Məhkəmə qərarları › İş №2(005)-3407/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3407/2020

02.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3407/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rüfanə Xıdır qızının katibliyi ilə,, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan köməkçi sahənin bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan köməkçi sahənin bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 19 saylı evin 2 saylı mənzilinin təqdim etdiyi eskiz layihə əsasında bölgüsünün iddiaçının maliyyə vəsaiti hesabına aparılması, təcrid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o cavabdehlə nikahda olmuş, aralarında olan nikah pozulduqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 19 saylı evin 2 saylı mənzilinin 15 kv/m sahəsi olan bir otağı onun, 13 kv/m olan ikinci otağı isə cavabdehin mülkiyyətindədir. Bundan başqa həmin ünvanda 22,0 kv/m şüşəbənd, 6,3 kv/m mətbəx, ,5 kv/m ayaq yolu və 7,0 kv/m həyət ümumi istifadədədir. Cavabdehlə olan gərgin münasibətləri ümumi istfadədə olan yardımçı sahələrdən istifadə edilərkən çoxsaylı çətinliklər yaranır, cavabdeh narazılığını bildirir. Hesab edir ki, təqdim olunan eskiz lahiyə üzrə ümumi istifadədə olan sahələrin bölünməsi mümkündür. Həmçinin ümumi istifadədə olan mətbəx və ayaqyolunun cavabdehin istifadəsində qalmasına etiraz etmir və yeni mətbəx və ayaq yolunun öz maliyyə vəsaiti hesabına inşa edilməsini öhdəsinə götürür. Bunula əlaqədar İcra Hakimiyyətinə şifahi müraciət etsə də nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək onun cəmi bir pəncərəsi olduğunu və həyət bölünərsə onun evinə hava gəlməyəcəyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İİ-JQ 276471 №-li boşanma haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.1992-ci il tarixdə pozulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin yaşayıç yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 19 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır, həmçinin Cavabdeh da həmin ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 19 saylı evin 2 saylı mənzilə dair texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 19 saylı evin, 15,0 kv.m sahəsi olan 1 otaqlı, 2 saylı mənzilə dair İddiaçı texniki paport verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 79 №-li, xx.xx.2004-cü i tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 19 saylı evin 2 saylı mənzilinin köməkçi sahələri ümumi istifadədə qalmaqla 15,0 kv/m yaşayış sahəli 1 otağın icarədarı 3 nəfər (özü, oğlu, qızı) ailə üzvləri ilə İddiaçı, diğər 13,0 kv.m yaşayış sahəli 1 otağın icarədarı isə Cavabdeh hesab edilmişdir. İş materiallarına həmçinin xx xxxx 2004-cü il tarixli, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 19 saylı evin 2 saylı mənzilinin Texniki pasportu əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.2.-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir:24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə;24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri);24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi;24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu;24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə);24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 25.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 25.1.1. bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;25.1.2. sənədlər müvafiq orqana deyil, digər orqana təqdim edildikdə;25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda;25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla);25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa;25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda. Həmin Məcəllənin 25.2-ci maddəısinə görə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar bu Məcəllənin 25.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad etməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmədə tərəflərin izahatından, onların iş üzrə təqdim etdiyi sübutlar əsasında mülki işin materiallarından müəyyən olundu ki, o Cavabdeh ilə nikahda olmuş, aralarında olan nikah pozulduqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 19 saylı evin 2 saylı mənzilinin 15 kv/m sahəsi olan bir otağı onun, 13 kv/m olan ikinci otağı isə cavabdehin mülkiyyətindədir. Bundan başqa həmin ünvanda 22,0 kv/m şüşəbənd, 6,3 kv/m mətbəx, ,5 kv/m ayaq yolu və 7,0 kv/m həyət ümumi istifadədədir. Cavabdehlə olan gərgin münasibətləri ümumi istfadədə olan yardımçı sahələrdən istifadə edilərkən çoxsaylı çətinliklər yaranır, cavabdeh narazılığını bildirir. Bu səbəbdən iddiaçı ümumi istifadədə olan sahələrin bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı köməkçi sahənin bölüşdürülməsi ilə əlaqədar İcra Hakimiyyətinə rəsmi olaraq müraciət etməmiş, ancaq şifahi müraciəti olmuşdur. Yuxarıda sadalanan qanunvericliyin mənasından göründüyü kimi yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi yenidən qurulması və ya yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana müracət etməli və müvafiq razılıq əsasında tikinti işlərini həyata keçirməlidir. Mülki işin materiallarında öz əksini tapan sənədlərdən görünür ki, iddiaçı tikinti işlərinin hansı qaydada aparılması və eksiz layihəsi olmadan və tikinti işləri ilə yenidən evin planlaşdırılması ilə bağlı müvafiq orqandan razılıq almadan Cavabdeh belə tikinti işlərinin aparılmasını və yenidən planlaşma işlərinin aparılmasını tələb etməkdədir. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin təmin edilməsi sadalanan qanunvericliyin müddəaları baxımından yolverilməzdir. Bu səbəbdən iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin və Ailə Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçınun Cavabdeh qarşı ümumi istifadədə olan köməkçi sahənin bölünməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar