Məhkəmə qərarları › İş №2(005)-3595/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3595/2020

11.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3595/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi, Cavabdeh Əliabbas oğlunun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh Əliabbas oğluna qarşı “alimentin təyin edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əliabbas oğluna qarşı “alimentin təyin edilməsi tələbi”nə dairiddiaərizəsiiləməhkəməyəmüraciətedərək,Cavabdeh Əliabbas oğlu iləbirgə nikahından doğulmuş X8 oğlunun 3 yaşına çatana qədər saxlanması üçün Cavabdeh Əliabbas oğlundan hər ay sabit pul məbləğində aliment kimi 100 (yüz) manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə ailə qurub, bərabər yaşamış, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Cavabdehlə nikahına Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. Azyaşlı övladı onun himayəsində olduğu üçün, heç yerdə işləyə bilmir,maddi vəziyyətiyaxşı deyildir. Azyaşlı övladının maddi tələbatlarını layiqincə qarşılaya bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh ilə birgə nikahımızdan olan yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X1 üç yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində aliment kimi 100 (bir yüz) manat məbləğində pulun onun xeyrimə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı İddiaçı Əliabbas qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh Əliabbas oğlunun vəkili X6 məhkəmə iclasının İddiaçı Əliabbas qızının iştirakı olmadan keçirilməsini xahiş edib iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbini qəbul etmədiyini, maddi imkanı yol vermədiyindən əlavə aliment ödəyə bilməyəcəyini, bu səbəbdən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, iuddiaçının maddi imkanı yol vermədiyindən əlavə aliment ödəyə bilmir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 343877 nömrəli, xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Əliabbas oğlu ilə X3 arasında nikah nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixdə 44 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 5 saylı Bakı Asan mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 199460 nömrəli, xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 5864 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh Əliabbas oğlu, anası X7 qızıdır İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki,Cavabdeh Əliabbas oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3726/2019 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pil məbləğində aliment tutularaq Cəbrayılova (Əlizadə) Fidan Elşən qızının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş ərizədən görünür ki, Cavabdeh Əliabbas oğlunun vəkili X6 məhkəmə iclasının İddiaçı Əliabbas qızının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2019-cu il üçün “yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2019-cu il üçün minimum yaşayış həddi uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsində hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh Əliabbas oğlunun qanunun tələb etdiyi zəruri vəsaitə malik olması ilə bağlı məhkəmədə sübut təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, əksinə olaraq Cavabdeh Əliabbas oğlunun maddi vəziyyətini əks etdirən hər hansı əsaslar yoxdur və iddiaçı iddia ərizəsində maddi və ailə vəziyyəti ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edilənləri və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olduğuna dair konstitusion hüquqi tələbləri, Nərimanov Rayon Məhkəməsinin qüvvədə olan qətnaməsini, tərəflərin mövcud maddi vəziyyətini və hüquqi rejimini, uşağın maddi cəhətdən saxlanmasının valideynlər tərəfindən təmin edilməsi imkanının mümkünlüyünü nəzərə almaqla hesab edir ki, iddia tələbi əsassızdır. X1 3 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat əlavə aliment tutulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Fərid Əliabbas oğlu iləbirgə nikahından doğulmuş X8 oğlunun 3 yaşına çatanadək saxlanması üçün aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar