Məhkəmə qərarları › İş №2(005)-3292/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3292/2021

14.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3292/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2040/2017 saylı 10.03.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xeyrinə 02.05.2006-cı il təvəllüdlü X7 və 26.01.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının azaldılması, Cavabdeh xeyrinə ondan 02.05.2006-cı il təvəllüdlü X7 və 26.01.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla hər ay cəmi 200 (iki yüz) manat olmaqla sabit pul məbləğində barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1649/2014 saylı 28.03.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası təmin edilmiş, 02.05.2006-cı il təvəllüdlü X7 və 26.01.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı cəmi 206 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6229/2016 saylı 12.08.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbi təmin edilərək 02.05.2006cı il təvəllüdlü X7 və 26.01.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı cəmi 240 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2040/2017 saylı 10.03.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbi təmin edilərək 02.05.2006-cı il təvəllüdlü X7 və 26.01.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı cəmi 273,2 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı X3 ilə faktiki nikaha daxil olmuş və həmin nikahdan 03 aprel 2013-cü il təvəllüdlü X6 və 29.07.2015-ci il təvəllüdlü X4 anadan olmuşlar. Sözsüz ki, həmin uşaqların saxlanması da iddiaçı tərəfindən həyata keçirilir. Qeyd edilmiş məhkəmə qətnamələrinə əsasən İddiaçı üzərinə yerinə yetirilməsi qeyri-mümkün olan öhdəliyin qoyulması qanunazidd hal hesab edilməli, həmçinin ailə vəziyyətində olan dəyişikliklər nəzərə alınmalıdır. Yuxarıda qeyd edilən qətnamələrə əsasən İddiaçı üzərinə qoyulmuş öhdəliyi-alimentin ödənilməsini həyata keçirməkdə maddi imkanının olmamasını, çətinlik çəkməsini yığılmış aliment borcu və borcunu ödəyə bilmədiyi üçün barəsində inzibati həbs seçilməsi barədə qərarlar da sübut edir. Eyni zamanda uşaqların saxlanılmasında valideynlərin bərabər öhdəlik daşımalarını nəzərə alaraq hesab edir ki, 02.05.2006-cı il təvəllüdlü X7 və 26.01.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı azaldılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh bildirmişdir ki, qətnamə ilə müəyyən edilmiş aliment uşaların tələbatını tam ödəmir. Hazırda heç bir yerdə işləmir, iddia tələbini qəbul etmir, rədd olunmasını xahiş edir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2040/2017 saylı, 10.03.2017-ci il tarixli qətnaməsinin surətinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı «alimentin-artırılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, 02 may 2006-cı il təvəllüdlü X5 və 26 yanvar 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği artırılması və hər ay, hər uşaq üçün sabit pul məbləğində - yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq aliment müəyyən edilməsi qət edilmişdir; ASAN 1 tərəfindən 03.04.2029-cu il tarixdə verilmiş AZE seriyalı, 11364316 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə 03.04.2013-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş X6 ünvan 1 ünvanında qeydiyyatdadır. X11, atası İddiaçıdir; ASAN 1 tərəfindən 29.07.2031-ci il tarixdə verilmiş AZE seriyalı, 11364379 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə 29.07.2015-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş X4 ünvan 1 ünvanında qeydiyyatdadır. X11, atası İddiaçıdir; Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmamışdır; İddiaçıdan tutulmalı olan alimentin yeni məbləğinə və bununla bağlı dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçının əmək qabiliyyətli olmasını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçıdan tutulmalı olan alimentin azaldılması ədalətli deyildir. Buna görə də, iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar