Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3401/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İlk iddia üzrə İddiaçı, ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair ilk, Cavabdeh X12 və İddiaçı qarşı işgüzar nüfuzu ləkələyən məlumatların həqiqətə uyğun olmayan hesab edilməsi və təkzib edilməsi, bu məlumatların yayılmasına görə üzr istənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İlk iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində əsassız məlumatlar yayması nəticəsində vurulmuş mənəvi zərərə görə cavabdehdən 50000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 270 manat pulun tutulmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, arvadı X14 klinikasında həkim terapevt işləyən Cavabdeh və Medi Style klinikasında reanimatoloq işləyən Zəfər Hacı-Həsənli tərəfindən düzgün müalicə edilməməsi barədə 15 noyabr 2022-ci ıl tarixdə Bakı şəhəri Nərimanov rayon prokurorluğuna ərizə ilə müraciət etmişdi. Müraciəti əsasında Nərimanov rayon prokurorluğunda müstəntiq İİ dərəcəli hüquqşünas X13 tərəfindən araşdırma aparılmış və müstəntiq toplanmış material üzrə qeyd etdiyi həkimlərin əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək 10 yanvar 2022-ci il tarixli qərarla cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Lakin, müstəntiq tərəfindən aparılmış araşdırma zamanı ilkin müraciətində qeyd etdiyim xüsusatlar sonadək araşdırılmadığından, müraciətində qeyd etdiyi həkimlərin izahatlarının alınması ilə kifayətlənməklə formal qərar qəbul etməklə həkimlərin qanunsuz əməllərini ifşa edə biləcək şahidlərin izahatları alınmadığından və göstərdiyi digər xüsusatlann araşdırılması təmin edilmədiyindən qəbul edilmiş qərardan Bakı şəhər Nərimanov rayon məhkəməsinə etdiyim şikayətdən sonra Bakı şəhəri Nərimanov rayon prokuroru kiçik ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən qəbul edilmiş 10 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv olunaraq yenidən yoxlama aparılması üçün Anar İsgəndərliyə həvalə edilmişdir. Bundan sonra müstəntiq X8 25 may 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» olan qərarını ləğv edərək yeindən araşdırma aparılması ilə bağlı İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edilmişdir. Məhkəmə baxışı zamanı Nərimanov rayon məhkəməsinin hakimi Xalidə Əlisoyun 29 avqust 2022-ci il tarixli qərarı ilə müstəntiq Anar İsgəndərli tərəfindən qəbul edilmiş 25 may 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» olan qərar qanunsuz hesab edilməklə, ləğv edilərək yenidən araşdırma davam etdirilməsi üçün göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırmanın qeyri obyektiv aparılması barədə İddiaçı müracətlərindən sonra material üzrə təhqiqat aparılması Bakı şəhər Binəqədi rayon prokurorluğuna göndərilmiş və prokurorluğun böyük müstəntiq İ dərəcəli hüquqşünas X6 tərəfindən araşdırma aparılmış və müstəntiq toplanmış material üzrə qeyd etdiyi həkimlərin əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək 18 yanvar 2023-cü ıl tarixli qərarla cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Lakin, müstəntiq tərəfindən aparılmış araşdırma zamanı yenidən ilkin müraciətdə qeyd etdiyi xüsusatlar sonadək araşdırılmadığından, həkimlərin izahatlarının alınmadan formal qərar qəbul etməklə həkimlərin qanunsuz əməllərini ifşa edə biləcək şahidlərin izahatları alınmadığından və göstərdiyi digər xüsusatların araşdınlması təmin edilmədiyindən qəbul edilmiş qərardan Bakı şəhər Binəqədi rayon məhkəməsinə etdiyi şikayətdən sonra Bakı şəhəri Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi X6 tərəfindən qəbul edilmiş 18 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv olunaraq yenidən yoxlama aparılması üçün Binəqədi rayon prokurorluğuna göndərilmiş və hal hazırda müstəntiq Rəşad Gülməmmədli tərəfindən araşdırma aparılır. Həmin müddət ərzində Funda klinikasında həkim terapevt işləyən Cavabdeh Bakı şəhər Binəqədi rayon prokurorluğunun böyük müstəntiq İ dərəcəli hüquqşünas X3 18 yanvar 2023-cu ıl tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və yenidən araşdırma aparılmasına dair Bakı şəhər Binəqədi rayon məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarından apellyasıya şikayəti vermiş və Bakı Apelyasiya məhkəməsinin 04 may 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda həkim Cavabdeh İddiaçı uzun müddətdir və hal hazırda xidmət etdiyi və əməkdaşı olduğu Daxili İşlər Nazirliyinin rəhbərliyinə ərizə ilə müraciət edərək əsassız olaraq barəsində həqiqətə uyğun olmayan məlumatlar qeyd etməklə onun pul tələb etməyi, hədə-qorxu gələrək şantaj etməyi göstərilmişdir. İddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatları yaymaqda Cavabdeh onu haqlı olduğu işdən çəkindirmək və öz qanunsuz əməllərini davam etmək məqsədi daşıyır. Eyni zaman da Cavabdeh İddiaçı barəsində etdiyi müraciətində İddiaçı əsassız olaraq reketlik etməkdə günahlandıraraq bunu maliyyə ehtiyatlarını artırmaqla pul toplamaq niyyəti ilə etdiyini bildirmişdir. Həmçinin Cavabdeh İddiaçı müxalifətlə əlaqədə olmağı barədə müraciətində qeyd etməklə bunun müvafiq orqanlar tərəfindən yoxlanılması zərurətinin olduğunu göstərməklə barəsində heç bir çərçivəyə sığmayan, əsassız və qərəzli fikirlər bildirmişdir. Cavabdeh İddiaçı barəsində həqiqətə uyğun olmayan əsassız məlumatları yayması nəticəsində İddiaçı psixi sarsıntı keçirmiş, qohumların, ailə üzvüləri, iş yoldaşları, tanışları və dostları arasında nüfuzdan düşmüş, həmin şəxslərin ona qarşı olan münasibətləri pisləşmiş və nəticədə onların İddiaçı qarşı mənfi fikirləri formalaşmışdır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, barəsində əsassız məlumatların yayılması nəticəsində Azərbaycan Respublikası Konsitusiyası və digər qanunvericilik normaları ilə nəzərdə tutulan hüquqları qanunsuz olaraq pozulması nəticəsində ona mənəvi zərər dəymişdir. İddiaçı ona vurulmuş mənəvi zərəri 50.000 manat məbləğində qiymətləndirir. Eyni zaman da, X2 rayon məhkəməsinə müraciət edərək İddiaçı Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə, arvadı Comərdova ilahə Oqtay qızının isə Azərbaycan Respublilkası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilmələrini xahiş etmişdir. Bununla bağlı Binəqədi rayon məhkəməsinin hakimi Aynurə Sadıqova tərəfindən çıxarılmış 13 iyun 2023-cü il tarixli qərarla İddiaçı və arvadı İlahə Comərdova barəsində xüsusi ittiham qaydasında edilmiş şikayət əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin İcraata qəbul edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən İddiaçı barəsində həqiqəti əks etdirməyən yalan məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi ödənilməlidir. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, cavabdehlər tərəfindən “Youtube” platformasında yayılmış videoda səsləndirilən bütün məlumatların həqiqətə uyğun olmayan, işgüzar nüfuzu ləkələyən məlumatlar hesab edilməsi, vurulmuş zərərin əvəzi kimi ümumilikdə 1000 manat pulun cavabdehdəndən iddiaçının xeyrinə tutulması, cavabdeh X7 üzərinə üzr istəmək və müraciətdə işlətdiyi ifadələr ( “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad” , “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. Mənə və ailəmə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri) həqiqətə uyğun olmadığı səbəbindən təkzib edilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Comərdova İlahənin “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallıya ünvanladığı müraciət “Youtube” sosial platformasında “Xural Tv” kanalında səsləndirilmişdir. Şikayətin məzmunu aşağıdakılardan ibarətdir: “10 ay əvvəl “Funda” klinikasının həkimi Cavabdeh “Medistyle” xəstəxanasında reanimatoloq işləyən Zəfər Hacıhəsənli tərəfindən düzgün müayinə edilməyərək ölüm həddinə çatdırıldım. Həyat yoldaşıma dedilər ki, iki gün ömrü qalıb götürün aparın (pulumuzun qutardığını bilib belə etdilər). Son manatımızı da müxtəlif bəhanələrlə əlimizdən aldılar. Elə məni həyat yoldaşım təcili yardım maşını ilə gətirib son vəsiyyət edərək ölüm anımı gözlədim. Lakin həyat yoldaşım daha sonra məni “EGE Hospital”a apardı. Orada dəyərli həkimlərimiz tərəfindən müalicə olundum. Hazırda həyatdayam və yaşayıram. Mənə “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. Mənə və ailəmizə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri barədə Nərimanov Rayon Prokurorluğuna müraciət etsək də, cinayət işinin başlanması rədd edildi. Prokurorluğun qərarını Nərimanov Rayon Məhkəməsi qanunsuz hesab edərək ləğv edib yenidən araşdırmaya yolladı. Yenə də prokurorluğun müstəntiqi Anar İskəndərli onun tərəfində dayandı və bizi süründürür. Qərara aldım ki, baş verənləri sizin verilişinizlə ictimailəşdirim. Faktla bağlı obyektiv araşdırılmanın aparılmasına və mənim kimi insanların diri-diri torpağa gömülməsinə, belə qan içənlərin əlində qurbana çevrilməsinə qarşı araşdırmanın Respublika Baş Prokurorluğunda aparılmasına kömək etməyinizə xahiş edirəm”. Cavabdeh xx.xx.2019-cu il tarixdən Funda Hospitalında həkim- terapevt işləyir. Həkim terapevt olaraq işim daxili orqanların xəstəliklərinin, qaraciyər, mədə və bağırsaq xəstəliklərinin müalicəsindən ibarətdir. X21 müraciəti əsasında xəstəxanaya qəbul olunmuşdur. İlahə Comərdova xəstəxanaya 07 iyul 2021-ci il tarixdə müraciət etmişdir. Müraciəti əsasında analizlər, yoxlamalar, müayinələr təyin olunmuş, xəstədə “budd chiori” sindromu ilə bağlı şübhələr yaranmışdır. Bununla bağlı müalicələr təyin olunmuşdur. Qanda leykosidi yüksək olduğundan qan xəstəliyi olması ehtimal edilmiş və bununla bağlı hematoloqun baxışı tövsiyə olunmuşdur. “Funda” klinikasında hematoloq olmadığından digər səhiyyə müəssisəsinə müraciət etməsi bildirilmişdir. İddiaçı da gedəcəyini demişdir. 2 ay ərzində Cavabdeh 3 dəfə İlahə Comərdovanı müayinə etdi. Müalicə olunması üçün qan sulandırıcı olan Xartil, sidikqovucu olan Semilakt, qaraciyərqoruyucu olan hepastrong amino, surol, mədə qoruyucu lansil, iltihabı söndürmək, orqanizmi gücləndirmək, qaraciyəri qorumaq üçün dematon, deksametazon, ademta, bundan sonra iltihabı söndürmək üçün prednizolon, daha sonra adiomax, qaraciyəri qorumaq üçün hepatype, mədəqorumaq üçün parijon, faximin , hepatype təyin olunmuşdur. İki ay ərzində xəstənin vəziyyəti sabit olmuş, buna baxmayaraq səbəbi bilinməyən qarında maye dəyişkənliyi müşahidə olunmuşdur. Lakin mayenin yaranma səbəbini müəyyən etmək mümkün olmamışdır. Müalicələr davam etdirilmişdir. X16 səhhəti iki gün ərzində kəskin pisləşmişdir. İddiaçı mənə zəng edərək xəstənin qusmaları olduğunu və huşunun itdiyini bildirmişdir. Cavabdeh də İddiaçı ilk öncə 5 ampula hepamerin 200 natrixlor köçürülməsini və stasionar şəraitdə müalicə olunmasını tövsiyə etdi. İddiaçı Sabunçu xəstəxanasına getmələrini tövsiyyə etdi. O, isə əvvəllər Sabunçu xəstəxanasında olduğunu və orada xəstəyə yaxşı baxılmadığını bildirmişdir. Bundan sonra Medistyle hospitala aparılmasını məsləhət gördü. İddiaçı xəstə X5 "Medi Style” klinikasına aparmışdır. Orada xəstənin vəziyyətinin ağır olduğunu və maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Bundan sonra bir neçə dəfə zəng edərək Cavabdeh məsləhət almışdılar. Təxminən 20 gün onunla telefon vasitəsilə danışmışlar. Bundan sonra Cavabdeh zəng etməmişlər və əlaqəni itirmişlər. X16 səhhəti, qaraciyəri bir qədər normallaşmış, vəziyyətində müsbət dinamika olmuşdur. Xəstədə xərçəngi göstərən CA 125 yüksək olduğu üçün müayinə olunmasından ötrü gineko-onkoloqa, MRT müayinəsinə, asit mayesinin tətbiq olunması üçün patologiya mərkəzinə göndərdi. Qeyd etdiyi xüsusatlarla bağlı xəstəxanada aparatlar və mütəxəssislər olmadığı üçün həmin şəxsi yönləndirmişdir. İlahə Comərdovanın səhhətinin ağırlaşmasına səbəb aktivləşmiş kəskin qan xəstəliyinə bağlı poliorqan çatışmazlığı olmuşdur. Onların Cavabdeh qarşı işlətdiyi belə ifadələr qərəzli münasibətdir, ondan pul alınması üçün söylənilmiş fikirdir. İddiaçı şikayəti üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanılması rədd edilmiş, həmçinin eyni məsələ ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılmışdır. Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri olmaması səbəbindən Binəqədi rayon prokurorluğunda da cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizasının da nəticəsinə əsasən barəsində şikayət verilən şəxsin sosial platformda qeyd etdikləri, o cümlədən Prokurorluğa şikayət ərizəsində bildirdikləri ilə hər hansı səbəbli- əlaqə mövcud deyildir. Belə ki, əsas sübut əhəmiyyəti daşıyan ekspert rəyində aparılmış müayinə və müalicələr İ.Comərdovaya təyin olunmuş diaqnoza uyğun olmuş və tibbi manipulyasiya sağlamlığa zərər vurmanın dərəcəsinin təyini nəzərdə tutulmaması qeyd edilmişdir. Comərdovlar müxtəlif dövlət orqanlarına ünvanlanmış çoxsaylı ərizələrdə Cavabdeh səhlənkarlıq cinayətini törətməkdə ittiham edirlər və bu barədə dəfələrlə müxtəlif instansiyalara çoxsaylı şikayətlər etmişlər, nəticədə onun vaxtını alaraq ona mənəvi zərər vurmuşlar. Nərimanov Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında əks olunmuş İddiaçı izahatında göstərilir: “Cavabdeh Müalicə ilə bağlı dərmanlar yazmışdır. Həmin dərmanların alınması üçün Fərruxun adını bilmədiyi köməkçisi onu orijinal dərmanlar olduğunu bildirərək Yasamal rayonu ərazisində yerləşən Respublika xəstəxanasının yaxınlığında yerləşən aptekdən dərman almağa göndərmişdir. O, həmin aptekə getmiş və orada Samir adlı əczaçı ilə tanış olaraq Funda hospitaldan göndərildiyii bildirmişdir. Samir ona dərmanlar satmışdır. O, daha sonra həmin dərmanlar qurtardığından və Sumqayıt şəhərində yaşadığından Bakı şəhərinə gələ bilmədiyindən Sumqayıt şəhərində yerləşən aptekdən dərman almışdır. Həmin dərmanlara baxdıqda qiymətlərinin çox fərqli olduğunu görmüşdür. Belə ki, Samir adlı əczaçı üzərində Cavabdeh adı yazılmış reseptə baxaraq dərmanlar üçün ondan 650 manat məbləğində pul almışdır. Sumqayıtda isə həmin reseptə görə dərmanların ümumi qiyməti 277 manat təşkil etmişdir. Cavabdeh 01 ay 09 gün müddətində arvadı İlahəni müalicə etmişdir. Bu müddət ərzində İlahənin vəziyyəti daha da ağırlaşmışdır. O, da bu barədə Cavabdeh dəfələrlə telefonla əlaqə saxlayıb bildirsə də, Cavabdeh onunla biganə danışaraq, onu başından etmişdir.” Yuxarıda qeyd olunan heç bir əsası olmayan və qəbzlərlə böhtan olduğu sübut edilən bu ifadələr tamamilə yalandır. https://youtu.be/oYa2tJedlg linkindən də göründüyü kimi Cavabdeh barəsində yalan olduğunu bilə-bilə xəstəyə yanlış diaqnoz qoyulması və ölüm həddinə çatdırılması barədə şərəf və ləyaqətimi ləkələyən və onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymaqla İddiaçı və İ.Comərdova ona böhtan atmışdır. Bundan başqa onu səhlənkarlıq cinayətini törətməkdə ittiham edərək barəmdə prokurorluq orqanlarına çoxsaylı şikayətlər yazmış, haqqında “yarıtmaz”, “qeyri- peşəkar", “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan cinayətkar şəbəkə” kimi əsassız ifadələr işlətmişlər. Hesab edir ki, İddiaçı və İ.Comərdova tərəfindən youtube sosial platformasında səsləndirilən ifadələr (“yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. Mənə və ailəmizə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri) həqiqətə uyğun olmadığı üçün təkzib olunması vəzifəsi onların üzərinə qoyulmalı, həmin şəxslər sosial şəbəkədə üzr istəməli və cavabdehlərdən işgüzar nüfuza dəyən ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı qarşılıqlı iddiaya yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, o və onun arvadı olan digər cavabdeh tərəfindən Cavabdeh barəsində şərəf, ləyaqət və işgüzar nüfuza xələl gəitərn heç bir qanunsuz hərəkət və ya hərəkətsizlik etməmişlər. Cavabdehun zərərə məruz qaldığını bildrisə də bu zərərin mövcudluğu barədə hər hansı sübut təqdim etməmişdir. O cümlədən Azərbaycan respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsində zərərin anlayışı verilmişdir ki, bu maddədən zərər dedikdə real zərər və əldən çıxmış fayda nəzərdə tutulur. Eyni zamanda Cavabdeh eyni tələbə dair iddiası hazırda Binəqədi Rayon Məhkəməsinin icraatındadır. Qeyd olunanlara əsasən qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı ilk iddia ərizəsinə uyğun izahat verərək, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak etmiş ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(001)-32/2023 saylı qərarından görünür ki, Binəqədi Şəhər Binəqədi Rayon Prokurorluğunun böyük müstəntiqi X6 18 yanvar 2023-cü il tarixli qərarı ilə C-566-22 nömrəli material üzrə Cavabdeh və Zəfər Hacıhəsənlinin əməlində cinayət tərkibinin olmaması əsasına görə cinayət işinin başlanması rədd edilmişdir.Bu qərardan İddiaçı trəfrindən verilmiş şikayət təmin edilmiş, qərar ləğv edilərək, yenidən araşdırma aparılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(103)-156/2023 saylı qərarından görünür ki, Cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(001)- 32/2023 saylı qərarından şikayət verərək bu qərarın ləğv edilməsini xahiş etmişdir. Onun şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(001)- 32/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Binəqədi Şəhər Binəqədi Rayon Prokurorluğunun böyük müstəntiqi X6 tərəfindən xx.xx.2023cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda qeyd olunur ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, İlahə Comardovaya təyin olunmuş müayinə və müalicələr həkim terapeft Cavabdeh və reanimotoloq-anistezioloq həkim Zəfər Hacıhəsənli tərəfindən düzgün aparılmışdır. Bundan başqa aparılmış müayinə və müalicə tədbirləri ilə İlahə Comərdovanın ürək damarlarının tutulması arasında səbəbli əlaqə olmamışdır. Həmçinin İddiaçı rüşvət alaraq Zəfər Hacıhəsənliyə 1500 manat pulu “Medistyle” yaxınlığında küçədə verməsi araşdırma materialları ilə sübut olunmur. Bu səbəbdən də C-566-22 nömrəli material üzrə Cavabdeh və Zəfər Hacıhəsənlinin əməlində cinayət tərkibi olmaması əsasına görə cinayət işinin başlanılması rədd edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(001)-128/2023 saylı qərarından görünür ki, Binəqədi Şəhər Binəqədi Rayon Prokurorluğunun böyük müstəntiqi X6 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan ləğv edilməsi barədə İddiaçı şikayəti təmin edilməmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ərizədə qeyd olunur ki, X22 həkimi terapevt-hepatoloq Cavabdeh ötən ilin (2022) iyun, iyul, avqust, sentyabr aylari ilə cari ilin (2023) iyun, iyul, avqust, sentyabr aylarının müqayisəsində qəbuluna yazılmış xəstələrin sayında 30-35% azalma müşahidə olunmuşdur. “Youtube” video paylaşım və sosial mediya platformasında “Xural TV” kanalında 18 iyul 2022ci il tarixdə yerləşdirilmiş “ŞİKAYƏT VAR : “FUNDA” KLİNİKASİ MƏNİ DİRİ-DİRİ GÖMMƏK İSTƏDİ” başlıqlı videoda İlahə Comərdovanın müraciətində Cavabdeh barəsində “ “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” və s. söz və ifadələr işləndiyi aydın olur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: X1 olan problemlərlə əlaqədar “MediStyle” və “Funda” klinikalarında müalicələr almışdır. Onun müalicə və müayinəsində “Funda” klinikasında Həkim terapevt işləyən Cavabdeh da yaxından iştirak etmişdir. Lakin vəziyyəti getdikcə ağırlaşan X12 “EGE Hospital” klinikasında müalicəsini davam etdirmişdir. X7 əri İddiaçı müalicələrin Cavabdeh tərəfindən düzgün aparılmaması qənaətinə gələrək Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqanlara müraciət etmişdir. Cavabdeh barəsində toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edildikdə isə İddiaçı tərəfindən verilmiş şikayətlər əsasında bu qərarlar müvafiq məhkəmə qərarlı ilə ləğv edilmiş və yenidən araşdırmalar aparılmışdır. Sonda isə Binəqədi Şəhər Binəqədi Rayon Prokurorluğunun böyük müstəntiqi X6 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Bu qərardan İddiaçı tərəfindən verilmiş şikayət Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(001)-128/2023 saylı qərarı ilə təmin edilməmişdir. Hazırda İddiaçı Cavabdeh onun barəsində işlədiyi Daxili İşlər orqanlarına müraciət edərək barəsində araşdırma aparılmasına nail olduğunu bildirir və bunun nəticəsində ona mənəvi ziyan vurulduğunu iddia edir. Cavabdeh isə X7 “Youtube” video paylaşım və sosial media platformasında “Xural TV” kanalına etdiyi müraciətində onun işgüzar nüfuzuna toxunan söz və ifadələr işlətdiyini və nəticədə ona maddi və mənəvi ziyan vurulduğunu iddia edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İlk İddiaçı Cavabdeh onun barəsində əsassız məlumatlar yaydığını və bunun nəticəsində mənəvi zərər vurulduğunu iddia edir. Lakin məhkəmə iclasında hakim tərəfindən müvafiq sübutların təqdim olunması təklif olunsa da, İddiaçı bu iddiasını əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 may 1999-cu il tarixli Plenumunun Qərarında qeyd edilir ki, məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Yuxarıda istinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə yuxarıda sadalanan maddələrin tələblərinə uyğun olaraq qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, İddiaçı ona maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə Cavabdeh qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında Cavabdeh təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk İddiaçı iddia tələbi təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Mülki işin materiallarından görünür ki, iş üzrə həm ibtidai istintaq orqanının qərarı ilə məhkəmə-tibbi ekspertizaları təyin edilərək həyata keçirilmişdir. Ekspertiza rəylərində Cavabdeh tərəfindən aparılmış müayinə və müalicələrin düzgün təyin olunduğu, X7 vəziyyətinin ağırlaşması ilə Cavabdeh tərəfindən aparılmış müalicələr arasında birbaşa səbəbli əlaqənin olması istisna edilmişdir. Binəqədi Şəhər Binəqədi Rayon Prokurorluğunun böyük müstəntiqi X6 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda qeyd olunur ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, İlahə Comardovaya təyin olunmuş müayinə və müalicələr həkim terapeft Cavabdeh və reanimotoloq-anistezioloq həkim Zəfər Hacıhəsənli tərəfindən düzgün aparılmışdır. Bundan başqa aparılmış müayinə və müalicə tədbirləri ilə İlahə Comərdovanın ürək damarlarının tutulması arasında səbəbli əlaqə olmamışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(001)-128/2023 saylı qərarından görünür ki, Binəqədi Şəhər Binəqədi Rayon Prokurorluğunun böyük müstəntiqi X6 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan ləğv edilməsi barədə İddiaçı şikayəti təmin edilməmişdir. Lakin, buna baxmayaraq, X7 “Youtube” video paylaşım və sosial media platformasında “Xural TV” kanalında etdiyi müraciətində ( bu müraciət video yazıda səsləndirilmişdir) Cavabdeh barəsində yalan, həqiqətə uyğun olmayan, böhtan xarakterli və təhqir edici məlumatlar öz əksini tapmışdır. Belə ki, video yazı nəzərdən keçirilmiş, Cavabdeh barəsində “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad” , “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə”, “...Cavabdeh tərəfindən zülm olundu. Mənə və ailəmə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri” söz və ifadələri işlənmişdir. Məhkəmə qeyd edir ki, başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Həmçinin mülki prosessual qanunvericilik baxımından məlumatların yayılmış olmasını sübut etmək vəzifəsini iddiaçı daşıyır. Hazırki halda bu məlumatın yayıldığı iş materialları ilə sübut olunur. Belə ki “Youtube” video paylaşım və sosial media platformasında “Xural TV” kanalına yerləşdirilmiş “ŞİKAYƏT VAR : “FUNDA” KLİNİKASİ MƏNİ DİRİ-DİRİ GÖMMƏK İSTƏDİ” başlıqlı video hazırda 20023 (məhkəmə baxış keçirən zaman olan izlənmə sayı) dəfə izlənmişdir. X12 müraciətində işlətdiyi söz və ifadələrin doğruluğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu video paylaşım nəticəsində Cavabdeh şərəf və ləyaqətinə, həkim kimi işgüzar nüfuzuna xələl gətirmişdir. Cavabdeh qəbuluna yazılmış xəstələrin sayında 30-35% azalma müşahidə olunmuşdur. Məhkəmə hesab edir ki, X7 etdiyi müraciətində Cavabdeh barəsində yuxarıda qeyd olunan söz və ifadələri işlətməsi şəxsin şərəfini və ləyaqətini ləkələyən, onun işgüzar nüfuzuna xələl gətirən ifadələr kimi qiymətləndirilməlidir. Həmçinin göstərilənlər Cavabdeh mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olan hallar olduğundan məhkəmə hesab edir ki, Cavabdeh mənəvi zərər dəymişdir. Belə olan halda Cavabdeh X4 vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır və ona vurulmuş zərər X12 tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin məbləğinin iddia tələbində 1000 manat göstərilməsi çox olmaqla real qiymətləndirir və hesab edir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətlər nəticəsində Cavabdeh keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin 1000 manat məbləğində müəyyən edilməsi ağlabatan və ədalətlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbinin Cavabdeh barəsində cavabdeh X7 müraciətdə işlətdiyi ifadələr ( “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad” , “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. Mənə və ailəmə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri) həqiqətə uyğun olmayan hesab edilməklə təkzib edilməsi vəzifəsinin X7 qoyulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Nəzərə alınmalıdır ki “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 may 1999-cu il tarixli Plenumunun Qərarında qeyd edildiyi kimi həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. Məhkəmə İddiaçı aid hissədə qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd edir ki, Cavabdeh barəsində şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar məhz X7 etdiyi müraciətdə əksini tapmış, İddiaçı tərəfindən bu növ məlumatların yayılması mülki iş materialları ilə sübut olunmur. Bu səbəbdən də iddia tələbləri İddiaçı münasibətdə təmin edilməməlidir. Bununla yanaşı, «cavabdeh X7 üzərinə üzr istəməsi vəzifəsinin qoyulması» hissədə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, məhkəmə pozuntu halının mövcudluğunun tanınmasını və mənəvi zərərin müəyyən edilməsini iddiaçıların pozulmuş hüquqlarının bərpası istiqamətində yetərli və ədalətli hesab edir, lakin üzr istənilməsini zəruri saymır. Həmçinin, «Kazakov Rusiyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, üzr istənilməsini təklif etmə vəzifəsi şübhəsiz öz fikrində qalmaq hüququnun pozulmasıdır, ona görə ki, bir nəfərin deməyə vadar olduğu nəyəsə digəri inanmaya bilər. Kimisə özünün səhv olduğunu qəbul edərək öz fikrindən çəkindirmək şübhə doğuran bir düzəliş formasıdır və bu, «zəruri» olmaya bilər. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 may 1999-cu il tarixli Plenumunun Qərarında qeyd edilir ki, şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində həqiqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda qarşılıqlı iddiaçı qarşılıqlı iddiaərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə hesab edir ki, bu rüsum qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilməsin. İlk iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. “Youtube” video paylaşım və sosial media platformasında “Xural TV” kanalına yerləşdirilmiş “ŞİKAYƏT VAR : “FUNDA” KLİNİKASİ MƏNİ DİRİ-DİRİ GÖMMƏK İSTƏDİ” başlıqlı videoda X7 müraciətində işlədilmiş “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad” , “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə tərəfindən zülm olundu. Mənə və ailəmə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik”, “Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri” söz və ifadələri həqiqətə uyğun olmayan hesab edilməklə bu söz və ifadələrin “Youtube” video paylaşım və sosial media platformasında “Xural TV” kanalına müraciət ünvanlanmaqla video paylaşım yolu ilə təkzib edilməsi vəzifəsi X7 üzərinə qoyulsun. X4 vurulmuş zərərə görə 1000 manat pul Cavabdeh xeyrinə tutulsun. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3401/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3401/2023
19.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver