Məhkəmə qərarları › İş №2(005)-3692/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3692/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3692/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, X8, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna və Maraqlı şəxs qarşı “ipoteka müqaviləsi ilə bağlı digər mübahisələr tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1, X15, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna və Maraqlı şəxs qarşı “ipoteka müqaviləsi ilə bağlı digər mübahisələr tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2008-ci il tarixdə cavabdeh 9 saylı Dövlət Notariat Kontorunda tərtib və təsdiq edilmiş ipoteka və borc müqavilələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunda tərtib olunmuş imza təsdiqi və mənzilin ipotekaya qoyulmasına razılıq barədə ərizələrin etibarsız hesab edilməsi, vəkilin xidmətlərinə görə ödənilmiş 200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən və Maraqlı şəxs müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar Füzuli rayonu işğal olunduqdan sonra ailə üzvləri ilə birlikdə Bakı şəhərində məskunlaşmış və hazırda mübahisəli hesab edilən mənzili birgə nikah dövründə əri X16 ilə birlikdə əldə etmişlər. Mübahisəli olan ünvan 1 ünvanında yerləşən mənzili faktiki olaraq alqı-satqı müqaviləsinə əsasən əldə etsələr də, mənzilin mülkiyyətçisi alqısatqı üçün notariusa getməkdən imtina etdiyinə görə məhkəmə qaydasında həmin mənzilə mülkiyyət hüquqları Bakı Apellyasiya Məhkəməsində tanınmışdır. Mənzil onların birgə ümumi mülkiyyəti hesab olunur. Lakin məhkəmə qətnaməsinin zamanında icraya yönəldilməməsi səbəbindən İddiaçı1 əri ilə boşandıqdan sonra xx xxxxxx 2008-ci il tarixdə dövlət reyestrində 653 nömrə ilə qeydiyyatdan keçməklə çıxarış verilmişdir. xx xxxx 2008-ci il tarixdə Bakı şəhəri Dövlət Notariat Kontorunda ümumi mülkiyyət hüququ ilə onlara məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin 40 000 manat borc verilməsi ilə bağlı müqaviləyə əsasən Maraqlı şəxs satılması və ipoteka ilə yüklü edilməsinə dair qardaşı ilə aralarındakı razılığa əsasən İddiaçı1 adından borc və ipoteka müqavilələri bağlanmışdır. Müqavilələrin tərtibatı və məzmunu barədə onlara hər hansı hüquqları izah edilməmişdir və pulun verilib-verilməməsini də bilmirlər. Notariat işi Bakı şəhəri 9 saylı Notariay Kontorunda açılsa da, mənzilin satışına razılıq ərizələri Bakı şəhəri 6 saylı Notariat Kontorunda tərtib edilib təsdiq edilmişdir. X1 borc və ipoteka müqavilələrini imzalamaması barədə məlumat onlara son məhkəmə proseslərindən sonra məlum olmuşdur. Ona görə də hesab edirlər ki, A.V.Şəmiyevin əmlakın üzərində sərəncam vermə hüququnun pozulması ciddi qanun pozuntusudur və aradan qaldırılmalıdır. Vərəsələr olaraq onların miras payda haqqları var və onu çoxdan qəbul etmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1, onun nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Digər iddiaçılar X13, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərə və Maraqlı Şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və Maraqlı Şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və vəkilinin izahatını və çıxışını dinləyib, təqdim etdikləri sübutları tədqiq edib, onların izahatlarına sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx xxxxxx 2012-ci il tarixdə ASAN 3 tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 Füzuli rayonu, Gücəgözlü kəndində qeydiyyatdadır. İş materiallarında olan ASAN 2 tərəfindən xx xxxx 2015-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 Füzuli rayonu, Gecəgözlü kəndindən qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxxx 2006-cı il tarixdə verilmiş AA seriyalı 052759 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Füzuli rayonundan məcburi köçkündür. İş materiallarında olan xx xxxxxx 2004-cü il tarixdə verilmiş AA seriyalı 081937 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 Füzuli rayonundan məcburi köçkündür. İş materiallarında olan xx xxxxxx 2004-cü il tarixdə verilmiş AA seriyalı 098868 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 Füzuli rayonundan məcburi köçkündür. İş materiallarında olan xx xxxxxx 2004-cü il tarixdə verilmiş AA seriyalı 081938 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 Füzuli rayonundan məcburi köçkündür. İş materiallarında olan xx xxxxxx 2004-cü il tarixdə verilmiş AA seriyalı 081939 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Füzuli rayonundan məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxx 2008-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi 28 ünvanında yerləşən 2 mərtəbəli binada 2 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 653 nömrəli reyestr kitabının 59896 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Maraqlı şəxs ilə İddiaçı1 arasında xx xxxx 2008-ci il tarixdə bağlanmış Borc Müqaviləsinin surətindən görünür ki, Maraqlı şəxs İddiaçı1 xx xxxx 2008-ci il tarixədək qaytarılması şərtilə 40 000 manat məbləğində borc pul verir. İddiaçı1 həmin borc pulu xx xxxx 2008-ci il tarixədək qaytarmağı öhdəsinə götürür və tam qaytarılması üçün özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 28, mənzil – ünvanda yerləşən mənzili borcun təminatı üçün ipotekaya qoyur. Müqavilənin 2-ci bəndində göstərilir ki, bu müqavilədə göstərilən məbləğdə borc pulu alanın arzusu ilə xx xxxx 2008-ci il tarixədək qaytarıla bilər. Lakin həmin məbləğlərin axırıncı qalığını xx xxxx 2008-ci il tarixdən gec olmayaraq İddiaçı1 qaytarmalıdır. İş materiallarında olan Maraqlı şəxs ilə İddiaçı1 arasında xx xxxx 2008-ci il tarixdə Bakı şəhəri 9 saylı dövlət notariat kontorunda bağlanmış İpoteka Müqaviləsinin surətindən görünür ki, Maraqlı şəxs İddiaçı1 xx xxxx 2008-ci il tarixədək qaytarılması şərtilə 40 000 manat məbləğində borc pul verir. İddiaçı1 həmin borc pulu xx xxxx 2008-ci il tarixədək qaytarmağı öhdəsinə götürür və tam qaytarılması üçün özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 28, mənzil – ünvanda yerləşən mənzili borcun təminatı üçün ipotekaya qoyur. İş materiallarında olan X15, İddiaçı3 və X7 tərəfindən xx xxxx 2008-ci il tarixdə Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunda verilmiş Ərizələrin surətindən görünür ki, onlar İddiaçı1 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin girov qoyulmasına etiraz etmirlər. İş materiallarında olan İddiaçı1 tərəfindən Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontorunda verilmiş Ərizənin surətindən görünür ki, o, özünə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzili əldə etdiyi vaxtda subay olduğunu və hal-hazırda həmin mənzili ipotekeya qoyanda da subay olduğunu və bununla əlaqədar hər hansı mübahisə olarsa, bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 11 saylı Vəkil Bürosuna xx xxxxxx 2020-ci il tarixdə ünvanlanmış **********17 nömrəli Məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 28 ünvanında yerləşən mənzil Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin 1MK—2744/02 saylı xx xxxxxx 2002-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 adına qeydiyyata alınmışdır və onun adına ÖM 128870 saylı xx xxxxxxx 2002-ci il tarixli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Sözügedən qeydiyyat vəsiqəsi əsasında xx xxxxxx 2008-ci il tarixdə onun adına ********** saylı dövlət reyestrindən çıxarış tərtib edilmişdir, lakin xx xxxx 2018-ci il tarixdə həmin əmlak digər fiziki şəxsin mülkiyyətinə keçmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1485/09 saylı xx xxxxx 2009-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs iddiasının təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 19,0 kv.metr yaşayış sahəsi, 29,7 kv.m. ümumi sahəsi olan iki otaqlı evin açıq hərracdan satılması, Satışdan əldə olunan məbləğin cavabdeh İddiaçı1 iddiaçı Maraqlı şəxs olan 40 000 manat borcunun ödənilməsinə yönəldilməsi, evin satışından əldə olunan artıq məbləğin cavabdeh İddiaçı1 qaytarılması və 20 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı1 alınaraq Maraqlı şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan 2(103)-2327/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixdə çıxarılmış Qətnamənin nəticəvi hissəsinə dair “AZEMİS” Elektron Məhkəmə sistemindən Çıxarışdan görünür ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli məktubuna cavab olaraq Bakı şəhəri 9 saylı Notariat Kontoru xx xxxx 2008-ci il tarixli 3M/235 reyestr saylı Maraqlı şəxs və İddiaçı1 arasında rəsmiləşən İpoteka müqaviləsinin təsdiq edilmiş surətləri göndərilmişdir. Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə xx xxxx 2008-ci il tarixdə ünvanladığı 254 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs ilə İddiaçı1 arasında xx xxxx 2008-ci il tarixdə 3-M-2-235 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 28, mənzil – ünvanda yerləşən mənzilin üzərinə qadağa qoyulması istənilmişdir. İş materiallarında olan X5 saxlayana X12 edilməsi üçün keçirilmiş hərracın yekunları barədə 78/03 nömrəli xx xxxxxxxx 2014-cü il tarixli Protokolunun surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1485/2009 saylı xx xxxxx 2009-cu il tarixli icra vərəqəsinə, Yasamal rayon icra şöbəsinin xx/xx-2431-8076/10A saylı xx xxx 2014-cü il tarixli məktubuna əsasən keçirilmiş təkrar hərracda İddiaçı1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən 28 saylı mənzil əmlakın ilkin hərrac qiyməti olan 45 000 manatın 25% aşağı olan 28 687,50 manat qiymətlə tələbkar X2 tərəfindən əldə edilmişdir. İş materiallarında olan Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən xx xxxxxxxx 2014-cü il tarixdə verilmiş 7-E-40/28378 reyestr nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1485/2009 saylı xx xxxxx 2009-cu il tarixli icra vərəqəsinə, Yasamal rayon icra şöbəsinin xx/xx-2431-8076/10A saylı xx xxx 2014-cü il tarixli məktubuna əsasən X5 saxlayana X12 edilməsi üçün keçirilmiş hərracın yekunları barədə 78/03 nömrəli xx xxxxxxxx 2014-cü il tarixli Protokoluna əsasən Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən 28 saylı mənzilin mülkiyyət hüququnun Maraqlı şəxs məxsus olması təsdiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edildi ki, iddiaçı iddia ərizəsində müqavilənin etibarsızlığı ilə bağlı tələbini iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Bu zaman müqavilənin etibarsızlığına əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda iddia tələbini məhkəmə araşdırması zamanı tədqiq etmiş və ipoteka müqaviləsinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin iradə ifadəsinə uyğun bağlandığını müəyyən etmişdir. Bundan başqa iddia tələbindən göründüyü kimi iddiaçılar İddiaçı1 ilə Maraqlı şəxs arasında arasında xx xxxx 2008-ci il tarixdə bağlanmış İpoteka və Borc müqavilələrini mübahisələndirmişlər. Məhkəmə İddiaçı1, onun nümayəndəsi və vəkilinin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunan maddənin 1-ci hissəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xx xxxx 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx xxxx 2005-ci il, R.Salamovun şikayəti üzrə xx xxxxxxx 2007-ci il və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, müqavilə etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin yuxarıda sadalanan normalarında xüsusi iddia müddətlərini qanunvericlik bilavasitə kəsici müddət kimi müəyyən etmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İddia müddətinin tətbiqi isə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasını, məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasını, sübutların araşdırılmasını istisna edir. Belə məcburi qanunilik məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. Digər tərəfdən iş materiallarında olan məhkəmə sorğusuna 9 saylı notariat ofisindən xx.xx.2020-ci il tarixli 2153 nömrəli cavab məktubuna əlavə edilmiş Maraqlı şəxs ilə İddiaçı1 arasında rəsmiləşən mübahisəli ipoteka müqaviləsi ilə bağlı əlavə edilən sənədlərin surətindən göründüyü kimi X15 və iddiaçılar İddiaçı3, İddiaçı4 Bakı şəhəri, Ə.Hüseynov küçəsi, 28 saylı evin İddiaçı1 tərəfindən girov qoyulmasına etiraz etməməsi barədə xx.xx.2008-ci il tarixdə ərizə ilə 6 saylı dövlət notariat ofisinə müraciət etmişdir. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən ipoteka və borc müqavilələri və ipotekaya qoyulmasına razılıq ərizələri qanunvericliyin tələblərinə uyğun olduğundan və iddiaçı tərəf müqavilənin etibarsızlığı ilə bağlı mübahisələndirmə müddətini ötürdüyündən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, X8, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna və Maraqlı şəxs qarşı “ipoteka müqaviləsi ilə bağlı digər mübahisələr tələbinə dair” iddia ərizəsi rədd edilməlidir. Məhkəmə həmçinin, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, X8, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) qarşı “ipoteka və borc müqaviləsinin etibarsız hesab edilməsi və s tələbinə dair” iddia ərizəsi rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar