Məhkəmə qərarları › İş №2(005)-3658/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3658/2020

02.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3658/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbi”nə dair iddiaərizəsiiləməhkəməyəmüraciətedərək,Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-857/2020 saylı qətnaməsi ilə İddiaçı hər ay 170 (yüz yetmiş) manat məbləğində tutulan alimentin miqdarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il, 2(005)-217/2012 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü övladları X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 87 (səksən yeddi) manat sabit pul məbləğində alimentin tutulub cavabdehə verilməsi qət edilmişdir. Lakin Cavabdeh alimentin artırılması tələbi ilə yenidən iddia irəli sürmüş və xx.xx.2010cu il təvəllüdlü X1 üçün 170 (yüz yetmiş) manat müəyyən edilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli 2(005)-857/2020 saylı qətnaməyə əsasən Cavabdeh xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat müəyyən edilməsi barədə qətnamə çıxarmışdır. İddiaçı hal-hazırda hər ay 170 (yüz yetmiş) manat aliment pulu ödəmək iqtidarında olmadığına görə alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbi ilə eyni məzmunlu izahat verib, müəyyən edilmiş alimentin azaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-857/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün həy ay 170 (yüz yetmiş manat) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan ASAN 5 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş İddiaçı ünvan 1 M Ö/T ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1987-ci ildə ünvan 2ənzil 9A ünvanında qeydiyyatdadır. İş materiallarında olan Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 614780 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2010-cu ildə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat 40 qəpik (on manat qırx qəpik) məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-857/2020 saylı qətnaməsi ilə xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün həy ay 170 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Hazırda isə İddiaçı həmin məbləğin azaldılmasını, iddiasını isə hazırda hər ay 170 (yüz yetmiş) manat aliment pulu ödəmək iqtidarında olmaması ilə əlaqələndirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı isə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı hər ay 170 (yüz yetmiş) manat alimenti pulunu ödəyə bilməməsi xx.xx.2010-cu il təvəllüdlü X2 və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İddiaçı tərəfindən aliment məbləğinin azaldılmasına əsas olan sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının tələbi əsaslı deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbi”nə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar