Məhkəmə qərarları › İş №2(005)-3299/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3299/2021

08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3299/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 avqust 2004 cü il təvəllüdlü X12 və 06.06.2006-cı il təvəllüdlü X1 üçün sabit məbləğdə hər uşağa görə 200 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bacısı X9 2003-cü ildə nikaha daxil olmuşlar. Həmin nikahdan 16 avqust 2004-cü ildə X12, 06 iyun 2006-cı ildə isə X13 anadan olmuşlar. X3 rəhmətə gedəndən sonra onun uşaqları baxımsız qaldığından Sabunçu rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 2020- ci il tarixli sərəncamı ilə bacı uşaqları 16 avqust 2004-cü il təvəllüdlü X12 və 06.06.2006-cı il təvəllüdlü X6 üzərində himayəçi təyin olunmuşdur. Cavabdeh uşaqlarına baxmır onlarla maraqlanmır və maddi cəhətdən köməklik göstərmir.Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 182№-li 15 sentyabr 2020-ci il tarixli sərəncamından görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 530 nömrəli, 08 oktyabr 2013-cü il tarixli Sərəncamının qüvvədən düşmüş hesab edilməsi, İddiaçı 16.08.2004-cü il təvəllüdlü X12 və 06.06.2006-cı il təvəllüdlü X6 üzərində himayəçi təyin edilməsi, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33- 35-ci maddələrinin tələbləri izah edilməsi, Sərəncamın icrasına nəzarətin Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Rəna Fərocovaya həvalə edilməsi qərara alınmışdır. AZE seriyalı 11853213 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 06.06.2006cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 17 oktyabr 2013-cü il tarixdə verilmiş 2236 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında 30 sentyabr 2003-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 51 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir; Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 24 avqust 2013-cü il tarixdə verilmiş AZ-İ 633343 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 04.08.2013-cü il tarixdə süd vəzisinin xərçəngindən Bakı şəhərində ölmüşdür. Sabunçu rayon VVADQ Şöbəsi tərəfindən 19.04.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 758823 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X12 16.08.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 930 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X10 qeyd olunmuşdur; Sabunçu rayon VVADQ Şöbəsi tərəfindən 29.07.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 811522 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X13 06.06.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 930 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X10 qeyd olunmuşdur; Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı bacısı- X8 Cavabdeh ilə 30.09.2003-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları, 06.06.2006-cı il təvəllüdlü X13 və 16.08.2004-cü il təvəllüdlü X12 anadan olmuşlar. Uşaqların anası X4 vəzisi xərçəngindən 04.08.2013-cü il tarixdə vəfat etmişdir. Bundan sonra yetkinlik yaşına çatmamış 06.06.2006-cı il təvəllüdlü X13 və 16.08.2004-cü il təvəllüdlü X12 baxımsız qaldıgından ilk əvvəl ana babaları X2 himayəsinə verilmişlər. Lakin baba Q.Quliyev 08.01.2019-cu il tarixdə öldüyündən Sabunçu rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 2020-ci il tarixli sərəncamı ilə İddiaçı bacısı uşaqları 16 avqust 2004-cü il təvəllüdlü X12 və 06.06.2006-cı il təvəllüdlü X6 üzərində himayəçi təyin olunmuşdur. Cavabdeh isə uşaqları ilə maraqlanmır və onların saxlanmasında heç bir maddi yardım göstərmir. Bu səbəbdən İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi aliment məbləğinin tutulması hissəsində qismən təmin edilərək, Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulma vaxtı İddiaçı müvafiq tələblə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni alimentin tutulma vaxtı 10 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06.06.2006-cı il təvəllüdlü X13 və 16.08.2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı 10 iyun 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar