Məhkəmə qərarları › İş №2(005)-3142/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3142/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3142/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X13 Mehdi qızının katibliyi, İddiaçı1, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən təqdim olunmuş 19 mart 2014-cü il tarixli KAMin 114228/14 nömrəli X5 etibarsız hesab olunması, həmin müqavilədən doğan bütün hüquqi nəticələrin ləğv olunması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Məhkəməyə 19 mart 2014-cü il tarixli KAMin 114228/14 nömrəli X7 təqdim edərək bildirir ki, tərəflər arasında həmin müqavilə bağlanmışdır. İddiaçılar bildirir ki, ailə üzvləri ilə 2000-ci ildən ünvan 1 ünvanda qeydiyyatdadırlar və yaşayırlar, bununla bağlı Mingəçevir Şəhər Mənzil X2 3 saylı MKİS-in arayışını məhkəməyə təqdim edirlər. Bildirilir ki, onların qeyd olunan ipoteka müqaviləsindən xəbəri yoxdur. X15 ipoteka müqaviləsini imzalamamışdır, lakin məhkəmə qanunusuz olaraq bunu nəzərə almayıbdır. 2023-cü ilin aprel ayında evlərinə gələn məhkəmə bildirişindən onlara məlum olmuşdur ki, belə bir ipoteka müqaviləsi vardır və həmin müqavilə imzalanarkən onların məlumatı olmamış, müqavilənin bağlanmasına razılıq verməmişlər. Notariat haqqında təlimatda və digər qanunlarda birbaşa olaraq qeyd olunmuşdur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi, ipoteka və digər müqavilələr bağlanarkən yaşayış sahəsində qeydiyyatda olan şəxslərin razılığının alınması mütləqdir. İpoteka müqaviləsinin bağlanmasından yeni məlumatları olduğundan ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı bu mərhələdə iddia qaldırmaq məcburiyyətindədirlər. Belə hesab edirlər ki, ipoteka müqaviləsi onların məlumatı və razılığı olmadan bağlandığından 19 mart 2014-cü il tarixli KAMin 114228/14 nömrəli X7 etibarsız hesab olunmalı və həmin müqavilədən doğan bütün hüquqi nəticələr ləğv olunmalıdır. Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyəti etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, 2(005)-3142/2023 saylı mülki iş üzrə iddiaçılar tərəfindən verilmiş iddia ərizəsinin rədd olunması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, 2(005)-3142/2023 saylı mülki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verdikləri iddia ərizələrində qeyd edirlər ki, “guya” 2000-ci il tarixdən başlayaraq ünvan 1 ünvanda qeydiyyatdadırlar. Buna dair sübut kimi iddiaçılar Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər üzrə bölməsinin müdiri R.t.Nəbiyev tərəfindən verilmiş 730 nömrəli xx.xx.2023-cü il tarixli qeydiyyat barədə arayış təqdim edib. Cavabdeh hesab edir ki, həmin arayış yanlışdır. Beləliklə, cavabdeh tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Dövlət və Miqrasiya İdarəsinin Milli X1 üzrə Məlumat Şöbəsinə müraciət olunarkən, cavabdehə iddiaçıların qeydiyyat barəsində arayış verilmişdir. Həmin arayışdan məlum olur ki, iddiaçılar yuxarıda qeyd olunan ünvan 1-də heç vaxt müvvəqəti qeydiyyatda belə olmamışdırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X11 iddia ərizəsində göstərilən halların əsassız olduğunu bildirərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Fazil Əzimov küçəsində istifadədə olan 0.1185 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 66.43 kv.m ümumi, 39.44 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2009-cu il tarxdə qeydiyyata alınmışdır. 19 mart 2014-cü il tarixli KAMin 114228/14 nömrəli “X7”nin surətindən görünür ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC ilə borclu Əmirov Vəkil Əli oğlu arasında bağlanmış kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı olaraq “İpoteka qoyan” X10 məxsus Mingəçevir şəhəri, Fazil Əzimov küçəsində istifadədə olan 0.1185 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 66.43 kv.m ümumi, 39.44 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 1 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər üzrə bölməsinin tərəfindən verilmiş arayışdan görünür ki, X12, İddiaçı1, Əmirova Günay Vəkil qızı, İddiaçı2, İddiaçı3, Əmirova X3 şəhəri, F.Əzimov 33, mənzil 1 ünvanında müvəqqəti qeydiyyatdadırlar. AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 ünvan 4i ünvanında qeydiyyatdadırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC ilə Əmirov Vəkil Əli oğlu arasında bağlanmış 19 mart 2014-cü il tarixli KAMin 114228/14 nömrəli kredit müqaviləsinə əsasən Əmirov Vəkil Əli oğluna şəxsi istehlak məqsədilə 36 ay müddətinə, illik 23 % ödəmək şərtilə 25000 USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq “İpoteka qoyan” X10 məxsus Mingəçevir şəhəri, Fazil Əzimov küçəsində istifadədə olan 0.1185 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 66.43 kv.m ümumi, 39.44 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 1 nömrəli mənzil 19 mart 2014-cü il tarixli KAMin 114228/14 nömrəli X7nə əsasən ipoteka ilə yüklü edilmişdir. İddiaçılar tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmiş və iddia tələbini iddiaçı ərizəsində göstərdiyi xüsusatlarla əsaslandırmış, qeyd etdiyi əsaslara görə ipoteka müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 03 noyabr 2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsi qeyd edilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı qeyd olunan xüsusatlar aşkar edilməmiş, yəni iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyəti ilə Əmirov Vəkil Əli oğlu arasında 19 mart 2014-cü il tarixli KAMin 114228/14 nömrəli X7 bağlanan zaman məlumatsız olması sübuta yetməmişdir. Bundan başqa iddiaçıların anası X12, ona məxsus Mingəçevir şəhəri, Fazil Əzimov küçəsində istifadədə olan 0.1185 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 66.43 kv.m ümumi, 39.44 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 1 nömrəli mənzil ipoteka ilə yüklü etmişdir. İddiaçılar iddia tələbini həmin mənzildə qeydiyyatda olmaları ilə əsaslandırsalar da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsi qeyd edilmişdir. Bu səbəbdən də iddia tələbində qeyd olunanlar mübahisələndirilən 19 mart 2014-cü il tarixli KAMin 114228/14 nömrəli X5 etibarsız hesab edilməsi üçün əsassızdır. Məhkəmə göstərilənlərə əsasən bildirir ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsas olan hallar mövcud olmadığından iddia tələbi əsassızdır, bu səbəbdən də təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, bununla bağlı tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar