Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3323/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi X7, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 saylı X1rşı “əmək haqqının hesablanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 saylı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixinədək əmək haqqısının 15-ci dərəcə ilə hesablanması və yaranan fərqin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 1970-ci ildən 2019-cu ilədək Zərdab rayonu Gəlmə kənd orta məktəbində Coğrafiya fənni üzrə müəllimə işləmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və onun alt qurumu olan 11 saylı X9 Mərkəzi 2010-cu ildən 2016-cı ilin yanvar ayınadək əmək haqqını 15-ci dərəcə ilə ödəməli olduğu halda 14cü dərəcə ilə hesablayaraq ödəmişdir. Bu halın aradan qaldırılması üçün dəfələrlə cavabdehlərə müraciət etsə də, əsassız bəhanələrlə müraciəti təmin olunmamışdır. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X4”nın təsdiq edilməsi barədə Qərarında bir mənalı olaraq bildirilmişdir ki, elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edən şəxslər, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslər, dərslik və müəllim üçün metodik metodik vəsait müəllifləri 15 dərəcə ilə müəyyənləşir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X13 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X8 iddianı qəbul etməmiş və iddiaya yazılı etiraz təqdim edərək, məhkəmədə verdiyi izahatında bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, o 1970-2019-cu illərdə Zərdab rayonu Gəlmə kənd orta məktəbində coğrafiya fənni üzrə müəllim işləmişdir. 2010-cu ildən 2016-cı ilə qədər əmək haqqı 15-ci dərəcə ilə hesablanaraq ödənilməli olduğu halda, ona 14-cü dərəcə ilə əmək haqqı ödənilmişdir. Ona görə də məhkəməyə müraciət edərək həmin dövrün əmək haqqısının 15-ci dərəcə ilə yenidən hesablanaq ödənilməsini tələb etmişdir. Hesab edirik ki, iddia tələbi əmək qanunvericiliyinə uyğun olmadığından təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində qeyd edilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı ilə məktəb arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu ildə xitam verilmişdir. 2016-cı ilin 01 yanvar tarixindən əmək müqaviləsinə xitam verilənə qədər ona 15-ci dərəcə ilə əmək haqqı ödənilmişdir. Onun əmək hüquqlarının xx xxxxxx 2016-cı ilə qədər pozulduğunu aşkar etməsinə baxmayaraq, qanunvericiliklə müəyyən olunmuş müddətdə məhkəməyə müraciət etməmişdir. Bununla belə iddiaçı hüquqlarının pozulmasının aşkar etdiyi gündən 4 il sonra əmək haqqının ödənilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq dörd il sonra məhkəməyə ərizə ilə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzrlü səbəbdən ötürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də hesab edir ki, müddətin buraxılması üçün heç bir üzrlü səbəb olmadığından, iddia tələbinə iddia müddəti tətbiq etməklə rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İddiaçı əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1967-ci il tarixdən əmək fəaliyyətinə başlamış, müxtəlif müddətlərdən müxtəlif məktəblərdə müəllim vəzifəsində çalışmış, xx.xx.2015-ci tarixdə 20 nömrəli əmrlə 65 yaşı tamam olduğu üçün xx.xx.2015-ci il tarixdən işdən azad edilmiş və onunla bağlanmış X12 xitam verilmiş, xx.xx.2019-cu il tarixli, 67 saylı əmrlə onunla xx xxxxxxxx 2019-cu il tarixdən bağlanmış X12 Azərbaycan Respublikasının Prezidentinin xx xxx 2011-ci il tarixli, 127-İVQD nömrəli qanunu, Respublika Təhsil Nazirinin xx xxxx 2011-ci il tarixli, 1404 nömrəli əmri ilə xitam verilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli, H-2694/10-24 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı əmək haqqının düzgün hesablanmaması ilə bağlı Təhsil Nazirliyinə daxil olmuş müraciətinə (xx.xx.2020-cı il tarixli, H-2694 nömrəli) baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2010-cu il tarixli, 1132 nömrəli Sərəncamına əsasən Sizə "Əməkdar müəllim" fəxri adı verilmişdir. “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X4”na əsasən elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edən şəxslərin, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslərin, dərslik və müəllim üçün metodik vəsait müəlliflərinin əməkhaqqları 15-ci ödəniş dərəcəsi ilə hesablanıb ödənilir. 2010-cu ilin oktyabr ayından 2016-cı ilin yanvar ayına qədər (Mərkəzin fəaliyyəti dövrünə düşməyən müddətdə) ona əməkhaqqı 14-cü ödəniş dərəcəsi ilə hesablanaraq ödənilmişdir. Həmin müddət X9 mərkəzlərinin fəaliyyət dövrünə düşmədiyinə görə fərqin hesablanıb ödənilməsi imkan xaricindədir. Qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir; Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. İddiaçının iddia ərizəsinin məzmunundan və məhkəmədə verdiyi izahatlardan görünür ki, o, xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixinədək əmək haqqısının 15-ci dərəcə ilə hesablanması məhkəmədən xahiş etmişdir. İdidaçının əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir; Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddəti keçmişdir. Bugünədən idiaçının əmək haqqı tələbi olmamış, hazırkı iddia tələbi ilə xx.xx.2020-ci il tarixlə məhkəməyə müraciət etmişdir. Buna görə də, iddiaçının iddia tələbinin təmin edilməsi onun iddia müddətini ötürməsi səbəbindən də qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1. bəndinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; 296-cı maddəsinin 2. bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı hazırda iddia etdiyi hüquqlarının pozulduğunu Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri baxımından bilmiş, iddiaçının əmək haqqının ödənilməsi ilə bağlı tələbi bugünədək olmamışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əmək haqqı tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 saylı X1rşı “əmək haqqının hesablanması” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 saylı X1rşı “əmək haqqının hesablanması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3323/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3323/2020
15.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver