Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3158/2021 22.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimov Firuz Akif oğlunun və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx"MMC-yə qarşı “qiymətləndirmə barədə hesabatın etibarsız hesab edilməsi və maliyyə, texniki ekspertizasının yenidən təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx"MMC-yə qarşı “qiymətləndirmə barədə hesabatın etibarsız hesab edilməsi və maliyyə, texniki ekspertizasının yenidən təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən verilmiş 13.03.2020-ci il tarixli 58 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və maliyyə, texniki ekspertizasının yenidən təmin edilməsi barədə qətnamə qəbul xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İbrahimov Firuz Akif oğlu iddiaçıya qarşı "fərdi yaşayış evinin inşasına çəkilmiş xərc ilə bağlı pul tələbinə dair"iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2(071)206/2016 saylı qətnaməsi ilə (sədrlik edən hakim H.Əzizov) iddia tələbi qismən təmin edilmiş. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış ev inin 1989-2014-cü illər ərzində inşasına sərf etdiyi tikinti və inşaat materiallarının pul ilə dəyəri 26.399(iyirmi altı min üç yüz doxsan doqquz) manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq İbrahimov Firuz Akif oğluna verilməsi qət edilmişdir. Həmin qətnamədən hüquqlarını müdafiə etdiyim şəxs narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2017-ci il tarixli 2(106) 1208/2017 saylı qətnaməsi ilə (sədrlik edən hakim N.Mirzəyev, hakimlər N.Məmmədov və V.Cəbrayılov) Hacıqabul Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2(071)206/2016 saylı qətnaməsindən verdiyim apellyasiya şikayəti təmin edilmiş və iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı İbrahimov Firuz Akif oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli 2(102)8209/2017 saylı qərari ilə (sədrlik edən hakim Ə.Şadıyev, hakimlər Q.Allahverdiyev və İ.Xələfov) iddiaçı İbrahimov Firuz Akif oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2017-ci il tarixli 2(106) 1208/2017 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2018-ci il tarixli 2(106) 817/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.Heydərov, hakimlər Z.Babayev və R.Cəfərov) Hacıqabul Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2(071)206/2016 saylı qətnaməsindən verdiyim apellyasiya şikayətim təmin edilməmiş və qətnamə apellyasiya şikayətimə əsasən dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalaraq hüquqlarını müdafiət etdiyim şəxs kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli 2(102)5385/2018 saylı qərari ilə (sədrlik edən hakim Ə.Mirzəliyev, hakimlər G.Quliyev və T.Qoldman kassasiya şikayətim qismən təmin edilmiş , Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 mart 2018-ci il tarixli 2(106)817/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli 2(106) 392/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim F.Soltanov, hakimlər t.Əhmədov və K.Bəşirov) Hacıqabul Rayon Məhkəməsinin 19 oktyabr 2016 cı il tarixli 2(071)206/2016 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilmiş, qətnamə apellyasiya şikayətin ə əsasən ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Azərbaycan Rcspublikasi Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(102)4713/2019 saylı qərarı ilə (sədrlik edən hakim M.Əhmədova, hakimlər Ə.Nurməmmədov və Ə.Rüstəmov ) iddiaçı İbrahimov Firuz Akif oğlu tərəfindən kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli 2(106) 392/2019 saylı qətnaməsinin ləğv edilməsi , iş üzrə yeni qərarın qəbul edilməsi , ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin inşasına sərf etdiyi tikinti və inşaat materiallarının dəyəri olan 26.399 manatın və 20 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq iddiaçı İbrahimov Firuz Akif oğluna ödənilməsi , ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi , iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 70 manatının cavabdeh İddiaçı 30 manatının isə İbrahimov Firuz Akif oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin məktubuna əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsi xahiş edilmiş. Daşınar və Daşınmaz. Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 13.03.2020-ci il tarixli 58 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı ilə əmlakıma 23500 manat qiymət qoyulmuşdur. Həmin qiymətləndirmə qeyriqanuni və həmin iş üzrə tələbkarla cavabdehin qarşılıqlı razılığı və sövdələşməsi əsasında aparılmışdır. Belə ki, həmin qiymətləndirmədə iştirakım təmin edilməməklə yanaşı, mənzilə düzgün baxış keçirilməmiş, torpağın qiyməti və s nəzərə alınmamışdır. Belə ki, məhs həmin icra işi üzrə tələbkarın məhkəmə qətnaməsində göstərilən uydurma qiymətindən də görsəndiyi kimi mənzil o qiymətə qiymətləndirilə bilməz. Çünki həmin iş üzrə təkcə məhkəmənin qərarında belə mənzilə təkcə 26399 manat təmirinə xərc çəkildiyi halda, torpağın və digər tikililərin nəzərə alınmaması bir kənara hətta qoyulmuş xərcdən də aşağı qiymətə qiymətləndirilməsi həmin hesabatın əsassızlığını sübut etməklə onun o hesabat əsasında keçirilmiş hərracla əmlakın daha aşağı qiymətə satılmasına və ya borclu duruma düşməyinə də səbəb olur. Bu səbəbdən də həmin hesabatın əsasslığı hüquqlarını müdafiə etdiyim şəxsin hüquqlarını pozur. Qeyd edilənlər əsasında “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən verilmiş 13.03.2020-ci il tarixli 58 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və maliyyə, texniki ekspertizasının yenidən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasın xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimov Firuz Akif oğlu və onun vəkili X2 iddia tələbini qəbul etməyərək, əmlakın qiymətləndirilməsinin həmin dövrdə təşəkkül tapmış qiymətlərə uyğun olduğunu bildirib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan RX seriyalı ********** qeydiyyat nömrəli, 30.12.2014-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan "xxxx"MMC-nin 13 mart 2020-ci il tarixli 58 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiei nəticəsində təşəkkül tapan qiyməti 200 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(102)-4713/2019 saylı qərarından görünür ki, Hacıqabul rayon Məhkəməsinin (hakim H.Əzizov) 19.10.2016-cı il tarixli, 2(071)-206/2016 nömrəli qətnaməsi ilə iddiaçı İbrahimov Firuz Akif oğlunun cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinin inşasına çəkilmiş xərc ilə bağlı pul” tələbinə dair iddiası qismən təmin edilərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1989- 2014-cü illər ərzində inşasına sərf etdiyi tikinti və inşaat materiallarının pul ilə dəyəri 26399 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq iddiaçı İbrahimov Firuz Akif oğluna verilməsi qət edilmişdir.Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Mirzəyev, N.Məmmədov, V.Cəbrayılov) 05.07.2017-ci il tarixli, 2(106)-1208/2017 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Hacıqabul rayon Məhkəməsinin 19.10.2016-cı il tarixli, 2(071)-206/2016nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Şadiyev, Q.Allahverdiyev, İ.Xələfov) 29.11.2017-ci il tarixli, 2(102)-8209/2017 nömrəli qərarı ilə iddiaçı İbrahimov Firuz Akif oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.07.2017-ci il tarixli, 2(106)-1208/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Heydərov, Z.Babayev, R.Cəfərov) 27.03.2018-ci il tarixli, 2(106)-817/2018 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Hacıqabul rayon Məhkəməsinin 19.10.2016-cı il tarixli, 2(071)- 206/2016 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Mirzəliyev, G.Quliyev, T.Qoldman) 06.09.2018-ci il tarixli, 2(102)-5385/2018 nömrəli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Soltanov, İ.Əhmədov, K.Bəşirov) 13.02.2019-cu il tarixli, 2(106)-392/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Hacıqabul rayon Məhkəməsinin 19.10.2016-cı il tarixli, 2(07l)-206/2016 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçı İbrahimov Firuz Akif oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət büdcəsindəki hesabına ödənilməsi qət edilmişdir. İddiaçı İbrahimov Firuz Akif oğlu və vəkili X3 iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İddiaçı İbrahimov Firuz Akif oğlunun kassasiya şikayəti təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.02.2019-cu il tarixli 2(106)-392/2019 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilmiş,iddia qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin inşasına sərf etdiyi tikinti və inşaat materiallarının dəyəri olan 26399 manat və 20 manat ödənilmiş dövlət rüsumu cavabdeh İddiaçı alınaraq iddiaçı İbrahimov Firuz Akif oğluna ödənilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx"MMC-nin 130-727/21 saylı 22 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, Hacıqabul şəhəri Nəsimi küçəsi 36 saylı fərdi yaşayış evinin 22 sentyabr 2021-ci il tarixə bazar dəyəri 32000 manat, 13 mart 2020-ci il tarixinə 24000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 13.03.2020-ci il tarixli, 58 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatının surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Hacıqabul şəhəri Nəsimi küçəsi 36 saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 23500 manat təşkil edir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(005)-3157/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh ( “X4” MMC) "xxxx" MMC-yə qarşı ( İbrahimov Firuz Akif oğlu və Binəqədi rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “hərracın küçirilməsi və hərracın hüquqi nəticələrinin etibarsızlığı” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan 14 sentyabr 2020-ci il tarixli “X4” MMC-nin hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı məxsus Hacıqabul şəhəri Nəsimi küçəsində yerləşən 36 saylı fərdi yaşayış evi 21150 manata İbrahimov Firuz Akif oğluna satılmışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin təqdim etdiyi sübutlardan da göründüyü kimi, İddiaçı mülkiyyətində olan Hacıqabul şəhəri Nəsimi küçəsi 36 saylı fərdi yaşayış evi "xxxx" MMC tərəfindən 23 500 manat qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən daşınmaz əmlak cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən qiymətləndirilərkən, bu zaman həmin daşınmaz əmlakın bütün konstruktiv elementləri, təmir şəraiti, yerləşdiyi yer tam olaraq nəzərə alınmış, onların dəyəri qiymətləndirmənin keçirildiyi tarixdə təşəkkül tapmış bazar qiymətlərinə uyğun müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının iddia ərizəsində həmin daşınmaz əmlakın qiymətinin daha yüksək olmasını təsdiq edəcək hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş və "xxxx" MMC-nin 130-727/21 saylı 22 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, Hacıqabul şəhəri Nəsimi küçəsi 36 saylı fərdi yaşayış evinin 22 sentyabr 2021-ci il tarixə bazar dəyəri 32000 manat, 13 mart 2020-ci il tarixinə 24000 manat təşkil edir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə barədə hesabatın etibarsız hesab edilməsi və maliyyə, texniki ekspertizasının yenidən təmin edilməsi” dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin ekspertiza tədqiqatlarının dəyəri iddiaçıdan tutularaq, 200 (iki yüz) manat "xxxx" MMC-nin hesabına VÖEN **********, Hesab № AZN: AZ25GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT:GUNAAZ22 keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə barədə hesabatın etibarsız hesab edilməsi və maliyyə, texniki ekspertizasının yenidən təmin edilməsi” dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri İddiaçı tutulsun, 200 (iki yüz) manat "xxxx" MMC-nin hesabına VÖEN **********, Hesab № AZN: AZ25GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT:GUNAAZ22 keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3158/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3158/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver