Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3562/2023 28.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqına yönəldilmiş sığorta ödənişlərinin tutulması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdı̇ İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqına yönəldilmiş sığorta ödənişlərinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmunu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyindən, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun: 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 27-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn fərdi əmək mübahisələri bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqına yönəldilmiş sığorta ödənişlərinin tutulması tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqına yönəldilmiş sığorta ödənişlərinin tutulması tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova İş № 2(005)-3562/2022 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR PROTOKOL Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 28 avqust 2023-cü il Bakı şəhəri Hakim Novruzova Aytən Nazim qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqına yönəldilmiş sığorta ödənişlərinin tutulması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq prosessual hərəkət etdi. Prosessual hərəkət saat 15:40-da başladı. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardadı qəbul etdi. Prosessual hərəkət saat 15:45-də qurtardı. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3562/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3562/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver