Məhkəmə qərarları › İş №2(005)-3512/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3512/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3512/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən sığorta məbləği olan 29135 AZN pulun və sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun müvafiq olaraq hesablanaraq xeyrimə ödənilməsi barədə qətnamə qəbub edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,iddiaçı “Mercedes Benz G63 AMG” markalı ** BH *** dövlət qeydiyyat nişanlı şəxsi avtomobilini “Rəvan Sığorta" ASC-nin “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə" 3 illik müqavilə bağlamaqla kasko sığorta etdirib və bu əsasda qəbzlə 28 dekabr 2019-cu il tarixində 3120 (üç min yüz iyirmi), 5 (beş) və 8400 (səkkiz min dörd yüz) manat sığorta haqqı ödəyib. İddiaçıya bağlanmış müqavilə ilə “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları, sığorta şəhadətnaməsinin və yaddaş vərəqəsinin təhviltəslim” aktında 014717 saylı 29.12.2019-cu il tarixli sığorta şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən sığortanın bitmə vaxtı 28.12.2022-ci il nəzərdə tutulmuşdur. İddiaçı 12.04.2020-ci il tarixində Nəsimi rayonu ərazisində baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı “Rəvan Sığorta" ASC-yə müraciət ünvanlayıb. İddiaçının müraciətinə baxmayaraq "xxxx" sığorta öhdəliyindən imtina eldiyinə görə iddiaçı avtomobilimi indiki vəziyyətdə idarə edə bilmir. Qeyd etmək istəyirəm ki, iddiaçı bu günədək olan müddətdə cavabdeh sığorta şirkətindən onunla aralarında bağlanmış sığorta müqaviləsi üzrə ödənilməli olan pul məbləğini ala bilməmişdir və bu istiqamətdə etdiyi müraciətlər nəticəsiz qalmış və sığorta məbləğinin verilməməsi qanunsuz və haqsız olaraq qeyri-mümkün hesab edilmişdir. Bu səbəbdəndə məhkəmə müdaxiləsi zərurəti yaranmışdır və iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Sığorta orqanının iddiaçıya arxa tarixlə yazaraq bu yaxınlarda təqdim edilmiş imtinasından müəyyən olunur ki. “Siz ** BH *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz G63 AMG” markalı avtomobilin sığortalanması zamanı, sığorta qaydalarının 1.3-cü maddəsinə əsasən sığorta müqaviləsinin ayrılmaz hissəsi olan, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığortalanma haqqında ərizə”də (ərizənin 7-ci bəndi) Sizə avtomobili idarə edəcək şəxslərin adının sığorta şəhadətnaməsində sığorta olunan kimi əlavə edilməsi üçün sığortaçıya yazılı məlumat verilmədiyi halda dəyən zərərin sığorta təminatına daxil edilməməsi və belə hallarda sığorta ödənişinin verilməyəcəyi izah edilmişdir. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 9.2.4-cü maddəsi rəhbər tutularaq Sizə bildirilmişdir ki, avtomobilin idarə edilməsi hüququnu ərizənin 7-ei bəndində qeyd olunan şəxslərdən başqa digər şəxslərə verilməsindən əvvəl sığortalı həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün sığortaçıya yazılı məlumat verməlidir. Həmçinin, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin 4-cü bəndinə əsasən, sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarəetmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur. Həmçinin, 29.12.2019-cu il tarixli “İltizam”ın 2-ci bəndinə əsasən Sizə məxsus PMİ- 014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına səlahiyyət verdiyiniz şəxslər barəsində "xxxx" ASC-yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi Sizə izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, tərəfinizdən göstərilən şərtlərə əməl edilməmiş və sığortalanmış avtomobilin idarə edilməsi hüququ X4 verilməzdən öncə adının sığorta şəhadətnaməsinə sığorta olunan kimi əlavə edilməsinə dair Cəmiyyətimizə yazılı müraciət edilməmişdir.” Bildirir ki, "xxxx" ASC sığorta ödənişini ödəməkdən imtina edir, müraciətlərimizə məhəl qoymayaraq bizi əldə etməli olduğumuz məbləğdən əsassız olaraq məhrum edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 iddia ərizəsində göstərilənlərə uyğun şəkildə çıxış edərək, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 verilmiş iddia tələbinə yazılı qaydad etiraz təqdim edərək, iddia tələbinin əsassız olduğunu və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında 29.12.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanaraq, ** BH *** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobil PMİ-014717 nömrəli şəhadətnamə üzrə 3 il müddətinə sığortalanmışdır. Sığortalanmış avtomobil X6 tərəfindən 12.04.2020-ci il tarixdə, Nəsimi rayonu ərazsində hərəkət edərkən maneəyə dəymiş və nəticədə sığortalı avtomobilə zərər dəymişdir.Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar bildirilir ki, ** BH *** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG”markalı avtomobilin sığortalanması zamanı, sığorta qaydalarının 1.3-cü maddəsinə əsasən sığorta müqaviləsinin ayrılmaz hissəsi olan, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığortalanma haqqında ərizə”də (ərizənin 7-ci bəndi). İddiaçıya avtomobili idarə edəcək şəxslərin adının sığorta şəhadətnaməsində sığorta olunan kimi əlavə edilməsi üçün sığortaçıya yazılı məlumat verilmədiyi halda dəyən zərərin sığorta təminatına daxil edilməməsi və belə hallarda sığorta ödənişinin verilməyəcəyi izah edilmişdir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin 4-cü bəndinə əsasən, sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarəetmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur. Həmçinin, 29.12.2019-cu il tarixli “İltizam”ın 2-ci bəndinə əsasən iddiaçıya məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına onun səlahiyyət verdiyi şəxslər barəsində "xxxx" ASC- yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi iddiaçıya izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən göstərilən şərtlərə əməl edilməmiş və sığortalanmış avtomobilin idarə edilməsi hüququ X5 verilməzdən öncə adının sığorta şəhadətnaməsinə sığorta olunan kimi əlavə edilməsinə dair cəmiyyətə yazılı müraciət edilməmişdir. Göstərilən müddəalar rəhbər tutularaq, 12.04.2020-ci il tarixdə ** BH *** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsi qeyri- mümkün hesab edilmişdir. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, Rəvan Sığorta” ASC ilə İddiaçı arasında 29.12.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanaraq, ** BH *** dövlət qeydiyyat ni şanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobil PMİ- 014717 nömrəli şəhadətnamə üzrə 3 il müddətinə sığortalanmışdır. İş materiallarında olan 29.12.2019-cu il tarixli “İltizam”ın 2-ci bəndinə əsasən iddiaçıya məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına onun səlahiyyət verdiyi şəxslər barəsində "xxxx" ASC-yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi iddiaçıya izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir. İş materiallarında olan 06.05.2020-ci il tarixli "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Sizinlə "xxxx" ASC arasında 29.12.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanaraq, 90 BH 0C9 dövlət qeydiyyat nişanlı, “Merccdec Benz G63 AMG” markalı avtomobil PMİ-014717 nömrəli şəhadətnamə üzrə 3 il müddətinə sığortalanmışdır. X1 12.04.2020-ci il tarixli müraciətinə əsasən onun tərəfindən idarə edilən sığortalı avtomobil, 12.04.2020-ci il tarixdə, Nəsimi rayonu ərazisində hərəkət edərkən maneəyə dəymiş və nəticədə sığortalı avtomobilə ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar bildiririk ki, Siz ** BH *** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobilin sığortalanması zamanı, sığorta qaydalarının 1.3-cii maddəsinə əsasən sığorta müqaviləsinin ayrılmaz hissəsi olan, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığortalanma haqqında ərizə”də (ərizənin 7-ci bəndi) Sizə avtomobili idarə edəcək şəxslərin adının sığorta şəhadətnaməsində sığorta olunan kimi əlavə edilməsi üçün sığortaçıya yazılı məlumat verilmədiyi halda dəyən zərərin sığorta təminatına daxil edilməməsi və belə hallarda sığorta ödənişinin verilməyəcəyi izah edilmişdir. Belə ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalar”nın 9.2.4-cü maddəsi rəhbər tutularaq Sizə bildirilmişdir ki, avtomobilin idarə edilməsi hüququnun bu ərizənin 7-ci bəndində qeyd olunan şəxslərdən başqa digər şəxslərə verilməsindən əvvəl sığortalı həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün sığortaçıya yazılı məlumat verməlidir. Həmçinin, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin 4-cü bəndinə əsasən, sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallard yerilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarəetmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur. Həmçinin, 29.12.2019-cu il tarixli "İltizam”ın 2-ci bəndinə əsasən Sizə məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına səlahiyyət verdiyiniz şəxslər barəsində "xxxx" ASC-yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi Sizə izah olunmuş, əks halda sığorta ödənişindən imtina adiləcəyi bildirilmişdir. Buna baxmayaraq, tərəfinizdən göstərilən şərtlərə əməl edilməmiş və sığortalanmış avtomobilin idarə edilməsi hüququ X5 verilməzdən öncə adının sığorta şəhadətnaməsinə sığorta olunan kimi əlavə edilməsinə dair Cəmiyyətimizə yazılı müraciət edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq və göstərilən müddəalar rəhbər tutularaq, 12.04.2020-ci il tarixdə ** BH *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz G63 AMG” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. Bu Sığorta Müqaviləsi üzıo hüquqlarınızın pozulduğunu hesab eldiyiniz halda Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edə bilərsiniz. İş materiallarında olan "xxxx" ASC-nin X12 Vüsal tərəfindən tərtib edilmiş raportdan görünür ki, hadisə barədə 17.04.2020-ci il tarixdə çağırış edilmiş və sürücü barədə məlumatda X7 qeyd edilmiş, tərəflər imza edərək raportun həqiqiliyini və etibarlılığını təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 899.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır. 901.1-ci maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir. 901.2-ci maddəsinə əsasən, müqavilə üzrə sığorta olunan eyni zamanda sığortalı olmadıqda, sığorta şəhadətnaməsi sığortalının yazılı tələbi ilə sığorta olunana da verilə bilər. 923.1-ci maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər. 923.2-ci maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. 923.3-ci maddəsinə əsasən, sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. 923.4-cü maddəsinə əsasən, bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı “Mercedes Benz G63 AMG” markalı ** BH *** dövlət qeydiyyat nişanlı şəxsi avtomobilini “Rəvan Sığorta" ASC-nin “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə" 3 illik müqavilə bağlamaqla kasko sığorta etdirib və bu əsasda qəbzlə 28 dekabr 2019-cu il tarixində 11525 manat sığorta haqqı ödənmişdir. X1 12.04.2020-ci il tarixli müraciətinə əsasən onun tərəfindən idarə edilən sığortalı avtomobil, 12.04.2020-ci il tarixdə, Nəsimi rayonu ərazisində hərəkət edərkən maneəyə dəymiş və nəticədə sığortalı avtomobilə ziyan dəymişdir. "xxxx" ASC-nin X12 Vüsal tərəfindən tərtib edilmiş raportdan görünür ki, hadisə barədə 17.04.2020-ci il tarixdə çağırış edilmiş və sürücü barədə məlumatda X7 qeyd edilmiş, tərəflər imza edərək raportun həqiqiliyini və etibarlılığını təsdiq etmişlər. Göründüyü kimi, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz G63 AMG” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi işin mübahisəsiz haldır. Bununla yanaşı mülki işin hallarından sübut olunur ki, hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü iddiaçı deyil, üçüncü şəxs (iddiaçının oğlu) olmuşdur. Habelə 21.08.2021-ci il tarixli Arayışdan müəyyən olunur ki, 12.04.2020-ci il tarixdə “Mercedes Benz G63 AMG” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə vətəndaş İddiaçı və X1 hər hansı bir nəqliyyat hadisəsi və inzibati xəta üzrə məsuliyyətə cəlb edilmələri barədə məlumat DİN-nin BDYPİ-nin mərkəzi informasiya bazasında qeydiyyata alınmamışdır. İddiaçı yuxarıda göstərildiyi kimi məhkəmə araşdırması mübahisələndirilən avtomobili heç vaxt istifadə etmədiyini, avtomobilin başqa bir şəxsin faktiki istifadəsində olduğunu bildirmişdir. Göründüyü kimi, İddiaçı “Mercedes Benz G63 AMG” markalı ** BH *** dövlət qeydiyyat nişanlı şəxsi avtomobil, 3-cü şəxsə vermiş, lakin tərəflər arasında bağlanmış 29.12.2019-cu il tarixli, PMİ-014717 nömrəli fiziki şəxslərin sabihliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsində qeyd edilən məsələ üzrə isə şəhadətnamədə hər hansı bir qeyd öz əksini tapmamış, başqa sözlə İddiaçı tərəfindən avtomobili etibar etdiyi şəxsin məlumatları yuxarıda göstərilən şəhadətnamədə qeyd edilməmişdir. Bundan başqa “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlər”in surətindən görünür ki, iddaçı həmin şərtlərlə tanış olmuşdur. Belə ki, həmin şərtlərdə qeyd olunur ki, “Mənə izah olunub ki, avtomobilin bu ərizənin 7-ci bəndində qeyd etdiyim şəxslərdən başqa digərləri tərəfindən idarə edilməsi halında dəyən zərər sığorta təminatına daxil deyil və belə hallarda sığorta ödənişi verilməyəcək. Mənə həmçinin o da izah olunub ki, şəxslərə avtomobili idarəetmə hüququnun bu ərizənin 7-ci bəndində qeyd etdiklərimdən başqa digər şəxslərə verilməsindən əvvəl mən həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün həmin müqaviləyə müvafiq dəyişiklik edilməsi məqsədilə sığortaçıya yazılı məlumat verməliyəm.” "Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığorta üzrə" sığorta qaydalarının: 2.0.5. avtomobilin sahibi - mülkiyyətində avtomobil olan, yaxud avtomobilə digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən şəxs. 19.1.Sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir: 19.1.8. sığorta olunanın sürücülük vəsiqəsinin surəti, həmçinin sığorta olunan avtomobilin mülkiyyətçisi olmadıqda müvafiq etibarnamənin surəti. Göründüyü kimi iddiaçı tərəfindən “Mercedes Benz G63 AMG” markalı ** BH *** dövlət qeydiyyat nişanlı şəxsi avtomobil kimin tərəfindən idarə edilməsi ilə əlaqədar cavabdeh "xxxx" ASC-yə hər hansı bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-nin mülki hüquqi baxımdan təqsiri sübuta yetirilə bilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar