Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3141/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X1 Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK-ya qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək funksiyalarının icrası nəticəsində iddiaçıya ödənilməli olan 3300 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər artıq 5 ildən çox müddətdir ki, "xxxx" MTK ilə əmək münasibətlərində olmuşlar və ötən müddət ərzində “Şərur" MTK-nın nəzdində olan layihələrdə mühəndis kimi çalışmışdır. Həmin layihələr boyunca aralarında normal əməkdaşlıq olmuş, əmək müqaviləsi olmasa da, gördüyü təmir işlərinin qarşılığını almışdır. Cavabdehin özünə də məlum olduğu kimi həmin işlərin təşkili və aparılmasında Mehriban adlı şəxs iştirak etmiş, bütün danışıqlar onunla aparılmışdır. Həmin Mehriban adlı şəxs sözügedən MTK-da çalışan xanımlardan birinin anasıdır. Lakin sonuncu dəfə 2022-ci ilin oktyabr ayı - 2023-cü ilin yanvar ayı aralıqlarında Bakı şəhəri, Əhmədli qəsəbəsi, Neapol dairəsi, Telnov küçəsində yerləşən Cavabdeh1 MTK-ya məxsus binaların 8-ci blokunda 67 kv/metrlik mənzildə və Bakı şəhəri, Yasamal rayonu, “Jasmin Park" yaşayış sahəsində 2 mənzildə apardığı tikinti işlərindən sonra öncədən söz verilən, razılaşdırılmış və ödənilməsi nəzərdə tutulan 3300 manat məbləğində əmək haqqı iddiaçıya ödənməmişdir. Üstəlik dəfələrlə tələb etməsinə baxmayaraq iddiaçı ilə əmək müqaviləsi bağlanmamış, adi şifahi razılıq qaydasında əmək haqqının iddiaçıya ödənəcəyi və heç bir problem yaranmayacağı ona bildirilmişdir. Dəfələrlə onlara olan şifahi müraciətlərinin nəticəsində gah iddiaçıya digər yerlərdəki işini dayandırmağını və bu halda iddiaçıya düşən əmək haqqını verəcəklərini bildirmiş, gah da həmin məbləği verməkdən, ümumiyyətlə, imtina etmişlər. Bu səbəbdən iddiaçı tərəfindən Qaradağ rayon prokurorluğuna müraciət olunmuş, sonuncu tərəfindən göndərilən xx.xx.2023-cü il tarixi məktubla iddiaçının müraciətində cinayət tərkibi olmadığı və mülki iddia xarakterli olduğu, müvafiq məhkəməyə müraciət etmək hüququ olduğu ona bildirilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə təkrarən cavabdeh quruma ərizə ilə müraciət etmiş və haqqı olan məbləğin iddiaçıya ödənilməsini xahiş etmişdir. Lakin xx.xx.2023-cü il tarixli cavab məktublarında bildirmişlər ki, iddiaçı onlarla xx.xx.2020-ci il tarixdə müqavilə bağlamış və xx.xx.2020-ci il tarixdə müqaviləyə xitam verilmişdir. Bu, özü də absurd və formal bir məlumatdır. Əgər həqiqətən də, belədirsə, qanunvericiliyə əsasən əmək müqaviləsinin bir nüsxəsi iddiaçıda olmalı, həmçinin müqaviləyə xitam verilərkən müvafiq qurum tərəfindən əmr verməli idi və iddiaçı həmin əmrlə tanış olmalı idi. Həmçinin müqavilədə əmək haqqı göstərilməli, son haqq-hesabı iddiaçıya təqdim olunmalı idi. Əgər dedikləri düzgündürsə, o zaman məhkəməyə əmək müqaviləsi, həmin müqavilə üzrə iddiaçıya ödənilmiş məbləğ və həmin məbləğdən ödənilməli olan vergilər DSMF icbari tibbi sığorta və işsizliklə bağlı ödənişlər barədə müvafiq təsdiqedici sənədlər, müqaviləyə xitam barədə səlahiyyətli şəxsin müvafiq əmri, əmrlə tanış olması və əmək kitabçası (əgər mövcud olmuşdursa) təhvil alması barədə məlumat, həmçinin son haqq-hesab sənədləri də məhkəməyə təqdim olunmalıdır. Daha sonra İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək cavabdehin əsl Cavabdeh2 ilə əvəz olunmasını məhkəmədən xahiş etmiş, vəsatət təmin olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Bundan sonra ərizə icraata qəbul edilərək, məhkəmə tərəfindən müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 iddia tələbinə etiraz edərək, iddia ərizəsində qeyd olunan tələblərin əsassız olduğunu, iddiaçıya hər hansı borcunun olmadığını, əksinə iddiaçı ona tapşırılmış təmir işlərini keyfiyyətsiz yerinə yetirdiyini, həmin işlərin başqa ustalara təkrarən tapşırıldığını, bu səbəbdən də özünün iki qat xərcə düşdüyünü bildirib, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanan 17 aprel 2023-cü il tarixli 55 №-li məktuba əsasən İddiaçı xx.xx.2023-cü il tarixli bildirişinə cavab olaraq bildirilmişdir ki, Cavabdeh1 MTK ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə (əmək müqaviləsinin bağlanması ilə bağlı əmək bildiriş nömrəsi: xxxxxxx000300) xx.xx.2020-ci il tarixində 94 №-li əmrlə, Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən xitam verilmişdir (əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildiriş nömrəsi: xxxxxxx0003X0). Həmçinin, şikayət etdiyi şəxslə (Mehriban) Cavabdeh1 MTK arasında heç bir əlaqə olmadığı və kənar şəxslərlə əmək münasibətləri, bununla əlaqədar üzləşdiyi problemlərinə MTK-nın heç bir məsuliyyət və ya cavabdehlik daşımadığı qeyd edilmişdir. Qaradağ Rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanan 02 mart 2023-cü il tarixli 97-Ş-23 №-li məktuba əsasən Yasamal və Xətai rayonları ərazisində yerləşən mənzillərdə təmir işləri aparmağına baxmayaraq həmin mənzillərin sahibi “Mehriban” adlı şəxs tərəfindən 2700 manat əmək haqqı verilməməsinə dair İddiaçı müraciətinə rayon prokurorluğunda baxılmış, ərizədə göstərilən xüsusatların mülki iddia xarakterli olması müəyyən edilmiş, qeyd olunan məsələ ilə bağlı aidiyyəti rayon məhkəməsinə müraciət edilməsi qeyd olunmuşdur. Cavabdeh1 MTK-nın 70 saylı xx.xx.2020-ci il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı fəhlə peşəsi üzrə işə qəbul olunmuşdur. Cavabdeh1 MTK-nın 94 saylı xx.xx.2020-ci il tarixli əmrdən çıxarışa əsasən İddiaçı öz ərizəsi ilə işdən azad olunması, eyni zamanda işdən azad olunanların son haqq-hesabının kəsilməsinin təmin edilməsi mühasibatlığa tapşırılması qeyd olunmuşdur. Məhkəmə iddianın əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə onu da qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. (Mülki Məcəllənin 404.1 və 2-ci maddəsi) Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh2 arasında şifahi razılaşma olmuşdur. Həmin şifahi müqaviləyə əsasən, İddiaçı (icraçı) Cavabdeh2 (sifarişçinin) sifarişinə əsasən aralarında razılaşdırılmış təmir işlərini həyata keçirməyi öz öhdəsinə götürür. Sifarişçi işlərin yerinə yetirilməsinin əvəzində icraçıya razılaşdırılan məbləğin ödənilməsini öhdəsinə götürmüşdür. Podrat müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır, yəni podratçı şifahi müqavilə üzrə nəzərdə tutulan işi icra etməyi - hazırkı halda mənzildə təmir-tikinti işləri aparmağı, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Bu baxımdan Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə, yuxarıda qeyd edilən mülki prosessual normaların tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə cavabdeh tərəfindən ödənilməli olan xidmət haqqını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin yerinə yetirdiyi təmir işlərinə görə xidmət haqqının əvəzi olaraq 3300 manat məbləğində ödəniş etməli olduğuna dair məhkəməyə hər hansı mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan zərərin nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3141/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3141/2023
17.10.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver