Məhkəmə qərarları › İş №2(048)-277/2023

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-277/2023

30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-277/2023 30.05.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədirliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı Səlimnaz oğlunun cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı evdən aparılan əmlak və pulun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Səlimnaz oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayonu Livədirqə kəndində yaşayan cavabdehlər Cavabdeh1 qızı və onun atası Cavabdeh2 ailələrinə məxsus əmlakın qaytarılması və evdən apardığı 11.000 manat sığorta pulunun,üzür zamanı gəlinimizə verdiyim 8.000 manat olmaqla ümumilikdə 19.000 manat pulun birdəfəlik ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı 30 may 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı Səlimnaz oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş, heç bir üzürlü səbəb olmadan 30 may 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 iddia ərizəsinin baxılmamış saxlanmasına heç bir etiraz etmədilər. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259.0.6, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Səlimnaz oğlunun cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı evdən aparılan əmlak və pulun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar