Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3293/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi və vəkili-Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Ləğv Prosesində olan Cavabdeh1 ASC-yə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyündən azad olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ləğv Prosesində olan Cavabdeh1 ASC-yə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyündən azad olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 570 kv.m iimumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) ipoteka qoyulmasına dair 25.02.2011-ci il tarixli, İPİ 48/8-AZN nömrəli və 04.08.2011-ci il tarixli, SİPİ 287/8-AZN nömrəli ipoteka müqavilələrinə xitam verilməsi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin ipoteka müqavilələrinə əsasən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsi və Ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən İddiaçı məxsus Xaçmaz şəhəri. Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri- yaşayış binasına (mağaza) dair sənədlərin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 08.07.2013cü il tarixli, 2(067)-843/2013 saylı Qətnaməsinə əsasən, İpoteka qoyulmuş İddiaçı qızma məxsus Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binasının (mağaza) açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait hesabına 25evral 2011-ci il tarixli, 48/8-AZN saylı kredit müqaviləsi üzrə 112965,13 (bir yüz on iki min doqquz yüz altmış beş manat, on üç qəpik) manat əsas, 15707,26 (on beş min yeddi yüz yeddi manat, iyirmi altı qəpik) manat faiz. 100 (bir yüz) manat cərimə və 04 avqust 2011-ci il tarixli kredit müqviləsi (səkkiz min altı yüz əlli səkkiz manat oyuz bir qəpik) manat faiz, 50 (əlli) manat cərimə, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı “Dəmirbank" ASC-yə verilməsi, qalan məbləğin İddiaçı Ağadadş qızma verilməsi, İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas. 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) boşaldılması qət edilmişdir. Xaçmaz rayon Məhkəməsinin 08.07.2013-cü il tarixli, 2(067)-843/2013 saylı Qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Xaçmaz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Xaçmaz rayon Məhkəməsinin 08.07.2013-cü il tarixli, 2(067)-843/2013 saylı İcra vərəqəsinə əsasında Xaçmaz rayon İcra və Probasiya şöbəsi 09.12.2013-cü il tarixli, 1468/2013 saylı Sifariş məktubu vermiş və ipoteka predmetinin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı qızma məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) ilkin satış qiyməti 380.000 (üç yüz səksən min) manat məbləğində müəyyənləşdirilmişdir. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 19.12.2018-ci il tarixli, 3677/06 saylı Sifariş məktubuna əsasən ipoteka predmetinin açıq hərracdan satılması və hərracın keçirilməsi “X3" MMC-yə (yeni adı “Capitah Auction" MMC) həvalə edilmişdir, “X3" MMC tərəfindən 28.01.2019-cu il tarxində ipoteka predmetinin ilkin satış qiyməti 380.000 (üç yüz səkkəsn min) manat olmaqla birinci hərracı keçirilmişdir. Lakin iştirakçı olmadığından hərrac baş tutmamışdır. Bundan sonra “X3" MMC (yeni adı 'Capitals Auction " MMC) tərəfindən 18.02.2019-cu il tarxində ipoteka predmetinin ilkin satış qiymətindən 15% az olmaqla yəni 323.000 (üç yüz iyirmi üç min) manat olmaqla ikinci hərrac keçirilmişdir. Lakin alıcı olmadığından hərrac baş tutmamışdır. Bununla bağlı “Kaspi" qəzetində elan dərc olunmuşdur. İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi. 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası (mağaza) təkrar hərracdan satılmadığından “X3" MMC (yeni adı “Capitals Auction" MMC) tərəfindən ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 % aşağı qiymətlə ipoteka saxlayan "xxxx" ASC-yə təklif olunmuşdur. “X3” MMC-nin (yeni adı “Capitals Auction" MMC) Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 11.11.2020-ci il tarixli, 513 nömrəli məktubundan görünür ki, ipoteka saxlayan bu təklifi qəbul etmədiyindən “X3” MMC (yeni adı "xxxx" MMC) tərəfindən “İpoteka haqqında" Azərbaycan Respubikasının Qanununun 43.8-ci maddəsinə əsasən sənədlər toplusu Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmışdır. Onu da qeyd etməliyik ki. həmin ipoteka predmetinin ipoteka saxlayan "xxxx" ASC’ tərəfindən əldə olunması barədə məlumat əldə etmək üçün Xaçmaz Rayon İcra və Probasiya şöbəsi tərəfindən ipoteka saxlayana məktub ünvanlanmışdır. Həmin məktuba cavab olaraq, ipoteka saxlayan tərəfindən “İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 17.1.10-cu maddəsinə əsasən, icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması barədə qərarın qəbul edilməsi xahiş olunmuşdur. Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin 19.01.2012-ci il tarixli, 3677/13 saylı qərarına əsasən icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması barədə qərar qəbul edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Ləğv Prosesində olan Cavabdeh1 ASC-yə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli, 2(067)-843/2013 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, ipoteka qoyulmuş İddiaçı qızma məxsus Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait hesabına 25 fevral 2011-ci il tarixli, 48/8-AZN saylı kredit müqaviləsi üzrə 112965,13 (bir yüz on iki min doqquz yüz altmış beş manat, on üç qəpik) manat əsas, 15707, 26 (on beş min yeddi yüz yeddi manat, iyirmi altı qəpik) manat faiz, 100 (bir yüz) manat cərimə və 04 avqust 2011-ci il tarixli kredit müqviləsi (səkkiz min altı yüz əlli səkkiz manat oyuz bir qəpik) manat faiz, 50 (əlli) manat cərimə, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı “Dəmirbank" ASC-yə verilməsi, qalan məbləğin İddiaçı Ağadadş qızma verilməsi, İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) boşaldılması qət edilmişdir. 27 mart 2014-cü il tarixli 14-202 №-li əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, İddiaçı məxsus olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyri-yaşayış binasının bugünkü günə qiyməti 380000 manat təşkil edir. “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair 05 fevral 2019-cu il tarixli 20/123-1 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyri-yaşayış binasını 380.000 (bir yüz səksən min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 18 fevral 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir; “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair 28 dekabr 2018-ci il tarixli 20/123 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyri-yaşayış binasına dair açıq auksion formasında hərracın keçirilməsi 28 yanvar 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir; “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 11.11.2020-ci il tarixli 513 nömrəli məktubundan görünür ki, Sizin 3677/06 nömrəli, 17.12.2018-ci il tarixli sifarişinə əsasən X1 mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0.04448 ha torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 570 kv.m olan qeyri-yaşayış binası .açıq hərracda satılmasına dair Xaçmaz rayon Məhkəməsi 2(067)-843/20l3 saylı 08.07.2^13-ci il tarixli icra vərəqəsi "X3" MMC-yə göndərilmişdir. X2 mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0.04448 ha torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 570 kv.m olan qeyri-yaşayış binası 28.01.2019 -ci il tarixində ilkin satış qiyməti 380000 manata, 18.02.2019 - ci il tarixində ilkin satış qiyməti 15% endirimlə 323000 manata açıq hərraca çıxarılsa da iştirakçı olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı “Kaspi" qəzetində elan dərc olunmuşdur. Yuxarıda qfeyd edilənləri nəzərə alaraq. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunun 43.8-cü maddəsinə əsasən sənədlər toplusu Xaşmaz rayon icra və Probasiya Şöbəsinə qaytarılır. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 19 yanvar 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən və məzmunundan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli, 2(067)-843/2013 saylı sənədi üzrə icraat dayandırılması qərara alınmışdır. LPO Cavabdeh1 ASC tərəfindən 28 dekabr 2020-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Şöbənin icraatında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-843/2013 saylı. 08 07 2013 cü il tarixli icra sənədinə əsasən ipoteka predmetı olan tələbin yönəldildiyi İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 2 mərtəbə 570 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası (mağaza) açıq hərrac vasitəsi ilə saMarac'; əldə edilmiş vəsait hesabına cavabdehin LPO "xxxx" ASC-yə olan borcunun odənilməsi qərara alınmışdır. Yaranmış zərurətlə əlaqədar olaraq “icra haqqında" AR Qanununun 17 1 10-cu maddəsrc əsasən icra sənədi üzrə icraatın dayandırılmasına dair qərar qəbul etməyinizi xahiş edirik “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 fevral 2019-cu il tarixli, 244 №-li LPO Cavabdeh1 ASC-yə ünvanlanmış məktubdan görünür ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 3677/06 nömrəli 17.12.2018-ci il tarixli sifarişinə əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0,04448 ha torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 570 kv.m olan qeyri-yaşayış binasının açıq hərracda satılmasına dair Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2013cü il tarixli, 2(067)-843/2013 saylı ivra vərəqəsi “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0,04448 ha torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 570 kv.m olan qeyri-yaşayış binası 28.01.2019-cu il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 380000 18.02.2019-cu il tarixdə təkrar hərracda 15% endirimlə 323000 manata açıq hərraca çıxarılsa da iştirakçı olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı “Kaspi” qəzetində 20.02.2019-cu il tarixində elan dərc olunmuşdur. Bildiririk ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.7 maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin öyrənilməsi üçün kifayət qədər oldun. Xahiş edirlir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.8-ci maddəsini nəzərə alaraq, hərracın baş tutmaması elan edildiyi gündən etibarən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibət bildirəsiniz. “Kaspi” qəzetinin 20 fevral 2019-cu il tarixli, 034 nömrəli qəzetinin surətindən görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyri-yaşayış binasına dair 18 fevral 2019-cu il tarixdə keçirilmiş hərracı baş tutmamışdır; “Kaspi” qəzetinin 28 dekabr 2019-cu il-03 yanvar 2020-ci il tarixli, 034 nömrəli qəzetinin surətindən görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyri-yaşayış binasına dair 28 yanvar 2019-cu il tarixdə keçirilmiş hərracı baş tutmamışdır; Belə ki, göründüyü kimi Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli, 2(067)- 843/2013 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, ipoteka qoyulmuş İddiaçı qızma məxsus Xaçmaz şəhəri. Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m iinuımi, 401 kv.m əsas, 169 kv.ıtı köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait hesabına 25fevral 2011-ci il tarixli, 48/8-AZN saylı kredit müqaviləsi üzrə 112965,13 (bir yüz on iki min doqquz yüz altmış beş manat, on üç qəpik) manat əsas, 15707,26 (on beş min yeddi yüz yeddi manat, iyirmi altı qəpik) manat faiz. 100 (bir yüz) manat cərimə və 04 avqust 2011ci il tarixli kredit müqviləsi (səkkiz min altı yüz əlli səkkiz manat oyuz bir qəpik) manat faiz, 50 (əlli) manat cərimə, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı “Dəmirbank" ASC-yə verilməsi, qalan məbləğin İddiaçı Ağadadş qızma verilməsi, İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas. 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) boşaldılması qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli, 2(067)-843/2013 saylı qətnaməsi qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra sənədi üzrə icra hərəkətlərini həyata keçirən Xaçmaz rayon İcra və Probasiya ilkin satış qiyməti 380.000 manat olmaqla qeyri-yaşayış sahəsinin hərraca çıxarılması üçün “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə sifariş vermişdir. 28.12.2018-ci il tarixli, 20/123 №-li bildiriş ilə müraciət etmiş “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti, İcra Şöbəsinin sifariş məktubuna əsasən ilkin satış qiymətinin 380.000 manat müəyyən edilməklə qeyri-yaşayış sahəsinin hərraca çıxarılması, hərracın 28.01.2019-cu il tarixdə, saat 11:00-da keçirilməsi barədə məlumat verilmişdir. “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, 05 fevral 2019-cu il tarixli 20/123-1 №-li bildiriş ilə tərəflərə, o cümlədən Banka müraciət edilərək, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 380.000 manat olmaqla hərraca çıxarılması, hərracın 18.02.2019-cu il tarixdə, saat 11:00-da keçirilməsi barədə məlumat verilmişdir. Qeyd olunanlara əsasən Məhkəmə tərəfindən işin halları kimi müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi İcra Şöbəsinin sifarişi ilə 380.000 manat ilkin satış qiyməti ilə cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərraca çıxarılmışdır. Qeyri-yaşayış sahəsi ilkin və təkrar keçirilən hərracdan satılmadığı üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin tələbinə uyğun olaraq həmin əmlak 26.02.2019-cu il tarixli məktubla Banka təklif olunmuşdur. Əmlakın əldə olunması üçün “İpoteka haqqında” Qanunla müəyyən edilmiş 30 günlük müddət başa çatmamış, yəni 21.04.2017-ci il tarixdə Bank qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələrinə dair protokolların ləğv edilməsi barədə iddia qaldırmış, həmin iddia Nərimanov Rayon Məhkəməsinin 07.12.2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin iş apellyasiya və kassasiya instansiyası məhkəmələrinin baxış predmeti olmuş, son nəticədə Nərimanov Rayon Məhkəməsinin 07.12.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (maddə 317.1.). Satış həmin Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir (maddə 317.2.). Mülki Məcəllənin 319.5-ci maddəsinə görə, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfındən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir (maddə 41.2.). Hərracın təşkilatçısına sifariş “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununa müvafıq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfındən ödənilir (maddə 41.3.). Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmayan elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28.10.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “İpoteka haqqında” Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” Qeyd olunan maddi hüquq normalarının tələblərindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçı, ipotekaya xitam verilməsini tələb etməkdə haqlıdır. Çünki yuxarıda qeyd edildiyi kimi, Bank, “İpoteka haqqında” Qanun ilə ona vermiş hüquqlardan istifadə etməmiş, hərraca çıxarılmış ipoteka predmetinin təkrar hərrac baş tutulmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində qeyri-yaşayış sahəsinin əldə edilməsi barədə “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müvafiq müqavilə bağlamamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış 25.02.2011 -ci il tarixli, İPİ 48/8-AZN nömrəli və 04.08.2011-ci il tarixli, SİPİ 287/8-AZN nömrəli ipoteka müqavilələri əsasında ipotekaya qoyulmuş İddiaçı məxsus Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri- yaşayış binasına (mağaza) dair ipotekaya xitam verilməli, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin ipoteka müqavilələrinə əsasən aparılmış dövlət qeydiyyatları ləğv edilməli, qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış 25.02.2011-ci il tarixli, İPİ 48/8- AZN nömrəli və 04.08.2011-ci il tarixli, SİPİ 287/8-AZN nömrəli ipoteka müqavilələri əsasında ipotekaya qoyulmuş İddiaçı məxsus Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri- yaşayış binasına (mağaza) dair ipotekaya xitam verilsin. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin ipoteka müqavilələrinə əsasən aparılmış dövlət qeydiyyatları ləğv edilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3293/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3293/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver