Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3608/2023 31.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı əmlakın qiymətləndirilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı əmlakın qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1432/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi əsasında Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Tural İsayev tərəfindən borclu, üçüncü şəxs X2 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 55 saylı evin 1A saylı mənzilinin orta bazar qiymətinin müəyyən edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublika Xammal və X4 MMC-yə ünvanladığı sifariş məktubu əsasında cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 91 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatının ləğv edilməsi, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 55 saylı evin 1A saylı mənzilinin orta bazar dəyərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, təqdim olunmuş iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aydın olur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1432/2021 saylı qətnaməsi ilə cavabdeh X1 40.000 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1432/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra olunması üçün Sumqayıt şəhər İcra şöbəsinə göndərilmişdir. Sumqayıt şəhər İcra şöbəsinin icra məmuru Tural İsayevin təqdimatı əsasında borclu X2 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 55 saylı evin 1A saylı mənzilinin üzərinə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən həbs qoyulmuşdur. İcra məmuru tərəfindən həmin əmlakın Daşınar Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC-də satılması ilə əlaqədar olaraq, cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə həmin əmlakın orta bazar qiymətinin müəyyən edilməsi ilə əlaqədar olaraq sifariş məktubu göndərilmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatda qeyd olunmuşdur ki, X2 məxsus Sumqayıt şəhər, 13-cü mikrorayonda yerləşən 55 saylı evin 1A saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsviri nəticəsində təşəkkül tapan qiyməti 115.000 manat təşkil edir. Hazırda iddiaçı həmin hesabatda göstərilən qiymətlə razılaşmadığını bildirir və hesabatın ləğv edilməsini, sözügedən mənzilin orta bazar dəyərinin müəyyən edilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi Azərbaycan Respublikası adından qəbul edilir və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Qətnamə işə baxan məhkəmə tərəfindən işin hərtərəfli araşdırılmasından sonra qəbul edilməklə baxılan mübahisə üzrə hüquqi müəyyənlik yaradır və pozulmuş və mübahisə edilən hüquqların real bərpası təmin olunmasına yönəlir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1432/2021 saylı qətnaməsi ilə cavabdeh X1 40.000 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış və onun əsasında icra vərəqəsi verilmişdir.İddiaçı iddia tələbini qətnamənin düzgün icra edilməməsi ilə əsaslandırır. Halbuki qətnamə əsasında verilmiş icra vərəqəsinin icras ilə əlaqədar tələbkarın icra məmurunun hərəkət və hərəkətsizliyindən məhkəməyə şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il tarixli qərardadının: 32-ci bəndinə əsasən, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Mülki iş materiallarından aydın olur ki, hazırda baxılan hüquqi mübahisənin mahiyyətini icra məmurunun hərəkətləri nəticəsində iddiaçının hüquqlarının pozulması təşkil edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra qurumunun rəhbərinə və ya məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, icra məmurunun hərəkət və ya hərəkətsiziliyindən şikayət ayrıca məhkəmə icraatının predmeti ola bilməz və həmin məsələyə şikayət ərizəsi əsasında icra icraatı qaydasında baxılmalıdır (müvafiq yekun məhkəmə aktının icrası qaydasında). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, Məcəllənin 153.2.1-ci maddəsində əks olunmuş “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, yaxud iş məhkəməyə aid olsa da qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırkı tələbə müstəqil iddia ərizəsi əsasında baxılmalı olmadığından, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalıdır. İddiaçıya icra icraatı qaydasında məhkəməyə şikayət vermək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin: 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı əmlakın qiymətləndirilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçı icra icraatı qaydasında məhkəməyə şikayət vermək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3608/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3608/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver