Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3187/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X1 üçün hər ay, sabit pul məbləğində 250 AZN alimentin və azyaşlı oğlu X5 3 yaşı tamam olana qədər ona qulluq etdiyimə görə cavabdehdən sabit pul məbləğində 100 manat tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 12 may 2015-ci tarixdə nikahlarını Xətai rayon Qediyyat Şöbəsində rəsmi qeydiyyata aldırmaqla ailə qurmuşlar. Birgə nigahdan 1 iyul 2017-ci il tarixdə oğlu X7 anadan olmuşdur. Cavabdeh iddiaçıya qarşı nikahın pozulmasına dair iddiası Xocavənd Rayon Məhkəməsinin 7 fevral 2020-cı il tarixli 2(069)- 41/2020 saylı qətnaməsi ilə təmin edilmiş, iddiaçı ilə Cavabdeh arasında 11 may 2015-ci il tarixdə Bakı şəhəri, Xətai Rayon Qeydiyyat şöbəsində 230 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Boşanmadan sonra yetkinlik yaşına çatmayan 12 may 2017-cı il təvəllüdlü X7 iddaçı ilə qalmasi barədə qərar qəbul edilmişdir. Həmin vaxt iddiaçı qanunları bilmədiyindən, məhkəmədə iddia qaldırmadığından, onun himayəsində qalan oğlu X1 uçun aliment tutulması barədə.qərar qəbul etməmişdir. 7 fevral 2020-cı il tarixdən X7 iddiaçının yanında olmasına baxmayaraq heç bir maddi köməklik atası Cavabdeh tərəfindən göstərilməmişdir. İddiaçı heç bir yerdə işləmədiyindən maddi vəziyyətdən əziyyət çəkir. Ona görə də hesab edir ki, atası tərəfindən X1 üçün aliment ödənilməlidir. Alimentin ödənilməsinin əvvəli Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələblərinə uyğun olaraq ərizə verildiyi gündən yox, nikahının pozulması tarixi olan 7 fevral 2020-cı il tarixdən hesablanmalıdır. Lakin o iddiaçını aldadaraq bildirmişdir ki,hər ay mütəmadi olaraq uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün lazımı qədər pul ödəyəcək. İddiaçı ona inanıb, məhkəməyə ərizə ilə müraciət etmədim. Bu səbəbdən də məhkəmə tərəfindən alimentin tutulması barədə qərar qəbul edilməmişdir. İlk 2-3 ay hər uşaq üçün 70-80 manat olmaqla ayda 210 -250 məbləğində pul ödəsə də, sonralardan pulu ödəmirdi. Maraqlandıqda bildirirdi ki, imkanı yoxdur, pulu olanda pulların hamısını ödəyəcək. Ona görə də iddiaçı vaxtında aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Ona görə də hesab edir ki, o iddiaçını aldadaraq aliment tələbi barədə ərizə yazmaqdan çəkindirmiş, məhkəmə qətnamə çıxardıqdan sonra 2-3 ay pul ödəyərək, iddiaçını inandırmış, sonradan pulları ödəməkdən boyun qaçırdığından alimentin ödənilməsinin əvvəli Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələblərinə uyğun olaraq ərizə verildiyi gündən yox, nikahın pozulması tarixi olan 12 fevral 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda tərəflər ayrı yaşadıqları dövrdə 2 aprel 2022-c-i il tarixdə ikinci oğlu X8 anadan olmuşdur. Hazırda olarla birgə yaşayır. X5 3 yaşı tamam olmadığına görə ona qulluq etdiyindən heç bir yerdə işləyə bilmir. Bu da iddiaçının qazanc əldə etməyinə əngəl törədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84-cü maddəsi ilə ər-arvadın bir-birini saxlanılması müəyyən edilmişdir və həmin məcəllənin 84.2.2-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvada aliment verilməlidir. Göründüyü kimi oğlu X8 2 aprel 2022-ci ildə anadan olmuş, hazırda onun 3 yaşı tamam olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildir ki, Cavabdeh 2 aprel 2022-c-i il təvəllüdlü X5 atası olmaması faktının müəyyən edilməsi ilə bağlı mediasiyaya müraciət etmiş və İddiaçı mediasiyaya dəvət məktubunu almışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X6 onun oğludur. Lakin 2 aprel 2022-c-i il təvəllüdlü X8 onun övladı deyil. Cavabdeh hazırda işləmir, 3 saylı Bakı DOST Mərkəzində qeydiyyatdadır və xx.xx.2020-ci il tarixdə yenidən nikaha daxil olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Xocavənd Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(069)-41/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 230 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması qət edilmişdir. Bakı şəhər Xəzər Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X2, anası İddiaçıdır. Məhkəmə “X1 üçün hər ay, sabit pul məbləğində 250 AZN alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində iddia ərizəsiilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin sabit gəlirləri (qazancı) olması barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, alimentin hər ay sabit pul məbləği formasında tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin gəlirləri barədə hər hansı sübut təqdim edilmədiyindən məhkəmə alimentin hər ay 193 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Məhkəmə cavabdehin ərizəsində qeyd etdiyi heç bir yerdə işləməməsi, yeni nikaha daxil olması və həmin nikahdan bir övladının olması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda məhkəmə tərəflərin yalnız bir övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödənilməli olmasını nəzərə alaraq, cavabdehin etirazlarını bu hissədə əsassız hesab edir. Məhkəmə “X5 3 yaşı tamam olana qədər ona qulluq etdiyimə görə cavabdehdən sabit pul məbləğində 100 manat tutulub iddiaçıya verilməsi” hissəsində iddia ərizəsi ilə bağlı qeyd edir ki, hazırda tərəflər arasında həmin uşağın atasının kim olması faktı ilə bağlı mübahisə olduğunu, iddiaçının özünün də bu mübahisə ilə bağlı cavabdehin mediasiyaya müraciət etdiyini və iddiaçının mediasiyaya dəvət məktubunu aldığı bildirdiyi nəzərə alınaraq iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının aliment məbləğinin nikahın pozulması tarixindən tutulması hissəsində iddia ərizəsi ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə qeyd edir ki, cavabdehin əvvəlki dövr üçün aliment ödəməsi ilə bağlı iddiaçının tədbirlər görməsi, lakin cavabdehin alimenti ödəməkdən boyun qaçırması barədə hər hansı sübut təqdim edə bilmədiyindən iddia bu hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh ilə birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 193 manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 193 manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 43,16 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3187/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3187/2022
19.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver