Məhkəmə qərarları › İş №2(005)-318/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-318/2022

14.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-318/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı «mənzilin alqı-satqısından əldə edilmiş pulun 2/3 hissəsinin ona verilməsi və cehiz əşyaların qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi» tələbinə dair ilk; iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı, Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 170 saylı mənzilin (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) alqı-satqısından əldə edilmiş 50.000 manat pul vəsaitinin 2/3 hissəsinin, yəni 33.333 manat məbləğində pulun Cavabdehndən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı 07 dekabr 2021-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, ünvan 2 ünvanda yerləşən 170 saylı mənzilində (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) qalmış cehiz əşyalarının- dəyəri 2100 manat olan yataq dəstinin, dəyəri, 1100 manat olan mətbəx mebelinin, dəyəri 900 manat olan divan, stol, 6 ədəd stulun, dəyəri 9 manat olan uşaq mebelinin, dəyəri 350 manat olan elektrik peçinin (duxovkanın), dəyəri 450 manat olan 3 ədəd pərdənin, dəyəri 900 manat olan soyuducunun, dəyəri 600 manat paltaryuyanın, dəyəri 600 manat olan paltar şkafının Cavabdeh alınaraq ona verilməsi, olmayan əşyaların dəyərinin ödənilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yəni İddiaçı Cavabdeh Ağanıir oğlu ilə 14.01.2003-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 22.05.2004-cü il tarixdə X16, 25.10.2007-ci il tarixdə X11, 05.08.2013-cü il tarixdə isə X12 anadan olmuşlar. 2015-2016-cı illərdə, yəni birgə nikah dövründə həyat yoldaşı Cavabdeh ilə təxminən 57.000 manata, nağd pulla tikinti şirkətindən yeni inşa edilmiş: ünvan 1 ünvanda yerləşən 170 saylı mənzilini (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) alqı-satqı yolu ilə əldə etmiş və mənzili təmir etdirməyə başlamışlar. Təxminən mənzilin tam təmirinə 20.000 manata yaxın pul xərcləmişlər. Təmirin bitdiyi dövrdən 2021-ci ilin avqust ayınadək sözügedən mənzildə birgə yaşamışlar. 12 avqust 2021-ci il tarixdə uşaqları ilə birlikdə Cəlilabad rayonuna qonaq getmişdir. 6 gün sonra, yəni 18 avqustda Cavabdeh onun evə qayıtmağını istəmişdir. O, uşaqları götürüb Bakı şəhərinə, yaşadıqları evə gəlmişdir. Cavabdeh ona təkif etmişdir ki, yaşadıqları evi satıb “Həzi Aslanov" metrosu yaxınlığında özlərinə yeni mənzil alsınlar. O, cavabdehin təklifi ilə razılaşaraq 18 avqust 2021-ci il tarixdə, saat 16:41-də evin satılması üçün notarial qaydada razılıq vermişdir. Üstündən bir sutka keçməmiş, yəni 19 avqust 2021-ci il tarixdə, saat 16:03 radolədində Cavabdeh əvvəlcədən planlaşdırdığı şəkildə, tez bir zamanda birgə nikah dövründə əldə etdikləri və yaşadıqları mənzili dəyərindən qat-qat aşağı qiymətə, 50.000 manata qohumu və yaxın dostu X2 və onları evdən qovmuşdur. Ona və uşaqlarına məxsus geyim əşyalarının bir hissəsini onların müvəqqəti yaşadığı ünvana göndərmişdir. Əşyaların digər hissəsi, o cümlədən onun cehiz əşyaları hal-hazırda mübahisəli mənzildədir. Sonradan məlum olmuşdur ki, Cavabdeh məqsədi yeni mənzil almaq deyildir. Əgər onun belə fikri olsaydı, o, yaşadıqları mənzili tez bir zamanda, çox ucuz qiymətə, dostuna satmazdı və 09 sentyabr 2021-ci il tarixdə ona qarşı Xətai Rayon Məhkəməsində “nikahın pozulması" tələbinə dair iddia qaldırmazdı. Hal-hazırda, bu soyuq payız aylarında o, 3 uşaqla küçələrdə qalmış, yaşamağa yeri yoxdur. Cavabdeh isə satdığı mənzildən əldə etdiyi pul vəsaitindən ona və uşaqlarına heç nə vermək istəmir. Daha sonra Cavabdeh 01 dekabr 2021-ci il tarixli məhkəmə iclasında İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri İddiaçı adına alınmış “Hunday Elantra” markalı, ** RS *** dövlət qeydiyyat nömrəli avtomobil üzərində ½ hissədə onun payının, ½ hissədə cavabdeh İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı ilə 14.01.2003-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 22.05.2004-cü il tarixdə X16, 25.10.2007-ci il tarixdə X11, 05.08.2013cü il tarixdə isə X12 anadan olmuşlar. 19 oktyabr 2021-ci il tarixdə aralarındakı nikah pozulmuşdur. Birgə nikah dövründə, yəni 08.11.2018-ci ildə cavabdeh İddiaçı adına “HUNDAY ELANTRA” markalı, 99RS589 Dövlət Qeydiyyat nömrəli avtomobil alınmışdır. Nikah pozulduqdan sonra da həmin avtomobil cavabdehin sərəncamında, sahibliyində və istifadəsindədir. Birgə nikah dövründə əldə etdikləri İddiaçı adına alınmış “HUNDAY ELANTRA” markalı, ** RS *** Dövlət Qeydiyyat nömrəli avtomobil üzərində 1/2 hissədə onun payının, 1/2 hissədə cavabdehin payının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin 11 noyabr 2021-ci il tarixli iclasında X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda ilk iddia tələbinin dəlillərinə uyğun izahat verərək, ilk iddianın təmin, qarşılıqlı iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək qarşılıqlı iddia tələbini müdafiə etmiş və birgə nikah dövründə əldə edilmiş əmlakların ½ hissədə onun xeyrinə bölünməsini xahiş etmişdir. Eyni zamanda ilk iddia tələbinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon VVADQ şöbəsi tərəfindən 14.01.2003-cü il tarixli, AZ-İ seriyalı, 050008 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında 14.01.2003-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əmirova soyadı verilmişdir; Bakı şəhəri Nəsimi Rayon qeydiyyat şöbəsi tərəfindən 31.08.2021-ci il tarixli, 05/Q-1372/69 nömrəli doğum haqqında arayışdan görünür ki, X16 22.05.2004-cü il tarixdə İmişli şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Nəsimi Rayon qeydiyyat şöbəsi tərəfindən 31.08.2021-ci il tarixli, 05/Q-1373/69 nömrəli doğum haqqında arayışdan görünür ki, X11 25.10.2007-ci il tarixdə İmişli rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Nəsimi Rayon qeydiyyat şöbəsi tərəfindən 31.08.2021-ci il tarixli, 05/Q-/69 nömrəli doğum haqqında arayışdan görünür ki, X12 05.08.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Satıcı Cavabdeh ilə alıcı X9 arasında bağlanmış AN-İ ******* nömrəli 19.08.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, b.72F, 72D, 72E, 2561-ci məhəllə, m.170 ünvanında yerləşən ümumi sahəsi 50,2 kv.m olan mənzili alıcının mükiyyətinə verilir. Əmlakın alqı-satqı qiyməti 50000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş çıxarışdan müəyyən olunur ki, ünvan 1, mənzil 170 (Yeni qaydalarla: AZ1118 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 11.08.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Reyestrdə 8İ-19527 № ilə qeydə alınmış, İddiaçı 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş ərizəsindən görünür ki, əri Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 170 saylı mənzilin (Yeni qaydalarla: AZ1118 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m 6) satılmasına, mənzildən istifadə hüququnun xitam verilməsinə razıdır. Eyni zamanda bəyan edir ki, aralarında satılan əmlakln hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmışdır. müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini (ev, mənzil, otaq) tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Mədaxil orderindən görünür ki, 19.08.2021-ci il tarixdə alqı-satqı müqaviləsi üzrə X9 tərəfindən 50000 manat ödəniş edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2013-cü il olan “HUNDAY ELANTRA” markalı, ** RS *** Dövlət Qeydiyyat nömrəli avtomobil İddiaçı adına qeydə alınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7149/2021 saylı, 19.10.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 14.01.2003-cü il tarixdə Bakı şəhər Nəsimi rayon qeydiyyat şöbəsində 15 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, 22.05.2004-cü il təvəllüdlü X16, 25.10.2007-ci il təvəllüdlü X11 və 05.08.2013-cü il təvəllüdlü X12 anası İddiaçı yanında qalması, 23 sentyabr 2021-ci il tarixdən başlayaraq 22.05.2004-cü il təvəllüdlü X10, 25.10.2007-ci il təvəllüdlü X7 və 05.08.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Mülki işin mübahisəsiz hallarından görünür ki, Cavabdeh ilə İddiaçı 14.01.2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Aralarındakı nikah Bakı şəhər Nəsimi rayon qeydiyyat şöbəsində 15 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahdan üç övladları-22.05.2004-cü il təvəllüdlü X16, 25.10.2007-ci il təvəllüdlü X11 və 05.08.2013-cü il təvəllüdlü X12 anadan olmuşdur. Daha sonra tərəflər arasındakı münasibətlər kəskinləşmiş və məhkəmə qətnaməsi ilə 19.10.2021ci il tarixdə nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmaqla onların yetkinlik yaşına çatanaqədər saxlanmaları üçün Cavabdeh aliment tutulmuşdur. Hazırda ilk iddia üzrə İddiaçı “mənzilin alqı-satqısından əldə edilmiş pulun 2/3 hissəsinin ona verilməsini və cehiz əşyaların qaytarılmasını, bu mümkün olmadıqda dəyərinin ödənilməsini”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə “birgə nikah dövründə əldə edilmiş avtomobilin bölünməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hər iki iddia ərizəsi üzrə ilk növbədə birgə nikah dövründə əldə edilmiş əmlak və gəlirlərin bölünməsi ilə bağlı mübahisəyə münasibət bildirməyi zəruri hesab edir və aşağıdakı qanunvericilik normalarını tətbiq etmək qənaətinə gəlir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin - 225.1-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 31-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. - 32.1.-ci maddəsində nəzərdə tutulduğu kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. -32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). - 36.1.-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. -37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. -37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. -37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Göründüyü kimi, Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olunur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Qeyd edilməlidir ki, qanunvericilik ər-arvadın ümumi birgə mülkiyyətini yalnız onların “ümumi gəlirləri hesabına əldə edilən əşyalar”la məhdudlaşdırmamış, “ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ərin (arvadın) da ümumi əmlak üzərində hüquqa malik olduğunu” təsbit etmişdir. Bu mənada, məhkəmənin qənaətinə qənaətinə görə, iddiaçının və ya cavabdehin, məhz nikah dövründə əldə olunmuş əmlaklarının alınmasında bu və ya digər formada iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında məntiqli deyildir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativhüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və məhkəmə bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır. Göründüyü kimi ilk iddia ərizəsi üzrə iddiaçı mənzilin alqı-satqısından əldə edilmiş pulun 2/3 hissəsinin ona verilməsini tələb edir. İşdə olan notariat işinin sənədləri ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 170 saylı mənzil (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) 11.08.2020-ci il tarixdə, yəni tərəflərin birgə nikahda olduqları dövrə əldə edilmişdir. Qeyd edilən mənzil 19.08.2021-ci il tarixdə hazırkı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 mülkiyyətinə alqı-satqı müqaviləsinə əsasında keçmişdir. İşdə olan alqı-satqı müqaviləsi və ödəniş qəbzindən görünür ki, mənzilin dəyəri 50000 manat müəyyən edilmişdir. Göründüyü kimi mübahisəli mənzil birgə nikah dövründə əldə edilmiş əmlakdır və qeyd edilən mənzilə İddiaçı pay hüququ yaranmışdır. Mənzil satıldığından məhkəmə hesab edir ki, onun alqı-satqısından əldə edilmiş vəsaitə İddiaçı payı tanınmalıdır. İş materialları, tərəfləri izahatı ilə müəyyən edilir ki, 19.08.2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 170 saylı mənzil X1 və bundan 20 gün sonra 09.09.2021-ci il tarixdə nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə iddiaçı qismində Cavabdeh müraciət etmişdir. Belə olan halda, mənzilin satışından əldə edilmiş pulun ailə ehtiyacları üçün xərclərməsi ağlabatan deyil. İlk iddia üzrə iddiaçı mənzilin alqı-satqısından əldə edilmiş pulun 2/3 hissəsinin ona verilməsini tələb etsə də, məhkəmə bu hissədə iddia tələbini qismən əsaslı hesab edir və qeyd edir ki, bu hissədə iddia tələbi bu hissədə qismən təmin edilməli, tərəflərin hər birinin bərabər payı müəyyən olunmalıdır. Digər tərəfdən, ailə qanunvericiliyinin tələbinə görə özlüyündə uşağın valideynlərdən hər hansı biri ilə qalması və ya uşağın xəstə olması, onun əlavə qayğıya ehtiyacının olması birgə mülkiyyətin bölünməsi zamanı ona çatası payın daha artıq müəyyən edilməsinə əsas vermir. Bunun üçün həmin valideynin yanında qalmış yetkinlik yaşına çatmayan uşağın əsaslı mənafelərinin əmlak bölgünün bərabər aparılmamasına dəlalət etdiyi mötəbər sübutlarla təsdiq olunmalıdır. Məhkəmə qeyd edir ki, uşağın ananın himayəsində olması və ona baxmağın əlavə xərclər tələb etməsi ayrı iddia tələbinin predmenti olmaqla, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81, 85-ci maddələrinin tələbləri baxımından Cavabdeh qarşı irəli sürülə bilər. Bundan əlavə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “Hunday Elantra” markalı, ** RS *** dövlət qeydiyyat nömrəli avtomobilin üzərində ½ hissədə onun payının, ½ hissədə cavabdeh İddiaçı payının müəyyən edilməsi tələb etmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin əsaslı hesab edərək təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, qeyd edilən avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə (08.11.2018-ci il tarixdə) əldə edilmişdir və birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilərək yuxarıda göstərilən qanunvericilik normaları tətbiq edilməli, tərəflərin bərabər həcmdə payları müəyyən edilməlidir. İlk iddia üzrə İddiaçı digər tələbi “cehiz əşyaların qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi”. İddiaçının tələb etdiyi əşyalar ona valideynləri tərəfindən hədiyyə edilmiş əşyalar vardır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı şəxsə verilmiş və iddia ərizəsində öz əksini tapmış cehiz əşyalarının cavabdehdə qalması öz təsdiqini tapmış və cavabdeh tərəf bunun əksi barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan yuxarıda qeyd edilən əşyalar natura şəklində, bu mümkün olmadığı təqdirdə isə çatışmayan əşyaların dəyərinin pul şəklində Cavabdeh alnaraq İddiaçı verilməlidir. digər tərəfdən Cavabdeh İddiaçı ondan tələb etdiyi əşyaların dəyərini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 222.1-ci maddəsinə görə, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-30-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddia ərizəsi qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən 170 saylı mənzilin (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) alqı-satqısından əldə edilmiş 50.000 manat pul vəsaitinə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh payları müəyyən edilsin. Həmin məbləğin 25 000 manatı (iyirmi beş min) Cavabdeh alınaraq İddiaçı verilsin. ünvan 2 ünvanda yerləşən 170 saylı mənzilində (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) qalmış cehiz əşyaları- dəyəri 2100 manat olan yataq dəsti, dəyəri, 1100 manat olan mətbəx mebeli, dəyəri 900 manat olan divan, stol, 6 ədəd stul, dəyəri 9 manat olan uşaq mebeli, dəyəri 350 manat olan elektrik peçi (duxovka), dəyəri 450 manat olan 3 ədəd pərdə, dəyəri 900 manat olan soyuducu, dəyəri 600 manat olan paltaryuyan, dəyəri 600 manat olan paltar şkafı Cavabdeh alınaraq İddiaçı verilsin, olmadığı təqdirdə onların pul dəyəri İddiaçı ödənilsin. İlk iddia tələbi qalan hissədə rədd olunsun. İddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilsin. “Hunday Elantra” markalı, ** RS *** dövlət qeydiyyat nömrəli avtomobil üzərində ½ hissədə Cavabdeh payının, ½ hissədə cavabdeh İddiaçı payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar