Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3388/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Üçüncü şəxs X2 nümayəndəsi X9 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə "xxxx" MMC-yə, üçüncü şəxslər Nərimanov rayon İcra şöbəsi, "xxxx" MMC-yə və X4 qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə "xxxx" MMC-yə, üçüncü şəxslər Nərimanov rayon İcra şöbəsi, "xxxx" MMC-yə və X4 qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12437/2019 saylı, 10.10.2019-cu il tarixli icra sənədinə əsasən tutmanın yönəldildiyi İddiaçı məxsus Bakı şəhəri, Abşeron Rayonu, Mehdiabad qəsəbəsində yerləşən 06 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair Nərimanov rayon icra və probasiya şöbəsinin sifarişi ilə "xxxx" MMC tərəfindən tərəfindən tərtib olunmuş 144 saylı, 05.05.2021-ci il tarixli qiymətləndirmə rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məkləmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12437/2019 saylı, 10.10.2019-cu il tarixli icra sənədi ilə əlaqədar, Nərimanov rayon icra və probasiya şöbəsinin sifarişi ilə Azərbaycan Respublikası Resapublika Xammal və Əmtəə “Tərəqqi" MMC mənə məxsus olan Bakı şəhəri, Abşeron Rayonu, Mehdiabad qəsəbəsində yerləşən 06 ha torpaq sahəsini 54 000 (əlli dörd min) manat müəyyən etmişdir. Aşağıdakılara əsasən hesab edir ki, ona məxsus torpaq sahəsi düzgün olmayaraq bazar qiymətindən aşağı qiymətləndirilmişdir. Belə ki, ona məxsus Bakı şəhəri, Abşeron Rayonu, Mehdiabad qəsəbəsində yerləşən 06 ha torpaq sahəsinin real bazar qiyməti hər 1 ha (sot) üçün 10.000 manat, ümumilikdə 6 ha (sot) üçün 60.000 (altmış min) manat təşkil edir. Bundan başqa ona məxsus torpaq sahəsi üzərində iki otaq, bir karidor və sanuzeldən ibarət olan, ümumi sahəsi 50 kv/m təşkil edən yaşayış sahəsi vardır. Lakin "xxxx" MMC-nin 144 saylı, 05.05.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi haqqında hesabatında bu barədə göstərilməmişdir. Halbuki, bu cür hallarda qiymətləndirilmə zamanı, torpaq sahəsində yerləşən yaşayış sahəsi qiymət müəyyən olunan zaman nəzərə alınmalı idi. Belə ki, qiymətləndirmə rəyinin məzmunundan göründüyü kimi, rəy formal şablon və standart trafaret əsasında tərtib olunmuş, qiymətləndirici daşınmaz əmlakı qiymətləndirərərkən səthi təhlillə kifayətlənmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, rəy əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin düzgün müəyyən edilməsinin mühüm hüquqi əhəmiyyəti vardır. Hazırki halda əmlakın real dəyərindən aşağı qiymətdə hərraca çıxarılması və nəticədə tənasübsüz surətdə aşağı qiymətə satılması rəyin formal olmasını göstərir. Bundan əlavə o, həmin torpaq sahəsinin hərracda ilkin satış qiymətinin müəyyən edilməsindən faktiki olaraq kənarlaşdırılmış və onun iradə ifadəsi nəzərə alınmamışdır. Halbuki, Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ -subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə məhkəmə tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi zəruridir. Məhkəmə iclasında üçüncü şəxs X2 nümayəndəsi X9 oğlu şifahi vəsatət verərək hazırkı mülki işin məhkəmənin icraatında olan X2 cavabdehlər "xxxx" MMC-yə, Nərimanov rayon İcra şöbəsinə, İddiaçı qarşı “əmlakın qiymətləndirilməsi haqqında hesabatın ləğv edilməsi” tələbinə dair 2(005)-3341/2021 nömrəli mülki işlə əlaqəli olduğundan birləşdirilərək bir icraatada baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X5 vəsatətin təminn edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə "xxxx" MMC-yə, üçüncü şəxslər Nərimanov rayon İcra şöbəsi, "xxxx" MMC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və üçüncü şəxslərin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hazırkı iclasın cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(005)-3388/2021 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-3341/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında iddiaçı X2 cavabdehlər "xxxx" MMC-yə, Nərimanov rayon İcra şöbəsinə, İddiaçı qarşı “əmlakın qiymətləndirilməsi haqqında hesabatın ləğv edilməsi” tələbinə dair 2(005)-3341/2021 nömrəli mülki iş vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır; 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər bir-biri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə "xxxx" MMC-yə, üçüncü şəxslər Nərimanov rayon İcra şöbəsi, "xxxx" MMC-yə və X4 qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair 2(005)-3388/2021 nömrəli mülki işlə iddiaçı X2 cavabdehlər "xxxx" MMC-yə, Nərimanov rayon İcra şöbəsinə, İddiaçı qarşı “əmlakın qiymətləndirilməsi haqqında hesabatın ləğv edilməsi” tələbinə dair 2(005)-3341/2021 nömrəli mülki işlər bir icraatda birləşdirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir; 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər; 395.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda; 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi göstərilməmişdir. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə "xxxx" MMC-yə, üçüncü şəxslər Nərimanov rayon İcra şöbəsi, "xxxx" MMC-yə və X4 qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair 2(005)-3388/2021 nömrəli mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı X2 cavabdehlər "xxxx" MMC-yə, Nərimanov rayon İcra şöbəsinə, İddiaçı qarşı “əmlakın qiymətləndirilməsi haqqında hesabatın ləğv edilməsi” tələbinə dair 2(005)-33411/2021 nömrəli mülki işlər bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3388/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3388/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver