Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3226/2021 04.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11190 (on bır min yüz doxsan) manat sığorta ödənişinin cavabdeh "xxxx" ASC-dən alınaraq ona ödənilməsi və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 25 noyabr 2019-cu il tarixdə “Avtolizinq" MMC ilə **-AB-*** dövlət qeydiyyat nömrə nişanlı “X9 Rover’’ markalı avtomobilin alınması barədə lizing müqaviləsi bağlayıb. Həmin müqavilənin şərtlərinə uyğun olaraq avtomobili “Rəvan Sığorta" ASC-də Mİ-010615 N-li şənadətnamə ilə ‘‘Nəqliyyat vasitələrinin (Kasko) sığortası” üzrə sığortalamışdır. Tərəfindən 18 fevral 2020-ci il tarixdə 99-AB 401 dövlət qeydiyyat nömrə nişanlı “X9 Rover” markalı avtomobili idarə edən zaman nəqliyyat hadisəsi baş vermişdir. Bununla əlaqədar 19 fevral 2020-ci il tarixdə Rəvan Sığorta Şirkətinə müraciət edib avtomobilə dəymiş zərərin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi ilə bağlı müraciət etmişdir. "xxxx" ASC tərəfindən ödənişinə razılıq verilsədə, şifahi formada ona veriləcək məbləğ cüzi miqdarda olduğu üçün razılıq verməyib. Belə ki hadisə nəticəsində idarə etdiyi avtomobilə 11190 (on bir min yüz doxsan ) manat ziyan dəymişdir. Ancaq ona şifahi formada 6400 manat söğorta ödənişi hesablandığını, bundan da yalnız 1700 manat verilməsi, qalan pulun isə avtomobil üçün sığorta haqqı kimi hesablanacağı bildirilib ki, bu da heç bir halda onu qane edə bilməz. Cavabdeh Rəvan Sığorta ASC tərəfindən sığorta ödənişinin hesablanması və həmin avtomobildə sığorta haqqının çıxılması tamamilə qanunsuzdur. 08 aprel 2021-ci il tarixdə Rəvan Sığorta ASCə yazılı formada müraciət edib avtomobilimə dəymiş zərər nəticəsində sığorta ödənişinin müqaviləyə uyğun olaraq ödənilməsi barədə müraciət etdi. Rəvan Sığorta ASC tərəfindən ünvanına göndərilən 2564 saylı məktubunda bildirilmişdir kı, "xxxx" MMC ilə "xxxx" ASC arasında 13 iyul 2019-cu il tarizdə sığorta müqaviləsi bağlanaraq , **-AB-*** dövlət qeydiyyat nişanlı, "X9 Rover" markalı avtomobil Mİ-010615 №-li şəhadətnamə üzrə 3 il müddətinə sığorta obyektinin dəyəri 136000 manat, sığorta məbləği olmaqla qismən (62.5 %) sığortalanmışdır. Eyni zamanda cavabdeh avtomobilin qismən sığortalandığından sığorta ödənişi 11190 x 62 5 %-800 AZN (azad olma) - 4420 A7 (sığorta haqqının ödənilməmiş hissəsı)=1773.75 manat məbləğində hesablanması barədə bildirmişdir. Bildirmək istəyir ki, avtomobil qəzaya uğradıqdan sonra yararsız vəziyyətə düşmüşdür və həmin avtomobili istifadə etmədən, sağaldıqdan on beş gün sonra “Avtolizinq" MMC o qaytarmışdır. "Rəvan Sığorta” ASC tərəfindən isə onun mülkiyyətində və sahibliyində olmayan, istifadə etmədiyi avtomobilin iki illik sığorta haqqına hesablayıb çıxıb. Dəfələrlə **-AB-*** dövlət qeydiyyat nişanlı, "X9 Rover markalı avtomobili idarə etmədiyini, onun sahibliyində olmadığını bildirsə də, sığorta ödənişini tam formada ödənilməsini yazılı və şifahi formada bildirsə də imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.1-cü maddəsinə görə sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, iddia tələbinə yazılı etiraz etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X4 "xxxx" ASC–yə qarşı iddia tələbi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Bildirmək istəyir ki, iddiaçını hazırkı məhkəmənin predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, Mİ 010615 saylı sığorta müqavilənin tərəfi deyildir. Belə ki, sözügedən müqavilə "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək- hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Yuxarıda göstərilənlərə əsasən iddiaçı X4 tərəfindən irəli sürülmüş iddia ərizəsinin onun subyektiv hüququ olmadığı üçün geri qaytarılmasını xahiş edirlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 21 aprel 2021-ci il tarixli məktubdan görünür ki, cəmiyyətimizə daxil olan müraciətinizə cavab olaraq bildirmək istəyirik ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında 13.06.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanaraq, ** AB *** dövlət qeydiyyat nişanlı, “X9 Rover” markalı avtomobil Mİ-010615 Jf»-li şəhadətnamə üzrə 3 (üç) il müddətinə sığorta obyektinin dəyəri 136000 manat, sığorta məbləği 85000 manat məbləğində olmaqla qismən (62,5%) sığortalanmışdır. Sığortalı avtomobilin iştirakı ilə 18.02.2020-ci il tarixdə Nəsimi rayonu ərazisində sığorta hadisəsi baş vermiş və sığortalı avtomobilə zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi tərəfimizdən qeydiyyata alınmış və sığortalı avtomobilə dəymiş zərər qiymətləndirilmişdir. “İnter Kontinental” avtomobillərə texniki xidmət stansiyası tərəfindən tərtib olunmuş 20.02.2020-ci il tarixli qüsur aktına əsasən sığortalı avtomobilə dəymiş zərər 11190 manat məbləğində müəyyən olunmuşdur. Avtomobil qismən (62,5%) sığortalandığından sığorta ödənişi 11190x62,5%-800 azn (azadolma)-4420 azn (sığorta haqqım ödənilməmiş hissəsi): 1773,75 manat məbəğində hesablanmışdır. Sığorta haqqının tutulmaması barədə fikrinizə münasibət olaraq bildirmək istəyirik ki, 13.06.2019cu il tarixli, Mİ010615 saylı sığorta müqaviləsinin əlavə şərtlərinə dair razılaşmanın 9-cu bəndinə əsasən qeyd olunmuşdur ki, sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı halda sığorta hadisəsi baş verdiyi zaman ödənilməli olan bütün hissələr sığorta ödənişindən çıxılır. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 08 may 2020-ci il tarixli məktubdan görünür ki, bildiyiniz kimi, idarə etdiyiniz və Şirkətimiz tərəfindən Mİ- 010615 Mb-li şəhadətnamə ilə "Nəqliyyat vastələrinin (Kasko) sığortası " üzrə sığortalanmış "X9 Rover" markalı, 99 AB 40! dövlət qeydiyyat nişanlı avtomobilə 18.02.2020-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində maddi zərər dəymişdir. Qeyd olunan sığorta hadisəsi ilə əlaqədar 19.02.2020-ci il tarixində "xxxx" ASC-yə müraciət edərək avtomobilə dəymiş zərərin aradan qaldırılmasını xahiş etmisiniz və hadisə araşdırıldıqdan sonra tərəfimizdən sığorta ödənişinin verilməsinə razılıq verilmişdir. Buna baxmayaraq dəfələrlə əməkdaşımız tərəfindən Sizə sığorta ödəniş aktını imzalamaq təklif olunsa da Siz şifahi şəkildə imzalamaqdan imtina etmişsiniz. Odur ki, Sizdən yuxarıda qeyd edilən sığorta hadisəsi ilə əlaqədar olaraq sığorta ödənişi aktını imzalamaq üçün 12.05.2020-ci il tarixində saat ll:00-da Nərimanov r-nu. F.X.Xoyski pr-ti 40 ünvanında yerləşən “RƏVAN SİĞORTA "ASC-nin Baş ofisinə gəlməyiniz xahiş olunur. İş materiallarında olan 13.06.20219-cu il tarixli "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış X1 Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, sığorta obyektinin dəyəri 136000 manat, sığorta məbləği 85000 manat, sığorta haqqı 6630 manat, Sığortalı "xxxx" MMC, sığorta olunan X3r. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, olan 13.06.20219cu il tarixli "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış X1 Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, sığorta obyekti **-AB-*** dövlət qeydiyyat nömrə nişanlı “X9 Rover’’ markalı avtomobilinin dəyəri 136000 manat, sığorta məbləği 85000 manat, sığorta haqqı 6630 manat, Sığortalı "xxxx" MMC, sığorta olunan X3r. İddiaçı 18 fevral 2020-ci il tarixdə 99-AB 401 dövlət qeydiyyat nömrə nişanlı “X9 Rover” markalı avtomobili idarə edən zaman nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı qeyd edir ki, hadisə nəticəsində idarə etdiyi avtomobilə 11190 (on bir min yüz doxsan ) manat ziyan dəymişdir. Ona şifahi formada 6400 manat söğorta ödənişi hesablandığını, bundan da yalnız 1700 manat verilməsi, qalan pulun isə avtomobil üçün sığorta haqqı kimi hesablanacağı bildirilib. Cavabdeh "xxxx" ASC iddiaya etiraz edərək, Mİ 010615 saylı sığorta müqaviləsinin tərəfi olmadığından iddiaçının hazırkı məhkəmənin predmeti olan iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmadığını bildirir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının iddia tələbinin əsasını lizing müqaviləsi əsasında əldə etdiyi **-AB-*** dövlət qeydiyyat nömrə nişanlı “X9 Rover’’ markalı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın aradan qaldırılması üçün cavabdeh "xxxx" ASC tərəfindən ona sığorta ödənişinin tələb edilməsi təşkil edir. Belə ki, məhkəmədə müəyyən olunur ki, İddiaçı 13.06.20219-cu il tarixli "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış X1 Sığortası müqaviləsi üzrə sığortalı olan tərəf deyil. Məhkəmə onu qeyd edir ki, iddiaçının “sığorta ödənişinin alınması” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının “sığorta ödənişinin alınması” tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin alınması” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3226/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3226/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver