Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-314/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri 9 saylı Notariat Ofisinə qarşı, "xxxx" BOKT MMC və X6 üçüncü şəxs qismində cəlb edilməklə, icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı Şəhəri 9 saylı Notariat Ofisinə qarşı, "xxxx" BOKT MMC və X6 üçüncü şəxs qismində cəlb edilməklə, icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdelı Bakı şəhəri 9 saylı Notariat ofisinin notariusu X1 tərəfindən iddiaçı X4 ilə üçüncü şəxs "xxxx" Bank olmayan kredit təşkilatı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3M/5İ6 reyestr saylı ipoteka müqaviləsinə və xx.xx.2021-ci il tarixli 3M/607 reyestr saylı sonrakı ipoteka müqaviləsinə əsasən 8İ-1734 № ilə qeyd edilib reyestrlə rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli "ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında" icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 9 saylı Notariat ofisində İddiaçı ilə üçüncü şəxs "xxxx" Bank olmayan kredit təşkilatı MMC arasında xx.xx.2021-ci il tarixli 3M/516 reyestr saylı ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli 3M/607 reyestr saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka saxlayan tərəfindən birinci halda 11.000 manat göstərilməklə cəmi 8.000 manat, ikinci halda 5.000 manat göstərilməklə cəmi 3.000 manat, ümumilikdə 16.000 manat göstərilməklə cəmi 11.00 manat pul vəsaiti kredit olaraq İddiaçı verilmişdir. Lakin qeyd olunan borc müqavilələri ilə əlaqədar mübahisə yaranmasına baxmayaraq əsassız və qanunsuz olaraq, lazımi qaydada xəbərdar edilmədiyi üçün nə onun, nədə ki atasının iştirakı olmadan, Bakı şəhər 9 saylı Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə aparılmış və 8İ-1734 saylı reyestrlə rəsmiləşdirilmiş icra qeydinə əsasən hər iki müqavilə üzrə 24.243,19 manat (əsas borc 15.623,51 manat, faiz borcu 4.103,18 manat, dəbbə pulu 4.516.50 manat) məbləğində pulun tutularaq "xxxx" Bank olmayan kredit təşkilatı MMC-yə verilməsi nəzərdə tutulmuşdur. Həmin icra qeydləri qanunda və müqavilədə nəzərdə tutulmuş şərtlərin tələblərinə ziddir. Belə ki, müqavilənin əsas şərtlərindən biri borcun qaytarılmadığı halda borc verən tərəfindən məhkəmədə iddia qaldırılması göstərilmişdir. Belə olan halda notarius tərəfindən həmin icra qeydlərinin aparılmasından imtina edilməli idi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin t\əmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi X2 iddia tələbini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payda X3 məxsus olmuşdur və bu barədə xx.xx.2020-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. xx.xx.2021-ci il tarixli 2021/00852 saylı kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC İddiaçı illik 32% dərəcəsi ilə 36 ay müddətinə 11000 manat borc vermişdir. Müqavilənin “Əlavə Şərtlər” adlı 4-cü bəndinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və xx.xx.2021-ci il tarixli 2021/00852-İP saylı ipoteka müqaviləsinə əsasən İddiaçı bü müqavilə üzrə öhdəliklərinin icrasının təminatı olaraq Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B ünvanında yerləşən 1209 saylı mənzili "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2021-ci il tarixli 2021/00863 saylı kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC İddiaçı illik 32% dərəcəsi ilə 36 ay müddətinə 5000 manat borc vermişdir. Müqavilənin “Əlavə Şərtlər” adlı 4-cü bəndinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və xx.xx.2021-ci il tarixli 2021/00863-İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən əsasən İddiaçı bü müqavilə üzrə öhdəliklərinin icrasının təminatı olaraq Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B ünvanında yerləşən 1209 saylı mənzili "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən İddiaçı ilə "xxxx" Bank olmayan kredit təşkilatı MMC arasında xx.xx.2021ci il tarixli 3M/516 reyestr saylı ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli 3M/607 reyestr saylı sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı "xxxx" BOKT MMC-yə olan borcunun İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B ünvanında yerləşən 1209 saylı mənzilə yönəldilməsi, həmin mənzilin razılaşdırılmış dəyəri 90000 manat olmaqla, hərracdan satılması, satıldıqdan sonra 1 ay ərzində boşaldılması icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 41.42 manat pulun İddiaçı tutulması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2021-ci il tarixli 2021/00852 saylı kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-dən 11000 manat, xx.xx.2021-ci il tarixli 2021/00863 saylı kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMCdən 5000 manat pul borc götürmüşdür. İddiaçı həmin müqavilələr üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi X5 öz mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B ünvanında yerləşən 1209 saylı mənzili "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı müqavilə üzrə götürdüyü öhdəliklərini lazımınca icra etmədiyindən "xxxx" BOKT MMC tərəfindən iporta predmetinə tutma yönəldiməsinə dair icra qeydinin verilməsi üçün ərizə ilə notariat ofisinə müraciət edilmiş, xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi ilə İddiaçı ilə "xxxx" Bank olmayan kredit təşkilatı MMC arasında xx.xx.2021-ci il tarixli 3M/516 reyestr saylı ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli 3M/607 reyestr saylı sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı "xxxx" BOKT MMC-yə olan borcunun İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B ünvanında yerləşən 1209 saylı mənzilə yönəldilməsi, həmin mənzilin razılaşdırılmış dəyəri 90000 manat olmaqla, hərracdan satılması, satıldıqdan sonra 1 ay ərzində boşaldılması icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 41.42 manat pulun İddiaçı tutulması qərara alınmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu icra qeydinin qanunsuz aparıldığını bildirir və ləğv edilməsini xahiş edir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən: Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə araşdırılmış işin hallarına münasibətdə qeyd edir ki, iş materiallarına əlavə olunmuş icra qeydində qeyd edilən 3906,74 manat dəbbə pulu borcu əsas borc 36826,35 manat məbləğə mütanasib olmadığından, məhkəmədə şübhə doğurur. Qeyd edilənlərdən görünür ki, tələbkar tərəfindən notariat ofisinə təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu əks edilməmişdir. Sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsindən göründüyü kimi, icra qeydinin ləğv edilməsinə dair iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri 9 saylı ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-935 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbində rüsumla bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 9 saylı ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-935 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya ssitemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-314/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-314/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver