Məhkəmə qərarları › İş №2(005)-327/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-327/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-327/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə və Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin etibarsız hesab edilməsi və yeni qiymətləndirmənin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin etibarsız hesab edilməsi və yeni qiymətləndirmənin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı şəxsə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, 116 və 117 nömrəli mənzillərin Cavabdeh tərəfindən aparılmış xx xxxxxx 2016-cı il tarixli 718/16 nömrəli qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi və yeni qiymətləndirmənin təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(009)-225/2017 nömrəli qətnaməsinə əsasən iddiaçı “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “borcun tutulması, ödəmənin ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, 116 və 117 nömrəli mənzillərə yönəldilməsi, mülkiyyətçi İddiaçı, habelə həmin mənzildə qeydiyyatda olan və yaşayan digər şəxslərin mənzildən çıxarılması” barədə iddiası təmin edilmişdir. Qətnamənin icrası ilə bağlı verilmiş icra vərəqəsinə dair icra hərəkətlərini həyata keçirən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş sifarişə əsasən Cavabdeh tərəfindən iddiaçı şəxs məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, 116 və 117 nömrəli mənzillərin qiymətləndirilməsi aparılmış və həmin Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspert rəyinə əsasən qeyd edilən mənzillər müvafiq olaraq 110.000 (bir yüz on min) və 95.000 (doxsan beş) manat ilkin qiymətləndirmə dəyəri ilə hərraca çıxarılmış və hərrac xx xxxxxxxx 2020ci il tarixə təyin edilmişdir. Lakin qeyd edilən qiymətləndirmə Azərbaycan Respublikası Mülki Məcəlləsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydaların pozulması ilə keçirildiyi üçün etibarsız hesab edilməlidir. Belə ki, bu qiymətləndirmə daşınmaz əmlakın bazar dəyərinin müəyyənləşdirilməsi prinsiplərinə zidd olmaqla, əmlakın faktiki bazar qiymətindən kəskin surətdə fərqlənərək, xeyli aşağıdır. Belə ki, mübahisəli yaşayış sahələri qiymətləndirilərkən əmlaka əsassız olaraq aşağı qiymət təyin edilmiş, qiymətləndirmə barədə iddiaçı şəxsə məlumat verilməmiş, mənzillərə baxış keçirilməmişdir. Eyni zamanda, qiymətləndirmə hesabatında qiymətləndirilən mənzillərin texniki göstəricilərinə və sair məlumatlara istinad edilməmişdir, baxmayaraq ki, həmin mənzillər bir-biri ilə birləşdirilmiş və nəticədə bir mənzil kimi istismar olunur. Bu xüsusat da qiymətləndirmə zamanı nəzərə alınmamışdır. Halbuki, hazırda daşınmaz əmlakla bağlı bazar qiymətlərində olan tendensiyaya əsasən orta bazar qiymətləri artmışdır. Başqa sözlə, hazırki mübahisəli qiymətləndirmə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları”nda nəzərdə tutulan tələblərin, habelə qiymətləndirmə standartlarının və normalarının pozulması ilə keçirilmişdir. Belə olan halda qiymətləndirmə etibarsız sayılmalıdır. “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti mülki iş üzrə mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 xx xxxxxx 2020-ci il tarixdə yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iddia tələbi qanunun tələblərinə cavab vermədiyindən və əsassız olduğundan aşağıdakı qeyd olunmuş əsaslara görə rədd olunmalıdır. Bununla bağlı bildirmək lazımdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 nömrəli xx xxxxxx 2017-ci il tarilxli qətnaməsi ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və X2 “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə: xx xxx 2014-cü il tarixli, 4 nömrəli kredit sazişi üzrə 179.790 (bir yüz yetmiş doqquz min yeddi yüz doxsan) manat məbləğində əsas, 31.457,88 (otuz bir min dörd yüz əlli yeddi manat səksən səkkiz qəpik) manat məbləğində faiz (1.817,88 (bir min səkkiz yüz on yeddi manat səksən qəpik) manat məbləğində kapital və 29.640 (iyirmi doqquz min altı yüz qırx) manat məbləğində gecikmə faizi) və 2.000 (iki min) manat məbləğində cərimə olmaqla, cəmi 213.247.88 (iki yüz on üç manat iki yüz qırx yeddi manat səksən səkkiz qəpik) manat məbləğində borcun; xx xxx 2014-cü il tarixli, 5 nömrəli kredit sazişi üzrə 169.801,67 (bir yüz altmış doqquz min səkkiz yüz bir manat altmış yeddi qəpik) manat məbləğində əsas, 29.752,92 (iyirmi doqquz min yeddi yüz əlli iki manat doxsan iki qəpik) manat məbləğində faiz (1.782,92 (bir min yeddi yüz səksən iki manat doxsan iki qəpik) manat məbləğində kapital və 27.970 (iyirmi yeddi min doqquz yüz yetmiş) manat məbləğində gecikmə faizi) və 2.000 (iki min) manat məbləğində cərimə olmaqla, cəmi 201.554,59 (iki yüz bir min beş yüz əlli dörd manat əlli doqquz qəpik) manat məbləğində borcun, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 19 (on doqquz) manat məbləğində poçt xərcinin müştərək qaydada tutulması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin təmin edilmiş tələblərinin ödənilməsi, daşınmaz əmlaklar satıldıqdan sonra əmlakların istifadə hüquqları itirilmiş hesab edilməklə 1 (bir) ay müddətində boşaldılması və bankın xeyrinə tutulan borc ödəlildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin X3, İddiaçı, X7 və X8 qaytarılması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 nömrəli xx xxxxxx 2017-ci il tarilxli qətnaməsindən tərəflərin verdiyi şikayətlərə rəğmən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirlmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə qanuni qüvvəsini almışdır. Hal hazırda qətnamənin icrası ilə bağlı keçirilmiş hərraclar nəticəsində İddiaçı adına olan əmlak hərracdan satılmamış, bu səbəbdən qalib alıcı olmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmlakın əldə olunması üçün ipoteka saxlayan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə təklif olunmuşdur və bank tərəfindən bu təklifə müsbət cavab verilmişdir. Bundan xəbərləri olan iddiaçı şəxs bu vasitə ilə məhkəmə qərarının icra edilməsinə suni olaraq maneələr yaratmaq niyyətindədir. Belə ki yuxarıda qeyd edilənlərdən və təqdim edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarından da görünür ki, qanuni qüvvəsini almış məhkəmə qərarı üzrə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə külli miqdarda borcları var və həmin öhdəliklər hazırda onlar tərəfindən icra edilmir. İddiaçı şəxs iddia ərizəsində qeyd edir ki, “qətnamənin icrası ilə bağlı verilmiş icra vərəqinə dair icra hərəkətlərini həyata keçirən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş sifarişə əsasən Cavabdeh tərəfindən iddiaçı şəxsə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, 116 və 117 nömrəli mənzillərin qiymətləndirilməsi aparılmış və həmin Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspert rəyinə əsasən həmin mənzillər müvafiq olaraq 110.000 (bir yüz on min) və 95.000 (doxsan beş) manat ilkin qiymətləndirmə dəyəri ilə hərraca çıxarılmış və hərrac xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Bununla bağlı birinci onu qeyd etmək lazımdır ki, iddia ərizəsində qeyd olunan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, 117 nömrəli mənzil “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş kreditin təminatı olaraq “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən bankda ipoteka ilə yüklü edilmişdir. Yəni, qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, 116 nömrəli mənzil İddiaçı mülkiyyətində deyil, həmin mənzil X7 məxsusdur. İkincisi onu da qeyd etmək yerinə düşərdi ki, iddia ərizəsinə əlavə edilən Cavabdeh ekspert rəyindən açıq aydın görünür ki, əmlak qiymətləndirilməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qərardadı əsasında Cavabdeh tərəfindən aparılmışdır. Yəni, qiymətləndirmə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfinin sifarişi əsasında aparılmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddia ərizəsi tamamilə əsassız və qanuna uyğun verilməmişdir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, İddiaçı banka qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Müvafiq iddia ərizəsində göstərilənlər formal xarakterlidir. Hesab edir ki, bu iddia ilə məhkəməyə müraciət etməkdə məhz “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə olan kredit borclarını bu üsulla ödəməkdən yayınmaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara nəzərə alaraq, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0,03534 ha torpaq sahəsində yerləşən 253 nömrəli, 12 mərtəbəli binanın 1-ci girişində, 8-ci mərtəbəsində yerləşən 39,7 kv.metr yaşayış sahəsindən ibarət üç otaqlı 116 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 4678 nömrəli vərəqində xx xxx 2006-cı il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0,03534 ha torpaq sahəsində yerləşən 253 nömrəli, 12 mərtəbəli binanın 1-ci girişində, 8-ci mərtəbəsində yerləşən 36,7 kv.metr yaşayış sahəsindən ibarət iki otaqlı 117 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 4701 nömrəli vərəqində xx xxx 2006-cı il tarixdə qeydiyyata alınmışdır; “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin “Səbail” filialı ilə borcalan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X11 və ipoteka qoyan İddiaçı arasında bağlanmış xx xxxx 2013cü il tarixli ipoteka müqaviləsinin surətindən və məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin “Səbail” filialı ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X11 arasında bağlanmış eyni tarxili kredit müqaviləsinin təminatı qismində borclu şəxsə xüsusi mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0,03534 ha torpaq sahəsində yerləşən 253 nömrəli, 12 mərtəbəli binanın birinci girişində və 8-ci mərtəbəsində yerləşən 36,7 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 117 nömrəli mənzil ipotekaya qoyulmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, tam mülkiyyət hüququ üzrə X7 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0,03534 ha torpaq sahəsində yerləşən 253 nömrəli, 12 mərtəbəli binanın 1-ci girişində, 8-ci mərtəbəsində yerləşən 39,7 kv.metr yaşayış sahəsindən ibarət üç otaqlı 116 nömrəli mənzil “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Səbail filialının xeyrinə daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 4678 nömrəli vərəqində xx xxxxxx 2013-cü il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0,03534 ha torpaq sahəsində yerləşən 253 nömrəli, 12 mərtəbəli binanın 1-ci girişində, 8-ci mərtəbəsində yerləşən 36,7 kv.metr yaşayış sahəsindən ibarət iki otaqlı 117 nömrəli mənzil “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Səbail filialının xeyrinə daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 4701 nömrəli vərəqində xx xxxxxx 2013-cü il tarixdə qeydiyyata alınmışdır; Cavabdeh xx xxxxxx 2016-cı il tarixli ƏEM/D 15-718/16 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 nömrəli evin 116 nömrəli mənzilinin xx xxxxxx 2016-cı il tarixinə olan bazar qiyməti 110.000 (bir yüz on min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 nömrəli evin 117 nömrəli mənzilinin xx xxxxxx 2016-cı il tarixinə olan bazar qiyməti 95.000 (doxsan beş min) manat məbləğində müəyyən edilmişdir; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, iddiaçı “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, X8, X3, İddiaçı və X7 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və X2 iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə: xx xxx 2014-cü il tarixli, 4 nömrəli kredit sazişi üzrə 179.790 (bir yüz yetmiş doqquz min yeddi yüz doxsan) manat məbləğində əsas, 31.457,88 (otuz bir min dörd yüz əlli yeddi manat səksən səkkiz qəpik) manat məbləğində faiz (1.817,88 (bir min səkkiz yüz on yeddi manat səksən qəpik) manat məbləğində kapital və 29.640 (iyirmi doqquz min altı yüz qırx) manat məbləğində gecikmə faizi) və 2.000 (iki min) manat məbləğində cərimə olmaqla, cəmi 213.247.88 (iki yüz on üç manat iki yüz qırx yeddi manat səksən səkkiz qəpik) manat məbləğində borcun; xx xxx 2014-cü il tarixli, 5 nömrəli kredit sazişi üzrə 169.801,67 (bir yüz altmış doqquz min səkkiz yüz bir manat altmış yeddi qəpik) manat məbləğində əsas, 29.752,92 (iyirmi doqquz min yeddi yüz əlli iki manat doxsan iki qəpik) manat məbləğində faiz (1.782,92 (bir min yeddi yüz səksən iki manat doxsan iki qəpik) manat məbləğində kapital və 27.970 (iyirmi yeddi min doqquz yüz yetmiş) manat məbləğində gecikmə faizi) və 2.000 (iki min) manat məbləğində cərimə olmaqla, cəmi 201.554,59 (iki yüz bir min beş yüz əlli dörd manat əlli doqquz qəpik) manat məbləğində borcun, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 19 (on doqquz) manat məbləğində poçt xərcinin müştərək qaydada tutulması, ipoteka predmetləri: Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 (doxsan min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 nömrəli evin 117 nömrəli mənzilinin ilkin satış qiyməti 95.000 (doxsan beş min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 nörməli evin 116 nömrəli mənzilinin ilkin satış qiyməti 110.000 (bir yüz on min) manat və Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 nömrəli fərdi yaşayış evinin isə ilkin satış qiyməti 128.000 (bir yüz iyirmi səkkiz min) manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, qeyd edilən əşyaların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına iddiaçı “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin təmin edilmiş tələblərinin ödənilməsi, qeyd edilən daşınmaz əşyalar satıldıqdan sonra X1 Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 nömrəli fərdi yaşayış evindən, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 nörməli evin 117 nömrəli mənzilindən, X4 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 nömrəli evin 116 nömrəli mənzilindən və X5 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməklə həmin daşınmaz əşyaların 1 (bir) ay müddətində boşaldılması, “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi müvafiq olaraq X3, İddiaçı, X7 və X8 qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan: 500 (beş yüz) manat “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və X2 müştərək qaydada tutularaq Cavabdeh hesabına, 50 (əlli) manat məbləğində pul vəsaitinin isə dövlət nəfinə ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(103)- 3155/2018 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, müvafiq qətnamə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən iddiaçı “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti, cavabdehlər X11 və X12 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(102)-8473/2018 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(103)-3155/2018 nömrəli qətnaməsindən iddiaçı “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh X11 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməyərək, , Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; xx xxxxxx 2020-ci il tarixli 4044 nömrəli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun: 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.); 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0,03534 ha torpaq sahəsində yerləşən 253 nömrəli, 12 mərtəbəli binanın 1-ci girişində, 8-ci mərtəbəsində yerləşən 36,7 kv.metr yaşayış sahəsindən ibarət iki otaqlı 117 nömrəli mənzilinin ilkin satış qiyməti Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə 95.000 (doxsan beş min) manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş əmlakın satış dəyərinin yenidən müəyyən olunması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx xxxxxx 2007-ci il trixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiasının mülkiyyətində olan mənzil ilə bağlı heç bir hüquqi əsası yoxdur, iddiaçı şəxs iddiasını həmin hissədə əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı şəxsin iddia ərizəsinin digər mənzilə münasibətdə iddia tələbi buna hüququ olmayan şəxs tərəfindən verildiyindən iddia ərizəsi digər mənzilə münasibətdə də təmin edilməməlidir. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0,03534 ha torpaq sahəsində yerləşən 253 nömrəli, 12 mərtəbəli binanın 1-ci girişində, 8-ci mərtəbəsində yerləşən 39,7 kv.metr yaşayış sahəsindən ibarət üç otaqlı 116 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 4678 nömrəli vərəqində xx xxx 2006-cı il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, İddiaçı qeyd olunan mənzilin mülkiyyətçisi olmadıgından, hazırki iddia tələbi ilə müraciət etmək hüququna malik olmamış, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə və Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin etibarsız hesab edilməsi və yeni qiymətləndirmənin təyin edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi rədd edildiyindən İddiaçı özünə aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə və Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin etibarsız hesab edilməsi və yeni qiymətləndirmənin təyin edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar