Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3140/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ailə münasibətləri üzrə sair mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə uyğun olaraq 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq, 2020-ci il üçün hər ay 10 manat olmaqla, cəmi 120 manat əlavə aliment vəsaitinin cavabdeh tərəfindən ödənilməsi, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə uyğun olaraq 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq, 2021-ci ilin yanvar-dekabr ayları üçün alimentin 175 manat məbləğində müəyyən edilərək cavabdeh tərəfindən ödənilməsi, 2022-ci ildən başlayaraq hər il həmin üçün ölkədə yaşayış minimumu haqqında Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən ediləcək, uşaqlar üçün yaşayış minimumu məbləğində alimentin ödənilməsi, Bakı ş. Nərimanov r-n məhkəməsinin 2(005)-3060/2019 saylı mülki iş üzrə 09.07.2019-cu il tarixli qətnaməsi çıxardıqdan bu günə qədər özünün və uşağın müalicə və müayinəsi, habelə uşağa qulluq, lazımı paltar və digər ləvazimatlar üçün 500 manat məbləğdə pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı ş. Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)-3060/2019 saylı mülki iş üzrə çıxarılmış, 09.07.2019-cu il tarixli qətnamə ilə hər ay 160 manat məbləğində alimentin, övladının üç yaşınadək 50 manat məbləğində vəsaitin, habelə 616,50 manat həcmində birdəfəlik ödənişin ödənilməsi qərara alınmışdır. Qətnamə qəbul edilən dövrdə “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqıda” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə uyğun olaraq 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə uyğun olaraq 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Həmin Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. “Azərbaycan Respublikasında 2021ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun l-ci maddəsinə uyğun olaraq 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Həmin Qanun 2021-ci il yanvann 1-dən qüvvəyə minmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə uyğun olaraq əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq edilir. Bu baxımdan yaşayış minimumunun, o cümlədən uşaqlar üçün yaşayış minimumunun məbləği hər il artmağa doğru dəyişir. Bu baxımdan, 2020-ci il ərzində hər ay üçün əlavə olaraq 10 manat (170 manat -160 manat) olmaqla, cəmi 120 manat əlavə aliment vəsaiti ödənilməlidir. Bununla yanaşı, 2021-ci ilin yanvar ayından 175 manat aliment məbləği almalıdır. Eyni zamanda, Bakı ş. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3060/2019 saylı mülki iş üzrə 09.07.2019-cu il tarixli qətnaməsi çıxardıqdan bu günə qədər özünün və uşağın müalicə və müayinəsi, habelə uşağa qulluq, lazımı paltar və digər ləvazimatlar üçün 500 manat məbləğdə pul vəsaiti xərcləmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, Şəki şəhərində yaşadığı və azyaşlı uşağı ilə uzun yola çıxa bilmədiyini qeyd edərək, işə onun iştrakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin iddiasını müdafiyə etdiyini qeyd etmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 iddianı qəbul etməyərək, etiraz ərizəsi təqdim etmiş və həmin etiraza uyğun izahat verərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində köhnə müayinə xərclərini əsas gətirərək, əsassız olaraq aliment xərcini iddia etməkdədir. Ona görə də, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AA******* nömrəli Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 08.09.14981-ci il tarixdə doğulmuşdur. 05.08.2019-cu il tarixli qəbzdən görünür ki, "xxxx" MMC-yə X2 müalicə və müayinəsi üçün 105 manat ödənilmişdir. 18.07.2019-cu il tarixli qəbzdən görünür ki, “Azərbaycan Tibb Universiteti X5”na X2 müalicə və müayinəsi üçün 42 manat ödənilmişdir. 12.05.2019-cu il tarixli qəbzdən görünür ki, “Azərbaycan Tibb Universiteti X5”na X2 müalicə və müayinəsi üçün 41,30 manat ödənilmişdir. 10.08.2019-cu il tarixdə çap olunmuş qəbzdən görünür ki, “X3 və Poliklinika”sına X2 müalicə və müayinəsi üçün 25,2 manat ödənilmişdir. 25.07.2019-cu il tarixdə çap olunmuş qəbzdən görünür ki, “X3 və Poliklinika”sına X2 müalicə və müayinəsi üçün 16,8 manat ödənilmişdir. 23.07.2019-cu il tarixli qəbzdən görünür ki, “SEBA X8 Klinikası”na X2 müalicə və müayinəsi üçün 20 manat ödənilmişdir. 21.07.2019-cu il tarixdə çap olunmuş qəbzdən görünür ki, “X3 və Poliklinika”sına X2 müalicə və müayinəsi üçün 46,9 manat ödənilmişdir. 20.07.2019-cu il tarixli qəbzdən görünür ki, “Azərbaycan Tibb Universiteti X5”na X2 müalicə və müayinəsi üçün 133 manat ödənilmişdir. 17.07.2019-cu il tarixdə çap olunmuş qəbzdən görünür ki, “X3 və Poliklinika”sına X2 müalicə və müayinəsi üçün 16,8 manat ödənilmişdir. 21.07.2019-cu il tarixdə çap olunmuş qəbzdən görünür ki, “X3 və Poliklinika”sına X2 müalicə və müayinəsi üçün 37,1 manat ödənilmişdir. 17.07.2019-cu il tarixdə çap olunmuş qəbzdən görünür ki, “X3 və Poliklinika”sına X2 müalicə və müayinəsi üçün 7 manat ödənilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli, 2(005)-3060/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin olunaraq, 08.05.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh 08.05.2019-cu il təvəllüdlü X2 üç yaşınadək, yəni 08.05.2022-ci il tarixə kimi hər ay 50 manat tutulub İddiaçı verilməsi, doğuşdan qabaq müalicə və müayinə, habelə doğuşla bağlı xərclənmiş vəsaitin yarısı olan 616,50 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləği ilə bağlı olduğundan iddia qismən təmin edilməklə alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli, 2(005)-3060/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilməli, Cavabdeh 08.05.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 175 manat məbləğində sabit pul miqdarında aliment tutulmalı, alimentin tutulma vaxtı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Əlavə çəkilmiş xərcin tələb edilməsinə münasibətdə məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarında olan hüquqi mövqeyə görə məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Sadalanan qanunvericilik əsaslarından və müvafiq Plenum Qərarından göründüyü kimi məhkəmə valideynləri gələcəkdə çəkilməsi zəruri olan əlavə xərclərlə yanaşı, eləcə də faktiki çəkilmiş xərclərə cəlb edə bilər. İşin hallarından görünüyü kimi cavabdeh uşağın doğuuşu və s. ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli, 2(005)-3060/2019 saylı qətnaməsi ilə əlavə çəkilmiş xərclər nəzərə alınmışdır. Hazırki iddiada çəkilmiş xərclərin bir hissəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli, 2(005)- 3060/2019 saylı qətnaməsi ilə nəzərə alındığından, eyni zamanda təqdim olunmuş qəbzlərin bir hissəsində yalnız qəbzin çap edilmə tarixi olduğundan və ödənilmiş məbləğin hansı tarixdə ödənilməsi müəyyən edilmədiyindən, təqdim edilmiş müayinə və müalicə xərclərinin bir hissəsi iddia 191,1 (41,3+25,2+16,8+46,9+16,8+37,1+7) manat hissəsində məhkəmə iddianın rədd edilməsi qənaətinə gəlir. Bununla belə iş materiallarında olan ödəniş qəbzlərindən aydın olur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli, 2(005)-3060/2019 saylı qətnaməsi qəbul olunduğu tarixdən sonra da uşağın saxlanmasına görə ümumi olaraq 195 manat xərc çəkilmişdir. Bu hal “Azərbaycan Tibb Universiteti X5”na X2 müalicə və müayinəsi üçün 42 manatın köçürülməsi 18.07.2019-cu il tarixli qəbzlə, “SEBA X8 Klinikası”na X2 müalicə və müayinəsi üçün 20 manat ödənilməsi 23.07.2019-cu il tarixli qəbzlə, “Azərbaycan Tibb Universiteti X5”na X2 müalicə və müayinəsi üçün 133 manat ödənilməsi 20.07.2019-cu il tarixli qəbzlə öz təsdiqini tapır. Odur ki, iddiaçı tərəfindən X2 müalicə və müayinəsi üçün ödənilmiş 195 manat məbləğin yarısı, yanı 97,50 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli, 2(005)- 3060/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh 08.05.2019cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən X2 müalicə və müayinəsi üçün ödənilmiş 195 manat məbləğin yarısı olan 97,5 (doğsan yeddi manat, 50 qəpik) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu alınıb dövlət hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3140/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3140/2021
30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver