Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3161/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X9 qızının, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləginin azaldılması” tələbinə dair ilk iddia ərizəsi; İddiaçı Cavabdeh İddiaçı oğluna qarşı aliment məbləğinin artırılması və xərc tutulmasına dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin azaldılması” tələbinə dair ilk iddia ərizəsilə məhkəməyə müraciət edərək, X8 və X6 yetkinlik yaşına çatana qədər, Cavabdeh xeyrinə İddiaçı sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq hər uşaq üçün 175 manat olmaqla 350 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiaını onunla əsaslandırmırdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və birgə nikahdan 15.03.2009-cu il tarixdə X8 və 15.03.2009-cu il tarixdə X10 dünyaya gəlmişdir. Ailə münasibətləri formal xarakter daşıdığından Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aralarındakı nikah pozulmuş və məhkəmənin 28 noyabr 2016-cı il tarixli 2(011)-12860/16 saylı qətnaməsi ilə birgə nikahdan dünyaya gələn uşaqların saxlanması üçün 800 (səkkiz yüz.) manat sabit pul məbləğində alimentin ondan tutulması qət olunmuşdur. Cavabdeh ilə aralarında 30 dekabr 2016-cı il tarixində nikah münasibətlərinə xitam verildikdən sonra uşaqlarla görüş, əmlak bölgüsü, uşaqlara alimentdən əlavə olaraq təhsil xərcləri və digər gündəlik ehtiyacların ödənilməsi barədə barışıq sazişi imzalanmışdır. Qeyd edir ki, Məhkəmənin 2(011)- 12860/16 saylı qətnaməsi qəbul olunan zaman, həmçinin barışıq sazişinin imzalanması zamanı maddi vəziyyəti yaxşı olduğundan təyin olunan aliment miqdarını ödəyə bilmiş, lakin son zamanlar maddi vəziyyətində ciddi problemlər yaranmışdır və əmək haqqının miqdarı azalmışdır. Buna görə də, məhkəmə tərəfindən təyin olunan aliment məbləğini və barışıq sazişi ilə nəzərdə tutulmuş əlavə vəsaitləri ödəməyə imkanı çatmır. Nəzərə alınsa ki, övladları ilə yanaşı, ailə üzvlərinin saxlanması vəzifəsini daşıyır və özünün gündəlik ehtiyacları qarşılanmalıdır, məhkəmə tərəfindən alimentin miqdarını azaldılması zərurəti yaranmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı aliment məbləğinin artırılması və xərc tutulmasına dair qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək, ilkin İddiaçı iddia ərizəsinin rədd edilməsi, iddiaçı Cavabdeh qarşılıqlı iddia tələblərinin təmin edilərək, cavabdeh İddiaçı Bakı Apelyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)- 2354/2017 saylı qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılaraq, tərəflərin birgə nikahdan olan övladları 15.03.2009-cu il təvəllüdlü X8 və 15.03.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa 500 (beş yüz) manat olmaqla, cəmi 1000 (bir min) manat məbləğində sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi və iddiaçı və cavabdeh arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 (bir min beş yüz) manat məbləğində pulun yarısının, yəni 750 (yeddi yüz əlli) manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən cavabdeh İddiaçı 15.03.2009-cu il təvəllüdlü X8 və 15.03.2009-cu il təvəllüdlü X6 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 (beş yüz) manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1500 (bir min beş yüz) manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılır ki, qeyd edir ki, ilk iddia ərizəsi ilə razı deyil və qarşılıqlı iddia irəli sürür. Belə ki idda ərizəsində qeyd olunur ki, iddiaçının artıq maddi vəziyyəti yaxşı deyildir, lakin iddiaçı maddi vəziyyətinin pisləşməsi və ya əmək haqqının azalması barədə heç bir sübut təqdim etməmişdir. Bu onu göstərir ki, iddia ərizəsi yalnız nəzəri fərziyyələrə əsaslanır və bu kimi hal qəbul edilməzdir. Bildirir ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulmasına dair ilkin iddia ərizəsi ilə, qarşılıqlı iddiaçı Cavabdeh isə cavabdeh İddiaçı qarşı birgə nikahlarından olan 15.03.2009-cu il təvəllüdlü X4 və 15.03.2009-cu il təvəllüdlü X7 onun yanında saxlanılmasına və yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 500 manat olmaqla cəmi 1000 manat sabit pul məbləğində alimentin tutulmasına dair qarşılıqlı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-12860-2016 saylı 28 noyabr 2016cı il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 29.06.2008-ci il tarixdə Bakı Nikah Evində bağlanmış 1818 saylı nikah qeydi ləğv edilmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan 15.03.2009-cu il təvəllüdlü X8 və 15.03.2009-cu il təvəllüdlü X11 anaları Cavabdeh yanında saxlanılmaları, 02.11.2016-cı il tarixdən başlayaraq 15.03.2009-cu il təvəllüdlü X5 və 15.03.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı hər uşaq üçün 250 manat, ümumilikdə hər ay 500 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh-qarşılılıqlı iddiaçı Cavabdeh Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-12860-2016 saylı 28 noyabr 2016-cı il tarixli qətnaməsindən apelyasiya şikayəti verərək hər ay hər uşağa görə 500 manat olmaqla cəmi 1000 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)- 2534/2017 saylı qətnaməsi ilə şikayət qismən təmin edilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-12860-2016 saylı 28 noyabr 2016-cı il tarixli qətnaməsi alimentə dair hissədə dəyişdirilərək hər ay hər uşağa görə 400 manat olmaqla cəmi 800 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Tərəflər sonradan razılaşaraq barışıq sazişi imzalamağı qərara almış və iddiaçı Cavabdeh İddiaçı ilə 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.1-ci bəndinə əsasən cavabdeh tərəflərin birgə nikahından 15.03.2009-cu il tarixdə doğulmuş X8 və X6 Bakı Apelyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)-2534/2017 saylı qətnaməsinə əsasən saxlanılması üçün iddiaçıya ödənilməli olan alimentə görə 01.11.2017-ci il tarixinə olan 3000 (üç min) manat borcunu bu müqavilənin qüvvəyə mindiyi tarixdən sonrakı aydan başlayaraq həmin qətnamə ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat alimentə hər ay 200 (iki yüz) manat əlavə ödəməklə 15 (on beş) ay müddətində tam ödəməlidir. Bakı Apellyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)-2534/2017 saylı qətnaməsinə əsasən cavabdeh hər ay 800 (səkkiz yüz) manat alimenti iddiaçıya ödəməsini öz öhdəsinə götürür. Barışıq sazişinin 2.2ci bəndinə əsasən cavabdeh uşaqların saxlanılması üçün qətnamə ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat alimentdən əlavə gələcəkdə uşaqların sağlamlığı ilə bağlı tibbi xərclərin yarısını ödəyəcək. Bununla bağlı, müvafiq tibbi xidmətlər və dərman preparatları üçün ehtiyac yarandıqda, iddiaçı birinci tərəfə öncədən məlumat verəcək və tərəflər uşaqların tibbi ehtiyaclarını birlikdə razılaşdıracaqlar. Cavabdeh uşaqların anaları ilə birlikdə ölkə daxilində və xaricində istirahəti üçün illik 500 (beş yüz) manat məbləğində vəsaiti bu müqavilə imzalandıqdan sonra hər ildə bir dəfə olmaqla iddiaçıya ödəməli idi. Lakin cavabdeh tərəfindən yalnız 2019-cu il və 2020-ci illəri üçün ödənilmişdir. 2018, 2019 və 2021-ci illərdə isə istirahətlə bağlı heç bir ödəniş olunmayıb. Artıq cavabdeh İddiaçı barışıq sazişi əsasında 1500 manat məbləğində istirahət xərcləri üçün borcu yaranmışdır. Qeyd edir ki, barışıq sazişindən də göründüyü kimi tibbi xərclərin qarşılanması hər iki tərəfin öhdəliyindədir və bu yarı hesablanmalıdır. Belə ki, iddiaçı öz övladlarının lazım olan tibbi xərclərini daim ödəmiş və buna dair ərizəyə sənədlər əlavə edilmişdir, həmin sədənlərdə də xərclər barədə məlumatlar və həmin xərclərin ödənilməsinə dair kassa çekləri vardır. Barışıq sazişinin tələbləri rəhbər tututularsa, cavabdeh iddiaçıya həmin xərclərin yarısını ödəməlidir. 2021-ci ildə uşaqlar “COVİD-19” virusuna yoluxmuş, lakin ataları bu xəstəliklə də bağlı tibbi xərcləri ödəməmişdir. Ümumiyətlə cavabdeh İddiaçı uşaqlara görə bugünədək anaları tərəfindən ödənmiş tibbi xərcləri ötən 5 il ərzində (2017-2021) ödəməyib. Qanunun tələbindən də göründüyü kimi müqavilə üzrə öhdəlik tərəfin öz icra məsuliyyətindədir. Müqavilə üzrə tərəfin həmin məsuliyyətləri yerinə yetirməməsi yalnız barışıq sazişi deyil Azərbaycan Respublikasının qanunvericiliyinin də tələblərini pozur və bu kimi pozuntular insan hüquqlarını təmin edilməsinə maneə yaradır. Cavabdeh də onun müraciətlərinə baxmayaraq ödənilməli olan məbləği ödəmir və barışıq sazişinin şərtlərini pozur. Dəfələrlər övladlarının sağlamlığı üçün ödənilmiş məbləğin yarısını istəsə də buna məhəl qoymur və ödəniş etməkdən yayınır. Ümumiyyətlə övladlarının vəziyyəti ilə maraqlanmır və öz övladlarının sağlamlığına heç bir xərc çəkmir. Ümumilikdə 1500 manat məbləğində uşaqların müalicəsi üçün xərc çəkmişdir. Belə ki, övladları “COVİD-19” xəstəliyinə yoluxmuş, bu xəstəliyin hər kəs tərəfindən bilindiyi kimi xərci çox olduğundan və ev şəraitində müalicə olunduqları üçün daha çox xərcləri çıxmışdır. Bundan əlavə olaraq cavabdeh barışıq sazişinin 2.3-cü bəndinə əsasən hər il övladlarının tətillərdə istirahət etməsi üçün 500 manat məbləğində vəsaiti 3 il ərzində ödəməmiş və bu bəndin icrasına heç bir hərəkət göstərməmişdir. Cavabdeh həmçinin aliment məbləği ilə bağlı ödənişlər edərkən də müqavilənin tələblərini pozur və ödənişləri gecikdirir. Qeyd edir ki, aliment məbləği artıq uşaqların saxlanılması üçün kifayət qədər məbləğ təşkil etmir belə ki, cavabdehin kifayət qədər gəliri mənbəyi vardır və iddiaçının ödəndiyi pul məbləği 2 uşaq üçün kifayət etmir. Hal-hazırda pandemik vəziyyət olduğundan xərclər artmış və uşaqların xəstəlikdən qorunması, müxtəlif növ-vitaminlər qəbul etməsi, immunitet artırmaq üçün meyvə və digər ərzaq mallarının alınması, təhsilin pandemiya vəziyyətində onlayn keçirilməsi üçün elektrik enerjisi, internet və mobil xərclər və artıq uşaqların böyüdüyündən onların inkişafı üçün digər xərclər də çox olduğundan 800 manat miqdarında məbləğ bunları ödəməyə yetmir. Cavabdeh övladlarının atası olduğundan bu kimi müəyyən hərəkətləri etmək onun öz övladları qarşısında atalıq borcudur. Qeyd edir ki, 2017-ci il yanvarın 1-dən yaşayış minimumu 136.6 manat məbləğində, 2018-ci il yanvarın 1dən 154 manat, 2019-cu il yanvarın 1-dən 160 manat, 2020-ci il yanvarın 1-dən 170 manat və 2021-ci il yanvarın 1-dən 175 manat olmuşdur. Ümumi olaraq aliment məbləği 38.4 manat artmılşdır və bu artım həmin vaxtda ümumi yaşayış üçün xərclərin artdığını göstərir və hesab edir ki, cavabdeh İddiaçı uşaqları üçün ödəməli olan aliment məbləği, yəni hər ay hər uşaq üçün 500 manat, ümumilikdə 1000 manat tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Həmçinin özü də heç bir yerdə işləmədiyindən aylıq gəliri yoxdur və buna əsasən də aliment məbləği kifayət qədər deyildir. Hesab edir ki, aliment məbləği hər iki uşaq üçün ayrılıqda 500 (beş yüz) manat və ümumilikdə 1000 (bir min) manat, 1500 (bir min beş yüz) manat tibbi xərclərin yarısı 750 (yeddi yüz əlli) manat və övladlarının istirahəti üçün hər il ödənilməli 500 (beş yüz) manat, ümumilikdə 3 il üçün 1500 manat məbləğində pullar hesablanaraq cavabdehdən tutulmalıdır. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, ilkin İddiaçı iddia ərizəsinin rədd edilməsi, iddiaçı Cavabdeh qarşılıqlı iddia tələblərinin təmin edilərək, cavabdeh İddiaçı Bakı Apelyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)- 2354/2017 saylı qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılaraq, tərəflərin birgə nikahdan olan övladları 15.03.2009-cu il təvəllüdlü X8 və 15.03.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa 500 (beş yüz) manat olmaqla, cəmi 1000 (bir min) manat məbləğində sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi və iddiaçı və cavabdeh arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 2.760 (iki min yeddi yüz altmış) manat məbləğində pulun yarısının, yəni 1380 (bir min üç yüz altmış) manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən cavabdeh İddiaçı 15.03.2009-cu il təvəllüdlü X8 və 15.03.2009-cu il təvəllüdlü X6 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 (beş yüz) manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1500 (bir min beş yüz) manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilk iddia tələbini müdafiə etmiş və təmin olunmasını, qarşılıqlı iddianı qəbul etməyərək onun rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilk iddianı qəbul etməyərək rədd olunmasını, qarşılıqlı iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymən verib hesab edir ki, ilk iddia tələbi rədd, qarşılıqlı iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-12860/2016 saylı, 28 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən ilk iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 29.06.2008-ci il tarixdə Bakı Nikah Evində Bağlanmış 1818 saylı nikah qeydinin ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan 15.03.2009-cu il təvəllüdlü X8 və 15.03.2009-cu il təvəllüdlü X6 anaları Cavabdeh yanında saxlanılması, 28.11.2016-cı il tarixdən başlayaraq 15.03.2009-cu il təvəllüdlü X8 və 15.03.2009-cu il təvəllüdlü X6 saxlanması üçün hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması, İddiaçı dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 23.02.2017-ci il tarixli, 2(103)-2534/2017 saylı qətnaməsinin məzmunundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 12860/2016 saylı, 28 noyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismın təmin edilərək, qətnamənin aliment tələbinə dair hissədə dəyişdirilməsi, 28.11.2016-cı il tarixdən başlayaraq 15.03.2009-cu il təvəllüdlü X8 və 15.03.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay uşaqların hər biri üçün 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, qətnamənin bu hissədə dərhal icra ediməsi, qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 04.07.2017-ci il tarixli, 2(102)-4631/17 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin MKnın 23.02.2017-ci il tarixli, 2(103)-2534/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alnmışdır. Birinci tərəf-Cavabdeh ilə ikinci tərəf-İddiaçı arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.1-ci bəndinə əsasən İddiaçı tərəflərin birgə nikahından 15.03.2009-cu il tarixdə doğulmuş X8 və X6 Bakı Apelyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)-2354/2017 saylı qətnaməsinə əsasən saxlanılması üçün birinci tərəfə ödəməli olduğu alimentə görə 01.11.2017-ci il tarixə olan 3000 manat borcunu bu müqavilənin qüvvəyə mindiyi tarixdən sonrakı aydan başlayaraq həmin qətnamə ilə müəyyən edilmiş 800 manat alimentə hər ay 200 manat əlavə ödəməklə 15 ay müddətində tam ödəməlidir. Bakı Apelyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)-2354/2017 saylı qətnaməsinə əsasən ikinci tərəf hər ay 800 manat alimenti birinci tərəfə ödəməyi öhdəsinə götürmüşdür. 2.2-ci bəndinə əsasən ikinci tərəf uşaqların saxlanılması üçün qətnamə ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat alimentdən əlavə gələcəkdə uşaqların sağlamlığı ilə bağlı tibbi xərclərin yarısını ödəyəcək. Bununla bağlı, müvafiq tibbi xidmətlər və dərman preparatları üçün ehtiyac yarandıqda, iddiaçı birinci tərəfə öncədən məlumat verəcək və tərəflər uşaqların tibbi ehtiyaclarını birlikdə razılaşdıracaqlar. 2.3-cü bəndinə əsasən ikinci tərəf uşaqların gələcəkdə anaları ilə birlikdə ölkə daxilində və xaricində istirahəti üçün illik 500 manat məbləğində vəsaiti bu müqavilə imzalandıqdan sonra ildə hər ildə bir dəfə olmaqla birinci tərəfə ödəməlidir. Ödəniş qəbzləri və tibbi müayinə sənədlərindən görünür ki, Cavabdeh tərəfindən 1500 manat məbləğində pul müalicələrə xərclənmişdir. 05.12.2020-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh noyabr ayının alimentini 800 manat və uşaqların yay istirahəti üçün 500 manat almışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hazırki yaşayış minimumunu, yetkinlik yaşına çatmayan uşaqların mənafelərini nəzərə alıb hesab edir ki, aliment məbləğinin azaldılması onların mənafeyinə ziddir, bu günkü gündə onların maddi tələbatını ödəməyəcək. Ona görə də ilk iddia tələbi rədd olunmalıdır. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə hesab edirki, alimentin məbləğinin artırılaraq 2 uşaq üçün ümumilikdə 1000 manat məbləğində tutulması hissəsində təmin edilə bilməz. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi əvvəlki məhkəmə qətnaməsi ilə İddiaçı qanunla nəzərdə tutulmuş sabit pul məbləğindən artıq həcmdə aliment tutulmuşdur. Bu səbəbdən məhkəmə İddiaçı maddi vəziyyətini nəzərə alaraq, 15.03.2009-cu il təvəllüdlü X8 və 15.03.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin artırılmaması qənaətinə gəlir. Qarşılıqlı iddia tələbinin uşaqların müalicəsi və tibbi müayinə xərclərinə görə 2760 manat məbləğində pulun yarısının, yəni 1380 manatın ödənilməsi hissəsində məhkəmə iddia tələbini mülki iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri və müayinə sənədlərini gözdən keçirərək, 1500 manat məbləğində pulun yarısı, yəni 750 manat məbləğin İddiaçı tutulması hissəsində əsaslı sayır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmçinin İddiaçı 15.03.2009-cu il təvəllüdlü X8 və 15.03.2009-cu il təvəllüdlü X6 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün 1500 manat məbləğində pulun ödənilməsini tələb edir. Belə ki iş materiallarında olan Birinci tərəf-Cavabdeh ilə ikinci tərəf-İddiaçı arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndindən görünür ki, İddiaçı uşaqların gələcəkdə anaları ilə birlikdə ölkə daxilində və xaricində istirahəti üçün illik 500 manat məbləğində vəsaiti barışıq sazişi imzalandıqdan sonra ildə hər ildə bir dəfə olmaqla Cavabdeh ödəmək öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə barışıq sazişinin qüvvədə olduğunu nəzərə alaraq, hesab edir ki, iddia tələbibu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, İddiaçı öz üzərinə götürdüyü öhdəliklərin hər birinin icrası üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin azaldılması” tələbinə dair ilk iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Tərəflər arasında 50 saylı nətariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 (bir miıı beş yüz) manat məbləğində pulun yarısı, yəni 750 (yeddi yüz əlli) manat məbləğində pul cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilsin. Tərəflər arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən 15.03.2009-cu il təvəllüdlü X8 və 15.03.2009-cu il təvəllüdlü X6 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 (beş yüz) manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1.500 (bir min beş yüz) manat məbləğində pul cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilsin. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3161/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3161/2021
01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver