Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3558/2024 19.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı alimentin dayandırılması, dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraicət etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi zamanı qanunvericliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. İddia tələbi aşağıdakı hissələrdən ibarətdir.
1. Onun razılığı olmadan ölkə xaricinə çıxarılmasına dair icazə ləğv edilsin. (halbuki bu məsələyə artıq qanuni qüvvəsini almış məhkəmə aktı ilə qiymət verilmişdir. )
2. Aliment məbləğinin dayandırılması (бу щиссядя иддиачы медиасийа просесиндян кечмямишдир)
3. Dövlət Sərhəd Xidmətinin hərəkətsizliyi nəticəsində ona dəymiş mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddələrinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə geri qaytarmalıdır. Bu tələblərin bir-biri ilə bağlılığı yoxdur. Məhkəmə tərəfindən tələblər üzrə araşdırılmalı olan hallar fərqlidir. Qeyd edilən iki fərqli tələbə birlikdə baxılması məhkəmənin işə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində işə mahiyyəti üzrə baxaraq, tam və hərtərəfli məhkəmə araşdırması aparıldıqdan mahiyyəti üzrə yekun aktın qəbul edilməsinə əsassız maneələr yaradacaqdır. Beləliklə, məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı alimentin dayandırılması, dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Novruzova