Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3717/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladları - xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahları 8 aprel 2015-ci il tarixdə pozulmuş və bu barədə Nərimanov rayon qeydiyyat şöbəsi nikahın pozulması barədə 96№ ilə şəhadətnamə vermişdir. Cavabdehlə birgə nikahdan bir uşaqları xx.xx.2010-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Uzun müddətdir ki, övladının bütün xərclərini o çəkir. Rusiya Federasiyasında yaşayan Cavabdeh övladının necə yaşaması ilə maraqlanmır, onun təlim-tərbiyəsi ilə məşğul olmur, aliment ödəmir. Son zamanlar uşağının təhsillə bağlı xərcləri artmışdır. Bütün bu xərcləri qarşılamaq onun üçün çətindir. Cavabdehin özünə və yaxın qohumlarına dəfələrlə bu barədə desə də, heç bir nəticə əldə edə bilməmişdir. Hətta sonuncu dəfə uşaqla telefonla danışarkən “mən 1 qəpik də verməyəcəm” deyərək, kobud sözlərlə uşağı acılamışdır. Beləliklə cavabdeh qəsdli şəkildə aliment ödəməkdən boyun qaçırır. Cavabdeh Rusiya Federasiyasının Belqorod şəhərində avtomobil ticarəti ilə məşğul olur. Cavabdeh yaşadığı şəhərdə banklardan götürdüyü kredit pullarını ödəmədiyi üçün bankların qara siyahısına salınmışdır. Bu pulları isə qumar oyunlarına xərcləmişdir. Hətta Rusiya Federasiyasının Belqorod şəhərində vəfat edən atasından qalan 2 ədəd mənzili və birgə nikah zamanı aldıqları torpaq sahəsini də qumar oyunlarında uduzmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Priosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-232/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Məmmədova (Mirzəyeva) Şərqiyyə Etibar qızının xx.xx.2008-ci il tarixdə Bakı Nikah evində 2321 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması və xx.xx.2010-cu il təvəllüdlü X2 anası Məmmədova (Mirzəyeva) Şərqiyyə Etibar qızının yanında qalması qət edilmişdir; - Doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X3 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X1 qeyd edilmişdir; - Nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X1 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin aprel ayının 08 günündə 96 nömrə ilə qeyd edilmişdir; - mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflər arasındakı nikah xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. Uşaq iddiaçının himayəsindədir. Hazırda iddiaçı, cavabdehin uşağın saxlanılmasında iştirak etmədiyini əsas gətirərək aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə uyğun olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş hallarda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2024-cü il tarixdən başlayaraq hesablanmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı aliment tələb etməkdə haqlıdır. Tutulacaq alimentin məbləği ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçı 350 manat aliment tələb etsə də, hazırki vəziyyətdə cavabdehin həmin miqdarda alimentin ödənilməsi üçün kifayət qədər qazanca malik olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi şəklində tutulmasının mümkün olmamasını, həmçinin iddiaçının birgə nikahdan olan uşağın saxlanılması üçün sabit pul məbləğində aliment müəyyən edilməsi xahişini, işin digər diqqətalayiq hallarını və 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, uşağın saxlanması üçün alimentin məbləği 235 manat olaraq müəyyən edilməli və xx.xx.2024-cü il tarixindən başlayaraq hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 234.2-ci maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 234, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3717/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3717/2024
22.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver