Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3695/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4, Cavabdehin nümayəndələri X5 və X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh FHN Tikintidə X4 Agentliyi “Azərinşaatlayihə Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu və üçüncü şəxs ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər idarəsinə qarşı “əmək haqqı məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh FHN Tikintidə X4 Agentliyi “Azərinşaatlayihə Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu və üçüncü şəxs ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər idarəsinə qarşı “əmək haqqı məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutundan 2021-ci ilin may və iyun aylarına görə ödənilməmiş əmək haqqılarının, hər gecikdirilmiş gün üçün 1 (bir) faiz məbləğində ödənclə birlikdə hesablanılaraq bizə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar iddiasını onunla əsaslandırmışlar ki, onlar cavabdeh təşkilatla əmək müqaviləsi üzrə müxtəlif vəzifələrdə işləyirlər. İddiaçı1 aylıq əmək haqqı 800 manat, İddiaçı2 aylıq əmək haqqı 750 manat, İddiaçı3 aylıq əmək haqqı 700 manat, İddiaçı4 aylıq əmək haqqı 700 manat, İddiaçı5 aylıq əmək haqqı 650 manat təşkil edir. Cavabdeh əmək hüquqlarını pozaraq istifadə edilməmiş əmək məzuniyyətlərinin əvəzini və əmək haqların ödəməmiş, ondan vəsaitlərinin qanunla nəzərdə tutulmuş qaydada hesablanılaraq ödənilməsini tələb etsə də bunların nəticəsi olmamışdır. Cavabdeh pozduğu əmək hüqlarını bərpa etmədiyindən tərəfindən iş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinə rəsmi müraciət olunmuşdur. Müraciət üzrə idarə tərəfindən araşdırma aparılmış, cavabdehin Əmək Məcəlləsinin tələblərini pozaraq onların 2019-2020-ci illər üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın və əmək haqlarının ödənilməməsi müəyyən olunmuş, bu səbəblərdən də cavabdeh institun direktoru X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.5-ci maddələri ilə 31.05.2021-ci il tarixdə protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın və əmək haqqının ən qısa zamanda hesablanılaraq ödənilməsinin təmin olunması haqqında müfəttişliyin rəsmi xəbərdarlığından sonra istifadə edilməmiş əmək məzuniyyətinin əvəzi ödənilsə də, 2021-ci ilin may-iyun aylarına görə əmək haqqı məbləğləri hesablanılaraq ödənilməsi təmin edilməmişdir. Cavabdeh onlara ödənilməli olan əmək haqqı məbləğini hesablanılaraq ödənilməsindən yayındığından hər gecikdirilm iş gün üçün əmək haqqının qanunla nəzərdə tutulmuş qaydada faizlə birlikdə hesablanılaraq məhkəmə qaydasında onlara ödənilməlidir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı5 18.08.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, ailə üzvünün “Covid-19” infeksiyasına yoluxduğu üçün özü də karantin rejimində olduğu üçün məhkəmədə iştirak edə bilməyəcəyini bildirmişdir. İddiaçı3 08.08.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə iddiaçılar İddiaçı5 və X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndələri X5 və X7 məhkəmə iclasında ayrı-ayrılıqda iddianı qəbul etməyərək bildirdilər ki, hazırda institutun maliyyə cəhətdən vəziyyəti çox ağırdır. İşçilərin əmək haqqı ilə tam şəkildə təmin edilməsində çətinlik çəkirlər. Yaranmış vəziyyət ilə əlaqədar olaraq, məcburiyyət qarşısında qalaraq, əməkdaşların əmək haqlarının məhdudlaşdırılması təklif olunmuşdur. İnstitutun işçilərinin əksəriyyəti bu təklifi başa düşərək 2021-ci il 03 may tarixindən 30 iyun tarixinədək iki həftəlik işə çıxması şərti ilə əmək haqlarının 50% ödənilməsinə yazdığı ərizələri ilə xahiş etdilər. Baxmayaraq ki, hal-hazırda geoloji-tədqiqat işləri olmaması halda, iddiaçılar özlərini kollektivə qarşı qoymuş, onların əmək haqlarını azaldılmasına imtina etmişdilər. Eyni zamanda həmin şöbənin digər işçiləri əmək haqlarının azadılmasına razılıq vermişdilər. Bununla əlaqədar olaraq İnstitutun Şura və Həmkarlar Komitəsinin 2021-ci il 30 aprel tarixində birgə iclası keçirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-ci maddəsinin birinci hissəsini (Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzinlənməsi) rəhbət tutaraq və İnstitutun Kollektiv müqaviləsinin tətbiq edərək 2021 -ci il 03 may tarixindən 30 iyun tarixinədək həmin əməkdaşların ödənişsiz məzuniyyətə buraxılması təklif olundu və institut üzrə müvafiq əmr verilmişdir. 2020-ci ilə qədər ərizəçilərə vaxtı-vaxtında aylıq məvacib, əmək haqlarına əlavələr, mükafat verilmişdir, əmək məzuniyyətlərindən də istifadə etmişdilər. Bakı ərazisində aparılan geoloji tədqiqat işlənməsi zamanı onlara çöl məvacibi ödənilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, ötən ilin mart-may aylarında karantin rejimi ilə bağlı əməkdaşlardan 70-80 faizi, o cümlədən ərizəçilər işə çıxmamışdılar. Lakin onlara əmək haqları tam şəkildə verilmişdir. 2020-ci ildə onlar, əmək məzuniyyətindən istifadə edilməsi barədə müraciət etməmişdilər, istifadə edilməmiş əmək məzuniyətinin yerinə kompensasiyanın verilməsi, əməkdaşların may ayının maaşları ilə birgə ödənilmişdir. İddianın rədd olunmasını xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ünvanlanmış məktublardan görünür ki, onun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cavabdeh əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətlərə X10 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cavabdeh rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinin tələbləri pozularaq Sizin 2020-2021-ci illər üçün istifadə edilməmiş əmək məzuniyyətinizə görə kompensasiyanızın və əmək haqqının ödənilməməsi məlum olmuşdur. Bu səbəbdən institutun direktoru X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.5-cı maddələrinə müvafiq olaraq 31.05.2021-ci il tarixli MN 10512272 nömrəli inzibati xəta haqqında haqqında protokol tərtib olunmuşdur. Əlavə olaraq bildirir ki, institutun rəhbərinə Sizin istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanızın və əmək haqqınızın ən qısa zamanda hesablanıb ödənilməsinin təmin edilməsi ilə bağlı məktub göndərilmişdir. Qeyd olunanlarla razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun 15.07.2021-ci il tarixli, 37\34-00535 saylı məktubundan görünür ki, məhkəmənin 06 iyul 2021-ci il tarixli N2(005)- 3695/2021 saylı məktubuna cavab olaraq bildiririk ki, institutun Texniki-axtarış şöbəsinin əməkdaşları İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 əmək hüquqlarının pozulması barədə məlumat veririk. Bildirilir ki, “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun 2020-ci ilin əvvəlindən və cari ildə pandemiya Covid-19 nəticəsində layihə işlərinin aparılması üçün praktiki olaraq heç-bir sifarişçi ilə müqavilə bağlamamışdır. Hal- hazırda institutun maliyyə cəhətdən vəziyyəti çox ağırdır. İşçilərin əmək haqqı ilə tam şəkildə təmin edilməsində çətinlik çəkirlər. Yaranmış vəziyyət ilə əlaqədar olaraq, məcburiyyət qarşısında qalaraq, əməkdaşların əmək haqlarının məhdudlaşdırılması təklif olunmuşdur. İnstitutun işçilərinin əksəriyyəti bu təklifi başa düşərək 2021-ci il 03 may tarixindən 30 iyun tarixinədək iki həftəlik işə çıxması şərti ilə əmək haqlarının 50% ödənilməsinə yazdığı ərizələri ilə xahiş etdilər. Baxmayaraq ki, hal-hazırda geoloji-tədqiqat işləri olmaması halda, yuxarıda göstərilən əməkdaşlar özlərini kollektivə qarşı qoymuş, onların əmək haqlarını azaldılmasına imtina etmişdilər. Eyni zamanda həmin şöbənin digər işçiləri əmək haqlarının azadılmasına razılıq vermişdilər. Bununla əlaqədar olaraq İnstitutun Şura və Həmkarlar Komitəsinin 2021-ci il 30 aprel tarixində birgə iclası keçirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-ci maddəsinin birinci hissəsini (Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzinlənməsi) rəhbət tutaraq və İnstitutun Kollektiv müqaviləsinin tətbiq edərək 2021 -ci il 03 may tarixindən 30 iyun tarixinədək həmin əməkdaşların ödənişsiz məzuniyyətə buraxılması təklif olundu və institut üzrə müvafiq əmr verilmişdir. Həmin əmrlə bağlı İnstitutun direktor müavini T.Hətəmov və Həmkarlar Komitəsinin sədri Fərid Kərimov əməkdaşları dəvət edərək onlar əmrin məzmunu və işə çıxmamaları barədə məlumatlandırılmışdır. Əvvəlcədən bu tədbir görülməsi üçün institutun nümayəndələri X10 Xidməti Bakı şəhər İdarəsində bu məsələ ilə bağlı müzakirə apararaq həmin işçilərin ödənişsiz məzuniyyətə buraxılmasının Müfəttişlik tərəfindən əmək qanunveriçiliyi tələblərinə zidd olmaması təsdiq edilmişdir. 2020-ci ilə qədər ərizəçilərə vaxtı-vaxtında aylıq məvacib, əmək haqlarına əlavələr, mükafat verilmişdir, əmək məzuniyyətlərindən də istifadə etmişdilər. Bakı ərazisində aparılan geoloji tədqiqat işlənməsi zamanı onlara çöl məvacibi ödənilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, ötən ilin mart-may aylarında karantin rejimi ilə bağlı əməkdaşlardan 70-80 faizi, o cümlədən ərizəçilər işə çıxmamışdılar. Lakin onlara əmək haqları tam şəkildə verilmişdir. 2020-ci ildə onlar, əmək məzuniyyətindən istifadə edilməsi barədə müraciət etməmişdilər, istifadə edilməmiş əmək məzuniyətinin yerinə kompensasiyanın verilməsi, əməkdaşların may ayının maaşları ilə birgə ödənilmişdir. Nəzərinizə çatdırırıq ki, xidməti zərurətlə əlaqədar əmrdə göstərilən iki əməkdaşı ödənişsiz məzuniyyətdən geyri çağırıldı, üç əməkdaşa iyul ayında növbəti əmək məzuniyyəti verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin məhsul əməkdaşları və Nazirliyin Həmkarlar Komitəsinin sədri Mehman İsmayilov ərizəçiləri qəbul edərək, qaldıran məsələlər ətraflı müzakirə olunmuşdur, müvafiq izahatlar vermişdir və onlara maddi yardım ödənilmişdir. Nəzərə alınması xahiş edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin baş müfəttişi X9 MN ******* №-li, 26.02.2021-ci il tarixli inzibai xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.5-ci maddələri ilə 31.05.2021-ci il tarixdə protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Göründüyü kimi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 FHN Tikintidə X4 Agentliyi “Azərinşaatlayihə Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunda müxtəlif vəzifələrdə işləyirlər. İşəgötürən və işçi arasında əmək haqqının ödənilməsi ilə bağlı mübahisə yaranmış, nəticədə işçilərin müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən araşdırma aparılmış, cavabdehin Əmək Məcəlləsinin tələblərini pozaraq onların 2019-2020-ci illər üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın və əmək haqlarının ödənilməməsi müəyyən olunmuş, bu səbəblərdən də cavabdeh institun direktoru X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.5-ci maddələri ilə 31.05.2021-ci il tarixdə protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutundan 2021-ci ilin may və iyun aylarına görə ödənilməmiş əmək haqqılarının, hər gecikdirilmiş gün üçün 1 (bir) faiz məbləğində ödənclə birlikdə hesablanılaraq bizə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12-ci maddəsinin 1-ci bəndinin b yarımbəndinə əsasən, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işə götürənin əsas vəzifəsidir; 195-ci maddəsinin d bəndinə əsasən, işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinin a, d, h bəndlərinə əsasən, fərdi əmək mübahisələrinin predmetinə, müvafiq olaraq əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi daxildir; 290-cı maddəsinin 2-ci bəndinə əsasən, işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir; 292-ci maddəsinin 2-ci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər; 299-cu maddəsinə əsasən, fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. 154-cü maddəsinə görə əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 172.1-ci maddəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, FHN Tikintidə X4 Agentliyi “Azərinşaatlayihə Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən həmin müəssisədə əmək müqaviləsi üzrə işləyən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 2021-ci ilin may-iyun ayları üzrə əmək haqqları ödənilməmişdir. İş materiallarından görünür ki, qeyd edilən hal ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin baş müfəttişi X9 institun direktoru X11 barəsində MN ******* №-li inzibai xəta haqqında protokol tərtib edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.5-ci maddələri ilə onu inzibati məsuliyyətə cəlb etmişdir. Həmçinin məhkəmə iclasında cavabdehin nümayəndələri tərəfindən verilmiş izahatlarla da, işçilərə karantin dövründə əmək haqlarının 50%-i məbləğində ödənişlər edildiyini etiraf etmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əmək haqqının ödənilməsi hissəsində əsaslıdır və bu hissədə təmin edilməlidir. 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir; Mövcud pandemiya şəraitini və həmin dövr ərzində müəssisənin işləməməsini, qazanc əldə etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi hər gecikdirilmiş gün üçün 1 faiz məbləğində ödəncin ödənilməsi hissəsində təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 “Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən 2021-ci il üçün may-iyun ayları üzrə əmək haqları ödənilsin. Qalan hissədə ddia təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3695/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3695/2021
18.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver