Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3569/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş məbləğin və dövlət rüsumunun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ogluna qarşı “dəyən ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızının özbaşınalığına son qoyulması sədrlik etdiyi binada köhnə liftlərin geri qaytarılması, binanın torpaq icarə vergisinin 9 aylıq hesabatının verilməsi, bütün dəyən ziyanın dövlət vergi borcuna yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2018-ci ildən hal-hazıra kimi Həsən bəy Zərdabi 71a ünvanında Qələbə MTK binasının sədri kimi fəaliyyət göstərir. İşlədiyi müddət ərzində sakinlərlə heç bir anlaşılmazlıq olmamışdır. Hər bir sakindən mənzil otaqlarının sayına görə 20-25- 30 manat dəyərində kommunal pulu yığıb, bu da xərcləri tam ödəmədiyinə görə sakinlərlə kommunal xərclərin qaldırılması barədə söhbət aparmışdır. Lakin ortaq məxrəcə gələ bilməmişdir. 2020-ci ilin sentyabr ayından binanın sakinlərindən olan Cavabdeh özünə köməkçi kimi bir neçə sakini ətrafına toplayaraq qanunsuz olaraq kommunal xərclərini qaldıraraq sakinlərdən pul yığmışdır. 2020-ci ilin sentyabr ayından bu vaxta qədər dəfələrlə cavabdehin qanunsuz əməllərinin qarşısını almaq istəsə də, bu mümkün olmamışdır. Cavabdeh bina sakinlərindən pul yığaraq binanın liftlərini dəyişmiş, köhnə lifləri isə sataraq mənimsəmişdir. Sentyabr ayından qanunsuz fəaliyyət göstərmələrinə baxmayaraq, 21 may 2021-ci il tarixdə “YASAMAL 54” mənzil mülkiyyətçilərinin cəmiyyətinin nizamnaməsi ilə qeydiyyatdan keçmiş olduqlarını bildirirlər. Cavabdeh dəfələrlə həyətdə onu təhqir etmiş, şərəf ləyaqətinə qarşı kobud sözlər işlətmişdir. Bütün göstərilənləri nəzərə alaraq, Cavabdeh qızının özbaşnalığına son qoyulması sədrlik etdiyi binada köhnə liftlərin geri qaytarılması, binanın torpaq icarə vergisinin 9 aylıq hesabatının verilməsi, bütün dəyən ziyanın dövlət vergi borcuna yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş məbləğin və dövlət rüsumunun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı iddia təbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 310 (üç yüz on) manat məbləğində pulun və 20 (iyirmi) manat dövlət rüsumunun İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öz iddia ərizəsində dəfələlə işlətdiyi “binanın sədri” vəzifəsi anlayışı nə mənzil, nə mülki, nə də inzibati qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarından da iddiaçının binanı inşa edib sakinlərə/mülkiyyətçilərə təhvil vermiş MTK-nın sədri olduğu anlaşılır. Ümumilikdə isə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə vətəndaş İddiaçı konkret hansı hüququnun pozulduğu bildirilmir. Əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh mənzil qanunvericiliyinin tələblərinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 24.05.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Yasamal-54” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (VÖEN **********) X7 kimi binanın istismarı və ümumi əmlakının saxlanılması üzrə fəaliyyəti həyata keçirməkdədir. Bina inşa edildikdən və sakinlərə satıldıqdan sonra binanın idarə edilməsi üsullarından hər hansı birini seçmək barədə qərar vermək mülkiyyətçilərin müstəsna hüququdur. Binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti tərəfindən idarə edilməsinin binanı inşa etmiş MTK-ya və ya fərd olaraq İddiaçı heç bir aidiyyəti yoxdur, binanın bundan sonrakı istismarı və saxlanması üzrə nə MTK-nın, nə də fərd olaraq İddiaçı hər hansı bir səlahiyyəti qalmamışdır. Həmçinin mülkiyyətçilərin ümumi paylı mülkiyyətində olan binanın ümumi əmlakı, o cümlədən liftlər barəsində sahə mülkiyyətçilərinin sahiblik, istifadə və sərəncam hüquqlarının hansı formada realizə etməsinin də nə binanı inşa etmiş MTK-ya, nə də fərd olaraq İddiaçı aidiyyəti yoxdur. Yekunda bildirilmişdir ki, əsassız yerə ilkin iddia üzrə İddiaçı tərəfindən cavabdehə qarşı iddia qaldırıldığından sonuncu məhkəmədə hüquqlarının təmsil edilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosu ilə müqavilə bağlamaq məcburiyyətində qalmış və hüquqi yardıma görə həmin büroya 310 manat pul ödənilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh göstərilənləri nəzərə alaraq ilkin iddianın rədd edilməsini və vəkil bürosuna ödədiyi vəsaitin İddiaçı Ərkuşad oğlundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək, ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddia ərizəsinin əsassız olduğunu bildirərək rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia rədd edilməli, qarşılıqlı iddia tələbləri isə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" MTK-nın ümumi yılncağının 20 noyabr 2017-ci il tarixli protokolunun surətindən görünür ki, Sarxanov X1 vəzifəsinə təyin edilmişdir; 20 noyabr 2017-ci il tarixli “Müəssisədəki payın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, "xxxx" MTK-nın təsisçisi X5 "xxxx" MTK-nın nizamnamə kapitalında ona məxsus olan 33,6% payı İddiaçı 80 (səksən) manata satmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 Reyestrindən 21 may 2021-ci il tarixli, № 05/1692/2-14 saylı çıxarışın və şəhadətnamənin surətindən görünür ki, “Yasamal-54” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti 21 may 2021-ci il tarixdə 1121-MM8-0204 mömrə ilə qeydiyyatdan keçirilmişdir. Fəaliyyət ərazisi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 71A-dır. Fəaliyyətinin predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə sərəncam verilməsini tələb etməkdir. MMMC-nin qanuni təmsilçisi Cavabdehdır; Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 25 avqust 2021-ci il tarixli, ********.1221 saylı cavab məktubunun surətindən görünür ki,”Qəbələ-İnşaat” MTK inşa etdiyi yaşayış binasının sakinlərinin özbaşınalığı barədə Yasamal RPİ-nin Təhqiqat şöbəsində araşdırma aparılmamışdır; Yasamal rayon prokurorluğunun 13 avqust 2021-ci il tarixli №1889-xid21 saylı məktubunun surətindən görünür ki, Cavabdeh, habelə bina sakinləri barəsində rayon prokurorluğunda hər hansı material üzrə araşdırma aparılmamış, cinayət işi istintaq olunmamış və İddiaçı tərəfindən 11 avqust 2021-ci il tarixədək müraciət daxil olmamışdır; №TM01/3 saylı Təhvil-təslim aktından və 26.03.2021-ci il trixli qaimə-fakturadan görünür ki, köhnə liftin yararsız kabin və qapı parçaları 2 ədəd yeni liftə 6 ay ödənişsiz xidmət göstərmək qarşılığında verilmişdir; 23 iyun 2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-nin Yasasamal RETSİ-nə müraciət edərək, "xxxx" MTK-ya məxsununolan ofisin işığının bərpa edilməsini xahiş etmişdir; 29 iyun 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, ilkin iddia üzrə İddiaçı tərəfindən 30,00 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir; 09 iyul 2021-ci il tarixli, №78848966 saylı mədaxil qəbzinin surətindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 20,00 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir; 07 iyu 2021-ci il tarixli qəbzin surətindən görünür ki, 12 saylı vəkil bürosunda Cavabdeh tərəfindən hüquqi yardımın göstərilməsi məqsədilə 310,00 (üç yüz on) manat məbləğində pul ödənilmişdir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iş materiallarından görünür ki, “Yasamal- 54” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti 21 may 2021-ci il tarixdə qeydiyyatdan keçirilmiş, fəaliyyət ərazisi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev71A, fəaliyyətinin predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə sərəncam verilməsini tələb etməkdir. MMMC-nin qanuni təmsilçisi Cavabdehdır. Yəni İddiaçı hazırki tələb üzrə iddia irəli sürmək subyektiv hüququna malik deyil. Həmçinin №TM01/3 saylı Təhvil-təslim aktından və 26.03.2021-ci il tarixli qaimə-fakturadan görünür ki, köhnə liftin yararsız kabin və qapı parçaları 2 ədəd yeni liftə 6 ay ödənişsiz xidmət göstərmək qarşılığında verilmişdir; Buna görə də ilkin iddia rədd edilməli, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, Cavabdeh hüquqi xidmətin göstərilməsinə görə ödədiyi 310 (üç yüz on) manat məbləğində pul və 20 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin: 21.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi”nə dair ilkin iddiası təmin olunmamalı, iddiaçı Cavabdeh İddiaçı qarşı “hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş məbləğin və dövlət rüsumunun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi”nə dair ilkin iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilsin. Qarşılıqlı iddia ərizəsi təmin olunsun. Cavabdeh İddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün ödənlilmiş 310 (üç yüz on) manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh xeyrinə tutulsun. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3569/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3569/2021
23.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver