Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3446/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ehtiyaclarının ödənilməsi məqsədilə xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh hər ay, hər birinə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin və mediasiya xidməti üçün ödənilmiş 102 manat pul vəsaitinin tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdırlar ki, onlar, yəni İddiaçı2 və İddiaçı1 1968-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Bu nikahdan xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh və X1 doğulmuşlar. Cavabdeh bir gün onları aldadıb demişdir ki, yaşadıqları evi satıb, daha yaxşı ev alacaq. Ona inanaraq, evi satmaq üçün sənədə imza etmişlər. Həmin razılıq sənədi ilə Cavabdeh evi satmışdır. 2022-ci ilin aprel ayından yaşamağa evləri olmadığına görə kirayədə yaşayırlar. Hər ikisi təqaüd alırlar. Təqaüddən yaşadıqları evin kirayəsini çox çətinliklə ödəyirlər. Cavabdeh demək olar ki, onlarla maraqlanmır, heç bir maddi köməklik göstərmir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin iddiaçılar məhkəmə ərizə verərək, işə onun iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçıların işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçıların izahatlarını iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1947-ci il tarixdə doğulmuşdur; AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1941-ci il tarixdə doğulmuşdur; АЗ seriyalı, 054323 nömrəli Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X2 arasında nikah xx.xx.1967-ci il tarixdə Səadət Sarayında bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 83 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Ostrouxova” soyadı verilmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışlardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xərci olaraq ümumilikdə 100 manat məbləğində pul İddiaçı2 və İddiaçı1 tərəfindən ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 xx.xx.1967-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahlarından xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh və X1 anadan olmuşdur. Hazırda iddiaçılar qızı xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh hər ay hər biri üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin ödənilməsini tələb edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin v-ci hissəsinə görə valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Həmin Məcəllənin 82.5-ci maddəsinə əsasən valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Həmin Məcəllənin 82.6-cı maddəsinə əsasən uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər. Göründüyü kimi, yetkinlik yaşına çatmış uşaq ilə valideyn arasında aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş hallarda valideyinlərin saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, iddiaçıların sabit pul məbləğində aliment müəyyən edilməsi xahişlərini nəzərə alaraq, İddiaçı2 və İddiaçı1 saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər biri üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment təyin edilməlidir. Həmçinin mediasiya xərci kimi ödənilmiş cəmi 100 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 234, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı2 və İddiaçı1 saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər biri üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment İddiaçı2 və İddiaçı1 xeyrinə tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Mediasiya xərci kimi ödənilmiş cəmi 100 manat məbləğində pul Cavabdeh tutularaq, iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2(005)-3446/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-3446/2023
18.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver