Məhkəmə qərarları › İş №2(005)-3199/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3199/2023

29.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3199/2023 29.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X13 Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh AR DNŞ Cavabdeh nümayəndələri X1 və X3 iştirakı ilə, İddiaçı cavabdeh AR DNŞ Cavabdeh qarşı “əmək haqqı və əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrlərə görə ona ödənilməmiş müavinətin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR DNŞ Cavabdeh qarşı “əmək haqqı və əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrlərə görə ona ödənilməmiş müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il fevral ayı üzrə ödənilməmiş 1600 manat əmək haqqının və ödənilməmiş 700 manatlıq büllüten məbləği kompensasiya edilərək “SOCAR” X10 Trestinin hesabından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X10 X8/Günəşli İB 1240 saylı meydançanın sosial üzrə böyük mühəndis vəzifəsində çalışır. “SOCARw X10 Tresti ilə olan münasibəti əmək müqaviləsinə əsasən tənzimlənir. 2023-cü il fevral ayı ərzində o, 12 saatlıq iş rejimi üzrə çalışmış, lakim maaş verilən zaman 8 saatlıq iş rejiminə uyğun hesablanaraq ödənilmişdir. Nəticədə əmək haqqı fevral ayı üzrə 1600 AZN az ödənilmişdir. Aprel ayının 11-20 aprel tarixlərində 1 saylı X9 Nevralogiya şöbəsində (stasionar) müalicə almışdır. “SOCAR” X10 Tresti bu 10 günlük müalicə müddətinin sadəcə 6 gününü qarşılayıb. Qalan digər günlərlə əlaqədar yaranan 700 manatını isə kəsiblər. Aprel ayının 21-dən işə çıxmış və ayın sonunadək 3 iş günü çalışmışdır. Lakin büllütendən gəlməyini əsas tutaraq həmin 3 iş günündən sadəcə 1-ni qeyd ediblər. Cavabdeh AR DNŞ Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək, İddiaçı tərəfindən verilmiş “2023-cü ilin fevral ayı üzrə ödənilməmiş 1600 manat əmək haqqının və ödənilməmiş 700 manatlıq bülleten məbləği kompensasiya edilərək ona ödənilməsi tələbinə dair iddia ərizəsi əssassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə 04 oktyabr 2014-cü ildə Əmək müqaviləsi bağlanılmaqla 12-ci dərəcəli elektrik avadanlığı üzrə mexanik vəzifəsinə qəbul edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, SOCAR**********00040020A00070 saylı əmrinə əsasən “Sahil” İstehsalat bölümü, 1 saylı briqadaya 12-ci dərəcəli Sosial məsələlər üzrə mühəndis vəzifəsinə keçirilmişdir. Cavabdeh “Sahil” İstehsalat bölümü, 1 saylı briqadanın böyük mühəndisi vəzifəsində işləyən İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 10 gün müddətində xəstəlik vərəqəsi təqdim etmişdir. İddiaçı növbəli iş rejimi ilə işlədiyinə görə onun təqdim etdiyi xəstəlik vərəqəsi üzrə 6 gün iş növbəsinə düşmüş və 6 gün üçün xəstəlik vərəqəsinə görə ona idarə tərəfindən ödəniş aparılmışdır. Xəstəlik vərəqəsinin qalan 4 günü isə onun istirahət dövrünə düşmüş və bu səbəbdən həmin günlər üçün ödəniş aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarına 28 maddəsinə əsasən “Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır”. İddiaçı iddia ərizəsində bəzi Məcəllələrin bir sıra mäddələrini iddia ərizəsinə köçürmüş, lakin bu tələbin haradan və nədən irəli gəldiyi barədə hər hansı bir dəlil göstərməmişdir. Trest üzrə əmək haqların hesablanması qanunvericiliyə uyğun olaraq tənzimlənmiş və ödənilməsi vaxtında təmin edilmişdir. Əmək haqqı ilə bağlı Trestin iddiaçıya hesablanmalı və ya ödənilməli olduğu hər hansı məbləğ qalmamışdır. AR MPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından, iddia tələbinin əsasları üçün dəlilləri göstərmək və istinad etdiyi dəlillərin sübut etmək yükü iddiaçının üzərinə düşür və onun vəzifəsinə aid edilmişdir. Lakin iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı çıxış etdiyi tələbin əsasları ilə bağlı hər hansı bir halı qeyd etməmiş və sübutunda dair hər hansı dəlilə istinad etməmişdir. Bu baxımdan da iddia əsassızdır və təmin oluna bilməz. Göründüyü kimi, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə əsaslı və mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh AR DNŞ Cavabdeh nümayəndələri X1 və X5 iddia tələbinə etiraz edərək, iddia tələbinin əsassız olduğunu bildirib, iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sosial arayışdan görünür ki, İddiaçı AR DNŞ Cavabdehndə böyük mühəndis vəzifəsində çalışmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışından görünür ki, İddiaçı qoyulan diaqnoz Əsas diaqnoz H47.2 Görmə sinirinin atrofiyası, Ağırlaşma H54.4 Monokulyar korluq, Vis OD=1.0 (vahid),Vis OS=işıq duygusu. TİBBİ RƏY 4892 Yanaşı xəstəliklər G83.2 Yuxarı ətrafların monopleglyosı, Sağ yuxan ətrafın dlstal parezi Yanaşı xəstəliklər 522.0 Döş fəqərəsinin sınığı, Th10 fəqərə sınığına görə laminektomiya və transpedlkutyar biksasiyadan sonrakı vəziyyət Yanaşı xəstəliklər 506.0 Baş beynin silkələnməsi, Hldrosefaliya səbəbli qapalı kəllə beyin travması Arxa kəllə çuxurunun epidurol hematoma və təkrarı ventrikuloperitoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət. Yanaşı xəstəliklər H90.4 Eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan bir tərəfli neyrosensor tipli itirilməsi. Sağ tərəfdə ağır dərəcədə sensonevral tipdə eşitmə azlığıdır. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X2 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf prosesin davam etdirilməməsinə razılıq vermişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı 2023-cü ilin fevral ayında 1 gün Bulla-dəniz sahəsində 126 saylı buruqda 12 saatla işləmiş, (qazma prosesində, qazmaya hazırlıq, montaj demontaj işlərində 12 saatlıq iş rejimi tətbiq olunur) qazma və tikinti quraşdırma işləri olmadığından briqadanın digər işçiləri kimi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş aylıq norma üzrə 8 saatlıq iş rejiminə keçirilərək 3 gün 8 saatla Cavabdeh Sahil İstehsalat bölümdə işləmiş, 7 gün orta aylıq əmək haqqı ödənilməklə kursda olmuş, qalan günlər üçün aprel ayında təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən ödəniş aparılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 3712 saylı əmək müqaviləsinə 5 saylı əlavədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli SOCAR**********00040020A00070 saylı əmrinə əsasən “Sahil” İstehsalat bölümü 1 saylı briqadaya 12-ci dərəcəli Sosial məsələlər üzrə mühəndis vəzifəsinə keçirilib. İş materiallarında olan iş 04 nömrəli protokoldan görünür ki, İddiaçı xx.xx.2023xx.xx.2023-ci il tarixlərində xəstəlik dövrü keçirmişdir. İş materiallarında olan haqq-hesab vərəqsindən görünür ki, İddiaçı 1,303.03 manat ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh rəhbərliyi tərəfindən X7 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanlanmış məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 10 may 1994-cü il tarixli, 185 saylı Qərarının 5-ci bəndinə uyğun olaraq, əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15% artırılması HİK arasında bağlanmış “Kollektiv müqavilə”də öz əksini tapmalı olduğu, müəssisə və HİK arasında bağlanmış 2020-2023-cü illər üzrə, həmçinin Azərbaycan Respublikası Dövlət neft Şirkəti ilə Azərbaycan Neft və X11 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış “Kollektiv müqavilə”də nəzərdə tutulmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli 3-17-5/2-10461/2023 nömrəli məktuba müraciət olunmuş, lakin sənədlər təqdim edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh rəhbərliyi tərəfindən X7 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanlanmış məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 10 may 1994-cü il tarixli, 185 saylı Qərarının 5-ci bəndinə uyğun olaraq, əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15% artırılması HİK arasında bağlanmış “Kollektiv müqavilə”də öz əksini tapmalı olduğu, müəssisə və HİK arasında bağlanmış 2020-2023-cü illər üzrə, həmçinin Azərbaycan Respublikası Dövlət neft Şirkəti ilə Azərbaycan Neft və X11 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış “Kollektiv müqavilə”də nəzərdə tutulmadığı bildirilmişdir. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki iş materiallarından göründüyü kimi iddiaçının əmək haqqının ödənilməsi ilə bağlı cavabdehin bu halı təkzib edən hər hansı mötəbər sübutları mövcud deyil, iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı 2023-cü ilin fevral ayında aylıq norma üzrə 8 saatlıq iş rejimində işləmiş, iddia tələbinin dəlillərindən də bu hal müəyyən olunur. Göründüyü kimi, iddiaçı 8 saatlıq iş rejiminə uyğun olaraq hesablanmış əmək haqqı almışdır. İddiaçının hazırda 8 saatlıq iş rejimində deyil, 12 saatlıq iş rejimində işləməli olması barədə iddia tələbinin dəlilinin isə heç bir hüquqi əsası mövcud deyil. Belə ki, müvafiq məsələlər tərəflərin bağladığı əmək müqaviləsi ilə tənzimlənmişdir. (xx.xx.2014-cü il tarixli 3712 №-li Əmək Müqaviləsinin 4.16-cı bəndi) Bu baxımdan iddiaçıya 8 saatlıq iş rejiminə uyğun olaraq əmək haqqı hesablanaraq ödənilmişdir. Belə olan halda iddiaçının hazırda işləmədiyi müddət üçün 1600 manat əmək haqqı tələb etməsi əsassızdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə yuxarıda bildirdiyi kimi, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır ki, cavabadeh tərəfindən də əmək haqqının ödənilməsi ilə bağlı iddiaçının iddia tələblərinin əksini sübut edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Bundan başqa məhkəmə iddia tələbinin “əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrlərə görə ona ödənilməmiş 700 manat məbləğində müavinətin ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası “Sosial sığorta haqqında” Qanununun: 1-ci maddəsinə əsasən, Sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 6-cı maddəsinə əsasən, Sosial sığorta hadisəsi baş verdikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin (bundan sonra Əsasnamə) 1-ci bəndinə əsasən, 1.1-ci bəndinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Müavinətin məbləği və hesablanması bu Əsasnamənin İİ hissəsində, təyin edilməsi və ödənilməsi isə Vİİ hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 6-cı bəndinə əsasən, sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. 7-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən verilə bilər. 8-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir. 28-ci bəndinə əsasən, Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından (bundan sonra – qazanc) hesablanır. Əməkhaqqı əvəzinə işçiyə verilən malların (işlərin və xidmətlərin) dəyəri həmin malların bu işçinin qazancı kimi nəzərə alındığı tarixdə bazar (sərbəst) qiymətləri ilə ifadə olunan dəyərinə, verilən malların dəyəri dövlət tərəfindən tənzimləndiyi halda isə dövlət tərəfindən tənzimlənən qiymətlərlə ifadə olunan dəyərinə bərabər götürülür. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır. Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir. Mülki işin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixinədək xəstə olması ilə bağlı ******* nömrəli xəstəlik vərəqəsi təqdim etmişdir. Mülki iş üzrə tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı növbəli iş rejimi ilə işlədiyinə görə müvəqqəti əmək qabiliyyətinin itirdiyi 10 günün 6 günü iddiaçının iş növbəsinə düşmüşdür. Həmin günlər üçün müavinət Əsasnamənin 28-ci bəndinə uyğun olaraq hesablanıb ödənilmişdir. Lakin müvəqqəti əmək qabiliyyətini itirdiyi qalan 4 günü isə onun istirahət dövrünə düşmüş və bu səbəbdən həmin günlər üçün ödəniş aparılmamışdır.(Qeyd olunan hallara dair müvafiq sübutlar mülki iş materiallarına əlavə olunmuşdur). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdeh AR DNŞ Cavabdeh qarşı “əmək haqqı və əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrlərə görə ona ödənilməmiş müavinətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar