Məhkəmə qərarları › İş №2(005)-3301/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3301/2022

22.07.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3301/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, Kreditor ASC-nin Borclu qarşı pul tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor ASC Borclu qarşı borc tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu əsassız varlanma nəticəsində yaranmış və Kreditor ASC-yə olan 453,17 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 100 manat dövlət rüsumunun borcludan Kreditor ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbulundan imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276-cı maddəsində məhkəmə əmrinin verilə biləcəyi hallar sadalanmışdır. Bu hallardan biri də Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, tələbin sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanmasıdır. Həmin Məcəllənin 279.2.1-ci maddəsinə əsasən verilmiş tələbin bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmaması məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır. Qeyd olunan maddələrin məzmunundan görünür ki, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri barədə tələblər üzrə məhkəmə əmrinin verilməsi istisna edilmişdir. Hazırki ərizədən və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, kreditorun tələbi borclu ilə bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən irəli gəlir. Məhkəmə qeyd edir ki, hazırki tələb kredit təşkilatı ilə bağlanmış kredit müqaviləsindən irəli gəldiyindən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Həmin Məcəllənin 279.3 və 279.4-cü maddələrinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məcəllənin 114.1.2-ci maddəsinə görə isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, Kreditor ASC-nin Borclu qarşı pul tələbi üzrə məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul olunmasından imtina edilməli, kreditora iddia icraatı qaydasında iddia vermək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 276 və 279-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kreditor ASC-nin Borclu qarşı pul tələbi üzrə məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora iddia icraatı qaydasında iddia vermək hüququ izah olunsun. İddia icraatı qaydasında ərizə verildiyi təqdirdə kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablansın, ərizə verilmədiyi halda isə ödənilmiş 100 (yüz) manat məbləğində dövət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar