nərimanov filialı ilə bağlanmış 1927nkNAR/20 saylı, xx.xx.2020ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən ödənilmiş pul məbləğinin ½ hissəsinin cavabdehdən tutulması hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, iş materiallarında olan xx.xx.2023cü il tarixli maliyyə arayışında İddiaçı həmin kredit müqaviləsi üzrə kredit borcunun olmadığı qeyd olunmuşdur. Tərəflər arasında olan nikah isə xx.xx.2023-cü il tarixli qətnamənin qanuni qüvvəyə minməsi ilə pozulmuşdur. Yəni kredit müqaviləsi üzrə kredit borcu hələ tərəflərin birgə nikahda olduqları dövrdə tam ödənmişdir. İkinci müqavilə kreditor “X4” ASC və borcalan İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 7853sNAR/20 saylı kredit müqaviləsidir. Bu müqavilə ilə bank tərəfindən iddiaçıya 500 manat məbləğində kredit verilmiş, sonradan bu müqavilə üzrə qalıq borc xx.xx.2022-ci il tarixdə bağlanmış 996nkNAR/22 saylı müqavilə ilə restrukturizasiya alınmış, son ödəniş müddəti xx.xx.2027-ci il müəyyən edilmişdir. Yuxarıda qeyd edilən normalardan aydın olur ki, birgə nikah dövründə yaranmış öhdəliklərin bölgüsü dedikdə məhz icra edilməli öhdəliklər nəzərdə tutulmuşdur. Yəni artıq icra edilmiş öhdəliklərin tərəflər arasında bölgüsü aparılmır. Eyni qayda “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərara əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. 1927nkNAR/20 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər tərəflərin birgə nikahda olduqları dövrdə tam icra olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, 1927nkNAR/20 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə edilmiş ödənişlərin bölünməsi hissəsində iddia tələbi təmin edilə bilməz. xx.xx.2022-ci il tarixdə bağlanmış 996nkNAR/22 saylı müqavilənin müddəti nəzərə alınmaqla müqavilə öhdəliklərinin tam icra edilməmiş olmasına dair əsaslı ehtimallar olsa da, iddiaçı bu müqavilə üzrə də məhz etdiyi ödənişləri tələb etmiş, qalıq borca heç bir münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı müqavilə üzrə icra edilməmiş öhdəliklərin bölgüsünü deyil, icra etdiyi öhdəliklər üzrə pulun cavabdehdən tutulmasını tələb etdiyindən məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2020-ci il tarixdə bağlanmış 7853sNAR/20 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən edilmiş ödənişlərin ½ hissəsinin cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. İddia tələbinin əsaslandığı üçüncü müqavilə "xxxx" MMC və İddiaçı arasında xx.xx.2020-ci il tarixli BL480293 nömrəli müqaviləsidir. İddiaçı müqavilə üzrə həm ödədiyi 383 manat pulun ½ hissəsi olan 191,50 manat pulun cavabdehdən tutulmasını, həm də ödənilməli olan 260 manat qalıq borcun tərəflər arasında bölünməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsində müqavilə üzrə 196 manat pulun ½ hissəsi olan 98 manat pulun cavabdehdən tutulmasını xahiş etmiş, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizəsində isə müqavilə üzrə 383 manat pulun ½ hissəsinin cavabdehdən tutulmasını xahiş etmişdir. Burdan iddiaçının iddia ərizəsini verdikdən sonra müqavilə üzrə 187 manat ödəniş etdiyi aydın olur. İddia tələbinin həcminin artırılması barədə ərizəsində qalıq borcun 260 manat qeyd edilməsi nəzərə alınarsa, iddia ərizəsinin verildiyi xx.xx.2023-cü il tarixə 447 manat qalıq borcun olduğu aydın olur. Lakin iddiaçı həm ödədiyi məbləğin, həm də müqavilə üzrə ödəməli olduğu məbləğin cavabdehdən tutulmasını xahiş edir. Bununla yanaşı iddiaçı xx.xx.2020-ci il tarixli BL480293 nömrəli müqavilə üzrə ödənilmiş və ödənilməli olan pul məbləğləri barədə məhkəməyə hər hansı sübut etməmişdir. İş materiallarında qalıq borc məbləğini təsdiq edən hər hansı sübut yoxdur. Yəni sözügedən müqavilə üzrə icra edilməmiş öhdəliklərin qalması iş materialları ilə sübuta yetirilmir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Lakin ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Hazırki halda isə tərəflər arasında mülkiyyət paylarının bölgüsü aparılmamışdır. İddiaçı da tələbində mülkiyyətin bölgüsünü tələb etmədən birbaşa ödənilmiş pul məbləğlərinin yarı hissəsinin cavabdehdən tutulmasını xahiş etmişdir. Halbuki yuxarıda sadanan qanunvericilik normalarından mülkiyyətin qeyri-bərabər bölgüsünün aparılması imkanı istisna edilmir ki, bu zaman öhdəliklər üzrə paylar da bu bölgüyə uyğun müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələblərinin qanuni əsasları iş materialları ilə öz təsdiqini tapmamışdır, buna görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, KOD: 805711; SWİFT: İBAZAZ2X) keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakdan payların müəyyən edilməsi və qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, KOD: 805711; SWİFT: İBAZAZ2X) keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-311/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-311/2024
28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver