Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3253/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X3, eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “hər ay sabit pul məbləğində 125 manat əlavə xərcin tutulmasından azad edilməsi, sabit pul məbləğində əlavə xərcin tutulması üçün yaranmış borcun ləğv edilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin və əlavə xərcin artırılması və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 19.11.2019-cu il tarixdə, 2(005)-3303/2019 saylı iş üzrə Nərimanov Rayon məhkəməsinin qətnaməsi ilə hər ay 125 manat sabit pul məbləğində əlavə xərcin tutulmasından azad edilməsinə, əlavə xərclə bağlı yığılmış 2625 manat məbləğdə borcun ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, o, 14.08.2015-ci il tarixində Cavabdeh ilə ailə qurmuş, nikah Naxçıvan şəhər Nikah Evi tərəfindən həmin tarixdə 347 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Bu nikahdan övladı 27.06.2016-cı il təvəllüdlü X6 doğulmuşdur, 19.11.2019-cu il tarixdə, 2(005)- 3303/2019 saylı iş üzrə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə Salayeva (Məmmədova) Aynur Şəhriyar qızı ilə olan nikah pozulmuş, övladı X6 anasının yanında saxlanılmış, 03.07.2019cu il tarixdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulmuş, eyni zamanda 03.07.2019-cu il tarixdən başlayaraq hər ay 125 manat sabit pul məbləğində əlavə xərcin tutulması qət edilmişdir. Hər ay 125 manat sabit pul məbləğində əlavə xərcin tutulmasını məhkəmə uşağın nitqi ilə bağlı problemin olmasını (bundan başqa heç bir xəstəliyi və ya problem yoxdur), bu səbəbdən "xxxx" MMC-yə müraciət edib mərkəzin psixo-pedaqoqunun dərslərində iştirak etməsi ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası 09.06.2020-ci il tarixli, 2(103)-4056/2020 saylı iş üzrə qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 19.11.2019-cu il tarixli, 2(005)-3393/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya məhkəməsi öz qətnaməsində müəyyən müddət sonra uşağın sağlamlığı ilə bağlı əlavə xərcin çəkilməsinə zərurət olmadığı müəyyən olarsa, bu məsələnin tənzilmlənməsinin mümkünlüyünü bildirmişdir. İddiaçı əvvələr "Etalon Security” MMC-də mühafizəçi vəzifəsindən çalışaraq aylıq 420 manat məbləğində əmək haqqı almış, lakin 25.01.2021-ci il tarixdə işdən çıxmışdır. İddiaçı müvafiq icra sənədi üzrə əlavə xərclə bağlı 1180 manat məbləğində pul tam şəkildə ödəmişdir, Abşeron rayon İcra və Probasiya şöbəsi 18.01.2021ci il tarixdə tələbin tam şəkildə ödənilməsi səbəbindən Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3303/2019 nömrəli, 19.11.2019-cu il tarixli icra sənədinə xitam vermişdir. Eyni zamanda “Logos Psixoloji və X14”nin 17.05.2021-ci il tarixli, 05/327 saylı məktubuna əsasən X6 02.12.2019-cu il tarixdə “Logos Gənclik" MMC-yə müraciət etmiş və mərkəzin psixo-pedaqoqu Aytəkin Sandalova tərəfindən konsultasiya olunmuşdur. 02.12.2019-cu il tarixdən 12.03.2020-ci il tarixinədək Aytəkin Sandalovanm yanında terapiya keçmiş, X6 02.12.2019-12.03.2020-ci il tarixləri arasında ümumilikdə 40 seansda iştirak etmiş və bunun müqabilində 875 AZN (səkkiz yüz yetmiş beş manat, 00 qəpik) ödəniş edilmişdir. Məktubun məzmunundan görünür ki, 12.03.2020-ci il tarixdən sonra psixo-pedaqoqun yanında terapiya üçün Salayeva (Məmmədova) Aynur Şəhriyar qızı tərəfindən “Logos Psixoloji və X14”nə müraciət edilməmişdir. Yuxarıda göstərilənlər hallar onu göstərir ki, iddiaçıdan tutulan hər ay sabit 125 manat pul məbləğində əlavə xərc övladı X5 xərclənilmir. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən qət edilən bu məbləğ Salayeva (Məmmədova) Aynur Şəhriyar qızının şəxsi ehtiyaclarına xərclənilməsi üçün deyil, məhz uşağın terapiyaya ehtiyacı olduğu və bu məbləğin onun terapiyasına xərclənməyi ilə şərtləndirilmişdir. İddia ərizəsindən və ona əlavə olunan sənədlərdən açıq aşkar görünür ki, hər ay iddiaçıdan tutulmalı olan 125 manat məbləğində sabit pul məbləği onun övladı üçün xərclənilmir. Bu səbəbdən əlavə xərclə bağlı yığılmış 2625 məbləğdə borcun ləğv edilməsi və hər ay 125 manat sabit pul məbləğində əlavə xərclərin çəkilməsindən azad olunmasını məqsədəmüvafıq hesab edir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə dəqiqləşmə barədə yazılı ərizə təqdim edərək, İddiaçı 19.11.2019-cu il tarixli, 2(005)-3303/2019 saylı iş üzrə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə Məmmədova (nikah pozulanadək Salayeva) Aynur Şəhriyar qızının xeyrinə hər ay 125 manat sabit pul məbləğində əlavə xərcin tutulmasından azad edilməsinə, əlavə xərclə bağlı yığılmış 2750 manat məbləğində borcun ləğv edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tutulan alimentin məbləğinin artırılaraq 175 (bir yüz yetmiş beş) manat və əlavə xərclərin məbləğinin artırılaraq 140 (bir yüz qırx) manat müəyyən edilməsi, həmçinin cavabdeh İddiaçı tərəfindən qərəzli olaraq indiyədək ödənilməyən əlavə xərc üzrə yaranmış borc məbləğlərinin (məbləğlərin müəyyən edilməsi üçün mühasibatlıq ekspertizasının keçirilməsi zərərurəti yaranarsa ekspertizanın keçirilməsi barədə müvafiq qərardadın qəbul olunması) faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulunun hesablanaraq cavabdehdən tutulması, o cümlədən əsassız iddia tələbləri ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınması ilə əlaqədar məcburi yaranmış yol və digər zəruri xərclərin, hüquqi yardıma görə vəkilə ödənilən məbləğlərin - ümumilikdə 500 (beş yüz) manat məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin həcminin artırılması barədə yazılı ərizə təqdim edərək, cavabdeh İddiaçı 300 (üç yüz) manat məbləğində pulun tutularaq, sağlamlıq imkanları məhdud ümumi uşağa, yəni 27.06.2016-cı il təvəllüdlü X5 qulluq edən və maddi yardıma ehtiyacı olan Cavabdeh ödənilməsi, cavabdeh İddiaçı tutulan alimentin məbləğinin artırılaraq 175 (bir yüz yetmiş beş) manat və əlavə xərclərin məbləğinin artırılaraq 140 (bir yüz qırx) manat müəyyən edilməsi, cavabdeh İddiaçı tərəfindən qərəzli olaraq indiyədək ödənilməyən əlavə xərc üzrə yaranmış borc məbləğlərinin (məbləğlərin müəyyən edilməsi üçün mühasibatlıq ekspertizasının keçirilməsi zərərurəti yaranarsa ekspertizanın keçirilməsi barədə müvafiq qərardadın qəbul olunması) faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulunun hesablanaraq cavabdehdən tutulması, əsassız iddia tələbləri ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınması ilə əlaqədar məcburi yaranmış yol və digər zəruri xərclərin, hüquqi yardıma görə vəkilə ödənilən məbləğlərin - ümumilikdə 500 (beş yüz) manat məbləğin cavabdeh İddiaçı tutulmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı hər ay 125 (bir yüz iyirmi beş manat) sabit pul məbləğində əlavə xərcin tutulmasından azad edilməsinə və əlavə xərclə bağlı yığılmış 2625 (iki min altı yüz iyirmi beş) manat məbləğində borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda tərəfindən alimentin və əlavə xərcin məbləğinin artırılması, həmçinin cavabdeh İddiaçı tərəfindən qərəzli olaraq indiyədək ödənilməyən əlavə xərc üzrə yaranmış borc məbləğlərinin (məbləğlərin müəyyən edilməsi üçün mühasibatlıq ekspertizasının keçirilməsi zərərurəti yaranarsa ekspertizanın keçirilməsi barədə müvafiq qərardadın qəbul olunması) faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulunun hesablanaraq cavabdehdən tutulması, o cümlədən əsassız iddia tələbləri ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınması ilə əlaqədar məcburi yaranmış yol və digər zəruri xərclərin, hüquqi yardıma görə vəkilə ödənilən məbləğin cavabdehdən tutulması barədə müvafiq qətnamə qəbul olunmasına dair qarşılıqlı iddia ərizəsi vermək zərurəti yaranmışdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3303/19 saylı mülki iş üzrə 19 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən, 27.06.2016-cı il təvəllüdlü X3 (anası) Salayevə (Məmmədova) Aynur Şəhriyar qızının yanında saxlanılması, 03.07.2019-cu il tarixdən başlayaraq, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat məbləğində alimentin, həmçinin həmin tarixdən başlayaraq, hər ay 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində əlavə xərcin İddiaçı tutularaq Salayevə (Məmmədova) Aynur Şəhriyar qızına ödənilməsi qət edilmişdir. Hər ay 125 (bir yüz iyirmi beş manat) sabit pul məbləğində əlavə xərcin İddiaçı tutulması barədə yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasına baxmayaraq, iddiaçı qətnaməni icra etməkdən qərəzli olaraq yayınmış, o cümlədən əsassız olaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənə həm maddi, həm də mənəvi zərər vurmuşdur. İddiaçı hazırda Naxçıvan şəhərində yuxanda qeyd olunan ünvanda yaşayır və mövcud pandemiyə ilə əlaqədar məhkəmənin hazırlıq iclasında iştirak edə bilməmişdir, ona görə ki, Naxçıvan şəhərindən Bakı şəhərinə təyyarə vasitəsilə gəldiyindən lazımi tarixə aviabiletin alınmasında çətinliklər yaranmışdır, həmçinin hazırki məhkəmə iclasında iştirak etmək üçün o, övladı və ailə başçısı kimi atası onlarla Bakı şəhərinə gəlmək məcburiyyətində qalmışdır. Yalnız aviabiletlərin alınmasına 280 (iki yüz səksən) manat məbləğində xərc çəkilmişdir. Məhkəmə iclaslarında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddiaçı iddianı verdiyi zaman iş üzrə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ünvan 2 ünvanında yaşamış və Bakı şəhəri Nərimanov rayon məhkəməsi iddianı haqlı olaraq icraata qəbul etmiş və heç bir qanun pozuntusuna yol verməmişdir, bu səbəbdən məhkəmə prosesinin gedişatında yaşayış yerini dəyişərək Cavabdeh məhkəməyə müraciət edərkən yol, hüquqi yardım və s.xərclərinin iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı istənilməsi tamamilə əsassızdır və cavabdehin (qarşılıqlı iddiaçının) buna hüququ yoxdur. Məhkəmə iclasında sədrlik edənin “uşaq sağalıbmı?” sualına cavabdeh “min şükür, xeyli irəliləyiş var, hazırda yaxşıdır” deyərək cavab vermiş, sonra düzəliş edərək lakin “müalicəsinin davam etdirməyə ehtiyac var” söyləmişdir. İddiaçı və cavabdehin övladı X6 LOGOS “Psixoloji və X10” 02.12.2019-cu il tarixdən-12.03.2020-ci il tarixədək mərkəzin psixo-pedaqoqu Aytəkin Sandalovanın yanında terapiya keçmiş, lakin ondan sonra həmin mərkəzə müraciət olunmamışdır. Psixo-pedaqoqun, eləcə də loqopedin terapiyası intensiv kurs tələb edir və bu cür xidmətlərin göstərilməsi digər müalicələrdən keçirilən terapiyanın intensivliyi ilə fərqlənir. İşin materiallarından görünür ki, psixo-pedaqoqun müalicəsinə X6 12.03.2020-ci il tarixdən cəlb olunmamışdır. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh məhkəməyə Şəfa X17 tərəfindən verilmiş: 06.11.2020-ci il tarixli, 043570 saylı mədaxil qəbzi, 14.11.2020-ci il tarixli 043571 saylı mədaxil qəbzi və nəhayət 20.11.2020-ci il tarixli 043572 saylı (ümumi 150 (yüz əlli) manat) mədaxil qəbzlərini məhkəməyə təqdim edilmişdir. Qəbzlərin veridliyi tarixlərə və nömrələrinə nəzər salsaq görünür ki, müxtəlif tarixlərdə verilmiş qəbzlərin nömrələri ardıcıl gəlir, buradan belə sual yaranır ki, Şəfa X17ndə pul ödənişini nəzərdə tutan başqa hər hansı əməliyyat aparılmayıbmı? Hansı səbəbdən müxtəlif tarixlərdə verilmiş qəbzlərin nömrələri ardıcıl gəlir? Eyni zamanda həmin qəbzlərə nəzər salsaq qəbzlərin üzərində psixoloji dəstək üçün kimin müraciət etdiyini, kimin ödəniş apardığını müəyyən edilməsi mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən həmin qəbzlərin işin faktiki hallarına uyğun olmadığı, tərəfin tələblərini əsaslandırmadığı, işi düzgün həll etmək üçün əhəmiyyəti olmadığı, sübütların aid edilməsinə dair prosessual qanunvericiliyin tələblərini pozduğu üçün xahiş edirik ki, həmin qəbzlər sübutların siyahısından çıxarılmalıdır. Qarşılıqlı iddiaçı Berlam siropu və Unudrops dərmanlarının təyin olunmasına dair B№011364905 saylı resept təqdim etmiş, buna münasibətdə bunlar dərman preparatları deyil, Bioloji aktiv Əlavələrdir və həkimin resepti olmadan buraxılır, uzağı 1 aylıq təyin olunur, Berlam (Omega 3 və vitamin A) və Unodropsun (Qamma amin yağ turşusu, Qlisin, Maqneziunm, Vitamin B6) tərkibinə nəzər salsaq onlar sırf müalicə deyil, həm də uşağın normal inkişafı üçün müsbət təsir göstərə biləcək bioloji Aktiv Əlavələrdir. Yuxarıda göstərilənlər hallar bir daha onu göstərir ki, tutulan hər ay sabit 125 manat pul məbləğində əlavə xərc X5 xərclənilmir. Eyni zamanda iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı 25.01.2021-ci il tarixdən işləmir, lakin buna baxmayaraq ayda 160 (bir yüz altmış) manat alimenti vaxtı vaxtında ödəyir. Bu səbəbdən alimentin artırılmasına dair qarşılıqlı iddia tələbinin də təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını, ilk iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ilk iddia rədd və qarşılıqlı iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3303/2019 saylı, 19.11.2019-cu il tarixli qətnaməsinin surətinə əsasən iddiaçı X2 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın himayəyə verilməsi, aliment və əlavə xərclər" tələbinə dair iddiası qismən təmin edilərək, Salayeva (Məmmədova) Aynur Şəhriyar qızı ilə İddiaçı arasında 14.08.2015-ci ildə Naxçıvan Şəhər Nikah Evin tərəfindən qeydə alınmış və 347 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 27.06.2016-cı il təvəllüdlü X6 (anası) Salayeva (Məmmədova) Aynur Şəhriyar qızının yanında saxlanılması, İddiaçı 03.07.2019-cu il tarixindən başlayaraq, (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.07.2019-cu il tarixli qərardadı nəzərə alınmaqla) 27.06.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment xərc tutulması, Salayeva (Məmmədova) Aynur Şəhriyar qızının xeyrinə ödənilməsi, İddiaçı 03.07.2019cu il tarixindən başlayaraq, hər ay 125 manat sabit pul məbləğində əlavə xərc tutulması və Salayeva (Məmmədova) Aynur Şəhriyar qızının xeyrinə ödənilması, İddiaçı 100 manat hüquqi yardıma görə ödənilmiş pul, 10 (on) manat məhkəmə xərci və 1180 manat məbləğində əlavə xərc tutulması və Salayeva (Məmmədova) Aynur Şəhriyar qızının xeyrinə ödənilməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4056/2020 saylı, 09.06.2020-ci il tarixli qətnaməsinin surətinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(005)- 3303/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır; Abşeron rayon İcra və probasiya şöbəsinin 18.01.2021-ci il tarixli qərarının surətinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3303/2019 nömrəli, 19.11.2019-cu il tarixli icra sənədinə xitam verilmişdir; Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Uşaq Bərpa Mərkəzinin ünvan 4 ünvanlandığı 04.05.2021-ci il tarixli, 02/34 saylı cavab məktubuna əsasən X6 hər hansı tibbi-reabilitasiya xidməti göstərilməsi ilə bağlı X15 Mərkəzinə müraciət etməmiş və Mərkəz tərəfindən vətəndaşa heç bir xidmət göstərilməmişdir; “LOQOS Psixoloji və X14”inin ünvan 4 ünvanlandığı 17.05.2021-ci il tarixli, 05/327 saylı cavab məktubuna əsasən vətəndaş İddiaçı övladı X6 02.12.2019-cu ildə "xxxx" MMC-yə müraciət etmiş və mərkəzin psixo-pedaqoqu Aytəkin Sandalova tərəfindən konsultasiya olunmuş, 02.12.2019-cu il tarixindən 12.03.2020-ci il tarixinədək Aytəkin Sandalovamn yanında terapiya keçmiş, X6 02.12.2019-12.03.2020-ci il tarixləri arasında ümumilikdə 40 seansda iştirak edib və bunun müqavilində 875 AZN (Səkkiz yüz yetmiş beş manat, 00 qəpik) ödəniş etmişdir; Naxçıvan Şəhər İcra və probasiya şöbəsinin 04.08.2021-ci il tarixli arayışına əsasən İddiaçı tələbkar X4 2021-ci ilin avqust ayınadək əlavə xərc üzrə 2750 manat borcu vardır; X8 tərəfindən imzalanmış və Naxçıan şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən notarial qaydada təsdiq edilmiş 20.08.2021-ci il tarixli ərizənin surətinin mətnində “Bildirirəm ki, X6, spektr-pozuntusu (Nitq inkişafının geriləməsi, anlama-qavramasında zəiflik, sosial münasibətlərdə pozuntu, digər inşalarla ünsiyyət qurmaq bacarığında zəiflik, göz təmasının qurulmaması) diaqnozu ilə, 04.06.2020-ci il tarixdən etibarən, fərdi şəkildə, həftədə 5 dəfə olmaqla (1dərs=45=10man) dərslərdə iştirak edir” göstərilmişdir; Naxçıvan şəhər “Şəfa” X17 tərəfindən verilmiş 20.08.2021-ci il tarixli, 0/71 saylı tibbi arayışdan görünür ki, X6 həftədə 5 gün (5 dərs) Naxçıvan “Şəfa” X17ndə loqoped-psixoloq tərəfindən psixoloji dəstək alır. Diaqnoz: Spektor pozuntusu; Naxçıvan şəhər “Şəfa” X17 tərəfindən verilmiş 24.11.2020-ci il tarixli, 0/537 saylı tibbi arayışdan görünür ki, X6 həftədə 5 gün Naxçıvan “Şəfa” X17ndə loqoped-psixoloq tərəfindən psixoloji dəstək alır. Diaqnoz: Spektor pozğunluğu; Naxçıvan şəhər “Şəfa” X17 tərəfindən verilmiş 06.11.2020, 14.11.2020, 20.11.2020-ci il tarixli mədaxil qəbzlərinə əsasən psixoloji dəstək üçün hər seansın qiyməti 10 manat olmaqla, ümumi 150 manat ödəniş edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında nikah pozulmuş, tərəflərin birgə nikahından 27.06.2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3303/2019 saylı, 19.11.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı 03.07.2019-cu il tarixindən başlayaraq, (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.07.2019-cu il tarixli qərardadı nəzərə alınmaqla) 27.06.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment xərc tutulması, Salayeva (Məmmədova) Aynur Şəhriyar qızının xeyrinə ödənilməsi, İddiaçı 03.07.2019-cu il tarixindən başlayaraq, hər ay 125 manat sabit pul məbləğində əlavə xərc tutulması və Salayeva (Məmmədova) Aynur Şəhriyar qızının xeyrinə ödənilməsı, İddiaçı 100 manat hüquqi yardıma görə ödənilmiş pul, 10 (on) manat məhkəmə xərci və 1180 manat məbləğində əlavə xərc tutulması və Salayeva (Məmmədova) Aynur Şəhriyar qızının xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı hər ay 125 manat sabit pul məbləğində əlavə xərcin tutulmasından azad edilməsi, əlavə xərclə bağlı yığılmış 2750 manat məbləğində borcun ləğv edilməsi tələbini irəli sürmüşdir. Qarşılıqlı iddiaçı isə ilk iddianı qəbul etməmiş, cavabdeh İddiaçı 300 (üç yüz) manat məbləğində pulun tutularaq, sağlamlıq imkanları məhdud ümumi uşağa, yəni 27.06.2016-cı il təvəllüdlü X5 qulluq edən və maddi yardıma ehtiyacı olan Cavabdeh ödənilməsi, cavabdeh İddiaçı tutulan alimentin məbləğinin artırılaraq 175 (bir yüz yetmiş beş) manat və əlavə xərclərin məbləğinin artırılaraq 140 (bir yüz qırx) manat müəyyən edilməsi, cavabdeh İddiaçı tərəfindən qərəzli olaraq indiyədək ödənilməyən əlavə xərc üzrə yaranmış borc məbləğlərinin (məbləğlərin müəyyən edilməsi üçün mühasibatlıq ekspertizasının keçirilməsi zərərurəti yaranarsa ekspertizanın keçirilməsi barədə müvafiq qərardadın qəbul olunması) faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulunun hesablanaraq cavabdehdən tutulması, əsassız iddia tələbləri ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınması ilə əlaqədar məcburi yaranmış yol və digər zəruri xərclərin, hüquqi yardıma görə vəkilə ödənilən məbləğlərin - ümumilikdə 500 (beş yüz) manat məbləğin cavabdeh İddiaçı tutulmasını xahiş etmişdir. Məhkəmə ilk iddia tələbini əsassız hesab edir. Belə ki, ilk İddiaçı əlavə xərc olaraq tutulmuş alimentin uşağın mənafeyinə görə deyil, cavabdeh (anası) tərəfindən öz mənafeyi üçün xərclənməsini göstərsə də, məhkəmə iclasında işin hər hansı halı ilə müəyyən edilmədi. Digər tərəfdən İddiaçı övladının sağalmasını və uşağın terapiyaya ehtiyacının artıq olmamasını qeyd etsə də, Salayeva (Məmmədova) Aynur Şəhriyar qızının məhkəməyə təqdim etdiyi sübutlarla bu hal təkzib olunur. Belə ki, hazırda Naxçıvan şəhərində yaşayan və qeydiyyatda olan Salayeva (Məmmədova) Aynur Şəhriyar qızının məhkəməyə təqdim etdiyi sübutlarla müəyyən edilir ki, 27.06.2016-cı il təvəllüdlü X6 hazırda da psixoloq dəstəyi alır. Azərbaycan Respublikası AM-nin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qarşlıqlı iddiaçı Salayeva (Məmmədova) Aynur Şəhriyar qızı 27.06.2016-cı il təvəllüdlü X3 müalicəsi ilə əlaqədar çəkilən xərclərin artırılmalı olmasına istinad etsə də, o, uşağın hər ay müalicəsinə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 125 manat əlavə xərcdən artıq sərf etməsinə dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası AM-nin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qanunun mənasına görə valideynin əlavə xərclərə cəlb olunması dedikdə, bütün müalicə xərclərinin əlavə xərclərə cəlb olunmalı olan valideyndən tutulması deyil, həmin valideyndən əlavə xərcin müəyyən hissəsinin tutulması nəzərdə tutulur. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın hər ay müalicəsi ilə əlaqədar 125 manatdan artıq vəsait sərf etməsi müəyyən edilmədiyindən, eyni zamanda həmin xərcdən tam azad olunma və ya yığılmış borcun silinməsi üçün əsaslar olmadığından ilk və qarşlıqlı iddia tələbləri bu hissələrdə rədd olunmalıdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdehdən uşağın saxlanılması üçün 175 manat alimentin tutulmasını tələb etməklə, hüquqi nəticə etibarı ilə həmin uşağın saxlanılması üçün cavabdehdən artıq məhkəmə qaydasında tutulmuş aliment məbləğinin dəyişdirilməsini (artırılmasını) tələb edir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki bu hissədə qarşılıqlı iddia tələbi “müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi” tələbi kimi qiymətləndirilməli və məhz bu tələbə hüquqi qiymət verilməlidir. Məhkəmə məhkəmə “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən aliment məbləğinin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı Cavabdeh iddiası ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, qarşılıqlı iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ər ay xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay hər uşağa görə 175 manat məbləğində müəyyən edilməlidir. İddiaçı «yığılmış 2625 məbləğdə borcun ləğv edilməsi və hər ay 125 manat sabit pul məbləğində əlavə xərclərin çəkilməsindən azad olunması» ilə bağlı tələbi təmin oluna bilməz, belə ki, ilk iddiaçı maddi vəziyyətində əhəmiyyətli dəyişiklik olması və ya özünün əmək qabiliyyətinin olmaması, uşağın müalicəyə ehtiyacının artıq olmamasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qarşılıqlı idiaçının «cavabdeh İddiaçı 300 (üç yüz) manat məbləğində pulun tutularaq, sağlamlıq imkanları məhdud ümumi uşağa, yəni 27.06.2016-cı il təvəllüdlü X5 qulluq edən və maddi yardıma ehtiyacı olan Cavabdeh ödənilməsi və indiyədək ödənilməyən əlavə xərc üzrə yaranmış borc məbləğlərinin (məbləğlərin müəyyən edilməsi üçün mühasibatlıq ekspertizasının keçirilməsi zərərurəti yaranarsa ekspertizanın keçirilməsi barədə müvafiq qərardadın qəbul olunması) faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulunun hesablanaraq cavabdehdən tutulması» barədə tələbini əsassız hesab edir. Belə ki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, arvadın ərdən aliment tələb etməsi bir-neçə şərtin – ərin zəruri vəsaitə malik, eləcə də arvadın maddi vəziyyətinin ona bunu tələb etməyə haqq qazandıracaq qədər aşağı olmasının mövcudluğundan asılıdır. Yəni aliment tələb olunan ərin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minumum dolanışığını təmin etsin, eyni zamanda (keçmiş) arvada bu gəlirdən aliment tutmaq mümkün olsun, həmçinin (keçmiş) arvad işləmədiyi və uşağa baxdığı üçün müstəqil qazanca sahib olmasın. Məhkəmə qarşılıqlı iddiaçının yol xərci və digər xərclərin cavabdehdən tutulmasına dair hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh iddia ərizəsi icraata qəbul edildikdən sonra yaşayış yerini dəyişməsi və bununla bağlı xərcin isə İddiaçı tutulması ədalətli və əsaslı sayıla bilməz. Buna görə də iddia həmin hissədə rədd olunmaldır. Digər tərəfdən, qarşılıqlı iddiaçının hüquqi yardıma görə ödənilmiş xərcin cavabdehdən tutulması tələbi də əsassızdir. Belə ki, hazırkı iddia ərizəsinə baxılmasında vəkillə təmin olunmanı məcburi edən prosessual əsas yoxdur. Belə olan halda, Cavabdeh vəkil xidmətindən istifadə etməsi və bu xərcin cavabdehdən tutulması təmin oluna bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3303/2019 saylı mülki iş üzrə qəbul etdiyi 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 manat aliment miqdarı dəyişdirilməli, 18. 27.06.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər aya görə 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment tutularaq Cavabdeh verilməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması, əlavə xərcin ləğv edilməsi, yığılmış borcun silinməsi” tələbinə dair ilk iddia tələbi rədd edilsin. Cavabdeh İddiaçı qarşı “alimentin və əlavə xərcin artırılması və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3303/2019 saylı mülki iş üzrə qəbul etdiyi 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 manat aliment miqdarı dəyişdirilsin. 27.06.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər aya görə 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment tutularaq Cavabdeh verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. İlk İddiaçı ödədiyi dövlət rüsumu özünə aid edilsin. Cavabdeh tərəfindən ödənilməmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3253/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3253/2021
30.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver