Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3674/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Ərizəçilər İddiaçı1, X1 və İddiaçı3 maraqlı tərəf “X5” MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər İddiaçı1, X2 və İddiaçı3 maraqlı tərəf “X5” MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X5” MMC X7 Təşkilatının xx.xx.2011-ci il tarixdə X3 ilə bağladığı 2/1 nömrəli ipoteka müqaviləsinin, xx.xx.2011 -ci il tarixdə İddiaçı1 ilə bağladığı 2/2 nömrəli ipoteka müqaviləsinin və xx.xx.2012-cı il tarixdə İddiaçı3 ilə bağladığı 3/1 nömrəli ipoteka müqaviləsinin ləğv edilməsinə və xx.xx.2008-ci il tarixli ********* saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən İddiaçı2 məxsus Göygöl şəhərində yerləşən 0.43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən İddiaçı1 məxsus 0.43 hektar və 0.308 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin və xx.xx.2012-ci il və xx.xx.2010-cu il tarixli, ********** və ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədlərə əsasən İddiaçı3 məxsus Göygöl rayonunda yerləşən 0.32 hektar və 0.23 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin girovdan azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Ərizəçilər İddiaçı1, X1 və İddiaçı3 ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçilər tərəfindən iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır, yəni tərəflər arasında mübahisə mövcud olduqda məhkəmədə iş başlanılır. Bundan başqa prossesual normanın tələblərindən müəyyən olunur ki, qanunverici iddia ərizəsini adi ərizələrdən fərqləndirmiş, bu ərizə növünün mümkünlüyünü onun qanunla müəyyən olunmuş forma və məzmununa riayət edilməsi ilə də, bağlı etmişdir. Ərizəçilər İddiaçı1, X2 və İddiaçı3 ərizələrində tərəfləri “Ərizəçi” və “maraqlı tərəf” kimi göstərmişlər, halbuki “iddiaçı” və “cavabdeh” kimi göstərilməli idilər. Bundan başqa ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, Ərizəçilər İddiaçı1, X1 və İddiaçı3 ərizəsi geri qaytarılmalı, ərizəçilərə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçilər İddiaçı1, X1 və İddiaçı3 maraqlı tərəf “X5” MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3674/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3674/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver