Məhkəmə qərarları › İş №2(005)-3116/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3116/2022

08.07.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3116/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh MMC-nə qarşı “əməyin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26851 (iyirmi altı min səkkiz yüz əlli bir) manat zəhmət haqqının, 20 dekabr 2020-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək əmək haqqının ödənilməsi gecikdirilmiş 540 gün üçün 144995,4 (bir yüz qırx dörd min doqquz yüz doxsan beş manat qırx qəpik) manat məbləğində pulun, 20 iyun 2022-ci il tarixdən pulun ödəniləcəyi tarixədək olan müddət üçün 26851 manat miqdarında zəhmət haqqının aylıq bir faizi olmaqla hesablanıb cavabdeh “X1 Company” MMC-dən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2. maddəsində göstərilir ki, Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3. maddəsində göstərilir ki, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır Həmin Məcəllənin 26.1. maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2. maddəsində göstərilir ki, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə kommersiya məhkəmələri baxır. Hazırki iş üzrə iddia ərizəsindən görünür ki, mülki işə mülki məhkəmə icraatı qaydasında aidiyyati üzrə kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, iddiaçı ərizəsinin əməyin ödənilməsi ilə bağlı olduğunu qeyd etsə də iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli HX 005/0220 nömrəli İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xidməti müqavilədən görünür ki, müqavilə sifarişçi hüquqi şəxslə icraçı fərdi sahibkar arasında bağlanmış və müqavilənin predmeti bu Müqaviləyə əsasən İcraçı, ona məxsus olan avtomobil kranı ilə (Markası: KS-3575 ş-də ZİL-133-QYA: D.N.N Az ** BH ***. Buraxılış ili: 1085) (bundan sonra “texnika“ adlanacaq) Sifarişçinin verdiyi Mlarişlər və müəyyən etdiyi texnika əsasında xidmətləri icra edir və bu xidmət müqabilində Sifarişçi İcraçıya xidmət haqqı ödəyir. Qeyd olunan müqavilədən müəyyən olunur ki, tərəflər arasında yaranmış münasibətlər işəgötürən və işçi münasibətləri deyil sifarişçi və icraçı münasibətlərindən ibarətdir. Yəni qeyd olunan müqavilə üzrə tərəflər ayrı-ayarılıqda öz sahibkarlıq fəaliyyətlərindən irəli gələn vəzifələri yerinə yetirməklərinə dair müqavilə öhdəliklərini qəbul edərək rəsmilərdirmişdirlər. Eyni zamanda iddiaçı (VÖEN: **********) İddiaçı qeyd olunan müqavilə fərdi sahibkar olaraq bağlamışdır. Belə olan halda hazırki mülki iş üzrə tərəflərin sübyektiv tərkibi habelə mübahisənin predmetinin ümumi məhkəmələrdə baxılması nəzərdə tutulmuş işlərə aid olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən İddiaçı Cavabdeh MMC-nə qarşı əməyin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.4, 152.1.1, 152.2, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “əməyin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar