Məhkəmə qərarları › İş №2(005)-3213/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3213/2020

30.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3213/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş X7 oğlunun və xx xxxxxx 2013-cü il tarixdə anadan olmuş X2 18 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən hər bir uşaq üçün ayda 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx xxxxxxx 2010-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx xxxxxx 2010-cu il tarixdə X5 və xx xxxxxx 2013-cü il tarixdə X4 anadan olmuşlar. Cavabdehlə nikaha daxil olduqları ilk illərdə ailə münasibətləri normal olsa da, son bir il ərzində aralarında narazılıqlar yaranmş və faktiki olaraq ailə münasibətləri pozulmuşdur. Lakin cavabdehlə birlikdə yaşayır, cavabdeh uşaqların saxlanılmasında, təhsilində və digər xərclərində iştirak etməkdən lazım gəldikdə uşaqlara paltar və dərs ləvazimatı almaqdan imtina edir. Ona görə də hesab edir ki, cavabdehdən azyaşlı uşaqlarının saxlanılması üçün müvafiq olaraq məhkəmə qaydasında aliment tululmalıdır. Beləliklə, azyaşlı övladları xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş X3 və xx xxxxxx 2013-cü il tarixdə anadan olmuş X2 18 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən hər bir uşaq üçün ayda 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment təyin edilməsi məslələsinə dərhal baxılmalı və cavabdehdən məhkəmə qaydasında aliment tuluması təmin edilməlidir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumu haqqında xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək, həy ay hər uşağa 100 (bir yüz) manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 614261 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X6 arasında xx xxxxxxx 2010-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxxx 2010-cu il tarixdə 880 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Baxşiyeva soyadı verilmişdir; Nərimanov RPİ tərəfindən xx xxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı 12537395 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir; Nərimanov RPİ tərəfindən xx xxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı 12537399 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxxxxx 2013-cü il tarixdə Ucar rayonunda anadan olmuş, atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2010-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində 880 nömrə ilə qeydiyyata alınmış nikah bağlanmış, bu barədə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2010-cu il tarixdə AZ-İ seriyalı 614261 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikah münasibətlərindən xx xxxxxx 2010-cu il tarixdə X5 və xx xxxxxx 2013-cü il tarixdə X4 anadan olmuşdur. Uşaq İddiaçı himayəsindədirlər. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiatələbitəmin edilərək,Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdənhər ay hər uşaq üçün 170(bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Belə ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170(bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı xx xxxxxxxx 2020-ciil tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar