Məhkəmə qərarları › İş №2(005)-3144/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3144/2021

26.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3144/2021 26.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1492/2020 saylı iş üzrə çıxardığı 21.01.2020- ci il tarixli qətnaməsi ilə ondan hazırkı iş üzrə cavabdehin xeyrinə 05.08.2019-cu il təvəllüdlü övladımız X1 üçün qazancının ¼ hissəsi məbləğində tutulmalı olan aliment məbləğinin 22.04.2020-ci ildən 11.01.2021-ci ilədək olan hissəsinə dair yığılan borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-M92/2020 saylı iş üzrə çıxardığı 21.01.2020-ci il tarixli qətnaməsi ilə ondan hazırkı iş üzrə cavabdehin xeyrinə 05.08.2019-cu il təvəllüdlü övladı X1 üçün qazancının 1/4 hissəsi məbləğində alimeni tutulmasına dair qətnamə çıxarılmışdır. Cavabdeh faktiki olaraq hüquqdan sui-istifadə edir. Belə ki, onun gömrük orqanlarının əməkdaşı olduğunu bilir və ondan artıq pul alınmasını işləyir. Yuxarıda göstərilən qətnamə çıxarılarkən onun məhkəmədən məlumatı olmamış, məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Göstərmək istəyir ki, cavabdeh yuxanda göstərilən məhkəmə işi üzrə iddia verilərkən doğrudan da cavabdeh iki ay ərzində, yəni 2020-ci ilin yanvar ayının sonundan aprel ayının əvvəlinədək ata evində yaşamışdır. 2020-ci il aprel ayından 2021-ci ilin 11 yanvar tarixinədək cavabdeh onunla yaşamışdır və uşağına baxmışdır. Həmin hal bir çox şahidlərin izahatında və digər sübutlarda (şəkil, videogörüntülü və s.) ilə təsdiqini tapır. Cavabdehin məndən həmin dövr üçün uşağımızın saxlanması məqsədi ilə aliment tələb etməsi onu ağır maddi duruma salır və cavabdehin əsassız varlanması ilə nəticələnir. Belə görünür ki, onun həm faktiki olaraq övladının saxlanması üçün nağd şəkildə pul xərcləmiş, həm də sonradan həmin dövr üçün aliment ödəməli olur. Yəni, ailə onunla heç bir təsərrüfat sürmədiyi, ailə öhdəliyini icra etmədiyi halda, hüquqdan sui-istifadə edərək onun halal zəhməti ilə əldə eldiyi qazanca şərik olmaq istəyir. Dəfələrlə cavabdeh ilə məsələni sülh yolu ilə həll etmək istəsə də, cavabdeh nəinki razılığa gəlmir, hətta övladı nə onunla, nə də nənəsi ilə görüşməsinə imkan vermir. Məsələnin məhkəmə qaydasında həlli mümkündür. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, 2020-ci il aprel ayından 2021-ci ilin 11 yanvar tarixinədək İddiaçı ilə barışmış, onunla birlikdə yaşamışdır. Lakin iddiaçı evin təminatlarını, uşağın xərclərini lazımınca qarşılaya bilməmişdir. onlar birgə yaşadığı müddətdə atasının yardımı ilə ailənin maddi təminatı qarşılanmışdır. Buna görə də, alimentin həmin müddət ərzində ləğv edilməsi ilə razı deyil. Buna görə də, rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı tərəfindən təmin edilmiş şahid X2 bildirmişdir ki, hər iki tərəfi tanıyır, İddiaçı ilə qonşudur. Daima evlərinə gedib-gelmişdir. Cavabdeh həqiqətən də 2020-ci il aprel ayından 2021-ci ilin yanvar aınadək İddiaçılə birgə yaşamışdır. Evin bütün gərclərini İddiaçı çəkirdi. Natavanın atasının həmin evə gedib gəlməsini az hallarda görmüşdür. Məhkəmə iclasında iddiaçı tərəfindən təmin edilmiş şahid X8 bildirmişdir ki, iddiaçı ilə qonşüdür, hər iki tərəfi tanıyır. Evləri təmir olunan zaman onlarda işləmişdir. Həmin vaxt evin maddi təminatlarının Gündüz tərəfindən icra olunmasını görmüşdür.Natavanın atasını uşağın ad günündə görmüşdür. Məhkəmə iclasında iddiaçı tərəfindən təmin edilmiş şahid X7 oğlu bildirmişdir ki, Natavanın atasını evə bazarlıq etməsi və ya hər hansı maddi köməklik etməsindən məlumatı yoxdur. Evin bütün xərclərini İddiaçı çəkirdi. Məhkəmə iclasında cavabdeh tərəfindən təmin edilmiş şahid X6 bildirmişdir ki, cavabdeh onun qızıdır. O həyat yoldaşı ilə barışdıqdan sonra onun evində yaşamışdır. Həmin müddətdə qızına kömək məqsədilə evə bazarlıq da etmiş, uşağın xərclərini də çəkmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001 )-1492/20 saylı 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı 05.08.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində alimentin və uşağın 3 (üç) yaşına çatanadək anası Cavabdeh üçün hər ay 100 (bir yüz) manat məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddiaçının hüquqi müdafiə ilə bağlı çəkdiyi xərclərin əvəzi olaraq 236 (iki yüz otuz altı) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, alimentin hesablanması 21.01.2020-ci il tarixdən başlanılması qət edilmişdir. İddia qalan hisədə təmin edilməmişdir. Bakı Apellasiya Məhkəməsinin 2(103)-4923/2020 saylı 06.08.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hazırkı iş üzrə 20 fevral 2020-ci il tarixli qətnaməsi, iddianın yetkinlik yaşına çatmayan uşağın 3 yaşına çatanadək tutulan 100 manat alimentin və əlavə xərclərə görə 236 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Binəqədi RPİ İŞ.-nin 10 may 2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, zərərçəkmiş qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, 22 aprel 2020-ci il tarixdə qaynının vasitəsilə köçüb İddiaçı ilə birgə yaşamağa başlamışdır….11 yanvar 2021-ci ildə evə gələndə Gündüzün yatdığı və telefonun açıq qaldığını görmüş, telefonda olan məlumatlara görə aralarında mübahisə yaranmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 05.08.2019-cu il təvəllüdlü X3 atası İddiaçı, anası Cavabdehdır. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən azad olunma üçün diqqətəlayiq halların olmasıdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001 )-1492/20 saylı 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə nikah pozulduqdan sonra tərəflər ayrı yaşamış, həmin qətnamə ilə 05.08.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində alimentin və uşağın 3 (üç) yaşına çatanadək anası Cavabdeh üçün hər ay 100 (bir yüz) manat məbləğində aliment tutulmuşdur. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, Cavabdeh 21.01.2020-ci il tarixindən 11.01.2021-ci il tarixədək birgə yaşamışlar. Lakin cavabdeh iddiaya etirazını onunla əsaslandırır ki, onlar birgə yaşasalar da, iddiaçı İddiaçı evə, ailəsinə maddi yardım etməmiş, ailənin bütün xərcləri atası tərəfindən ödənilmişdir. Məhkəmə cavabdehin bu dəlilini qəbul etmir, iş materialları və şahid ifadələri ilə təsdiq olunur ki, tərəflər 21.01.2020-ci il tarixindən 11.01.2021-ci il tarixədək birgə yaşamış, birgə təsərrüfat aparmışlar. Buna görə də, həmin müddət ərzində iddiaçı aliment öədəməkdən azad olmalıdır. İddia əsaslı olduğundan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1492/2020 saylı iş üzrə çıxardığı 21.01.2020- ci il tarixli qətnaməsi ilə tutulmuş aliment 21.01.2020-ci il tarixindən 11.01.2021-ci il tarixədək olan müddətdə aliment ödəməkdən azad edilməklə yığılmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment borcunun ləğv edilməsi ” tələbinə dair iddia ərizəsi təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1492/2020 saylı iş üzrə çıxardığı 21.01.2020-ci il tarixli qətnaməsi ilə 21.01.2020-ci il tarixindən 11.01.2021-ci il tarixədək olan müddətdə İddiaçı aliment ödəməkdən azad edilməklə yığılmış borc silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar