Məhkəmə qərarları › İş №2(005)-3208/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3208/2020

01.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3208/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci ildə cavabdehlə birgə nikahdan anadan olmuş X5 yetkinlik yaşına çatana kimi Cavabdeh onun bütün növ gəlirlərinin (qazancının) dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə əvvələr rəsmi nikahda olmuş, həmin nikahdan xx.xx.2015-ci ildə Qəhrəman adlı bir oğlu anadan olmuşdur. 2019cu ildə Nərimanov rayon məhkəməsinin qətnaməsi ilə nikahı, pozulmuş, uşaq onun himayəsində saxlanılmış və cavabdehdən onun xeyrinə sabit pul məbləğində hər ay 160 manat aliment tutulması qət edilmişdir. Halbuki, cavabdeh hazırda AR İqtisadiyyat Nazirliyinin Regionların İnkişafı və Dövlət Proqramları Şöbədə baş məsləhətçi işləyir və ayda 2100-2200 müntəzəm əmək haqqı alır. Özü oğlunun xəstə ilə əlaqədar işləyə bilmir, maddi vəziyyətim həddindən artıq pisdir. Oğlum anadan olandan daim həkim nəzarəti altındadır. Hər dəfə müalicə xərclərini ödəyə bilmir, faktiki olaraq valideynlərinin himayəsidədir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı 5 saylı “Asan xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 676914 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X9 xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 343813 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu tarixdə 281 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Orucova soyadı verilmişdir; xx.xx.2015-ci il tarixdə Bakı 2 saylı “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikası, Yevlax şəhərində anadan olmuş İddiaçı ünvan 1 A ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il verilmiş arayışın surətinə əsasən xx.xx.1987-ci ildə Azərbaycan, Naxçıvan MR, Ordubad şəhərində anadan olmuş Cavabdeh ünvan 1 A ünvanında qeydiyyatdadır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşağın yanında qalması” tələbinə dair ilk iddia, İddiaçı Cavabdeh qarşı “aliment və özünün saxlanılması üçün vəsaitin tutulması” tələbinə dair qarşılıqlı iddia qaldırmış, ilk iddia qismən təmin edilmiş, Cavabdeh ilə Qədimova (Orucova) Nuranə Firdovsi qızı arasında xx.xx.2014-cü il tarixdə 2 saylı Bakı «ASAN Xidmət» mərkəzi Qeydiyyat şöbəsində 2526 saylı akt qeydi qeyd edilmiş nikahın pozulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 anası Qədimova (Orucova) Nuranə Firdovsi qızının yanında saxlanılması, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment və xx.xx.2015-ci il təvəllüdlü X9 3 (üç) yaşına çatanadək hər ay 40 (qırx) manat məbləğində alimentin Qədimova (Orucova) Nuranə Firdovsi qızının xeyrinə tutulması qət edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2019-cu il tarixli arayışının surətindən görünür ki, Cavabdeh həqiqətən xx.xx.2012-ci il tarixindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin Regionlarla İş sektorunun məsləhətçisi vəzifəsinə iş qəbul edilmiş, hal-hazırda həmin şöbənin Regionlarla iş sektorunun baş məsləhətçisi vəzifəsində işləyir; X2 çıxarılmış məlumatın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində baş məsləhətçi vəzifəsində işləyir və 2064,50 manat əmək haqqı alır; Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X9 iddiaçı (anası) Qədimova (Orucova) Nuranə Firdovsi qızının himayəsindədir, qətnamə ilə xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 160 (yüz altmış) manat, xx.xx.2015-ci il təvəllüdlü X9 3 (üç) yaşına çatanadək hər ay 40 (qırx) manat məbləğində alimentin Qədimova (Orucova) Nuranə Firdovsi qızının xeyrinə tutulur. xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhərində doğulmuş X9 oğlunun atası Cavabdeh (cavabdeh), anası Qədimova (Orucova) Nuranə Firdovsi qızıdır (iddiaçı). İddiaçı Qədimova (Orucova) Nuranə Firdovsi qızı X1 üçün gəlirlərinin (qazancının) dörddə bir hissəsi miqdarında aliment tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehdən uşağın saxlanılması üçün alimentin tutulmasını tələb etməklə, hüquqi nəticə etibarı ilə həmin uşağın saxlanılması üçün cavabdehdən artıq məhkəmə qaydasında tutulmuş aliment məbləğinin dəyişdirilməsini (artırılmasını) tələb edir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddia tələbi “müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi” tələbi kimi qiymətləndirilməli və məhz bu tələbə hüquqi qiymət verilməlidir. Məhkəmə cavabdehdən yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulması ilə bağlı iddiaçının tələbinə münasibətdə qeyd edir ki, hazırkı aliment məbləğinin hər uşaq üçün 170 manat olduğunu, uşağın üstün maraqlarını və təminatının daha əlverişli olmasını nəzərə alaraq alimentin cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsinə yönəldilərək tutulması uşağın mənafeyinə daha uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. X3 X8 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.1-ci maddəsinə əsasən, 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən aliment məbləğinin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2020-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsində aliment tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı artırılmış alimentin məbləğinin tutulmasını iddia ərizəsi məhkəməyə təqdim edildiyi vaxtdan hesablanmasını xahiş etsə də, həmin hissədə iddia təmin oluna bilməz, aliment Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxx 2016-cı il tarixli, 8- 2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2019-cu il tarixdən etibarən Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment Qədimova (Orucova) Nuranə Firdovsi qızının xeyrinə tutulmalı, aliment məbləği qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin bir il ərzində məcmusu (iddia qiyməti) 500 manatdan çox olduğundan, ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2019 saylı xx.xx.2019-cu qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq Qədimova (Orucova) Nuranə Firdovsi qızına verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar