Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3380/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdı̇ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "SİMERAX X17” MMC tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər olan müddətdə ödənilməli olan 500 (beş yüz) manat əmək haqqının cavabdeh “SİMERAX X17" MMC- dən tutularaq ona ödənilməsi, əmək qanunvericiliyin tələblərinin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində vurulmuş mənəvi ziyan olaraq 60 (altmış) manat məbləğində pul vəsaitinin, "SİMERAX X17" MMC tərəfindən şirkətə məxsus olan, iddiaçı işdən çıxarıldıqdan sonrakı müddətdə adına göndərilən “Doblo” markalı **-JU-*** seriya nömrəli avtomobilin 200 (iki yüz) manat cəriməsinin ödənilməsi, və əlavə olaraq mediasiya üçün ödənilmiş 50 (əlli) manat ödənişində qarşı tərəfdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2020-ci il tarixində "SİMERAX X17" MMC-də sürücü və ekspeditor vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddət ərzində hər zaman üzərinə götürdüyü öhdəliyini layiqincə yerinə yetirmişdir. Şirkət “Doblo” markalı **-JU-*** seriya nömrəli avtomobil üçün 6 ay müddətinə iddiaçının adına etibarnamə vermişdir. xx.xx.2021-ci ildə həmin şirkətdən işdən çıxarılmış, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə olan əmək haqqını almış, lakin xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər olan müddətdə əmək haqqını, yəni 500 (beş yüz) manat maaşını ala bilməmiş və ona maddi ziyan dəymişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə bu barədə ərizə ilə müraciət etmişdir. Həmin şirkətdən işdən çıxarılmasına baxmayaraq əvvəlki 6 ay ərzində avtomobili iddiaçının idarə etmədiyi halda adına ümumilikdə 200 (iki yüz) manat məbləğində cərimə gəlmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən ödənilməli olan əmək haqqını cavabdeh təşkilatdan tutularaq ona ödənilməli, cavabdeh tərəfindən əmək qanunvericiliyin tələblərinin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində vurulmuş mənəvi ziyan olaraq 60 (altmış) manat məbləğində pul vəsaiti ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı yazılı ərizə təqdim edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasını və iddianın təmin olunaraq qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsədə, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, iddiaçı X3 müraciətinə cavabda “bununla əlaqədar tərəfimizdən rəsmi cavab verilməsi və müvafiq sənədlərin təqdim olunması üçün "SİMERAX GROUP” MMC-nin rəhbərliyinə (ünvan: AZ0115 Abşeron rayonu, Hökməli qəsəbəsi, "Transit Store” MMC-nin həyəti) xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubla rəsmi müraciət olunmuş, lakin müəssisə rəhbərliyi tərəfindən məktuba rəsmi cavab verilməmişdir. Sizin Şöbəmizə təqdim etdiyiniz bank çıxarışına əsasən əmək müqavilənizə xitam verilərkən müəssisə tərəfindən son haqq-hesabınızın ödənilmədiyi müəyyən olunmuş və bununla əlaqədar olaraq müəssisənin icraçı direktoru X2 barədə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq MN ******* nömrəli protokol tərtib edilmişdir” göstərilmişdir; xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə görə isə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. Şirkət “Doblo” markalı **- JU-*** seriya nömrəli avtomobil üçün 6 ay müddətinə iddiaçının adına etibarnamə vermişdir. xx.xx.2021-ci ildə həmin şirkətdən işdən çıxarılmış, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə olan əmək haqqını almış, lakin xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər olan müddətdə əmək haqqını, yəni 500 (beş yüz) manat maaşını ala bilməmiş, ona maddi ziyan dəymişdir. Eyni zamanda cavabdeh tərəfindən ona dəymiş 60 manat mənəvi ziyanın da onun xeyrinə ödənilməsini tələb edir. Əmək Məcəlləsinin: 9-cu maddəsinə Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək; ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək; Eyni zamanda, məhkəmə araşdırılması zamanı o da müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinədək, 500 manat əmək haqqı ödənilməli idi. Lakin İddiaçı əmək haqqı ödənilməmiş qalmışdır. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə kimi olan dövr üçün ödənilməmiş 500 (beş yüz) manat məbləğində əmək haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməlidir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddianın mənəvi zərər hissəsinə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, müvafiq tələb təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 60 (altmış) manat məbləğində mənəvi ziyan, iddiaçı işdən çıxarıldıqdan sonrakı müddətdə adına göndərilən “Doblo” markalı **-JU-*** seriya nömrəli avtomobil üçün ödənilməli 200 (iki yüz) manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə kimi olan dövr üçün ödənilməmiş 500 (beş yüz) manat məbləğində əmək haqqısı, 60 (altmış) manat məbləğində mənəvi ziyan, 200 (iki yüz) manat iddiaçı tərəfindən ödənilmiş cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunduğundan iddiaçı tərəfindən ödənilmiş 50 manat (mediasiya xərci) cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə kimi olan dövr üçün ödənilməmiş 500 (beş yüz) manat məbləğində əmək haqqı, 60 (altmış) manat məbləğində mənəvi ziyan Cavabdeh MMCdən tutularaq İddiaçı verilsin. İddiaçı adına göndərilən “Doblo” markalı **-JU-*** seriya nömrəli avtomobili üçün ödənilməli 200 (iki yüz) manat cərimə Cavabdeh MMC tərəfindən İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət mediasiya xərci Cavabdeh MMCdən alınaraq İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova İş № 2(005)-3380/2022 QƏRARDAD BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ 27 sentyabr 2022-ci il Bakı şəhəri Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı “istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 və 3 azyaşlı uşaqları X9, X10 və X4 Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsindəki 9 №-li evin 1 №-li mənzilə hüquqlarının olmaması və qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 və 3 azyaşlı uşaqları X9, X10 və X4 Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsindəki 9 №-li evin 1 №-li mənzilinə olan yaşayış hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını və cavabdehlərin məhkəməyə gəlməməsi səbəbindən qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlər lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər; 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmaqla hazırki iddia tələbinə qiyabi icraat qaydasında baxılması mümkündür. Belə ki, iş materiallarında cavabdehin məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə dair barədə məlumatlar və işə qiyabi baxılmasına iddiaçının yazılı formada razılığı mövcuddur. Göstərilənlərə və Azərbaysan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci, 263- 264-cü maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X8 qarşı “istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılsın. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3380/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-3380/2022
27.09.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver