Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3540/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs “xxxx” BOKT MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı, üçüncü şəxs “xxxx” BOKT MMC cəlb edilməklə icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində “xxxx” BOKT MMC ilə onun arasında 3M/118 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “xxxx” BOKT MMC tərəfindən ona illik 30(otuz) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 23000 (iyirmi üç min) manat məbləğində kredit verilmiş və müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 205 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi ipoteka qoyulmuşdur. Bundan sonra tərəfindən müxtəlif zamanlarda kreditin hissə-hissə ödənişi həyata keçirilmişdir. Lakin bu yaxınlarda Bakı şəhəri, Yasamal Rayon İcra və Probasiya Şöbəsi tərəfindən edilən zəng nəticəsində ona məlum olmuşdur ki, “xxxx” BOKT MMC notariusa müraciət etmiş və xx.xx.2020-ci il tarixində cavabdeh Bakı şəhəri 9 saylı notariat kontorunda 8İ-1081 reyestr nömrəli İcra Qeydi tərtib edilmişdir. Həmin İcra Qeydinə əsasən xx.xx.2019-cu il tarixli 3M/118 saylı İpoteka Müqaviləsinə əsasən onun “xxxx" BOKT MMC-dən illik 30(otuz) faiz dərəcəsi ilə 24 (iy irmi dörd) ay müddətinə 23000 (iyirmi üç min) manat məbləğində kreditin və həmin kreditin öhtəliklərinin pozulmasından yaranan 2019/00528 saylı kredit üzrə 18 019.76 (on səkkiz, min on doqquz, manat,79 qəpik) əsas borc 2 958.24 (iki min doqquz yüz əlli səkkiz manat, 24 qəpik) faiz borcu və 3 531.00 (üç min beş yüz otuz bir manat, 00 qəpik) dəbbə pulu və tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 3.4 bəndinə əsasən borc məbləğinin 5 (beş) faiz miqdarında borc verənə ödəməli olduğu 1 048.90 (bir min qırx səkkiz manat 90 qəpik) məbləğində cərimə, cəmi 25 557.90 (iyirmi beş min beş yüz əlli yeddi manat, 90 qəpik) ödəniləcək pul məbləği tutma ipoteka saxlayan "xxxx" BOKT MMC-nin tələbi ilə ipoteka qoyan ona olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kvm ümumi sahəsindən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, likvid dəyəri 54 000 (əlli dörd min) manat olmaqla qeyriyaşayış sahəsinin hərracda satılması, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması qeyd edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən tərtib edilən İcra Qeydi tam əsassız və qanunsuzdur. Belə ki, tərəfindən yuxarıda qeyd edilən kredit hissə-hissə ödənilməkdədir, müqavilə də hələ qüvvədədir və cavabdeh tərəfindən bele bir İcra Qeydi tərtib oluna bilməz. Onun belə bir İcra Qeydinin tərtib olunmasından ümumiyyətlə xəbəri olmayıb. Bu yaxınlarda Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən zəng edildikdən sonra məlumatlanmışdır. Eləcə də, İcra Qeydində göstərilən borc məbləği düzgün hesablanmamışdır. Bu səbəbdən də, həmin İcra Qeydinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd ediləlnəri nəzərə alaraq, cavabdeh Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən xx.xx.2020-ci il tarixli 8İ-1081 reyestr nömrəli İcra Qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmənin xx.xx.2020-ci il tarixdə keçirilmiş hazırlıq iclasında “xxxx” BOKT MMC İddiaçı nümayəndəsi və vəkili Vəkil şifahi vəsatəti əsasında mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs “xxxx” BOKT MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə “xxxx” BOKT MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2019/00528 saylı kredit müqaviləsinə əsasən borcluya 23.000 manat məbləğində 24 ay müddətinə, 30 % illik faiz dərəcəsi ilə kredit verilmişdir. İş materiallarında olan Bakı şəhəri 9 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli, 8İ-1081№-li icra qeydindən görünür ki, o, X1 təklif edir ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən 04.02,2019-cu il tarixli 3M/118 saylı ipoteka müqaviləsinə əsasən borc alan ünvan 2 mənzil 3 ünvanda qeydiyyatda olan İddiaçı (AZE ********, xx/xx/2013-ASAN 2)(Tel: ***-***-**-**; 012373-75- 67) "xxxx" BOKT MMC-dən illik 30 (otuz) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 23000 manat məbləğində kreditin və - həmin, kreditin öhdəliklərinin pozulmasından yaranan xx.xx/00528 saylı kredit üzrə 18 019.76 (on səkkiz min on doqquz manat/79 qəpik) (əsas borc, 2 958,24 (iki min doqquz yüz əlli səkkiz manat, 24 qəpik) faiz borc və 3 531.00 (uç min beş yuz otuz bır manat, 00 qəpik) dəbbə pulu və tərəflər arasındaimzalanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 3.4. bəndinə əsasən-borc məbləğinin (əsas və faiz məbləğləri daxil olmaqla) 5 (beş) faizi miqdarında Borc verənə ödəməli olduğu 1048.90 məbləğində cərimə, cəmi 25 557.90 ödəniləcək puf məbləğinə tutma İpoteka saxlayan AZ1078., ünvan 3 Faktiki ünvan: AZ 1065, ünvan 4 (TEL; *** *** ** **; 436-82- 88);ünvanında yerləşən "xxxx" BOKT MMC-rıin tələbi ilə ipoteka qoyan olan İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi., 2.05 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi (çıxarış: Seriya RX № 1125774, Dövlət Reyestrində 192 nömrəli reyestr kitabının 18008 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********75-05101-083002, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 07,09.2011.)yönəldilsin, likvid dəyəri likvid dəyəri 54 000 (əlli dörd min) manat olmaqla mənzil hərracda satılsın ,satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın. Həmin icra qeydi uçun ödənilən haqq-20 manat və bildirişin qeydə alınması üçün 30 manat məbləğ borcludan tutulsun. Həmin icra qeydi xx/xx/2020 tarixdə aparılmışdır. İş materiallarında olan “xxxx” BOKT MMC ilə İddiaçı arasında Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış 2019/00528-İP nömrəli, xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 205 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi kredit müqaviləsi üzrə öhdəliklərin təminatı üçün “xxxx” BOKT MMC-nin qarşısında ipoteka ilə yülkü edilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 205 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatdan keçirilmişdir və bu barədə 192 nömrəli reyestr kitabında 18008 nömrəli səhifədə xx.xx.2017-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyat aparılmışdır; İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 205 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi “xxxx” BOKT MMC-nin adına ipoteka ilə yüklü edilmişdir və bu barədə 192 nömrəli reyestr kitabında 18008 nömrəli səhifədə xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyat aparılmışdır; İş materiallarına əlavə edilmiş “xxxx” BOKT MMC-nin borcalan və ipoteka qoyan İddiaçı xx.xx.2019-cu il tarixdə ünvanladığı bildirişdən görünür ki, İddiaçı öhdəliklərinin icrası üçün xəbərdarlıq edilmişdir. Mülki işin mübahisəsiz hallarından müəyyən olunmuşdur ki, “xxxx” BOKT MMC ilə İddiaçı arasında Bakı şəhəri 9 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı 23000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsinin öhdəliklərinin təmini üçün ipoteka müqaviləsi bağlanmış və borcalan özünə məxsus qeyri-yaşayış sahəsini “xxxx” BOKT MMC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyat aparılmışdır. İddiaçı tərəfindən borc öhdəlikləri vaxtı vaxtında icra edilmədiyindən “xxxx” BOKT MMCnin tələbi əsasında notarius tərəfindən icra qeydi verilmişdir. Azərbaycan Respublikasının “Notariat haqqında” Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qanunvericiliyin tələbindən göründüyü kimi notarius tərəfindən icra qeydi borca dair mübahisə olmadı halda verilə bilər. Hazırkı iş üzrə borcun dəqiq məbləği ilə bağlı mübahisə yarandığından məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən xx.xx.2020-ci il tarixli 8İ-1081 reyestr nömrəli İcra qeydi ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən xx.xx.2020-ci il tarixli 8İ-1081 reyestr nömrəli İcra qeydi ləğv edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3540/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3540/2020
01.12.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver